S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə54/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   50   51   52   53   54   55   56   57   ...   153

174 

 

Nazik  bağırsaq  5-6  m  uzunluğunda  olub,  üç  hissəyə  bölünür: 



onikibarmaq, acı və qalça bağırsaq. 

Onikibarmaq bağırsaq 25-30 sm uzunluğunda olub, yuxarı, enən və aşağı 

hissələrə  bölünür.  Onikibarmaq  bağır¬sağa  öd  axacağı  və  mədəaltı 

vəzinin axacağı açılır. Acı və qalça bağırsaq birlikdə 5 m uzunluqda olub, 

anatomik hü¬dudlarından məhrumdur. Nazik bağırsağın selikli qişasının 

səthində dairəvi büküşlər, xovlar, aqreqat limfatik follikullar və bağırsaq 

şirəsi  ifraz  edən  vəzilər  yerləşir.  Bağırsaq  xovları  qida  maddələrinin 

sorulması prosesində iştirak edir. 

  

Xovlarda limfa damarları, qan damarları və sinirlər vardır. Xovlarda olan 



saya  əzələlər  həzm  zamanı  yığılaraq,  onları  hərəkətə  sətirir  və 

möhtəviyyat, yoğun 

doğru hərəkət edir. Qalça bağırsaq kor bağırsağa açılır. 

Yoğun  bağırsaq  xarici  səthində  zolaqların,  çömçələ¬rin,  köndələn 

şırımların və piy çıxıntılarının olması ilə nazik bağırsaqdan seçilir. Kor 

bağırsağın  içəri  və  aşağı  tərəfindən  bir  çıxıntı  başlanır  ki,  bu  da 

soxulcanabənzər çıxıntı (appendiks) adlanır. 

Yoğun  bağırsağın  axırıncı  hissəsi  -  düz  bağırsaq  15-  20  sm 

uzunluğundadır. O, anus dəliyi ilə xaricə açılır.  

  

Tənəffüs orqanları 



1-burun  boşluğu;  2-burun-udlaq;  3-qırtlaq;  4-nəfəs  borusu  (traxeya);  5-

bronx; 6-bronx şaxələri; 7-ağciyər alveolları; 8-hava ilə dolu alveollar; 9-

kapilyar qan damarları; 

1 O-ağciyər plevrası; 11-divar plevrası.  

downloaded from KitabYurdu.org



175 

 

  



  

Ağciyərlərdə qaz mübadiləsi 



Nəfəslə alınan və verilən havada qazların tərkibi 

  



Badamların iltihabı 

1- 


angina: sağda follikulyar, solda lakunar; 

2- 


xoralı angina; 3-sağda fleqmonoz angina  

  

Həzm orqanları 



1-ağız boşluğu; 2-udlaq; 3-qida borusu; 4-mədənin dibi; 5-mədənin daxili 

quruluşu; 6-mədənin cismi; 7,8-qaraciyər; 9-öd kisəsi; 

1  O-mədənin  çıxacağı;  11-mədəaltı  vəzi;  12-onikibarmaq  bağırsaq;  13-

nazik  bağırsaqlar;  14-qalça  bağırsaq;  15-kor  bağırsaq;  16-

soxulcanabənzər  çıxıntı  (appendiks);  17-qalxan  çənbərbağırsaq;  18-

köndələn çənbərbağırsaq; 19-enən çənbərbağırsaq; 

20-S-ə bənzər çənbərbağırsaq; 21-düz bağırsaq 

Qaraciyər bədəndə ən böyük vəzi olub, çəkisi 1500 qrama bərabərdir. O, 

qarın  boşluğunda  sağ  qabırğaaltı,  xüsusi  qarmüstü  və  az  hissəsi  sol 

qabırğaaltı  nahiyədə  yerləşir.  Yuxarıdan  diafraqmaya,  soldan  mədəyə, 

aşağıdan  onikibarmaq  bağırsağa,  sağ  böyrəküstü  vəziyə  və  çənbər- 

bağırsağm  sağ  əyriliyinə  və  arxa  səthi  qarm  boşluğunun  arxa  divarına 

söykənir.  Rəngi  tünd  qırmızıya  çalır.  Qara¬ciyər  sağ  və  sol  paylardan, 

downloaded from KitabYurdu.org




176 

 

bunlar isə paycıqlardan və qaraciyər hüceyrələrindən təşkil olunmuşdur. 



Qaraciyər hüceyrələrinin bir qismi öd ifraz edir. Onun daxilində iki cür 

damarlar - öd və qan kapilyarları keçir. Qaraciyərdən 

öd kisəsinə öd axacağı açılır. 

• • 


Od  yaşıl-sarımtıl  rəngdə  neytral  reaksiyalı  maye  olub,  yağları 

emulsiyalaşdırır,  mədəaltı  vəzinin  yağları  parçala-  yan  fermentmı 

aktivləşdirir.  Od  ifraz  etməkdən  başqa,  qaraciyər  bağırsaqlardan  qana 

daxil  olmuş  şəkərlərin  artığını  qlikogen  halında  özündə  saxlayır.  Eyni 

zamanda bədənə düşən toksinləri neytrallaşdıraraq  mühafizə fuksi- yası 

daşıyır. 

Öd kisəsi armud şəklində olub, qaraciyərin sağ 

• • 


payının  alt  səthində  yerləşir.  Umumi  öd  axacağı  6-8  sm  uzunluğunda 

olub, mədəaltı vəzinin axacağı ilə bir yerdə onikibarmaq bağırsağın enən 

hissəsinə açılır. Öd qara¬ciyərdə daim əmələ gəlir, yalnız həzm zamanı 

onikibarmaq bağırsağa tökülür. Öd kisəsində ödün konsentrasiyası artır, 

öd qatılaşır. 

Mədəaltı vəzi yaxud pankreas böyük qarışıq vəzi olub, mədənin arxasında 

onikibarmaq  bağırsaqla  dalaq  arasında  yerləşir.  Mədəaltı  vəzinin  ifraz 

etdiyi şirənin tərkibində olan fermentləriıı təsirindən zülallar, yağlar və 

karbohidratlar  parçalanır.  Mədəaltı  vəzinin  Langerhans  adacıqlarından 

ibarət hissəsi insulin hormonu ifraz edir ki, bu da qana keçərək bədəndə 

karbohidrat  (şəkər)  mübadi-ləsinə  təsir  edir,  qanda  şəkərin  miqdarını 

azaldır. 

Mədə-bağırsaq xəstəlikləri 

downloaded from KitabYurdu.org




177 

 

Mədə-bağırsaq  xəstəliklərinin  əsas  əlamətləri  qarında  ağrı,  iştahanın 



pozulması,  ürəkbulanma,  qusma,  gəyirmə,  qıcqırma,  qarının  köpməsi, 

qəbizlik, ishal və s.-dir. 

Ağrılar  xəstəliyin  səbəblərinə  uyğun  olaraq  uzunmüd¬dətli  və  ya 

qısamüddətli tutmalar şəklində, yemək yeyən kimi və ya 2-3 saatdan sonra 

ola  bilər.  Tutmayabənzər  qəfil  baş  verən  şiddətli  ağrılara  sancı  deyilir. 

Diaqnozu 

dəqiq 

qoymaq 


üçün 

ağrıların 

yerini 

düzgün 


müəyyənləş¬dirmək  vacibdir.  Qarında  çox  şiddətli  ağrılar  olduqda 

ağrıkəsici  dərmanlar  verməyə  tələsmək  lazım  deyildir.  Çünki  ağrıların 

müxtəlif vasitələrlə kəsilməsi  diaqnozun düzgün qoyulmasına  mane ola 

bilər,  cərrahi  əməliyyat  aparmaq  lazımdırsa,  onu  da  ləngidə  bilər. 

Qarmdakı  ağrıların  səbəbləri  aydınlaşdırılmamış  qarma  isitqac 

qoyulması, işlətmə dərmanları verilməsi düzgün deyildir. 

Ürəkbulanma  və  qusma  mədə  əzələlərinin  geriyə  peristaltikası  ilə 

əlaqədardır. Gçyirmə adətən yemək yeyən vaxt hava udduqda baş verir. 

Qıcqırma  turş  mədə  möhtəviyyatımn  qida  borusuna  düşməsi  ilə 

əlaqədardır,  bu  hal  mədə  turşuluğu  artdıqda  müşahidə  edilir. 

Bağırsaqlarda  qaz  çox  əmələ  gəlib,  yavaş  irəlilədikdə  xəstənin  qarnı 

köpür və ona əziyyət verir. 

Ağız  boşluğunun  və  qida  borusunun  zədələnmələri  isti  qidadan,  yad 

cisimlərin  udulmasmdan,  kimyəvi  maddələrin  bilmədən  və  ya  qəsdən 

qəbul olunmasından baş verə bilər. Bu zaman yenə də xəstənin sinəsində, 

ağız boşluğunda ağrılar olur, iştaha pozulur, xəstə bəzən udquna bilmir. 

Müalicə  əsasən  inyeksiyalar  vasitəsilə  aparılır.  Xəstə  qida  qəbul  edə 

bilirsə, yüngül, çox qıcıqlan¬dırmayan qidalar təyin edilir. 

Qastrit.  Mədənin  iltihabı  qastrit  adlanır.  Mədəyə  soyuq  olduqda, 

qidalanma  gigiyenası  pozulduqda  qastrit  baş  verir.  O  əvvəlcə  şiddətli 

ağrılarla,  yuxarıda  göstərilən  əlamətlərlə  başlanır.  Vaxtında  düzgün 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə