S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə65/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   61   62   63   64   65   66   67   68   ...   153

213 

 

simpatik  və  parasimpatik  sinir  sisteminə  bölünür.  Vegetativ  sinir 



sisteminin  sinirləri  qarışıq  sinirlər  olub,  eyni  sinirin  tərkibində  həm 

simpatik, həm də parasimpatik liflər vardır. 

Somatik sinir sistemi mərkəzi və perifırik (ucqar) sinir sisteminə bölünür. 

Mərkəzi sinir sisteminə beyin (baş beyni) və onurğa beyni, periferik sinir 

sisteminə isə 12 cüt kəllə və 31 cüt onurğa beyni sinirləri aiddir. 

  

Mərkəzi sinir sistemi. Baş beyin. Baş beyin kəllə boşluğunda yerləşərək, 



çəkisi orta hesabla 1360 qram olur.  

Qeyd etmək lazımdır ki, zehni inkişaf dərəcəsi ilə beynin çəkisi arasında 

bilavasitə əlaqə yoxdur. 

Baş beyni xaricdən üç qişa - sərt, hörümçək toruna- bənzər və  yumşaq 

qişa  ilə  örtülmüşdür.  Sərt  qişa  ikitəbəqəli  olub,  biri  kəllə  boşluğunu 

daxildən örtür, digəri baş beyninin xarici qişasını təşkil edir. Hörümçək 

torunabənzər qişa nisbətən nazik, şəffaf, qan damarları və sinirlərlə zəif 

təhciz olunmuşdur. Yumşaq qişa damar və sinir lifləri ilə zəngin olub, baş 

beyninin  qidalanmasında  bilavasitə  iştirak  edir.  Baş  beyin  ağ  və  boz 

maddədən  təşkil  olunmuşdur.  Ağ  maddə  aparıcı  yollar  əmələ  gətirərək, 

baş beynini onurğa beyni və onun hissələrini bir-biri ilə birləşdirir. Boz 

maddə  onurğa  beyninin,  uzunsov  beyinin  və  Varolio  körpüsünün 

dərinliyin¬də  ayrı-ayn  yığınlar  -  nüvələr  şəklində  ağ  maddənin 

içərisin¬də  yerləşir,  beyincik  və  böyük  beyin  yarımkürələrində  isə  ağ 

maddənin üzərini örtür. 

İnsanın baş beyni üç əsas hissədən - beyin kötüyündən, beyincikdən və 

beyin  yarımkürələrindən  təşkil  olunmuşdur.  Beyin  kötüyünə  uzunsov 

beyin, Varolio körpüsü, romba- bənzər boğaz, beyin ayaqcıqları, orta və 

ara beyin daxildir. 

downloaded from KitabYurdu.org




214 

 

Baş beyində 12 cüt kəllə sinirinin, o cümlədən, qoxu, görmə, iiçlü eşitmə-



müvazinət, üz, azan, dilaltı, dil-udlaq və s. sinirlərin mərkəzləri yerləşir. 

Onurğa beyni. Onurğa beyni 41-45 sm uzunluğunda olub, öndan arxaya 

doğru yastılaşmış silindr şəklindədir. O, onurğa kanalında yerləşmişdir. 

Yuxarı ucu birinci boyun fəqərəsinin yuxarı kənarı bərabərində uzunsov 

beyinə keçir. Aşağı ucu isə ikinci büzdüm fəqərəsinə qədər enir. Onurğa 

beyni quruluşca ağ və boz maddədən ibarətdir. Ağ  maddə xaricdə, boz 

maddə  isə  daxildə  yerləşir.  En  kəsiyində  boz  maddə  qanadlan  açılmış 

kəpənək fonnasmda görünür. Onun ön hissəsi ön buynuzları, arxa hissəsi 

isə arxa buynuzları əmələ gətirir. Döş və bel hissəsində yan buynuzlar da 

vardır.  Ön  buynuzlarda  hərəki  neyronlarm  cismi,  arxa  buynuzlarda  ara 

neyronlar  və  yan  buynuzlarda  simpatik  mərkəzlər  yerlə¬şir.  Onurğa 

beynindən  çıxan  və  ona  daxil  olan  sinir  lifləri  ön  və  arxa  kökləri  təşkil 

edir. Fəqərəarası dəlikdə ön və arxa  

köklər bir-biri ilə birləşərək, 31 cüt qarışıq onurğa beyni sinirlərini əmələ 

gətirir. Bunlardan 8 cütü boyun, 12 cütü döş, 5 cütü bel, 5 cütü oma və bir 

cütü  büzdüm  sinirləridir.  Onurğa  beynindən  ətraflara  gedən  sinirlər 

çıxdıqları yerlərdə iki qalınlaşma: boyun qalmlaşması və bel qalmlaşması 

yaradır.  Boyun  qalmlaşması  nahiyəsində  yuxarı  ətraflara,  bel  qalm- 

laşması  nahiyəsində  isə  aşağı  ətraflara  gedən  sinirlər  çıxır.  Onurğa 

beyninin hər bir cüt sinirə müvafiq hissəsi onurğa beyni seqmenti adlanır. 

Deməli, onurğa beyni 31 seqmentdən ibarətdir. 

Onurğa  beyni  iiç  qişa  ilə  örtülmüşdür:  sərt,  hörümçək  torunabənzər  və 

yumşaq qişa. Sərt qişa onu xaricdən örtərək lifli birləşdirici toxumadan 

əmələ gəlmişdir. Hörümçək torunabənzər qişa damarsız olub, sərt qişanın 

altında yerləşir. Yumşaq qişa daxildə olub, onurğa beynini xaricdən əhatə 

edir. Bu qişa qan damarları ilə zəngin olub, onurğa beyninə bitişmişdir. 

downloaded from KitabYurdu.org



215 

 

Onurğa  beynindən  çıxan  31  cüt  sinirin  arxa  kökləri  hissi  neyronların 



aksonlarıdır. Bu neyronlarm cisimlərinin yığını onurğa beyni düyünlərini 

əmələ gətirir. On köklər hərəki neyronlarm aksonlarıdır. 

Onurğa  beyninin  iki  əsas  funksiyası  vardır:  reflektor  və  nəqledici 

funksiya.  Reflektor  funksiyası  hərəkəti  təmin  edir.  Onurğa  beyni  baş 

beyni  ilə  birlikdə  daxili  orqanların:  ürəyin,  mədənin,  sidik  kisəsinin, 

cinsiyyət orqanlarının işini tənzim edir. 

Onurğa  beyninin  ağ  maddəsi  nəqledici  funksiyanı  yerinə  yetirməklə 

mərkəzi sinir sisteminin bütün şöbələri arasında əlaqə yaradır və bunların 

bir-biri ilə əlaqəli şəkildə işləməsini təmin edir. 

Beyin  kötüyü.  Uzunsov  beyin.  Onurğa  beyni  birinci  boyun  fəqərəsi 

sərhəddində  uzunsov  beyinə  və  Varolio  körpüsünə  keçir.  Ağ  maddənin 

müxtəlif  sahələrində  boz  maddə  topluları  körpüdə  V-VIII,  uzunsov 

beyində IX-XII cüt kəllə sinirlərinin nüvələrini əmələ gətirir. Ağ maddə 

isə uzunsov beynin aparıcı yollarını təşkil edir. 

Uzunsov  beynin  əsas  fizioloji  əhəmiyyəti  reflektor  funksiyaların 

icrasından, onurğa beynindən gələn impuls- 

  

  

larin  baş  beyninin  digər  şöbələrinə  və  əksinə  nəql  edilmə¬sindən 



ibarətdir. Onun reflektor fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Belə ki, 

onun  normal  fəaliyyəti  hesabına  orqa¬nizmdə  mühüm  funksiyaların,  o 

cümlədən,  ürək-damar,  tənəffüs  və  həzm  orqanlarının  işinin 

nizamlanması, skelet əzələləri tonusunun saxlanılması təmin olunur. 

Uzunsov  beyində  və  Varolio  körpüsündə  bir  sıra  mühüm  mərkəzlər 

yerləşmişdir. Burada tənəffüs mərkəzi yerləşir ki, karbon qazının qanda 

artması  onun  oyanma¬sına  səbəb  olur.  Burada  yerləşən  azan  sinirin 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə