S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə73/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   69   70   71   72   73   74   75   76   ...   153

240 

 

İlk anlarda furunkul dəri içərisində xırda və ağrılı düyünciik kimi təzahür 



edir  və  tədricən  böyüyür.  Şişkinlik  tük  kisəciyinin  ətraf  toxumalarına 

yayılır. Nəhayət, dəri səthindən konus şəklində qabarır. 

Xəstəliyin  bu  dövründə  bəzən  üşütmə-qızdırma  da  müşahidə  edilir, 

zədələnmiş nahiyə isə şiddətli ağrı verir. Furunkul tündləşir, axıra yaxın 

isə  göyümtül,  tünd-qırmızı  rəngə  çevrilir.  Furunkulun  başlanğıcından 

dörd-beş gün sonra onun zirvəsində irinlik əmələ gəlir, sonralar bir qədər 

yumşalır,  nəhayət,  deşilir  və  bir  qədər  irin  xaric  olur,  ağrı  xeyli  azalır, 

xəstənin ümumi vəziyyəti yaxşılaşır. 

Furunkul  deşildikdən  sonra  əmələ  gəlmiş  xoranın  qıraqları  girintili-

çıxmtılı,  dibi  isə  kələ-kötür  və  göyümtül  rəngdə  nekroz  kütləsi 

(furunkulun  özəyi)  ilə  örtülü  olur.  Son¬ralar  xora  tədricən  böyüyür, 

irinaxma  artır.  Nəhayət,  furun¬kulun  özəyi  xaric  olur,  qısa  müddətdə 

çapıqlaşma ilə qurtarır. 

Gedişi.  Furunkulun  inkişaf  dövrü  10-12  gündür.  Bəzi  hallarda  isə 

sağalmış furunkul yenidən residiv verir və yaxud yeni furunkullar əmələ 

gəlir,  bəzən  də  çibantökmə  baş  verir.  Belə  hallarda  xəstəliyin  müddəti 

aylarla uzana bilər. 

Furunkulu sıxmaq olmaz, çünki o, sepsis verə bilər. Müalicə vaxtında və 

düzgün aparılarsa, furunkul tezliklə sağalır, yerində adətən çapıq qalır.  

Müalicəsi. Ümumi müalicə üsulu follikulitdə olduğu kimidir: penisillin, 

biomisin, 

oksimetilpenisillin. 

Bioloji 

vasitələrdən 

stafilokokklu 

anatoksin, autohemoterapiya, laktoterapiya, prednizolon, triamsinolon və 

s.  məsləhət  görülür.  Xarici  müalicə  üsullarından  təmiz  ixtiol,  10  %-li 

ixtiol  məlhəmi,  10  %-li  sintomisin  emulsiyası,  civə  kvars  lampası  ilə 

şüalandırma tətbiq edilir. Ətraf sağlam dəri isə arabir 50 %-li spirtlə yaxud 

odekolonla təmizlənir. 

downloaded from KitabYurdu.org



241 

 

Karbunkul. Karbunkul stafilokokklu piodermitlərin ən ağındır. O, nekroz 



verən kəskin iltihablı irinlikdir. 

Xəstəlik  dəri  örtüyünün  məhdud  nahiyəsində  bir  neçə  furunkulun 

birləşməsi nəticəsində əmələ gəlir. 

Xəstələrdə  ümumi  əzginlik,  yorğunluq,  başağrısı,  üşütmə,  qızdırma  və 

zədələnmə nahiyəsində şiddətli ağrı müşahidə edilir. 

Arı  pətəyi  kimi  bir  çox  deşiyi  olan  karbunkuldan  ilk  zamanlar  irin, 

sonralar irinli maye axır; deşiklər tədricən böyüyərək xırda xoralar əmələ 

gətirir. Bu xoralar sonralar daha da böyüyür, bir-biri ilə birləşib ümumi 

böyük bir xoraya çevrilir. 

Çox keçmədən  karbunkulun özəyi düşür. Yalnız bundan sonra xəstənin 

ümumi  vəziyyəti  yaxşılaşır,  əhval-  ruhiyyəsi  bərpa  olur.  Nəhayət, 

karbunkul çoxguşəli çapıq buraxmaqla qurtarır. 

Karbunkulun  inkişaf  dövrü  3-4  həftədir.  Bu  müd¬dətdən  sonra  adətən 

sağalır. Bəzi xəstələrdə karbunkul bir sıra ağırlaşmalar (sepsis, piemiya, 

qanaxma, kollaps və s.) verməklə ölümlə nəticələnə bilər. Məhz buna görə 

də karbunkul erkən və düzgün müalicə tələb edir. 

Müalicəsi. Ümumi müalicə üsullarından penisillin, tetrasiklin, terramisin, 

prednizolon, triamsiolon, autohe¬moterapiya, laktoterapiya, sulfanilamid 

preparatları və s. məsləhət görülür. 

Yerli müalicə cərrahi yolla aparılır. Karbunkulda təhlükəli əlamətlər baş 

verdikdə təcili olaraq onu xaçabənzər şəkildə yarmaq və yaraya penisillin 

yeritmək tələb olunur. 

Streptokokklu  paranixiya  (dolama).  Sənaye  müəssisə¬lərində  iş  prosesi 

zamanı və ya məişətdə dırnaq lövhələrinin 

təsadüfi zədələnmələri nəticəsində streptokoklıı paranixiya əmələ gəlir. 

downloaded from KitabYurdu.org




242 

 

Streptokokklu  paranixiya  zamanı  zədələnmə  nahiyə¬sində  dəri  qızarır, 



xeyli şişir və ağrıyır. Dırnaq köbəsini ' sıxdıqda altından irinli maye ifraz 

olur.  Proses  gah  kəskinləşir,  gah  da  sakitləşir.  Beləliklə,  xəstəlik  xeyli 

uzanır, nəticədə zədələnmiş dırnaq lövhəsi öz normal parıltısını itirir və 

səthində müxtəlif çuxurlar əmələ gəlir, sonralar isə dırnaq düşə də bilər. 

İrinli  dəri  xəstəliklərinin  profilaktikası.  Sənaye  müəssisələri  və  kənd 

təsərrüfatı  şəraitində  irinli  dəri  xəstəliklərinin  profilaktikası  bir  sıra 

ümumi və xüsusi tədbirlərdən ibarətdir. Artıq alətlər, metal qırıntıları və 

taxta parçaları iş yerindən kənar edilməlidir. 

Kompleks  profilaktika  tədbirlərindən  dərinin  gigi¬yenasının  böyük 

əhəmiyyəti var. Belə ki, sənaye müəssisə¬lərində, kənd təsərrüfatında və 

məişətdə dərinin daim təmiz saxlanılması çox mühüm şərtdir. 

İş  prosesində  xırda  zədələnən  yerlər  vaxtında  .  dərmanlanmalıdır.  Bir 

sözlə, dərinin sağlamlığı üçün bütün tədbirlərdən istifadə etmək vacibdir. 

Gənclik  sızaqları.  Seboreya  kimi  məlum  olan  gənclik  sızaqları 

yeniyetmələr  arasında  çox  geniş  yayılmışdır.  Gənclik  sızaqları  piy 

vəzilərinin  hasil  etdiyi  dəri  piyinin  kəmiyyətcə  və  keyfiyyətcə 

dəyişilməsindən  asılıdır  ki,  bu  da  cinsiyyət  orqanlarının  funksiyası  ilə 

əlaqədardır. Bu 

sızaqlar gənclər 

arasında  daha  geniş  yayıldığından  və  onlarda  çox  böyük  narahatlıq 

doğurduğundan, onun üzərində bir qədər geniş dayanmaq vacibdir. 

İnsanlarda  piy  vəziləri  ovuclardan,  ayaqların  altından  və  dodaqların 

qırmızı  haşiyəsindən  başqa  bədənin  bütün  sahələrində  mövcuddur.  Piy 

vəziləri  dərinin  dərin  qatlarında  yerləşir.  Onların  axacaqları  tük 

kisəciklərinə  və  dəri  səthinə  açılır.  Beləliklə,  dəri  piyi  dəri  səthinə  və 

tüklərə çatdırılır. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə