S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə70/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   66   67   68   69   70   71   72   73   ...   153

230 

 

göndərir. Duyğu orqanları daim işləyərək, hərəkətləri istiqamətləndirir. və 



bunlara  nəzarət  edir.  Duyğu  orqanında  hər  bir  reseptor  ancaq  bir  qıcığı 

qəbul edir və öz adekvat qıcığına qarşı çox həssasdır. 

Reseptorlar, onlarda törənən oyanmaları mərkəzə nəql edən hissi sinir və 

baş  beyninin  böyük  yarımkürələr  qabığındakı  xüsusi  nahiyələr  (sinir 

mərkəzi) vahid sistem təşkil edir ki, burada duyğu yaranır və qıcıqlar təhlil 

edilir.  Belə  sistemə  analizator  deyilir.  Analizatorun  üç  hissəsindən  hər 

hansı biri zədələndikdə, qıcıqları ayırd etmək qabiliyyəti itir. Ətraf aləmi 

bu analizatorlarm işi sayəsində dərk etmək mümkün olur. 

Görmə  analizatoru.  Görmə  insanın  həyatında,  onun  zehni  və  əmək 

fəaliyyətində böyük rol oynayır. 

Göz  kəllənin  göz  yuvasında  yerləşir.  Gözləri  göz  alması  sümüyünə 

birləşmiş  əzələlər  hərəkət  etdirir,  göz  qapaqları  və  kipriklər  qoruyur. 

Gözün  bayır  küncündə  yerləşən  gözyaşı  vəzilərinin  ifraz  etdiyi  maye 

gözün  üzərini  isladır,  qızdırır,  gözə  düşmüş  yad  cisimləri  yuyub  aparır. 

Sonra da gözyaşı kanalı ilə burun boşluğuna axır. 

Göz  almasını  örtən  sıx  ağlı  qişa  onu  mexaniki  və  kimyəvi  zədələrdən 

qoruyur. Bu qişa  gözün ön hissəsində  şəffaf olub, buynuz qişa  adlanır. 

Ortadakı damarlı qişadan sıx qan damarları şəbəkəsi keçir və gözü qanla 

təmin edir. Bu qişanın daxili səthində işıq şüalarını udan nazik boyayıcı 

maddə - qara piqment qatı vardır. Damarlı 

qişanın  ön  hissəsinə  qüzehli  qişa  deyilir.  Qüzehli  qişanın  mərkəzində 

dəlik vardır ki, bu, bəbək adlanır. Bəbək gözün içərisinə işıq düşməsini 

tənzim  edir.  İşıq  güclü  olduqda  bəbək  daralır,  zəif  olduqda  isə  genəlir. 

Bəbəyin arxasında iki tərəfi qabarıq şəffaf büllur yerləşir. O, kirpikli əzələ 

ilə  əhatə  olunmuşdur.  Göz  almasının  daxili  qişası  torlu  qişadır  ki, 

baxdığımız cismin xəyalı burada almır. Burada görmə reseptorları-çöplər 

downloaded from KitabYurdu.org



231 

 

və kolbacıqlar vardır ki, çöplər toran işığı, kolbacıqlar isə parlaq işığı və 



rəngi qəbul edir. 

Tor  qişada  işıq  sinir  impulslarına  çevrilir,  bunlar  görmə  siniri  ilə  baş 

beyinə - böyük yarımkürələr qabığının görmə nahiyəsinə ötürülür. Burada 

qıcıqlar  tamam  ayırd  olunur,  yəni  əşyaların  rəngi,  forması,  ölçüsü, 

işıqlanma dərəcəsi, yerləşməsi, hərəkəti fərqləndirilir. 

Görmə  analizatorunun  insanın  psixi  inkişafında  və  həyat  fəaliyyətində 

rolu  çox  böyükdür.  Onun  funksiyası  pozulduqda,  davranışda  bir  sıra 

dəyişikliklər  əmələ  gəlir.  O,  üç  hissədən  ibarətdir.  Daxilində 

fotoreseptorlar  yerləşən  göz  alması  birinci,  görmə  siniri  ikinci,  baş 

beyninin ənsə payında yerləşən ali görmə ıpərkəzi üçüncü hissəni təşkil 

edir. Normal gözün şüanı sındırma xassəsinə refraksiya deyilir. Müxtəlif 

məsafədə  yerləşən  əşyanın  dəqiq  ayırd  edilməsinə  yönəldilmiş  gözün 

uyğunlaşması  qabiliyyəti  akkomodasiya  adlanır.  Göz  almalarının 

yaxındakı  əşya  üzərinə  yönəlməsinə  konvergensiya,  bir-birindən 

uzaqlaş¬masına  divergensiya  deyilir.  Gözlərin  mühafizə  funksi¬yasını 

göz qapaqları, gözyaşı vəziləri və göz almasının səmtini dəyişən hərəki 

əzələlər yerinə yetirir. 

Eşitmə-müvazinət analizatoru. İnsanlar eşitmə sayə¬sində özlərinin əmək 

və ictimai fəaliyyətində bir-biri ilə əlaqə saxlayır, başqalarının təcrübəsini 

şifahi  nitq  vasitəsilə  öyrənirlər.  Onlar  daim  müxtəlif  səslər  aləmində 

yaşayırlar. 

insanın eşitmə analizatoru saniyədə 16-20 min dəfəyədək dəyişən, yəni 



16-20  min  hersə  bərabər  səs  dalğalarını  ayırd  etmək  qabiliyyətinə 

malikdir.  20  min  hersdən  yuxarı  səs  dalğaları  ultrasəs  sahəsinə,  16 

hersdən aşağı səs 

downloaded from KitabYurdu.org




232 

 

dalğalan isə infrasəs dalğalan sahəsinə aiddir. 1000 - 3000 hers hədlərində 



insan qulağı maksimal həssaslığa malikdir. 

Eşitmə  analizatoru  aşağıdakı  üç  hissədən  təşkil  olun¬muşdur:  daxili 

qulağın reseptor sahəsi, eşitmə siniri və beyin qabığının eşitmə nahiyəsi. 

Qeyd  etmək  lazımdır  ki,  daxili  qulaqda  eşitmə  resep-  torları  ilə  yanaşı, 

müvazinət hissiyyatının reseptorları da yerləşmişdir. Xarici qulaq - qulaq 

seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir. Xarici qulaqla orta 

qulaq arasında təbil pərdəsi yerləşmişdir. 

Orta qulaq kiçik kamera şəklindədir. Orta qulaqda və ya təbil boşluğunda 

biri digəri ilə mütəhhərik birləşmiş üç qulaq siimükcüyü - çəkic, zindan 

və üzəngi yerləşmişdir. 

' Atmosfer təzyiqinin xarici və orta qulaqda bərabərləş¬məsini təmin edən 

Yevstax borusu orta qulaqdan başlanıb, udlağa açılır. 

Daxili  qulaq  -  mürəkkəb  reseptor  orqanıdır.  Burada  ilbiz  və  qıvrım 

kanalcıqlar  vardır  ki,  birlikdə  labirint  adlanır.  Bu,  eşitmə-müvazinət 

orqanıdır.  Kəllə  sinirlərinin  VIII  cütü  olan  dəhliz  -  ilbiz  siniri  ilbiz  və 

müvazinət (vesti- bulyar) sinir liflərindən əmələ gəlmişdir. Hər bir sinir 

lifi  bir  və  iki  tükciiklü  hissi  hüceyrədən  sinir  impulsu  şəklində  özünə 

məxsus səs dalğasını qəbul edir və onu uzunsov və ara beyində yerləşən 

ilkin  eşitmə  neyron  toplularına  çatdı¬rır.  Oradan  sinir  impulsu  böyük 

yarımkürələrin  qabığın¬dakı  ali  eşitmə  mərkəzinə  ötürülür.  Mərkəz 

qabığın gicgah nahiyəsindədir. 

Fəzada gövdənin yerləşməsinin müəyyənləşdirilmə- sində və yerin cazibə 

qüvvəsinə  qarşı  müqavimətin  gös¬tərilməsi  prosesində,  insanın  səmada 

davranış  fəaliyyətinin  təşkilində  vestibulyar  aparat  əsas  yer  tutur.  Bu 

reaksiyala¬rın  yerinə  yetirilməsində  daxili  qulağın  müvazinət  aparatı, 

görmə  və  dəri  analizatorları,  eləcə  də  skejet  əzələlərində,  oynaq  və 

vətərlərdə yerləşən proprioreseptorlar, yəni hərəki analizator iştirak edir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə