S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə66/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   62   63   64   65   66   67   68   69   ...   153

216 

 

nüvəsi  -  parasimpatik  sinirin  mərkəzi  daim  oyanmış  halda  olur  və  ürək 



fəaliyyətinə  ləngidici  təsir  göstərir.  Əmmə,  çeynəmə,  udma,  qusma 

mərkəzləri də burada yerləşir. Qusma mərkəzi reflektor və neyro-humoral 

yolla oyanır. Qusma aktı nəfəs verdikdə baş verir, bir neçə dəfə dərindən 

nəfəs  aldıqda  tormozlanır.  Tər,  gözyaşı  ifrazı,  asqırma,  öskürmə 

mərkəzləri də buradadır. 

Orta  beyin.  Orta  beyinə  böyük  beyin  ayaqcıqları  və  orta  beyin  qapağı 

aiddir. Boşluğunu isə  beynin su kəməri təşkil edir. Orta beyində  skelet 

əzələlərinə  daim  sinir  impulsları  göndərən  nüvələr  yerləşir,  sinir 

impulsları həmin əzələlərin tonusunu (gərginliyini) təmin edir. Görmə və 

eşitmə,  səs  qıcıqlarına  qarşı  əmələ  gələn  oriyentasiya  (səmtləşmə) 

reflekslərinin qövsləri də orta beyindən keçir. Bu reflekslər sayəsində biz 

başımızı və bədənimizi qıcığa tərəf çeviririk. Fəal qamətin saxlanılması 

reflekslərinin əmələ gəlməsində də orta beyinin böyük əhəmiyyəti vardır. 

Beyincik.  Uzunsov  beyinin  və  Varolio  körpüsünün  üzərində  yerləşir. 

Beyincik xaricdən boz maddədən əmələ gəlmiş qabıqla örtülmüşdür. Ağ 

maddə  beyincik  kütləsinin  çox  hissəsini  təşkil  edib,  burada  yerləşən 

afferent və efferent yolların hesabına baş beyninin digər şöbələri, dəri və 

əzələlərlə  anatomik  rabitə  yaradır.  Beyinciklə  yarım¬kürələr  arasında 

möhkəm  ikitərəfli  rabitə  vardır.  Bu  rabitə  hesabına  beyincik  iradi  və 

qeyri-iradi  hərəkət  aktlarının  koordinasiyasını  (dəqiqliyini)  tənzim  edir. 

Bununla  da  skelet  əzələlərinin  tonusu,  insanın  bədən  kütləsinin  fəzada 

normal  müvazinəti  nizamlanır.  Beyincik  eyni  zamanda  orqanizmdə 

vegetativ funksiyaların nizamlanmasında bilavasitə iştirak edir. 

Ara  beyin.  Görmə  qabarlarından,  qabarüstü,  qabar-  arxası  və  qabaraltı 

nahiyələrdən ibarətdir. Görmə qabarının alt hissəsində beyin ayaqcıqları 

arasında qabaraltı sahə- hipotalaımıs yerləşmişdir. Hipotalamusun aşağı 

sahəsinə  xüsusi  borucuq  vasitəsilə  daxili  sekresiya  vəzisi  olan  hipofiz 

birləşmişdir.  Nüvələrdə  əmələ  gələn  neyrosekretlər  (vazopres-  sin  və 

downloaded from KitabYurdu.org



217 

 

oksitosin hormonları, mediatorlar) borucuq vasitəsilə hipofızə çatdırılır və 



onun fəaliyyətinə tənzimedici təsir göstərir. Bundan başqa, həmin yolla 

hipofızə  baş  beynindən  sinir  impulsları  keçir.  Beləliklə,  baş  beyni  ilə 

daxili  sekresiya  vəziləri  arasında  qarşılıqlı  anatomik  və  funksional 

əlaqələr  yaradılır.  Bütün  duyğu  orqanlarının  reseptorlarından  çıxan 

impulslar  ara  beyindən  keçib  yarımkürələr  qabığına  gəlir.  Mürəkkəb 

hərəkət  reflekslərinin  çox  hissəsi  ara  beyinlə  əlaqədardır.  Ara  beyin 

maddələr  mübadiləsinin,  insanın  qida  və  su  qəbulunun,  bədən 

temperaturunun daim bir qaydada olmasını tənzim edir. 

On beyin. Sağ və sol yarımkürələrdən təşkil olun¬muşdur. İnsanda beyin 

yarımkürələri  daha  çox  inkişaf  etmişdir.  O,  orta  və  ara  beyinin  üzərini 

örtür.  Yarımkürə¬lərin  hər  biri  ağ  və  boz  maddəyə  ayrılır.  Ağ  maddə 

yarımkürələrin daxili hissəsini təşkil edir. Buradakı sinir lifləri qrupları 

yarımkürələrin  qabığı  ilə  qabıqaltı  şöbələr,  görmə  qabarı  arasında  və 

yarımkürələrin  müxtəlif  sahələri  və  ya  iki  yarımkürənin  eyni  sahələri 

arasında rabitə yaradır. 

Böyük  yarımkürələrin  xarici  təbəqəsini  -  beyin  qabı¬ğını  boz  maddə 

təşkil edir. ' Burada baş beyninin ali mərkəzləri yerləşir. Bunlar qabığın 

hərəki, görmə, eşitmə, qoxu, dad və s. nahiyələrini əmələ gətirir. 

Yetkin insanın beyin qabığının ümumi sahəsi orta hesabla 0,14-0,22 kv. 

metrə  bərabərdir.  Burada  cəmi  14-18  milyard  neyron  vardır. 

Yarımkürələrin  üzəri  qırışıqdır.  Hər  yarımkürə  şırımlarla  alın,  təpə, 

gicgah, ənsə paylarına bölünür. Burada hissi və hərəki nahiyələr vardır. 

Duyğu  orqanlarından,  dəri,  daxili  orqanlar,  əzələ  və  vətərlərdən  gələn 

impulslar hissi nahiyəyə daxil olur. Bu nahiyələrin neyronları oyandıqda, 

müvafiq hissiyyat əmələ gəlir. Görmə nahiyəsi ənsə payında, arxada dəri-

əzələ  hissiyyatı  nahiyəsi,  təpə  payında  dad  və  qoxu  nahiyəsi,  mərkəzi 

şırımdan arxada hissi, öndə hərəki nahiyə yerləşmişdir. 

downloaded from KitabYurdu.org




218 

 

Vegetativ sinir sistemi. Vegetativ sinir sisteminin fəaliyyəti vegetativ və 



trofik  refleksləri  əhatə  edir.  Vegeta¬tiv  reflekslər  vasitəsilə  daxili 

orqanların  fəaliyyəti  müəyyən  istiqamətdə  dəyişilir.  Trofik  reflekslərin 

təsiri  nəticəsində  daxili  orqanlarda  və  müəyyən  qədər  mərkəzi  sinir 

sistemində maddələr mübadiləsi nizamlanır. 

Vegetativ sinir sistemi bütün daxili orqanları, qan damarlarını, eləcə də 

tər vəzilərini innervasiya edir. O biri digərinə əks istiqamətdə təsir edən 

parasimpatik  və  simpatik  hissələrə  bölünür.  Baş  beyninin  qabıqaltı 

sahələ¬rindən və onurğa beynindən başlanğıcını alan vegetativ sinirlərin 

lifləri əvvəl onurğa beyni boyu yerləşmiş periferik qanqlionlara daxil olur 

və  burada  yerləşən  neyronlarla  rabitə  yaradır.  Həmin  neyronlardan 

başlanan sinir lifləri (aksonlar) bilavasitə işçi orqanlara çatdırılır. Daxili 

orqanlar  vegetativ  sinir  mərkəzlərindən  daim  oyadıcı  və  ya 

tormozlandırıcı  impulslar  alır,  bunun  hesabına  onların  həyat  fəaliyyəti 

avtomatik şəkildə tənzim olunur. 

Sinir sisteminin fəaliyyəti. Orqanizm xarici mühitlə daim təmasda olub, 

onunla vəhdət təşkil edir. Xarici mühitin fasiləsiz təsirini duyğu orqanları 

qəbul  edir  və  onlara  qarşı  orqanizmdə  daim  uyğunlaşma  reaksiyaları 

yaranır. Hər hansı canlı strukturun (toxumanın, hücey¬rənin və s.) qıcığa 

qarşı cavab vermək qabiliyyətinə qıcıqlanma qabiliyyəti, verdiyi cavaba 

bioloji reaksiya deyilir. Canlı toxumaya təsir edib, cavab reaksiyası törədə 

bilən amillər qıcıqlandırıcı və ya qıcıq, qıcığın toxumaya təsir göstərməsi 

prosesi  isə  qıcıqlanma  adlanır.  Qıcıqlar  fiziki,  kimyəvi  və  ya  fıziki-

kimyəvi ola bilər. 

Sinir,  əzələ  və  vəzi  toxumaları  qıcığa  qarşı  spesifik  cavab  vermək 

qabiliyyətinə  malikdir.  Qıcığın  təsirindən  sinir  toxumasında  elektrik 

impulsu əmələ gəlib, sinir  

boyunca nəql olunur, əzələ təqəllüs edir (yığılır), vəzi isə sekret hasil edir. 

Bunlara  oyanıcı  toxumalar  deyilir.  Oyanıcı  toxumaların  qıcığa  qarşı 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə