S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə80/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   76   77   78   79   80   81   82   83   ...   153

262 

 

İnsan orqanizmində bu funksiyanı yerinə yetirən timus 



vəzi, sümük iliyi, limfa düyünləri, dalaq, qaraciyər və s. 

orqanlardır. İmmun sistemin mühüm hüceyrələri limfosit- 

lər, makrofaqlar və monositlərdir. Sinir sisteminin hücey- 

• • « 


rələri  də  QIÇS  törədicilərinə  qarşı  çox  həssasdır.  IIÇV  bilavasitə 

qaraciyər, ürək, sümük və başqa orqanların hüceyrələrini zədələyir 

QİÇS virusu seçici surətdə xüsusən T - limfositləri zədələdiyindən, onlar 

orqanizmi  xarici  və  daxili  düşmən¬lərdən  -  infeksion  xəstəlik 

törədicilərindən qorumaq funksiyasını yerinə yetirə bilmir. Nəticədə adi 

halda insan orqanizmi üçün təhlükəli olmayan mikroorqanizmlər ölümlə 

nəticələnən  infeksiyaların  inkişafına  səbəb  olur.  Eləcə  də  pozulmuş 

immun  sistem  fonunda  bədxassəli  şiş  hüceyrələri  zərərsizləşdirilmir  və 

sürətlə artıb çoxalır ki, bu da təhlükəli bədxassəli şişlərin artmasına səbəb 

olur. 


QIÇS-lə  yoluxmuş  bir  çox  şəxslər  qısa  müddət  ərzində  xəstələnir  və 

ölürlər. Digərləri isə uzun illər virusgəzdirici kimi yaşayırlar. QİÇS virusu 

ilə  yoluxduq-dan  sonra  inkubasiya  dövrü  (gizli  dövr)  3-6  həftə  çəkir. 

Sonra  xəstəliyin  kəskin  mərhələsi  başlanır.  Xəstəliyin  əsas  əlamətləri: 

titrətmə, angina, limfa düyünlərinin böyüməsi, dəridə səpgilər və s.-dir. 

Sonra əlamətlər keçib gedir, xəstə virusgəzdirici kimi sağlam adamlardan 

seçilmir.  Növbəti  mərhələdə  boyun,  qoltuqaltı,  dirsək  və  s.  limfa 

düyünlə¬rinin  böyüməsi,  bəzi  xəstələrdə  titrətmə  ola  bilər.  Sonrakı 

mərhələdə  isə  xəstəliyə  aid  olmayan  əlamətlər  özünü  büruzə  verir: 

qızdırma,  çox  arıqlama,  ümumi  zəiflik,  iş  qabiliyyəti¬nin  və  yuxunun 

pozulması və s. QİÇS ikincili infeksiyalar və bədxassəli şişlərlə müşayiət 

olunur və ölümə səbəb olur. 

downloaded from KitabYurdu.org



263 

 

Göstərilən əlamətlər hər bir şəxsi IIÇV infeksiyasmdan şübhələnməyə və 



müayinəyə vadar etməlidir. 

Hazırda  malyariyaya,  şəkərli  diabetə,  hepatitə,  vərəmə  və  s.  tutulmuş, 

onkoloji  xəstəliyi  olan,  həmçinin  1  aydan  artıq  temperaturu  düşməyən, 

ishalı dayanmayan və s. xəstələrin hamısını QİÇS-ə görə müayinə etmək 

vacib hesab olunur. 

Həm xəstə, həm də müalicə edən həkim üçün QİÇS insana ölüm gətirən 

çoxbaşlı  əjdahadır.  Lakin  diaqnoz  vaxtında  qoyularsa,  bu  təhlükəli 

xəstəliyin inkişafını dayandırmaq mümkündür. Bu sahədə ən ümidverici 

və  güclü  dərman  preparatı  azidotimidin  (AZT)  sayılır.  Lakin  dərmanla 

müalicə həkim nəzarəti altında olmalıdır. Özünü- müalicədən söhbət belə 

gedə bilməz. 

Özünü lazımi qaydada aparan və İİÇV infeksiyasıııı yaymayan xəstələri 

cəmiyyətdən  izolə  etməyə  ehtiyac  yoxdur,  qəsdən  digər  şəxsləri' 

yoluxduraıılar  isə  cinayət  məsuliyyətinə  cəlb  olunurlar.  Hələ  QIÇS-in 

proflaktikasm- 

da 


effektli 

peyvənd 


tapılmamışdır.  Xəstəliyin 

profilaktikası  onun  törədicilərinə  və  yayıcılarına  qarşı  ciddi  mübarizə 

tədbirlərindən ibarətdir. 

Respublikamızda QIÇS-lə mərkəzləşdirilmiş şəkildə mübarizə məqsədilə 

Respublika  SPİD-lə  mübarizə  və  prollaktika  mərkəzi  bir  sıra  tədbirlər 

həyata  keçirir.  Mərkəzin  nəzdində  anonim  müayinə  kabineti  fəaliyyət 

göstərir.  Bundan  başqa,  bir  çox  xəstəxana  və  poliklinika¬larda  da  belə 

şö'bələr təşkil edilmişdir. 

QİÇS-ə görə öz pasport məlumatlarını bildirməklə respublikanın istənilən 

şəhər və rayonlarında diaqnostik laboratoriyası olan və QİÇS-i müəyyən 

etmək  üçün  müayinə  aparılan  müalicə  -  profilaktika  müəssisələrində 

müayinə olunmaq mümkündür. 

downloaded from KitabYurdu.org



264 

 

Bakı  şəhərində  SPİD-lə  mübarizə  və  profilaktika  mərkəzinin  anonim 



kabinetində (Ə.Qurbanov küç. 6, kab.  

-Ng  1)  anonim,  yəni  pasport  məlumatlarım  bildirmədən  müayinədən 

keçmək  olar.  Burada  həm  də  həkimdən,  mütəxəssislərdən  QIÇS 

probleminə aid bütün suallara cavab və məsləhət almaq mümkündür. 

Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə yaxın illərdə İİÇV ilə 

yoluxmuşların sayı 30-40 milyona çatacaq və 8 ildə bu rəqəm 3-4 dəfə 

artacaqdır.  Bu  da  hər  il  milyondan  yuxarı  adamın  QİÇS  diaqnozu  ilə 

ölümü deməkdir. Buradan xəstəliklə mübarizənin nə qədər zəruri olduğu 

aşkardır.  Ümumdünya  Səhiyyə  Təşkilatı  1988-ci  ildən  dekabrın  birini 

«Ümumdünya  QİÇS-lə  mübarizə  günü»  elan  etmişdir.  Hər  bir  ölkədə 

xəstəliyin  qarşısının  alınmasına  yönəldilmiş  sanitariya  maarifi  işi, 

konfrans, seminar və digər tədbirlər keçirilməlidir. 

Milli  adət-ənənə  lərimiz,  dini  qaydalarımız  xəstəliyin  xeyli  müddət 

qarşısını  ala  bilmişdi.  Lakin  müasir  gənclə¬rimizin  bu  adət-ənənələri 

unutması,  respublikamıza  xarici  vətəndaşların  axını  və  s.  xəstəliklə 

mübarizəyə daha ciddi yanaşılmam tələb edir. 

Allergiya və autoallergiya 

Allergiya  (yun.  «allos»  -  başqa,  özgə;  «erqon»  -  iş,  fəaliyyət,  təsir)  - 

orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş 

reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona 

qarşı  antitellər  (əks-  cisimlər)  hasil  etdiyi  hər  hansı  maddəyə  antigen 

deyilir. Allergiya törədən antigenlər allergen adlanır. 

Allergik xəstəliklər lap qədimdən mövcud olmuşdur. Keçmişdə bədənin 

səpməsini, şişdiyini gördükdə, «toxluq edib» deyirdilər. 

Qida maddələrinin törətdiyi allergik xəstəliklər hələ məşhur Hippokratm

Qalenin  vaxtından  məlumdur.  1819-  cu  ildə  ilk  dəfə  ingilis  alimi  Con 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə