S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə30/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   26   27   28   29   30   31   32   33   ...   153

98 

 

üçün zərərsizləşdirici əhəmiyyətini, irinli sahələrdə zərərverici amillərin 



məhv olduğunu göstərmiş, amma bunun iltihab prosesinin sürəti  

da qeyd etmişdir. Onun dövründə iltihab zədələyici amilin keyfiyyətindən 

asılı olmayan sərbəst xəstəlik hesab edilirdi. Eramızın başlanğıcında Sels 

iltihabın dörd əsas əlamətini, • II əsrdə Qalen isə beşinci əlamətini təsvir 

etmişlər. 

İltihabın etiologiyasmda toxumanı zədələyən hər hansı  amil iştirak edə 

bilər. İltihaba səbəb olan amillər 

floqogenlər  (yun.  floqozis  -  iltihab)  adlanır  ki,  bunlar  da  ekzogen  və 

endogen olur, iltihabı daha çox ekzogen

■ xüsusən infeksion amillər törədir. Odur ki, infeksion 

(septik)  və  qeyri-infeksion  (aseptik)  iltihab  ayırd  edilir.  Ekzogen 



floqogenlərə  bioloji  (mikroorqanizmlər,  rikketsi-  yalar,  viruslar,  parazit 

heyvanlar,  ibtidai  göbələklər  və  s.),  fiziki  (mexaniki,  termik,  elektrik, 

radiasion  və  s.),  kimyəvi  (turşular,  qələvilər,  zəhərlər,  skipidar,  kroton 

yağı, xardal yağı və s.) və digər amillər aiddir. Endogen floqogenlər çox 

vaxt toxuma nekrozu ocağı, hematoma, orqanizmdə əmələ gələn daşlar, 

duzların  çökməsi,  immun  komplekslər  və  s.  ilə  əlaqədar  olur.  Sarılıq 

zamanı  qanda  miqdarı  artmış  öd  turşuları  selikli  və  seroz  qişaları 

zədələyir,  uremiya  zamanı  azotlu  birləşmələrin  katabolizminin  son 

məhsulları  uremik  .  perikardit,  uremik  qastrit  və  s.  törədir,  bədxassəli 

şişlərin parçalanması məhsulları da iltihaba səbəb olur. 

İltihabın patogenezi çox mürəkkəb olub, onun • gedişində 5 mərhələ ayırd 

edilir.  Bütün  tipik  patoloji  proseslərdə  olduğu  kimi,  iltihabın  da  hər  bir 

mərhələsi son¬rakı mərhələ üçün zəmin yaradır və oradakı dəyişikliklərin 

xarakterini  müəyyən  edir.  Həm  də  nəzərə  almaq  lazımdır  ki,  bu 

mərhələlər  müəyyən  dərəcədə  şərtidir  və  həmişə  hamısı  aydııı  nəzərə 

downloaded from KitabYurdu.org




99 

 

çarpmır.  Əsasən  bir  mərhələni  xarak¬terizə  edən  dəyişikliklər  hələ 



əvvəlki  mərhələlərin  birində  başlana  bilər.  Məsələn,  iltihabın  sonuncu 

mərhələsinin mahiyyətini təşkil edən proliferasiya (bərpa prosesləri) hələ 

birinci mərhələdə alterasiya ilə yanaşı inkişaf etməyə başlayır. 

iltihabın mərhələləri aşağıdakılardır: 

I. 

Alterasiya  -  toxuma  və  hüceyrələrin  zədələnməsi.  Əslində  latınca 



«alterasiya»  dəyişiklik  deməkdir.  Amma  söhbət  iltihab  ocağında  məhz 

zədələnmənin  törətdiyi  dəyi¬şikliklərdən  getdiyi  üçün  burada  həmin 

termin  zədələnmə  mənasında  işlədilir.  Floqogenin  bilavasitə  təsirindən 

törənən  birincili  alterasiya  və  iltihab  ocağındakı  fiziki-  kimyəvi, 

biokimyəvi  dəyişikliklər,  qan  dövranının  pozul¬ması  ilə  əlaqədar  olan 

ikiııcili  alterasiya  ayırd  edilir.  Ikincili  alterasiya  floqogenin  törətdiyi 

zədələnməyə qarşı orqanizmin reaksiyası olduğundan, onun inkişafı üçün 

artıq floqogenin iştirakı tələb olunmur. Alterasiya mərhə¬ləsində hüceyrə 

zədələnməsi haqqında deyilənlərin hamısı müşahidə edilir. 

II. 


Mediatorlarm azad olması və maddələr mübadi¬ləsinin pozulması. 

Bioloji  (fizioloji)  aktiv  maddələr  olan  mediatorlar  orqanizmin  normal 

həyat  fəaliyyəti  zamanı  müxtəlif  orqan  və  toxumalarda  fizioloji 

konsentrasiyalarda  əmələ  gələrək,  həmin  səviyyələrdə  funksiyaların 

tənzimində  iştirak  edir,  iltihab  nahiyəsində  isə  bunlar  çoxlu  miqdarda 

hasil olur və floqogenlər öz təsirini iltihab mediatorları vasitəsilə həyata 

keçirir,  iltihab  ocağındakı  dəyişikliklərin  (damar  keçiriciliyinin 

yüksəlməsi,  ekssudasiya,  emiqrasiya  və  s.)  əmələ  gəlməsi  iltihab 

mediatorları  ilə  əlaqədardır.  İltihab  prosesinin  gedişini  və  nəticəsini 

bunlar müəyyən edir. İltihab mediatorları ölçüsünə, biokimyəvi təbiətinə 

və s. görə müxtəlif olur. Patofizioloji təsir mexanizminə görə bunların iki 

qrupu ayırd edilir: 

downloaded from KitabYurdu.org



100 

 

1. 



Əsasən damar divarının tonusuna və keçiriciliyinə təsir göstərənlər 

(histamin, serotonin, bradikinin, prosta- qlaııdinlər, adrenalin, asetilxolin 

və s.). 

2. 


Daha  çox  leykositlərin  funksional  aktivliyinə  təsir  göstərənlər 

(komplement, xemotaksis amili, leykotrieıılər və s.). 

İltihaba səbəb olan hüceyrə  zədələnməsi  oksidləşdirici  -  reduksiyaedici 

fermentlərin  əsas  daşıyıcısı  olan  mito-  xondrilərdə  dəyişiklik  törədir. 

Odur  ki,  iltihaba  uğramış  toxumalarda  hüceyrədaxili  fermentativ 

proseslər  zəifləyir.  Krebs  dövranında  iştirak  edən  fermentlərin  aktivliyi 

pozul¬duğundan,  mübadilənin  son  məhsulu  karbon  qazmadək 

çatmayaraq,  ara  maddələrdə  (piroüzüm  turşusu,  alma  turşusu,  kəhraba 

turşusu və s.) dayanır və tənəffüs əmsalı azalır. Həmin üzvi turşular bufer 

sistemi  ilə  birləşdiyi  üçün  iltihablaşmış  toxumalarda  bufer  sistemi 

zəifləyir. 

İltihab nahiyəsindəki hüceyrələrdə lizosomların mem- . branı parçalanıb, 

çoxlu  miqdarda  hidrolitik  fermentlər  (katepsinlər),  qlikoliz  və  lipoliz 

fermentləri  azad  olur.  Müvafiq  proseslərin  aktivləşməsi  çoxlu  üzvi 

turşuların əmələ gəlməsinə səbəb olur. H+ ionlarının konsentrasiyası artır, 

hiperioniya və asidoz əmələ gəlir. 

Hidrolitik  fermentlərin  təsirindən  irimolekullu  birləş¬mələr  parçalanıb, 

molekullarm  sayı  artdığından,  iltihab  •ocağında  osmotik  və  onkotik 

təzyiqlər yüksəlir. 

İltihabın  maddələr  mübadiləsində  törətdiyi  bütün  bu  pozulmalar 

«miibadilə yanğını» termini ilə xarakterizə edilir. 

III.  Damar  keçıriciliyinin  yüksəlməsi,  ekssudasiya  və  emiqrasiya.  Bu 

mərhələdə aşağıdakı ardıcıl reaksiyalar müşahidə edilir: 

1. 


Arteriolaların  qısamüddətli  spazması  (simpatik  sinir  sisteminin 

reflektor təsiri). 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə