S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə27/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   23   24   25   26   27   28   29   30   ...   153

89 

 

Toxumaların  sinir  trofikasınm,  qanla  təchizatının  pozulması,  irsi 



fermentopatiyalar,  allergiya  törədən  amillər  də  hüceyrə  zədələnməsi 

törədir. 

Fiziki və kimyəvi amillər, həmçinin orqanizmin özün¬də yaranan fizioloji 

aktiv  maddələr  (xüsusən  fermentlər)  travmatik  hüceyrə  zədələnməsinə 

səbəb olur. 

Zədələyici  amillər  hüceyrələrə  bilavasitə  və  ya  vasitəli  təsir  göstərərək, 

kəskin,  xronik,  tam  yaxud  hissəvi,  dönər  və  ya  dönməz  hüceyrə 

zədələnməsi  törədir.  Dönməz  zədə¬lənmə  hüceyrənin  məhvinə  səbəb 

olur. 

Həmin  etioloji  amillər  hüceyrəni  və  onun  orqanoid-  lərini  müxtəlif 



yollarla zədələyir. Hüceyrə zədələnməsinin patogenezinə aşağıdakı əsas 

mexanizmlər aiddir: 

1) 

hüceyrə membranmm zədələnməsi; 



2) 

hüceyrənin ferment sistemlərinin zəifləməsi

3) 

hüceyrədə gedən proseslərin enerji təchizatının pozulması; 



4) 

hüceyrədə ionlarla maye arasındakı balansın pozulması; 

5) 

hüceyrədaxili tənzim mexanizmlərinin fəaliyyə¬tinin pozulması; 



6) 

hüceyrənin genetik proqramının pozulması. 

Hüceyrə zədələnərkən, təkcə onun özündə, orqanoid- 

lərində  deyil,  toxuma,  orqan  və  sistemləri  təşkil  edən  digər  histoloji 

elementlərdə  də  müxtəlif  dəyişikliklər  törənir.  Hüceyrə  patologiyasının 

tipik formalarına distrofiya, displaziya, nekroz, autoliz, apoptoz aiddir. 

Zədələyici amillərin təsirindən hüceyrənin endoplaz- matik şəbəkəsi şişir, 

kiçik  dənələrə  parçalanır,  membranı-  nın  forması,  ondakı  ribosomlarm 

sayı  dəyişilir;  mitoxon-  drilər  şişir,  lizosomlar  dağılıb,  fermentləri 

downloaded from KitabYurdu.org




90 

 

sitoplazmaya  keçərək,  hüceyrənin  strukturlarını  zədələyə  və  onu  məhv 



edə  bilər.  Bu  fermentlərin  təsirindən  sitoplazma  zülalları  laxtalanır 

(koaqulyasiya),  parçalanıb  dağılır  (plazmoreksis),  əriyir  (plazmoliz). 

Hüceyrənin  nüvəsi  sərtləşir  (kariopiknoz),  parçalanır  (karioreksis), 

tamamilə əriyib, sitoplazmaya qarışır (karioliz). 

Distrofiya  -  maddələr  mübadiləsinin  pozulması  nəticəsində  törənib, 

hüceyrənin  həyat  fəaliyyətini  pozan  funksional,  plastik  və  struktur 

dəyişikliklərinin məcmu¬sudur. Karbohidrat, zülal, yağ, mineral, piqment 

distrofi- yası baş verə bilər. 

Displaziya  -  hüceyrələrin  diferensiasiyasının  pozul¬ması  nəticəsində 

əmələ gəlib, onların həyat fəaliyyətini pozan davamlı struktur, metabolik, 

funksional  dəyişiklik¬lərdir.  Displaziyalara  hemoqlobinin  patologiyası 

zamanı  orağabənzər  eritrositlərin,  B12  vitamininin  çatışmazlığı  ilə 

əlaqədar anemiya zamanı sümük iliyində meqaloblastlarm əmələ gəlməsi 

və s. aiddir. 

Displaziyalar arasında metaplaziya ayırd edilir ki, bu da orqana xas olan 

hüceyrələrin  başqa  tipli  hüceyrələrlə  əvəz  olunmasından  ibarətdir. 

Metaplaziyaya  ağciyərlərdə  xronik  iltihab  prosesləri  zamanı,  siqaret 

çəkənlərdə  bronx-  ların  birqatlı  səyrici  epiteli  arasında  çoxqatlı  yastı 

epitelin,  süd  vəzisinin  fibroz-kistoz  xəstəliyi  zamanı  vəzidə  apokrin  tər 

vəzilərinə xas olan hüceyrələrin aşkar olması və s. aiddir. 

Hüceyrə  displazisiyası  şişin  inkişafının  əsasını  təşkil  edir  və  klinik 

praktikada xərçəngqabağı vəziyyət kimi qiymətləndirilir. 

Nekroz  (yun.  nekros  -  ölü)  -  hüceyrələrin  məhvi,  yəni  onların  həyat 

fəaliyyətinin dönməz surətdə kəsilməsidir. Nekroz çox vaxt distrofiyanın, 

displazisiyanm  son  mərhələsi,  həmçinin  güclü  zədələyici  amillərin 

bilavasitə  təsirinin  nəticəsi  olur.  Nekrozdan  əvvəl  hüceyrədə  dönər 

(paranekroz)  və  ya  dönməz  (nekrobioz  və  ya  patobioz)  dəyişikliklər 

downloaded from KitabYurdu.org




91 

 

müşahidə  edilir.  Məhv  olmuş  hüceyrələrin  çoxu  autolizə  uğrayır,  yəni 



lizosom 

fermentlərinin 

törətdiyi 

hidroliz 

nəticəsində 

hüceyrə 


komponentləri və hüceyrəarası maddə dağılır. 

Apoptoz  -  hüceyrənin  proqramlaşmış  məhvidir.  Bu,  müəyyən  genlərin 

tənzim  etdiyi,  mərhələlərlə  hüceyrələrin  həyat  fəaliyyətinin  kəsilməsinə 

səbəb  olan  proqramın  reallaş¬masının  nəticəsidir.  Nekrozdan  fərqli 

olaraq,  apoptoz  həmişə  patoloji  xarakter  daşımır.  Bir  sıra  fizioloji 

proseslərdə ömrünü başa vurmuş hüceyrələr apoptoz yolu ilə kənar edilir. 

Zədələnmənin  hüceyrədə  törətdiyi  müxtəlif  xarakterli  dəyişikliklər 

biokimyəvi, histokimyəvi, fiziki-kimyəvi, mor- 

foloji, mikrokinematoqrafık, elektron-mikroskopik və s. metodlarla aşkar 

edilir. Hüceyrə zədələnməsinin spesifik və qeyri-spesifik əlamətləri ayırd 

edilir. 

Hüceyrə  zədələnməsi  zamanı  müşahidə  edilən  bir  sıra  dəyişikliklər 

müxtəlif amillərin təsirindən törənə bilər. 

Məsələn,  yüksək  temperatur  da,  qatı  turşular  da,  ağır  metal  duzları  da 

hüceyrə membranmın tamlığını pozur, zülalları dcnaturasiyaya uğradır və 

s. Bunlara qeyri-spesifik əlamətlər deyilir. Hüceyrə zədələııməsinin qeyri-

spesifik  əlamətlərinə  hüceyrənin  şişməsi,  membran  keçiriciliyiniıı  və 

tamlığının pozulması, membran potensialının və fermentlərin fəallığının 

dəyişilməsi,  zülalların  denaturasiyası.  hüceyrədə  su  mübadilə¬sinin 

pisləşməsi,  asidoz  və  s.  aiddir.  Çox  vaxt  zədələyici  amilin  təsirindən 

«zədələnmə mediatoıiarı» adlanan fizioloji aktiv maddələr hasil olur, qana 

sorulub, orqanizmə yayılır, müxtəlif nahiyələrdə hüceyrə zədələnməsinə 

gətirib çıxarır. 

Elə  həmin  qeyri-spesifik  əlamətlərdən  bəzisi  müəyyən  amil  üçün 

səciyyəvi olub, həmin amilin təsiri zamanı ilk növbədə və daha çox nəzərə 

çarpır. Bunlar hüceyrə zədələııməsinin birincili və ya spesifik əlamətləri 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə