S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə25/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   21   22   23   24   25   26   27   28   ...   153

82 

 

hipersteniklər  və  normo-  steniklər.  Normosteniklərin  bədən  ölçüləri 



mütənasib,  asteııiklərin  boyu  köndələn  ölçülərindən  artıq,  hiperstenik- 

lərdə  əksinə  olur.  Bu  tiplərin  morfoloji-funksional  xüsusiy¬yətləri  ilə 

əlaqədar  onlardan  hər  biri  müəyyən  xəstəliklərə  meylli  olur.  Məsələn, 

asteniklərin arterial təzyiqi nisbətən aşağı, mədəsinin hərəki və sekretor 

fəaliyyəti  zəif,  hemo-  qlobinin  miqdarı  və  eritrositlərin  sayı  az  olur, 

hiperste- ııiklərdə bunun əksi müşahidə edilir. 

Konstitusiyanın  anomaliyalarma  aid  olan  diatezlər  (ekssudativ, 

spazmofil, limfatiko - hipoplastik və s.) irsi meylliklə əlaqədar olur və ya 

xarici mühit amillərinin təsiri altında formalaşır. Bunlar uzun müddət gizli 

qalıb, əlverişli şəraitdə aşkar olur. 

İrsiyyət də patologiyada böyük rol oynayır. 

Patoloji  proseslərin  insan  orqanizmində  inkişafı  üç  amilin  -  genotipin, 

fenotipin və xarici mühit şəraitinin qarşılıqlı təsirindən asılıdır. Genotipin 

patoloji  dəyişilməsi  nəticəsində  inkişaf  edən  xəstəlikləri  irsi  xəstəliklər 

adlan¬dırırlar. 

İrsi  xəstəliklərin  törənməsində  xarici  mühitin  rolu  böyükdür.  Bəzi  irsi 

xəstəliklər  hələ  ana  bətnində,  bir  sıra  irsi  xəstəliklər  uşaq  yaşlarında, 

digərləri böyük yaşlarda, bəziləri də hətta yaşlı adamlarda başlanır. 

İrsi xəstəliklərin əsas səbəbi xarici miihit amillərinin genetik aparata təsiri 

nəticəsində irsi əlamətlərin sıçrayışla dəyişilməsindən ibarət olan patoloji 

mutasiyalardır. 

İrsi xəstəliklərdən ən çox rast gələnlərinə lal-karlıq, korluq, ağıl zəifliyi, 

şizofreniya,  atayaqlıq,  altıbarmaqlıq,  əl  barmaqlarının  bitişməsi, 

dovşandodaqlıq, qurdağızlıq, daltonizm (rəng korluğu), Daun xəstəliyi və 

s. aiddir. Bəzi  

downloaded from KitabYurdu.org




83 

 

irsi xəstəliklərə qarşı orqanizmdə meyllik olur və mühit şəraitindən asılı 



olaraq,  həmin  xəstəlik  meydana  çıxa  və  ya  çıxmaya  bilər.  Məsələn, 

podaqra, şəkərli diabet, ateroskle- roz, vərəm və s. 

İrsi  xəstəliklərin  bəziləri  cərrahi  yolla  müalicə  edilir.  Məsələn, 

dovşandodaqlıq, əl barmaqlarının bitişməsi, altıbarmaqlıq və s. 

İrsi xəstəliklərin baş vermə səbəblərini aradan qaldır¬maq istiqamətində 

tədbirlər  həyata  keçirməklə  onların  yavaş-yavaş  aradan  qalxmasına 

çalışmaq  vacibdir.  Ona  görə  də  qohumların,  rezus-amili  düz 

gəlməyənlərin  evlən¬məsinə  yol  verilməməli,  lazım  gələrsə,  ailə  və 

sağlamlıq mərkəzinə müraciət edilməlidir. 

Anadangəlmə şikəstliklər. Anadangəlmə şikəstliklər bəzən irsi, bəzən də 

qeyri-irsi  xəstəliklər  kimi  meydana  çıxır.  Qeyri-irsi  yolla  əmələ  gələn 

şikəstliklərə  beyin  yırtığı,  yekəağızlıq,  damağın  bitişməməsi, 

əyriboyunluq,  bud-  çanaq  oynağının  anadangəlmə  çıxığı,  ayaqların  X-

əbənzər  və  O-yabənzər  əyrilikləri,  topallıq,  atayaqlılıq,  ətrafların 

inkişafdan  qalması  və  s.  aiddir.  Bunların  səbəbləri  hələ  tam 

aydınlaşdırılmamışdır.  Lakin  güman  olunur  ki,  hamiləlik  dövründə 

ananın keçirdiyi infeksion və ya iltihabi xəstəlik¬lər nəticəsində baş verir. 

Belə uşaqlarla ətrafdakılar, xüsusilə müəllimlər, tərbiyəçilər, dostları çox 

ehtiyatla davranmalıdırlar. 

İrsi  xəstəliklərin  diaqnostikasında  statistik,  genealoji,  biokimyəvi, 

immunogenetik, eksperimental və s. metodlar¬dan istifadə edilir. Müalicə 

üsullarından  ən  təsirlisi  etioloji  müalicə  hələlik  ancaq  eksperiment 

şəraitində  öyrənilir  (gen  mühəndisliyi).  Əsasən  patogenetik  müalicə 

(dietoterapiya,  maddələr  mübadiləsinin  normallaşdırılması,  cərrahi 

müda¬xilə və s.), bu mümkün olmadıqda isə simptomatik müalicə 

aparılır. 

Xəstəliklərin inkişaf mexanizmləri, gedişi və nəticələri 

downloaded from KitabYurdu.org




84 

 

Patofıziologiyanın  xəstəliklərin  inkişaf  mexanizmlə¬rini,  gedişini  və 



nəticələrini  öyrənən  hissəsinə  patogenez  deyilir.  Hər  bir  etioloji  amil 

orqanizmdə  hər  hansı  xarakterli  ilkin  zədələnmə  törətməklə  xəstəliyə 

səbəb olur ki, xəstəliyin patogenezi də həmin zədələnmədən başlanır. 

Patogenezin  əsas  məsələləri  xəstəliklərin  inkişafında  xəstəliktörədici 

amilin orqanizmə daxil olması və bədəndə yayılması yollarını, zədələnmə 

səviyyəsinin əhəmiyyətini, xəstəliyin yerli və ümumi əlamətləri, spesifik 

və qeyri- spesifik mexanizmləri arasındakı əlaqəni, xəstəliyin gedişində 

yaranan qüsurlu dövranları, xəstəlik nəticəsində pozulmuş funksiyaların 

bərpa olunma mexanizmlərini öyrənməkdən ibarətdir. 

Bəzən xəstəliyin gedişində səbəblə nəticə yerini dəyişir, patoloji prosesin 

nəticəsi yeni pozulmalara səbəb olur və s. Buna qüsurlu dövran deyilir. 

Məsələn, miokard infarktı zamanı ürək əzələsinin bir hissəsi nekrozlaşır 

(ölür). Nəticədə törənən ağrı katexolaminlərin (adrenalin, noradrenalin və 

s.)  sekresiyasının  artıb,  qanda  miqdarının  yüksəlməsinə  səbəb  olur. 

Bunların  təsirindən  ürək  əzələ¬sində  nekrotik  proseslər  dərinləşərək, 

infarkt zonası genişlənir, ağrı daha da güclənir və s. 

Davametmə  müddətinə  görə  xəstəliklər  çox  kəskin  (4  günədək),  kəskin 

(14 günədək), yarımkəskin (15-40 günə¬dək) və xronik (6 həftədən və ya 

40 gündən artıq) olur. 

Xəstəliyin inkişafında aşağıdakı mərhələlər müşahidə edilir: 

1. 

Latent (gizli) dövr. 



2. 

Prodromal  dövr  (xəstəliyin  ümumi  xarakterli  ilk  əlamətləri  aşkar 

olur). 

3. 


Xəstəliyin tam inkişaf dövrü. 

4. 


Xəstəliyin nəticəsi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə