S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə28/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   24   25   26   27   28   29   30   31   ...   153

92 

 

hesab edilir. Məsələn, mexaniki təsir nəticəsində hüceyrənin, orqanoidlə- 



rin, hüceyrəarası maddənin tamlığının pozulması mexaniki zədələnmənin 

spesifik əlamətləridir. Teraıik zədələnmədə ilk növbədə hüceyrə zülalları 

denaturasiyaya  uğrayır.  Kimyəvi  (toksik)  zədələnmələr  üçün  hüceyrə 

fermentlərinin  aktivli-  yiniıı  azalması  xarakterikdir.  Ionlaşdırıcı  və 

ultrabənövşəyi  şüaların  təsirindən  törənən  hüceyrə  zədələnməsinin 

spesifik əlaməti sərbəst radikalların azad olmasıdır ki, bunlar da hüceyrə 

mcmbranını və hüceyrədaxili strukturları dağıdır. 

Hüceyrələr zədələndikdə, əvvəlcə spesifik, sonra qeyri-spesifik əlamətlər 

aşkar olur. 

Orqanizmin  sağlamlığının  qorunmasında  hüceyrə  zədələnməsinin 

qarşısının alınması və nəticələrinin aradan qaldırılması bioloji baxımdan 

o  qədər  vacibdir  ki,  təkamül  prosesində  hüceyrənin  özündə  onları 

zədələnmədən  qoruyan  mühafizə-bərpaedici  mexanizmlər  yaranmışdır. 

Bunlara aşağıdakılar aiddir: 

1. 

Bufer sistemləri  (bikarbonat, fosfat, zülal, hemoqlobin buferləri) - 



hüceyrələri turşuların və qələvilərin zədələyici təsirindən qoruyur. 

2. 


Fermentativ detoksikasiya sistemi (sitoxrom P450, 

qlütation - C - transferaza və s.) - həll olmayan toksik maddələri həll olan 

hala  salmaqla  onların  toksik  təsirini  azaldır,  maye  mühitə  keçib, 

hüceyrələrdən xaric olmasını asanlaşdırır. 

3. 

Antioksidant sistemi (E vitamini, ubixinon, supe- roksiddismutaza, 



katalaza,  qlütationperoksidoza  və  s.)  -  hüceyrə  membranmın  əsas 

komponenti  olan  lipidləri  peroksidli  oksidləşmənin  dağıdıcı  təsirindən 

qoruyur. 

4. 


Mutasiya 

əleyhinə  təsir  göstərən  sistem  (endonukleaza, 

ekzonukleaza,  DNT  -  polimeraza,  lipaza  və  s.)  -  bir  neçə  mərhələdə 

downloaded from KitabYurdu.org




93 

 

reparasiya prosesini həyata keçirir, yəni zədə¬lənmiş DNT molekullarmm 



normal quruluşunu bərpa edir. 

Mikrosirkulyasiyanın və periferik qan dövranımın 

pozulması 

Mikrosirkulyasiya - orqanizmin müxtəlif mayelərinin (qan, limfa, toxuma 

mayesi, likvor, intraplevral maye, vəzili toxuma şirələri) mikroskopik qan 

və 


limfa 

damar¬larında, 

hüceyrəarası 

sahədə 


və 

toxuma 


mikrosistemlərinin 

ətrafında 

hərəkətidir. 

Mikrosirkulyasiyanın 

funksional  vahidi  olan  toxuma  mikrosistemi  mikroskopik  damarların 

ətrafındakı  hüceyrələrdən,  sinir  uclarından,  birləşdirici  toxuma 

maddələrindən,  onları  digər  hüceyrələrdən  ayıran  ara  maddədən  və  s. 

ibarətdir. 

Toxuma  mayelərində  həll  olmuş  maddələrin  ifraz  edilməsi,  həmçinin 

patoloji  şəraitdə  ekssudasiya  və  nekrozlaşmış  sahələrdə  əmələ  gələn 

məhsulların sorulması (rezorbsiya) da mikrosirkulyasiyaya aiddir. 

Mikrosirkulyasiya sistemi periferik qan dövranının bir hissəsi olub, qanla 

ətraf toxumalar arasındakı maddələr mübadiləsini bilavasitə təmin edir. 

Kapilyarlarm  arterial  hissəsindən  hüceyrələrarası  sahəyə  keçən 

(filtrasiya) maye ilə venoz hissədən geriyə sorulan (reabsorbsiya) və limfa 

damarları  vasitəsilə  toxumalardan  axıb  gedən  mayenin  həcmi  arasında 

dinamik  tarazlıq  yaranır  və  nəticədə  toxu¬malara  orqanizmin  fizioloji 

tələbatına müvafiq miqdarda oksigen və qida maddələri daxil olur. 

Mikrosirkulyasiya  sisteminin  fəaliyyəti  aşağıdakı  səbəblərdən  pozula 

bilər: 


1. 

Mikrosirkulyasiya sistemi damarlarının divarındakı dəyişikliklər: -

travma,  iltihab,  avitaminoz,  ateroskleroz,  metabolik  pozulmalar, 

autoimımın xarakterli dəyişikliklər, spazma və s. 

downloaded from KitabYurdu.org



94 

 

2. 



Damar  daxilindəki  dönər  (qanın  formalı  element¬lərinin 

aqreqasiyası)  və  dönməz  (aqqlütinasiya)  dəyişiklik¬lər;  qanın 

suvaşqanlılığmm  artması,  damardaxili  laxtalan¬ma,  mikrotromblar, 

mikroemboliyalar, Slac fenomeni və s. 

3. 

Damardanxaric  dəyişikliklər:  böyüməkdə  olan  şişin,  ana  bətnində 



inkişaf edən dölün, həmçinin çapığın, infiltratın və s. damarı sıxması. 

4. 


Qarışıq xarakterli dəyişikliklər. 

Periferik  və  ya  yerli  qan  dövranı,  yaxud  orqan  qan  dövranı  ayrı-ayrı 

orqanlar  həddindəki  qan  dövranına  deyi¬lir.  Beləliklə,  periferik  qan 

dövranının  pozulması  -  orqan  və  toxumaların  qanla  təchizatının 

pozulmasıdır ki, buraya da arterial və  venoz hiperemiya, işemiya, staz, 

infarkt, tromboz və emboliya aiddir. 

Hiperemiya - orqan və ya toxumaların qanla həddən artıq dolmasıdır ki, 

bu  da  aktiv  (arterial)  və  passiv  (venoz)  olur.  Arterial  hiperemiya 

arteriyalara  çoxlu  miqdarda  qanın  axıb  gəlməsi,  venoz  hiperemiya  isə 

qanın venalar vasitəsilə axıb getməsi nəticəsində törənir. 

Arterial  hiperemiya  fizioloji  (iş,  reflektor,  şərti  reflektor)  və  patoloji 

(aııgionevretik,  postanemik,  kollateral,  vakat,  iltihabi,  arteriovenoz 

anastomozlarla  əlaqədar)  ola  bilər.  Patogenezinə  görə  neyrotonik, 

neyroparalitik, miopa- ralitik arterial hiperemiya ayırd edilir. 

Orqanizmin  kompensasiya  -  uyğunlaşma  reaksiyası  kimi  arterial 

hiperemiya  maddələr  mübadiləsini  sürətlən¬dirməklə  toxumaların 

fəaliyyətini  artırır.  Digər  tərəfdən,  məsələn,  beyin  damarlarında  arterial 

hiperemiya xüsusən 

aterosklerotik damarların partlamasına və beyinə qansız- maya səbəb ola 

bilər. 


downloaded from KitabYurdu.org


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə