S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə29/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   25   26   27   28   29   30   31   32   ...   153

95 

 

Venoz  hiperemiyanm  ürək  çatışmazlığı,  vena  mənfəzi-  nin  tutulması, 



venanın  xaricdən  sıxılması,  damar  divarı  keçiriciliyinin  artması  ilə 

əlaqədar növləri var. 

Venoz  hiperemiya  toxuma  və  orqanlarda  hipoksiya  törədir,  ödemə, 

qanaxma və qansızmaya, funksiyaların pozulmasına, uzun müddət davam 

etdikdə, hətta orqanla¬rın parenximatoz hüceyrələrinin nekrozuna səbəb 

ola  bilər.  Venoz  hiperemiyanm  orqanizmə  müsbət  təsiri  də  olur:  venoz 

durğunluq nəticəsində iltihab nahiyəsində infeksion prosesin ləngiməsi, 

mikroorqanizmlərin  çoxalmasının  qarşısının  alınması,  xronik  venoz 

durğunluq nəticəsində 

• 

birləşdirici  toxumanın  inkişaf  edib,  yaraların  sağalmasının 



sürətlənməsi və s. 

Işemiya -  arteriyalarla qanın axıb gəlməsinin çətinləş-  ıuəsi nəticəsində 

toxuma və orqanlarda törənən yerli qanazlığıdır. İşemiyaya arteriyaların 

spazmı, mənfəzinin tutulması, xaricdən sıxılması (şiş, çapıq, ekssudat və 

s. ilə), qanın toxumalar arasında qeyri-bərabər paylanması səbəb ola bilər. 

Spazma ilə əlaqədar olan və qısa  müddət davam edən işemiya nisbətən 

yüngül keçir. Uzun sürən işemiya toxumaların nekrozuna səbəb olur. Bu, 

beyində və ürəkdə xüsusilə təhlükəlidir. 

Staz  -  mikrosirkulyator  sistem  damarlarında  qanın  hərəkətinin 

kəsilməsidir.  İşemik,  venoz  və  həqiqi  kapilyar  staz  ayırd  edilir.  Staz 

zamanı  qanın  reoloji  xassələri  dəyişilir,  eritrositlərin  aqreqasiyası  son 

dərəcə şiddətlənir, 

• 

mikrosirkulyator sistem damarlarında sərhədləri pozulub, bir-birinə 



möhkəm  yapışmış  eritrositlər  yekcins  qırmızı  kütlə  əmələ  gətirir.  Bu 

dönməz proses «slac» (ingiliscə - «palçıq») fenomeni adlanır. 

downloaded from KitabYurdu.org



96 

 

Slac zamanı leykositlər mikroskopik damarların endotel qişasına yapışır, 



qan cərəyanı pozulub, burulğanlı və fasiləli xarakter alır, sürəti azalır. İri 

aqreqatlar damarlarda hərəkət edib, emboliya törədə bilər.  

pozulması nəticəsində törənən nekrozdur. İnfarktın inkişa¬fında işemiya 

və  nekroz  mərhələləri  ayırd  edilir.  Morfoloji  xüsusiyyətlərinə  görə 

infarktın 3 forması vardır: ağ (işenıik), qırmızı (hemorragik) və qırmızı 

haşiyəli ağ infarkt. 

Kiçik ölçülü infarkt zamanı autoliz nəticəsində infarkt sahəsi tam bərpa 

oluna  bilər.  Nekrozlaşmış  geniş  sahələr  yumşalır  və  ya  sərtləşir,  həmin 

sahəyə kalsium duzları və ya dəmir birləşmələri çökür, yerində kista və 

ya bakterial emboliya nəticəsində abses əmələ gəlir və s. 

Tromboz  -  canlı  orqanizmlərdə  qanın  damar  daxilin¬də  və  ya  ürək 

boşluqlarında  laxtalanmasıdır.  Yaranmış  qan  laxtası  ağ,  qırmızı  və  ya 

hialin  trombu  əmələ  gətirir.  Trombozun  patogenezində  yerli  (damar 

divarındakı dəyişikliklər, qan cərəyanının zəifləməsi) və ümumi (laxta- 

landırıcı  sistemin  aktivləşməsi,  əks-laxtalandıncı  sistemin  aktivliyinin 

azalması) amillər iştirak edir. Tromboz 3 mər¬hələdə inkişaf edir:  1) 

trombositlərin aqqlütinasiyası; 

2) 


fıbrinogenin koaqulyasiyası və fibrinin əmələ gəlməsi

3) 


eritrositlərin aqqlütinasiyası və plazma zülallarının presipitasiyası. 

Kiçik tromblar aseptik autoliz prosesinə uğrayır, yəni yumşalıb, tamamilə 

əriyir. Böyük tromblar tədricən birləşdirici toxuma ilə əvəz olunur, içində 

kanallar əmələ gəlir və qan damarlarına çevrilir. Həmin nahiyədə kalsium 

birləşmələri toplanıb, vena divarlarında daşlar əmələ gətirə bilər. Orqanın 

(beyin,  ürək,  böyrək  və  s.)  arteriyasını  tıxayan  tromb  onun  infarktına 

səbəb olur. Tromboembo- liya trombun təhlükəli ağırlaşmasıdır. 

Emboliya - damar mənfəzinin embolla, yəni qan və ya limfa ilə gətirilib, 

qanda dövr edən qeyri-normal hissəciklərlə tutulmasına deyilir. Embollar 

downloaded from KitabYurdu.org




97 

 

ekzogen  (hava,  qaz,  bərk  konsistensiyalı  yad  cisimlər,  bakteriya  və 



parazitlər)  və  endogen  (tromb,  piy,  toxuma  və  hüceyrələr,  dölyanı  su) 

mənşəli  olur.  Bunlar  orqanizmdə  3  istiqamətdə  -  böyük  və  kiçik  qan 

dövranında və qapı venası sistemində 

hərəkət edir. Qulaqcıqarası və ya mədəcikarası çəpərlərin qüsuru zamanı 

ürəyin  sağ  hissəsindən  sol  hissəsinə  keçən  (paradoksal),  həmçinin  öz 

ağırlıq  qüvvəsinin  təsiri  ilə  qan  •  cərəyanına  əks  istiqamətində  hərəkət 

edən (retroqrad) embollar da olur. 

Embollar  böyük  qan  dövranına  düşdükdə,  beyində,  ürəkdə,  böyrəkdə, 

dalaqda, bağırsaqlarda,  ətraflarda və s. işemiya, infarkt, qanqren törədə 

bilər.  Kiçik  qan  dövranın-  dakı  embollar  ağciyər  arteriyasının  kiçik 

şaxələrində  olduqda  ağciyərdə  hemorragik  infarkta,  böyük  şaxələri 

tutduqda  isə  qəfil  ölümə  səbəb  olur.  Embol  qapı  venasını  və  ya  onun 

böyük  şaxəsini  tutduqda,  qarın  boşluğu  orqanlarında  qan  durğunluğu 

nəticəsində assit əmələ gəlir, dalaq böyüyür, qarının ön divarının venaları 

genişlənir.  Bunlardan  əlavə,  ürəyin  sistolik  və  dəqiqəlik  həcmi  azalır, 

arterial təzyiq enir, təngnəfəslik müşahidə edilir, xəstə huşunu itirə bilər. 

İltihab 

İltihab - damarların, birləşdirici toxumanın və sinir sisteminin iştirakı ilə 

orqanizmin  yerli  zədələnməyə  qarşı  kompleks  cavab  reaksiyasıdır, 

iltihabla  zədələnmiş  toxu¬malarda  struktur,  funksional  və  metabolik 

pozulmalar, həmçinin mikrosirkulyasiyanm pozulması aşkar olur. 

• • 


ımıəyyən 

həddən kənara çıxmadıqda mümkün olduğunu 

İltihab  prosesi  qədimdən  məlum  olub,  həmişə  alimlərin  diqqətini  cəlb 

etmişdir.  Hələ  eramızdan  əvvəl  V  əsrdə  Hippokrat  iltihabın  orqanizm 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə