S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə31/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   27   28   29   30   31   32   33   34   ...   153

101 

 

2. 



Arterial 

hiperemiya 

(reflektor 

təsirin 


aradan  qalx¬ması, 

mediatorların parçalanması). 

3. 

Venoz hiperemiya. 



4. 

Staz. 


Həmin  dəyişikliklərin  ardınca  damar  kcçiriciliyi  artır,  ekssudasiya  və 

emiqrasiya  prosesləri  başlanır.  Ekssudasiya  (lat.  eks  -  çıxarma;  sudo  - 

tərləmək) - iltihab zamanı qanın maye hissəsinin və onda həll olmuş qan 

plazması  kompo¬nentlərinin  damar  divarından  xaric  olub,  toxumalara 

keçməsidir.  Geniş  mənada ekssudasiya anlayışına emiqra¬siya daxildir. 

Emiqrasiya  (lat.  emiqrare  -  köçmək)  -  leyko-  sitlərin  qan  damarları 

divarından toxumalara keçməsidir. 

İltihab ocağında toplanan və tərkibində hüceyrəvi element- 

• v 

lər olan mayeyə ekssudat deyilir. 



Ekssudasiya  prosesi  iltihab  ocağındakı  aşağıdakı  dəyişikliklərin 

nəticəsidir: 

1) 

mikrosirkulyasiya damarlarının keçiriciliyinin artması; 



2) 

damarlarda  qanın  hidrostatik  təzyiqinin  və  bununla  əlaqədar 

filtrasiya təzyiqinin yüksəlməsi

3) 


toxumalarda osmotik və onkotik təzyiqlərin artması. 

Tərkibinə  görə  ekssudatın  (iltihab  ocağında  damar¬lardan  xaric  olub, 

toxumalarda toplanan maye və hüceyrəvi elementlər) bir neçə növü ayırd 

edilir:  seroz,  kataral,  fıbrinoz,  hemorragik,  irinli,  çürüntülü,  qarışıq. 

Məsələn,  irinli  ekssudatın  tərkibində  çoxlu  formalı  elementlər, 

nekrozlaşmış  toxuma  hissəcikləri,  qida  maddə¬lərinin  parçalanması 

downloaded from KitabYurdu.org



102 

 

məhsulları,  fermentlər  olur.  Eks-  sudatın  tərkibindəki  proteolitik, 



amilolitik və lipolitik fermentlər ikincili alterasiya törədir. 

Ekssudat tərkibcə ödem mayesi olan transsudatdan fərqlənir. Ekssudatın 

tərkibində  zülalların  miqdarı  və  hüceyrələrin  sayı  çox,  reaksiyası  turş, 

xüsusi çəkisi və osmos təzyiqi yüksək olur; transsudatdan fərqli olaraq, 

çox vaxt laxtalanır. 

Leykositlərin  iltihab  ocağına  emiqrasiyası  onların  damar  mənfəzinin 

kənar hissəsinə doğru itələnib, damar divarı yaxınlığında mövqe tutması, 

yəni  leykositlərin  yan  duruşu  (marginasiyası)  ilə  başlanır.  Sonra 

leykositlərin  müxtəlif  formaları  yalançı  ayaqcıqlar  vasitəsilə  endotel 

hüceyrələri 

arasındakı  (iltihab  zamanı  genəlmiş)  yarıqlar¬dan 

(neytrofillər  və  eozinofillər)  və  ya  hüceyrə  membranla-  rındakı 

məsamələrdən keçərək damardan xaric olur, yaxud da endotel hüceyrənin 

içinə daxil olub, orada hərəkət edir, bazal membranla təmasda olan səthi 

yarıb,  əks  tərəfə  çıxır  (monositlər  və  limfositlər).  Bu  mexanizmlərin 

sürətindən asılı olaraq neytrofillər və eozinofillər iltihab ocağına birinci 

olaraq,  monositlər  bir  qədər  sonra,  limfositlər  isə  ən  axırda  gəlib  çatır. 

Burada başqa bir bioloji məqsədəuyğun¬luq da maraqlıdır. Neytrofillər 

məhv olduqda yaranan turş mühitdə onlar öz aktivliyini itirir, həmin anda 

gələn monositlər və limfositlər isə məhz turş mühitdə daha aktiv olur. 

Emiqrasiyamn  mexanizmini  hələ  İ.İ.Meçnikov  xemo-  toksislə  izah 

etmişdi.  Sitotaksinlər  adlanan  maddələr  (komplement  sisteminin  bəzi 

aktivləşmiş  komponentləri,  denaturasiyaya  uğramış  zülallar,  bakteriya 

toksinləri,  peptonlar,  limfositlərin  parçalanmasının  bəzi  məhsulları, 

kallikrein və s.) bu prosesi sürətləndirir, sitotaksinlər isə bəzi maddələri 

sitotaksinlərə çevirir. 

iltihab ocağına çıxmış leykositlər faqositozu həyata keçirir ki, bunun da 

aşağıdakı mərhələləri ayırd edilir: 

downloaded from KitabYurdu.org



103 

 

1. 



Xemotaksis - faqositin yad cismə yaxınlaşması. 

2. 


Adheziya - yad cismə yapışma. 

3. 


Endositoz - yad cismin udulması. 

4. Hüceyrədaxili həzm. 



IV.  Qamn reoloji xassələrinin dəyişilməsi. İltihabın III mərhələsiııdəki 

bir sıra dəyişikliklər qanın reoloji (yun. reo 

axıcılıq) xassələrinin, yəni axa bilmək qabiliyyətinin pozulmasına 



səbəb  olur.  Aşağıdakılar  xüsusən  mikrosirkul-  yasiya  sistemi 

damarlarında qanın axmasını çətinləşdirir: 

1) 

ekssudasiya nəticəsində qanın qatılaşması; 



2) 

asidozla  əlaqədar  turş  mühitdə  formalı  elementlərin  və  endotel 

hüceyrələrinin şişməsi; 

3) 


endotel 

hüceyrələrinin 

və 

formalı  elementlərin  (xüsusən 



trombositlərin) zədələnməsi nəticəsində qanın laxtalanma qabiliyyətinin 

artması və damarlarda trombla- rın əmələ gəlməsi; 

4) 

şişmiş  eritrositlərin  damar  daxilində  birləşərək,  mikroaqreqatlar 



əmələ gətirməsi. 

V. 


Proliferasiya. Proliferasiya (lat. proles - nəsil; fero 

gətirirəm) - hər hansı toxumanın hüceyrələrinin çoxala¬raq sayının 



artmasına deyilir. İltihabın sonuncu mərhələsi kimi proliferasiya iltihab 

ocağında  hüceyrə  elementlərinin  çoxalmasından,  bərpa  proseslərindən 

ibarətdir. Nəticədə yerli toxuma (əsasən birləşdirici, nadir hallarda epitel) 

elementləri  əmələ  gəlir  və  toxumanın  zədələnmiş  hissəsini  əvəz  edir. 

Sonra əmələ gəlmiş çapığın lazımsız kollagen strukturları lizisə uğrayır 

və  yalnız  iltihab  prosesinin  adekvat  surətdə  başa  çatmasını  təmin  edən 

miqdarı qalır. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə