S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə24/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   20   21   22   23   24   25   26   27   ...   153

79 

 

Kimyəvi 



lergen (allergiya törədən), 

mutagen (mutasiya törədən), pirogen (qızdırma törədən), floqogen (iltihab 

törədən) və s. ola bilər. 

Bioloji amillərin orqanizmə göstərdiyi xəstəliktörədici təsir çoxcəhətlidir. 

Bunlara  patogen  mikroorqanizmlərin  törətdiyi  infeksiyalar,  bağırsaq 

qurdları  invaziyası  (helmin-  tozlar),  bəzi  bitkilərin  (çovdar  mahınızı, 

xaşxaş və s.), heyvanların (ilanlar, həşəratlar, balıqlar) zəhərli ifrazatının 

təsiri, heyvanların (itin qapması, mal-qaranm buynuzu ilə vurması və s.), 

bitkilərin (tikanlar və s.) orqanizmdə törətdiyi  mexaniki travmalar və s. 

aiddir. 


Yüksək  dərəcədə  inkişaf  etmiş  ali  sinir  fəaliyyətinə  və  ikinci  siqnal 

sisteminə  malik  ictimai  varlıq  olan  insan  üçün  mənfi  psixi  və  ictimai 

amillər  də  patogen  xassə  kəsb  edir.  Emosional  gərginlik,  nevrogen  və 

psixogen  amillər,  psixi  travmalar,  zehni  yorğunluq  əksər  xəstəliklərin 

törənmə- 

sindo  həlledici  rol  oynayır  (şəkərli  diabet,  tireotoksikoz,  hipertoniya 

xəstəliyi,  mədə  xorası,  ateroskleroz  və  s.)-  Tibb  işçilərinin,  xüsusən 

həkimin qaba rəftarı, ehtiyatsız sözü xəstəyə psixi travma vurub, yatrogen 

(yun. yatros - həkim) xəstəlik törədə bilər. 

Əlverişsiz ictimai-iqtisadi şərait (evdə və işdə gər¬ginlik, işsizlik və ya 

ağır əmək şəraiti, pis qidalanma və s.) orqanizmi zəiflədir, xəstəliyə səbəb 

olur.  Xüsusən  vərəm,  zöhrəvi  xəstəliklər,  alkoholizm,  narkomaniya, 

avitami- nozlar, peşə xəstəlikləri həmin amillərlə daha sıx əlaqə¬dardır. 

Müharibələr  aclığın,  xəstəliklərin,  xüsusən  infeksi-  yaların,  travma  və 

yanıqların artmasına səbəb olur. 

Daxili amillərin xəstəliklərin törənməsində rolu 

downloaded from KitabYurdu.org



80 

 

Daxili  amillər  kimi  orqanizmin  yaşının,  cinsiyyətin,  konstitusiyanın, 



irsiyyətin  xəstəliklərin  törənməsində,  inki¬şafında,  gedişində  və 

nəticəsində rolu böyükdür. 

Əksər xəstəliklər hər yaşda təsadüf etsə də, orqaniz¬min yaşından asılı 

olaraq, müəyyən xəstəliklərə qarşı müqaviməti çox olur və ya onlara tez 

tutulur.  Ycnidoğul-  muşlar  zədələnməyə  və  temperaturun  təsirinə  qarşı 

həssas olduqları halda (istilik tənzimi mexanizmləri tam inkişaf etməmiş 

olur),  infeksion  xəstəliklərə  nisbətən  az  tutulurlar  (anadangəlmə 

immunitetin hesabına). Sonra ana qanından aldıqları əks-cisimlər tükənir 

və  öz  immunitetləri  tam  inkişaf  edənədək  (1  yaşdan  etibarən)  tez-tez 

xəstələnirlər. 

Uşaqlıq  dövrünə  raxit,  qızılca,  göyöskürək,  difteriya,  skarlatina  kimi 

xəstəliklər xasdır. 

Yeniyetmələrin neyro-endokrin sistemi sabit olmadı¬ğından, bu dövrdə 

bəzi psixi və somatik xəstəliklərin sayı artır. 

Adətən belə hesab edilirdi ki, vərəmə gənclər, bədxassəli şişlərə yaşlılar 

daha çox tutulurlar. İndi isə tez- tez bunun əksini görürük. Bununla belə, 

yaş  artdıqca  şiş  xəstəliyinə  tutulma  ehtimalı  artıq  olur.  Hipertoniya, 

ateroskleroz kimi xəstəliklərin sayı da yaşla əlaqədar artır. 

Orqanizmin  reaktivliyi  və  rezistentliyi  (xəstəliklərə  qarşı  müqavimət 

göstərmək  qabiliyyəti)  müəyyən  dərəcədə  onun  cinsiyyətindən  asılıdır. 

Odur ki, orqanizmin xəstələn¬məsinə cinsiyyətin də təsiri vardır. Qadın 

orqanizmində  gedən  dövri  dəyişikliklərlə  (menstruasiya  -  aybaşı) 

əlaqə¬dar olaraq, onlar qanitirməyə, aclığa, ağrıya, hipoksiyaya və s. qarşı 

kişilərdən  daha  davamlıdırlar.  Aybaşı  dövrlə¬rində  qadın  orqanizminin 

psixi,  infeksion  və  s.  amillərə  qarşı  həssaslığı  artır.  Görünür,  qadın 

cinsiyyət  hormonla¬rının  «qoruyucu  fəaliyyəti»  ilə  əlaqədar  olaraq, 

onlarda hiperxolesterinemiya kişilərdən az qeyd edilir. Nəticədə onlarda 

downloaded from KitabYurdu.org




81 

 

ateroskleroz, 



cümlədən, 

koronaroskleroz  (tac  arteriyalarının 

aterosklerozu) da az təsadüf edilir və gec əmələ gəlir. Bununla əlaqədar 

olaraq,  40  -  50  yaşlı  kişilərdə  miokard  infarktı  qadınlardan  təxminən  5 

dəfə,  50  -  60  yaşda  -  2  dəfə  çox  müşahidə  edilir.  70-dən  yuxarı  yaşda 

qadınların infarktla xəstələnməsi artır və kişilərlə bərabər olur. 

insanın  müəyyən  xəstəliklərə  meylli  olması,  xəstəliklə¬rin  gedişi 

orqanizmin konstitusional xüsusiyyətlərindən, yəni nisbi - sabit xarakterli 

morfoloji  və  funksional  xassə¬lərinin  məcmusundan  da  asılıdır. 

Konstitusiya  haqqında  təlimin  banisi  hesab  edilən  Hippokrat  insanları 

tempera- mentlərinə görə 4 tipə bölmüşdü. Bunların əsasında 

m  

 

' I.P.Pavlov ali sinir fəaliyyəinin 4 tipini müəyyən etmişdir: 1) qüvvətli, 



müvazinətli,  mütəhərrik  tip  (Hippokrata  görə  -  sanqvinik);  2)  qüvvətli, 

müvazinətli, qeyri-mütəhərrik tip (fleqmatik); 3) qüvvətli, müvazinətsiz, 

coşğun  tip  (xolerik);  4)  zəif  tip  (melanxolik).  Sanqviniklər  diribaş,  iş 

qabiliyyəti  yüksək  olan,  çətinliklərlə  mübarizə  aparan  insanlardır. 

Fleqmatiklərin  də  iş  qabiliyyəti  yüksək  olub,  xarici  mühit  amillərinin 

təsirinə qarşı dözümlüdürlər, lakin sanqvinik- lərə nisbətən qıcıqlara qarşı 

ləng reaksiya verirlər. Xoleriklər hövsələsiz, tez özündən çıxan olur, qısa 

müddət ərzində məhsuldar işləsələr də, bunu uzun müddət davam etdirə 

bilmirlər.  Melanxoliklər  qaradinməz,  adamayovuş¬maz,  xarici  mühitin 

dəyişikliklərinə çətin uyğunlaşan insanlardır. 

Sanqviniklərdə  və  xüsusən  fleqmatiklərdə  ali  sinir  fəaliyyətinin 

pozulması  nadir  təsadüf  olduğu  halda,  xolerik-  lərdə  və  xüsusən 

melanxoliklərdə nevrozlar tez yaranır. 

Sonralar Siqo, Kreçmer, Boqomolets və başqaları konstitusional tiplərin 

müxtəlif 

prinsiplərə 

əsaslanan 

təsnifatlarını 

təklif 

etmişlər. 



A.A.Çernorutskinin  təsnifatı  daha  geniş  yayılmışdır:  asteniklər, 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə