S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə23/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   19   20   21   22   23   24   25   26   ...   153

76 

 

Cərəyan  əzələlərdən  keçdikdə  qıcolmaya,  ürəkdən  keçdik¬də  səyrici 



aritmiyaya və ürəyin dayanmasına, başdan keçdikdə ölümə səbəb olur. 

Elektrik cərəyanının təsir etdiyi nahiyədə sərt konsis- tensiyalı dairəvi və 

ya  oval  şişkinlik,  ətrafında  qızartı,  «elektrik  yanıqları»,  bəzən  yüksək 

gərginlikli cərəyanın 

orqanizmə daxil olduğu və çıxdığı yerlərdə odlu silah yaralarına bənzər 

yara əmələ gəlir. 

Elektrik  cərəyanı  orqanizmdə  ümumi  əlamətlər  də  törədir.  Başağrısı, 

ürəkbulanma, ödem, qıclıq, iflic, sinir sistemində oyanma, sonra ləngimə 

müşahidə  edilir.  Ürək  fəaliyyəti  və  tənəffüs  tezləşir,  arterial  təzyiq 

yüksəlir,  sonra  kəskin  surətdə  enir,  xəstə  huşunu  itirir.  Ağır  elektrik 

travmaları  tənəffüs  mərkəzinin  iflici  və  ürək  fəaliyyətinin  .dayanması 

nəticəsində ölümə səbəb olur. 

Ultrayüksək  tezlikli  cərəyanın  uzunmüddətli  təsiri  zamanı  bədən 

temperaturu  yüksəlir,  taxikardiya,  aritmiya,  yorğunluq,  yuxuculluq, 

başağrısı qeyd edilir. 

Yüksəklik şəraitində atmosfer təzyiqi, deməli, oksige¬nin parsial təzyiqi 

də  azaldığından,  orqanizmin  oksigenlə  təchizatı  pozulur,  toxumalarda 

hipoksiya (oksigen aclığı) törənir ki, bu da yüksəklik xəstəliyinə səbəb 

olur.  Həmin  xəstəlik  dağa  qalxanlarda  inkişaf  edərkən  dağ  xəstəliyi, 

təyyarəçilərdə - uçuş xəstəliyi və s. adlanır. 

Dəniz səviyyəsindən 4000 - 5500 m hündürlükdə insanın əhvalı pozulur, 

başda  ağırlıq  hissi  və  ağrı,  yuxucul¬luq,  diqqətsizlik,  eyforiya  halı 

müşahidə  edilir,  əmək  qabiliyyəti  azalır,  bəzən  yersiz  hərəkətlərə  yol 

verir. 7000 m hündürlükdə tezliklə insanın huşu itir. 8000 m hündürlükdə 

isə 2 - 3 dəq. ərzində dərin bayılma halı törənir ki, bu da, tezliklə tədbir 

görülməsə, ölümlə nəticələnir. 

downloaded from KitabYurdu.org



77 

 

Yüksəklik şəraitində meteorizm (qarının köpməsi, qarında ağrı), toxuma 



emfizeması inkişaf edir, orqanizmin mayelərində həll olmuş qazlar xaric 

olub, qaz emboliyası əmələ gətirir və bədənin müxtəlif nahiyələrində ağrı 

törədir. 

Yüksək  atmosfer  təzyiqi  şəraitində  (kessonçularda,  şaxtaçılarda, 

dalğıclarda və s.) qanda, toxumaların kolloid məhlullarında çoxlu qaz həll 

olur ki, bunlar da, xüsusən azot və oksigen orqanizmə toksik təsir göstərir. 

Başağrısı,  başgicəllənmə,  ağciyərlərdə  ödem,  bronxlarm  spazması, 

hallüsinasiya,  qıclıq  müşahidə  edilir,  hərəkətlərin  koor¬dinasiyası 

pozulur, huş itə bilər. Həmin şəxs sürətlə 

qaldırılıb, normal təzyiq şəraitinə keçdikdə, həll olmuş qazlar məhluldan 

ayrılır, xüsusən azot qanda iri qabar- cıqiar əmələ gətirir ki, bunlar da qaz 

emboliyası  şəklində  damarları  tutur.  Eyni  zamanda  təzyiqin  kəskin 

surətdə azalması qulaqda və burunətrafı boşluqlarda ağrı, təbil pərdəsinin 

zədələnməsi,  meteorizm,  ağciyər  ödemi,  toxuma  emfizeması  kimi 

barotravma  əlamətləri  törədir.  Buna  kesson  xəstəliyi  deyilir.  Atmosfer 

təzyiqi  normal  olan  mühitdən  aşağı  olan  mühitə  keçərkən  də  eyni 

dəyişikliklər  əmələ  gəldiyi  üçün  həmin  patoloji  proses  dekompressiya 

xəstəliyi də adlanır. Müalicə məqsədilə bu şəxsi yenidən sürətlə atmosfer 

təzyiqinin  yüksək  olduğu  şəraitə  keçirirlər.  Belə  rekompressiya 

nəticəsində  qaz  qabarcıqları  yenidən  həll  olduqdan  sonra  xəstə  tədricən 

adi atmosfer təzyiqi olan mühitə keçirilir. Həmin müalicə barokamerada 

(hermetik qapalı kabinə) aparılır. 

Zəhərlər,  yəni  orqanizmin  funksiyalarını  pozan  və  həyat  üçün  təhlükə 

törədən  kimyəvi  maddələr,  müxtəlif  prinsiplər  üzrə  qruplaşdırılır. 

Mənşəyinə  görə  qeyri-bioloji  (qeyri-üzvi  və  üzvi  turşular,  qələvilər, 

oksidlər,  ağır  metal,  arsen,  flüor  birləşmələri,  bəzi  sintetik  dərman 

preparatları və s.), heyvan mənşəli (ilan, qaraqurd, əqrəb və s. zəhər¬ləri), 

bitki mənşəli (alkaloidlər, qlükozidlər, saponinlər) zəhərlər, bakteriya və 

downloaded from KitabYurdu.org



78 

 

göbələkciklərin  həyat  fəaliyyətinin  zəhərli  məhsulları  (aflatoksin, 



botulizm toksini, bəzi antibiotiklər və s.) ayırd edilir. Törətdikləri klinik 

əlamət¬lərə görə qıcıqlandırıcı (yandırıcı), boğucu, qıdıq törədən, dəridə 

yara  əmələ  gətirən,  narkotik  təsirli,  qana,  ürəyə,  qaraciyərə  və  s.  təsir 

göstərən  zəhərlər  vardır.  Biokimyəvi  təsirinə  görə  toxuma  tənəffüsü 

fermentlərini fəaliyyətdən salan, zülalların və ya fermentlərin funksional 

qruplarını blokadaya alan, fermentlərin biosintezini pozan və s. zəhərlər 

ayırd edilir. Patofizioloji baxımdan hipoksiya törədən, əsasən mərkəzi və 

ya periferik təsir mexanizmi olan, xolinergik və ya adrenergik sistemləri 

zədələyən zəhərlər vardır. Eləcə də ümumi zəhərləyici maddələr (sian 

birləşmələri, narkotik maddələr və s.), qan zəhərləri (Bertole duzu, dəm 

qazı  və  s.),  sinir  zəhərləri  (strixnin,  arsen  birləşmələri),  qaraciyəri 

zədələyən zəhərlər (floridzin, karbon 4 - xlorid və s.) ayırd edilir. 

  

yollarından, 



Zəhərlər orqanizmə dəridən, tənə 

ağızdan və ya parenteral yolla, yəni iynə vasitəsilə daxil olur. Endogen 

mənşəli,  yəni  maddələr  mübadiləsinin  məhsulları  olan  və  toxumaların 

parçalanması  nəticəsində  'orqanizmin  özündə  yaranan  maddələrin 

törətdiyi zəhərlən¬məyə autointoksikasiya deyilir. 

Zəhərlərin  orqanizmdə  törətdiyi  patoloji  prosesin  ağırlığı  zəhərin 

dozasından, bədənə hansı yolla daxil olma¬sından, həmçinin orqanizmin 

müqavimət  qabiliyyətindən,  yaşından,  fərdi  xüsusiyyətlərindən  və  s. 

asılıdır. Məsələn, kiçik dozası müalicəvi təsir göstərən maddənin böyük 

dozasının təsiri öldürücü ola bilər; biri üçün təsirsiz olan doza başqasını 

zəhərləyə  bilər  və  s.  Bağırsaqlardan  qana  sorulmuş  zəhərli  maddələr 

qaraciyərdə  zərərsizləşdirildiyi  üçün  həzm  sisteminə  keçən  maddənin 

təsiri zəif olur. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə