S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə20/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   16   17   18   19   20   21   22   23   ...   153

66 

 

Skelet  əzələlərində  əzələ  lifləri  bir-birinə  paralel  yerləşdiyi  halda,  ürək 



əzələsində tor əmələ gətirir. 

Eninəzolaqlı əzələ toxuması yüksək regenerasiya 

qabiliyyətinə malik olur. Lakin bu proses bir sıra amillər¬dən asılı olaraq 

gedir. 


Sinir toxuması. Sinir toxuması orqanizmin ən yüksək inkişaf dərəcəsinə 

çatmış  toxuması  olub,  yüksək  oyanıcı-  lığa,  oyanmanı  sinir  impulsuna 

çevirmək və bu impulsu nəql etmək qabiliyyətinə malik olması ilə başqa 

toxuma- ' lardaıı fərqlənir. Sinir toxuması sinir sisteminin struktur əsasını 

təşkil edir. Sinir sistemi bütün orqan və toxumaların fəaliyyətini tənzim 

edir,  onları  vahid  sistemdə  birləşdirib,  aralarında  əlaqə  yaratmaqla 

orqanizmin  tamlığını  təmin  edir,  orqanizmi  əhatə  olunduğu  mühitlə 

rabitələndirir və onu xarici mühitin daim dəyişən şəraitinə uyğunlaşdırır. 

Sinir  toxuması  sinir  hüceyrələrindən  və  qliya  adlanan  elementlərdən 

ibarətdir.  Sinir  hüceyrələri  toxumanın  spesifik  funksiyalarını  icra  edir, 

neyroqliya isə onlarla sıx rabitədə olub, istinad, trofik, mühafizə və ayırıcı 

fəaliyyət göstərir. 

Sinir  hüceyrələri  çıxıntılı  olub,  çıxıntıları  ilə  birlikdə  neyron  adlanır. 

Neyron  sinir  toxumasının  əsas  struktur  və  funksional  vahidi  olmaqla 

cisimdən və çıxıntılardan ibarətdir. Hüceyrə çıxıntıları iki cür olur: neyrit 

və  ya  akson  və  dentritlər.  Neyrit  uzun  çıxıntı  olub,  sinir  •  impulsunu 

cisimdən  işçi  orqanlara  və  ya  digər  neyronlara  aparır.  Dentritlər  isə 

nisbətən  qısa  çıxıntılar  olub,  impulsu  periferiyadan  perikariona  doğru 

aparır. Hər bir yetişmiş sinir hüceyrəsinin bir neyriti, bir neçə dentriti olur. 

Dentritlər, bir qayda olaraq, ağac kimi şaxələnir. 

Neyronlar  funksional  cəhətdən  hissi,  ara  və  hərəki  olmaqla  3  qrupa 

bölünür. Hissi neyronlar (afferent, affektor, reseptor) reseptorlar vasitəsilə 

qəbul  olunmuş  qıcıqları  sinir  impulsu  şəklində  mərkəzi  sinir  sisteminə 

downloaded from KitabYurdu.org




67 

 

doğru  aparır.  Ara  (assosiativ)  neyronlar  müxtəlif  neyronlar  arasında 



rabitələr yaradır. Hərəki (efferent-effektor, motor) neyronlar mərkəzi sinir 

sistemindən oyanmanı işçi orqanlara ötürür. 

Sinir toxumasının regenerasiyasmdaıı danışarkən qeyd etmək lazımdır ki, 

bu  yalnız  neyron  un  çıxıntılarında  müşahidə  edilir.  Belə  ki,  neyronun 

çıxıntısı  zədələnərsə,  onun  həmin  nahiyədən  aşağıda  qalan  hissəsi 

degenerasiyaya 

uğrayaraq  dağılır.  Müəyyən  vaxtdan  sonra  isə  çıxıntının  qalan  hissəsi 

uzanaraq dağılmış hissəni bərpa  edir. Həmin proses  periferik  sinirlərdə 

müşahidə olunur. 

Orqanizmdə funksiyaların tənzimi 

Fizioloji  funksiyalar  -  həyat  fəaliyyətinin  uyğunlaşma  əhəmiyyətli 

təzahürləridir. Müəyyən funksiyanı yerinə yetirən orqanizm xarici mühitə 

uyğunlaşır  və  ya  mühiti  öz  tələbatına  uyğunlaşdırır.  Canlı  orqanizmin 

başlıca  funksi¬yası  maddələr  və  enerji  mübadiləsidir  ki,  tənəffüs, 

qidalan¬ma, böyümə, çoxalma, hərəkət və s. kimi bütün qalan funksiyalar 

da  bununla  bağlıdır.  Funksiyaların  normal  yerinə  yetirilməsi  üçün 

orqanizmin  daxili  mühitinin  (qan,  limfa,  toxuma  mayesi)  nisbi  sabitliyi 

vacibdir ki, buna da homeostaz deyilir. Orqanizmdə funksiyaları tənzim 

etmək¬lə  homeostazm  saxlanılmasını,  onun  göstəriciləri  olan  bioloji 

sabitlərin (məsələn, ürək 1 dəqiqədə 70-75 dəfə vurur, arterial təzyiq civə 

sütununun  120/80  mm-nə  bərabərdir  və  s.)  normal  səviyyəsini, 

orqanizmin tamlığını təmin edən iki mexanizm fəaliyyət göstərir: 

1) 

humoral və ya kimyəvi mexanizm



2) 

sinir mexanizmi. 

Daha  qədim  olan  humoral  tənzimi  qanda  dövr  edən  müxtəlif  kimyəvi 

maddələr,  o  cümlədən,  orqanizmdə  gedən  parçalanma  və  sintez 

məhsulları olan bioloji aktiv  maddə¬lər həyata keçirir. Daxili sekresiya 

downloaded from KitabYurdu.org




68 

 

vəzilərinin  hormonla¬rının  təsiri  ilə  əlaqədar  olan  endokrin  (hormonal) 



tənzim humoral tənzimin mühüm hissəsini təşkil edir. 

Filogenetik cəhətdən daha cavan olan sinir tənzimi daha təkmil, dəqiq və 

sürətlidir.  Mərkəzi  sinir  sisteminin  iştirakilə  funksiyaların  reflektor 

tənzimi həyata keçirilir. 

Son nəticə etibarilə beyin qabığının nəzarəti altında olan sinir və humoral 

tənzim mexanizmləri qarşılıqlı əlaqədə fəaliyyət göstərir və vahid sinir - 

humoral tənzim sistemini əmələ gətirir. 

III.  SAĞLAMLIQ VƏ XƏSTƏLİK 

Norma, sağlamlıq və xəstəlik haqqında ümumi anlayış 

Xəstəliyin  mahiyyətini  düşünmək  üçün  normal,  sağlam  həyatın  nədən 

ibarət  olduğunu  müəyyən  etmək  lazımdır.  Çünki  xəstəlik  bu  həddən 

kənarda baş verir. Tibbi təcrübədə «normal temperatur)), «normal çəki)), 

ccnormal  təzyiq))  və  s.  ifadələrindən  istifadə  edilir.  Çoxlu  sayda 

adamlarda təyin edilən həmin göstəricilərin orta rəqəmi norma kimi qəbul 

edilmişdir. 

«Norma)> və «sağlamlıq», yaxın olsa da, müxtəlif anlayışlardır. İctimai 

varlıq olan insan üçün sağlamlıq yalnız xəstəliklərin və fiziki qüsurların 

olmaması  deyil,  həm  də  onun  tam  fiziki,  psixi  və  sosial  salamatlılığı, 

müxtəlif  növlü  ictimai  əmək  fəaliyyətində  ən  keyfiyyətli  iştirakını 

mümkün edən həyatıdır. 

Xəstəlik  -  zədələnmiş  orqanizmin  pozulmuş  funksiya-  .  larinin 

kompensasiyası  prosesinin  iştirakı  ilə  keçən  həyatı  deməkdir.  Xəstəlik 

zamanı insanın əmək qabiliyyəti azalır, orqanizm üçün keyfiyyətcə yeni 

proses başlanır. 

Xəstəlik hər şeydən əvvəl, həyati proses olduğu üçün təbiidir ki, xəstəlik 

zamanı da həyatın bütün əlamətləri vardır. Bir sözlə, xəstəlik orqanizmin 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə