S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə22/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   18   19   20   21   22   23   24   25   ...   153

73 

 

toxumalar  sıxıldıqda,  onların  inkişafı  zəifləyir  və  ya  dayanır.  Məsələn, 



qədimdə  yaponlar  və  çinlilər  qızlara  xüsusi  ayaqqabı  geyindirirdilər  ki, 

ayaqları kiçik qalsın. 

Zəlzələ,  bomba  partlaması  və  s.  zamanı  uçqun  altında  qalmış  şəxsləri 

çıxardıqdan sonra onlarda «uzunmüddətli sıxılma sindromım inkişaf edir. 

Bədəndəki ümumi morfo- loji və funksional pozulmaların məcmusu olan 

həmin sindroma şok əlamətləri, artmaqda olan böyrək çatışmaz¬lığı (sidik 

ifrazatının  azalması  və  ya  kəsilməsi),  ödemlər,  orqanizmdə  şiddətlənən 

ümumi intoksikasiya və s. aiddir. 

istinad-hərəkət  aparatının,  döş  və  qarın  boşluğu  orqanlarının  və  s.  ağır 

travmaları zamanı travmatik şok törənir. Şokun bilavasitə səbəbi ağrıdır 

ki,  bu  da  zədələnmiş  toxumaların  sinir  elementlərinin  birgə  və  şiddətli 

qıcıqlanması  ilə  əlaqədardır.  Çox  qan  itirilməsi  şokun  gedişini 

ağırlaşdırır.  Travmatik  şokun  əmələ  gəlməsi  mexanizmində  həyat 

qabiliyyətini  itirmiş  toxumaların  parçalanıb,  toksik  maddələrin  qana 

sorulması nəticəsində törənən toksemiya da müəyyən rol oynayır. 

Şokun bütün növlərində olduğu kimi, travmatik şokun da gedişində erektil 

və torpid mərhələlər müşahidə edilir. Adətən bir neçə dəqiqə davam edən 

erektil mərhələ üçün hərəki və psixi oyanma halı, saatlar və ya günlərlə 

davam  edən  torpid  mərhələ  üçün  isə  beyin  qabığında  lən¬gimə 

səciyyəvidir. 

Təcilin təsirindən (məsələn, liftdə qalxıb-enərkən) ağırlaşma adlanan hal 

törənir:  qan  dövranı,  görmə  qabi¬liyyəti  pozulur,  sifət  deformasiyaya 

uğrayır,  ödemli  olur,  huş  itə  bilər  və  s.  Gəmi  yırğalanarkən,  təyyarədə 

uçuş,  karuseldə  fırlanma  zamanı  törənən,  kiııetozlar  adlanan  patoloji 

hallar da təcilin təsiri ilə əlaqədardır. Kinetozlar  

vegetativ  sinir  sisteminin  və  ya  vestibulyar  aparatın  oyanıcılığı  yüksək 

olan şəxslərdə daha çox olur. 

downloaded from KitabYurdu.org




74 

 

Çəkisizlik  şəraitində  (kosmik  uçuşlar  zamanı)  hərə¬kətlərin  dəqiqliyi, 



hissiyyat pozulur, başgicəllənmə, öyümə, • qusma və s. müşahidə edilə 

bilər. 


Şiddətli  .səs-küyiin  təsirindən  yalnız  qulaqda  (ağrı,  karlıq)  deyil,  digər 

orqanlarda  və  bütün  bədəndə  patoloji  hallar  (qıclıq,  iflic,  yorğunluq, 

yaddaşın  zəifləməsi,  huşun  itməsi  və  s.)  törənir.  Ultrasəs  bədənə 

mexaniki,  termik  və  kimyəvi  təsir  göstərir;  kavitasiya  (maye  mühitində 

çoxlu 

mikroskopik 



qovuqcuqlarm 

əmələ  gəlməsi)  nəticəsində 

toxumaların dağılmasına səbəb olur. 

Yüksək temperaturun orqanizmə yerli təsirindən yanıq əmələ gəlir. Yanıq 

sahəsi  geniş  olduqda,  yanıq  xəstəliyi  törənir.  Yüksək  temperaturun 

orqanizmə  ümumi  təsiri  hiperemiyaya  səbəb  olur:  bədən  temperaturu 

yüksə¬lir,  tər  ifrazı  artır,  qan  qatılaşır,  ürəyin  işi  çətinləşir  və  s. 

Temperaturun sürətlə artması (bəzən 42 - 43°C-dək) ilə müşahidə olunan 

kəskin  hipertermiyaya  istilikvurma  deyilir:  mərkəzi  sinir  sistemində 

huşun itməsinə səbəb olan dəyişikliklər, narahatlıq, nəbzin sürətlənməsi, 

təngnəfəslik,  qusma,  qıclıq  və  s.  müşahidə  edilir.  Açıq  başa  günəş 

şüala¬rının  təsirindən  törənən  günvurma  da  klinik  əlamətlərinə  görə 

istilikvurmaya bənzəyir. 

Aşağı temperaturun yerli təsiri domnaya səbəb olur. Soyuğun orqanizmə 

ümumi təsirindən hipotermiya əmələ gəlir, yəni bədən soyuyur. 

Günəşin  orqanizmə  uzunmüddətli  təsiri  zamanı  ultrabənövşəyi  şüalar 

fotooftalmiyaya 

(gözün 


sklerasında 

patoloji 

dəyişikliklər), 

fotosensibilizasiyaya (dəridə və selikli qişalarda iltihab) səbəb olur. 

İnfraqırmızı  şüalar  damar  divarlarının  keçiriciliyini  yüksəltməklə 

ekssudasiya, istilik tənzimini pozmaqla gün¬vurma törədir. 

downloaded from KitabYurdu.org




75 

 

Ionlaşdırıcı şüaların 10000 rentgendən artıq dozaları bir neçə dəqiqədən 



bir neçə saatadək, 600 rentgen - 10 gün ərzində ölümə səbəb olur. Bundan 

aşağı dozalar şüa 

xəstəliyi  törədir.  Həmin  şüaların  insan  üçün  minimal  letal  (öldürücü) 

dozası 400 rentgen hesab edilir. 

İonlaşdırıcı  şüaların  orqanizmə  birdəfəlik  təsir  edən  yüksək  dozaları 

kəskin, təkrarən təsir edən kiçik dozaları isə xronik şüa xəstəliyinə səbəb 

olur.  Şüa  xəstəliyinin  əsas  əlamətləri  qanyaradıcı  sistemin  və  limfoid 

toxumanın 

fəaliyyətinin 

pozulması, 

həmçinin 

immunobioloji 

xassələ¬rinin  zəifləməsi  nəticəsində  infeksiyalarm  qoşulması  ilə 

əlaqədardır.  Qanın  formalı  elementlərinin  sayı  azalır,  qansızına  və 

qanaxmalar,  angina,  pnevmoniya,  mədə-  bağırsaq  infeksiyaları,  dəridə 

xoralar, tüklərin tökülməsi  müşahidə edilir, endokrin vəzilərin, xüsusən 

cinsiyyət vəzilərinin, mərkəzi sinir sisteminin funksiyaları pozulur. 

Fokuslaşdırılmış ensiz zolaq şəklində yüksək enerjili işıq seli olan lazer 

şüaları  məhdud  bir  sahəni  yüksək  temperaturadək  qızdırmaqla  hətta 

almazı, poladı, volframı əridə bilir. Odur ki, tibbdə diaqnostika və müalicə 

məqsədilə  tətbiq  olunan  bu  şüalardan  düzgün  istifadə  edilmədikdə, 

toxumalarda  qansızına,  gözdə  yanıq,  sümük¬lərin,  parenximatoz 

orqanların,  endokrin  vəzilərin  zədələn-  məsi,  distrofiya,  nekroz  və  s. 

müşahidə edilir. 

Elektrik  enerjisinin  (elektrik  cərəyanı,  ildırım)  orqaniz¬mə  təsiri 

cərəyanın 

tezliyindən,  şiddətindən,  bədənin  hansı  hissəsindən 

keçməsindən, orqanizmin funksional halından və s. asılıdır. 

Adi  40  -  60  hs  tezlikli  cərəyanın  40  -  60  voltadək  gər¬ginliyi  insan 

orqanizmi üçün nisbətən təhlükəsizdir; 100 voltadək - şərti patogen, 200 

- 500 volt - mütləq patogcn və şərti letal, 500 voltdan artıq - mütləq letal 

hesab  edilir.  Elektrik  cərəyanının  yaş  dəriyə  təsiri  daha  şiddətli  olur. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə