S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə19/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   15   16   17   18   19   20   21   22   ...   153

62 

 

Morfoloji 



dəyişikliklər 

hüceyrənin 

kiçilməsi, 

sitoplaz- 

manın 

vakuollaşması  ilə  gedir.  Amitozun  miqdarı  artır.  İkinüvəli  hüceyrələr 



meydana  çıxır.  Bu,  qocalığa  uyğun¬laşma  reaksiyası  kimi  baş  verir. 

Çünki ikinüvəlik hücey¬rənin funksional fəallığını artırır. 

Qocalan  hüceyrələrdə  sitoplazmada  və  karioplazmada  özlülük  artır, 

zülallar asanlıqla koaqulyasiyaya uğrayır və s. 

Biokimyəvi dəyişikliklərə aşağıdakılar aiddir: hüceyrədə suyun  miqdarı 

azalır,  fermentlərin  fəallığı  zəifləyir,  xolesterin  artır,  lesitin  azalır, 

sitoplazmada  narıncı-sarı  rəngdə  lipo-  lussin  (lipofussiııə  «qocalıq» 

piqmenti də deyilir) toplanır, tənəffüs və zülal sintezi zəifləyir. 

Müəyyən  səbəblərdən  hüceyrədə  baş  verən  dərin  dege-  nerativ 

dəyişikliklər  onun  ölümünə  səbəb  ola  bilər.  Hücey¬rənin  ölümü  onun 

təbii həyat fəaliyyətinin bitməsinin nəti¬cəsi ola bilər. Bu, fizioloji ölüm 

hesab  olunur.  Bəzən  orqanizm  öz  həyat  fəaliyyətini  saxlamaq  üçün 

hüceyrələrini qurban verir. Orqanizmin bir çox hüceyrələrinin ömrü gün 

və aylarla ölçülür. 

  

əmələ səl ir. 



orqanlarda ölmüş hüceyrələr əvəzinə yeniləri  

  

ısejıS  eAnu-£i  !5[peAnu-j  j  Jıjepb  eAtıu-oi  djpuoxojıuı-6  p}[eqe§  5[p-



Buız-Bidopuə-8 ^BUIOSOJJUƏS-^ iıjBJBd'B pjoH‘9 -Uiosozipç 

tnfnobriAob zojısouıd-^ teAnu-£ iBUiZBjdcqıs-^ tj^pb-x 

nSnıtunb uıuısejÄəənq UHSUJ 

  

  



downloaded from KitabYurdu.org


63 

 

LAı 



C\ 

  

Hüceyrənin bölünmə mərhələləri 



1- 

interfaza; 2,3-profaza; 4,5-metafaza; 6-anafaza; 7-telofaza  

  

  

Toxumalar 



I- 

Epitel toxuması: 1-çoxqatlı epitel; 2-təkqatlı epitel; 3-vəzi epiteli; 

II- 

Birləşdirici  toxuma:  1-kövşək  birləşdirici  toxuma;  2-qığırdaq 



toxuma; 3-piy toxuması; 4-siimük toxuması; 

III-  Əzələ toxuması: 1-saya; 2-eninəzolaqlı; 

Vl-Sinir toxuması: 1-neyron; 2-neyroqliya; 3-piramidəbənzər hüceyrə a) 

neyronun cismi; b) dentrit; c) akson; ç) mielin qişası  

  

İnsanın daxili orqanları 



1-diafraqma;  2-ürək;  3-aorta;  4-udlaq;  5-ağciyər;  6-traxeya;  7-mədə;  8-

nazik bağırsaq; 9-yoğun bağırsaq; 1 O-qaraciyər; 11-mədəaltı vəzi; 12-

dalaq; 13-böyrək; 

14-sidik axarı; 15-sidik kisəsi. 

Toxumalar  orqanların  quruluş  əsasıdır.  Toxumalardan  bəhs  edən  elm 

histologiya adlanır. Mürəkkəb orqanizm- ərdə hüceyrə və qeyri-hüceyrəvi 

strukturlar toxuma adlanan xüsusi sistemlərin tərkibinə daxildir. 

downloaded from KitabYurdu.org




64 

 

Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiya¬lara görə bir-birinə 



oxşar  hüceyrələr  və  hüceyrəarası  maddələr  qrupuna  toxuma  deyilir. 

Toxumalar  bütün  orqanların  quruluş  əsasını  təşkil  edir.  Toxumalar 

orqa¬nizmdə müəyyən funksiyanın icrası üçiin ixtisaslaşmışdır. 

Morfoloji,  fizioloji  xüsusiyyətlərinə  görə  toxumalar  aşağıdakı  qruplara 

bölünür: 1) epitel toxuması; 2) birləş¬dirici toxuma; 3) əzələ toxuması; 4) 

sinir toxuması. 

Epitel  toxuması.  Bu  toxuma  növündə  hüceyrələr  sıx  yerləşmişdir. 

Orqanizmlə  xarici  mühit,  habelə  orqanlar  və  onların  divarları  arasında 

hüdud təşkil etdiyindən, epitel toxumasına hüdudi və ya örtük toxuması 

da  deyilir.  Belə  ki,  epitel  toxuması  orqanizmin  xarici  səthini,  seroz 

boşluq- larin, boşluqlu orqanların daxili səthini örtür. Eyni zamanda epitel 

toxuması vəzilərin struktur əsasını təşkil edir ki, bunlara vəzi epiteli də 

deyilir. 

Epitel toxuması daim mexaniki və kimyəvi təsirlərə mə¬ruz qaldığından, 

yüksək regenerasiya qabiliyyətinə malikdir. 

Epitel  vasitəsilə  orqanizmlə  mühit  arasında  mübadilə  prosesləri  gedir. 

Mühafizə  və  sorulma  vəzifələrini  örtük  epiteli,  sekresiya  vəzifəsini  isə 

vəzi epiteli icra edir. 

Birləşdirici  toxuma.  Ara  maddəsinin  çox  inkişaf  etmə¬silə  başqa 

toxumalardan  fərqlənir.  Bu  toxuma  ayrı-ayrı  orqanların,  həmçinin 

orqanizmin  istinadını  təşkil  etdiyi  və  orqanlar  arasında  qalan  sahələri 

tutduğu  üçün  daxili  mühit  toxuması  da  adlanır.  Bu  toxuma  bədəndə 

başlıca olaraq trofik, qoruyucu və mexaniki vəzifə daşıyır. Trofik (qida- 

landırıcı)  vəzifəni  boş  birləşdirici  toxuma  daşıyır,  qoruyu-cu  vəzifə 

daşıyan  toxumalara  isə  sıx  birləşdirici  toxuma  -  qığırdaq  və  sümük 

toxuması aiddir. 

downloaded from KitabYurdu.org



65 

 

Tor  birləşdirici  toxuma,  başlıca  olaraq  qanyaradıcı  orqanlarda  -  sümük 



iliyində, dalaqda, limfa düyünlərində, 

qaraciyərdə və bir çox selikli qişalarda, xüsusən həzm kanalında olur. 

Tor birləşdirici toxuma bədəndə qanyaradıcı və faqositoz vəzifə daşıyır. 

Qan  tünd  qırmızı  rəngli  maye  halında  boş  birləşdirici  toxuma  olub, 

formalı  elementlərdən  və  ara  maddədən,  plazmadan  ibarətdir.  Formalı 

elementlər  eritrositlər,  leykositlər,  trombositlərdir.  Limfa  şəffaf  rəngsiz 

maye olub, formalı elementi başlıca olaraq limfositlərdir. 

Əzələ toxuması. Bu toxuma spesifik diferensiasiyaya uğramış və yığılma 

qabiliyyətinə  malik  xüsusi  toxumadır.  Bu  toxumadan  fəal  hərəkət 

orqanları olan əzələlər təşkil olunmuşdur. 

Əzələ toxuması üç növdür: saya, eninəzolaqlı və ürək əzələ toxuması. 

Saya əzələnin yığılması iradəyə tabe deyildir və o, uzun müddət yığılmış 

vəziyyətdə qala bilər. Bu əzələnin yığılmasına az enerji sərf olunur və gec 

yorulur.  Saya  əzələ  toxuması  insanlarda  eninəzolaqlı  əzələ  toxumasına 

nisbə¬tən xeyli azdır. Əsasən daxili orqanların, qan və limfa damarlarının, 

vəzi axacaqlarının divarında, dəridə və s. yerlərdə təsadüf olunur. Borulu 

orqanların  və  damarların  divarında  saya  əzələ  toxuması  xüsusi  qatlar 

təşkil edir. Saya əzələ toxuması yaxşı regenerasiya qabiliyyətinə malikdir. 

Saya  əzələ  hüceyrələri  həm  mitoz,  həm  də  amitoz  bölünmə  yolu  ilə 

çoxalır, artır. 

Eninəzolaqlı  əzələ  toxuması  iradi  əzələ  toxumasıdır.  Bunlara  skelet 

əzələləri, dil, udlaq, qırtlaq, çanaq diafraq- ması əzələləri, həmçinin anus, 

sidik kanalı ətrafındakı xarici büzücü əzələlər aiddir. 

Ürək əzələsi də quruluşca eninəzolaqlı əzələ toxuma¬sına oxşayır. Lakin 

bəzi morfoloji-fızioloji xüsusiyyətləri ilə eninəzolaqlı skelet əzələsindən 

fərqlənir.  Skelet  əzələsi  iradi  olduğu  halda,  ürək  əzələsi  qeyri-iradidir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə