S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə14/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   10   11   12   13   14   15   16   17   ...   153

46 

 

. Orqanizm mühitlə çox mürəkkəb qarşılıqlı əlaqəyə girir. O bu mühitdən 



özünə  lazım  olan  maddələri  alır  və  eyni  zamanda  maddələr  mübadiləsi 

məhsullarını həmin mühitə verir. Deməli, hər bir orqanizmin həyatı onu 

əhatə edən mühitdən çox asılıdır. Orqanizm özü də ətraf mühitə təsir edir 

və  onu  dəyişdirir.  Mühit  amillərinin  bəziləri  insan  üçün  çox  vacib  və 

əhəmiyyətli, digərləri isə zərərli və məhvedicidir. Ona görə mühit şəraiti 

və həyat şəraiti anlayışlarını fərqləndirirlər. 

Belə ki, mühit şəraiti daha geniş anlayış olub, orqanizm üçün lazımlı olub-

olmamasından  asılı  olmayaraq,  onu  əhatə  edən  mühit  amillərinin 

məcmusudur. 

Həyat  şəraitinə  isə  yalnız  mühitin  o  amilləri  daxildir  ki,  bunlarsız 

orqanizm öz həyatını davam etdirə bilməz. Mühitin orqanizmə təsir edən 

ayrı-ayrı elementlərini ekoloji amillər adlandırırlar. Bu amillər iki qrupa 

ayrılır: abiotik və biotik. 

Abiotik  amillərə,  başqa  sözlə,  cansız  təbiət  amillərinə  işıq,  temperatur, 

rütubət, su, hava, torpaq, iqlim və s. daxil¬dir. Biotik amillərə orqanizmi 

əhatə  edən  mühitdəki  bütün  canlı  varlıqlar  (heyvan,  bitki  və 

mikroorqanizmlər) aiddir. 

Digər canlılar kimi insanlar da təbiət və cəmiyyətlə, yəni xarici mühitlə 

sıx bağlıdır. Böyük rus fizioloqu 

İ.M.Seçenov göstərirdi ki, «Orqanizm xarici mühit 

olmadan yaşaya bilməz». insan orqanizmi həyat şəraitinə 



digər canlılardan müqayisəedilməz dərəcədə çox uyğunlaşa 

bilir və özünü bunlardan qorumaq qabiliyyətinə malikdir. 

Digər canlılardan fərqli olaraq ali varlıq olan insan 

downloaded from KitabYurdu.org




47 

 

iki proqramın - bioloji və sosial proqramların nəzarəti 



altında böyüyüb inkişaf edir. 

Bioloji proqram insan orqanizminin quruluşunu, 

fizioloji xüsusiyyətlərini müəyyən edir. O, uzun təkamül 

prosesində əmələ gəlmişdir. Bioloji proqramın maddi 

daşıyıcısı insana valideynlərindən keçən xromosomlardır. 

Sosial proqram insanı əhatə edən xarici mühitin və 

insanların təsiri ilə insan şəxsiyyətinin formalaşmasıdır. 

» 

insanın  sosial  mahiyyətini  əxlaq,  vicdan,  borc,  vətənpər¬vərlik,  təhsil, 



mədəniyyət və s. keyfiyyətlər təşkil edir. 

Orqan və orqanlar sistemi 

Başqa  canlılardan  fərqli  olaraq,  insan  orqanizmi  mürəkkəb  quruluşa 

malikdir. Onu təşkil edən orqan və ’ toxumalar bu və ya digər funksiyaları 

icra edir. Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-

birinə 


oxşar  hüceyrələr  və  hüceyrəarası  maddələr  birləşib  toxumanı  əmələ 

gətirir. Orqan (üzv) - bədənin müəyyən forması, quru¬luşu, yeri olan, bir 

və ya bir neçə funksiyam yerinə yetirən hissəsidir. Orqanların bir qismi 

bədən  boşluğunda  yerləşir  ki,  bunlara  daxili  orqanlar  deyilir.  Hər  bir 

orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə 

çoxluq  təşkil  edir  və  orqanın  əsas  funksiyasını  müəyyən  edir.  Hər  bir 

orqanda qan damarları və sinirlər vardır. 

Quruluşuna,  vəzifəsinə  və  inkişafına  görə  bir-birinə  oxşar  orqanların 

məcmusuna  orqanlar  sistemi  deyilir.  Ümumi  funksiyanı  birgə  yerinə 

downloaded from KitabYurdu.org




48 

 

yetirən  müxtəlif  quruluşa  və  inkişafa  malik  ayrı-ayrı  orqanların  və  ya 



orqanlar sisteminin məcmusu aparat adlanır. 

insan  orqanizmi  aşağıdakı  sistem  və  aparatlardan  ibarətdir:  istinad-

hərəkət aparatı, qan sistemi, ürək-damar sistemi, tənəffüs sistemi, həzm 

sistemi,  sidik-cinsiyyət  sistemi,  daxili  sekresiya  vəziləri  (endokrin 

sistemi), duyğu orqanları sistemi, sinir sistemi. 

istinad-hərəkət  aparatı  skeletdən  və  əzələlərdən  ibarət  olub,  orqanizmin 

dayağını və hərəkətini təmin edir. 

Qan sisteminə qan və qanyaradıcı orqanlar aiddir. 

Ürək-damar  sistemi  ürəkdən  və  qan  damarlarından  təşkil  olunmuşdur. 

Orqanizmin bütün toxuma və hücey¬rələrini oksigen və qanla təmin edir. 

Tənəffüs  sistemi  burun  boşluğundan,  qırtlaq,  traxeya,  bronxlar, 

ağciyərlərdən təşkil olunub. Qanı oksigenlə təchiz edir. 

Həzm  sistemi ağız boşluğundan, udlaq, qida borusu,  mədə, bağırsaqlar, 

qaraciyər,  mədəaltı  vəzidən  ibarətdir.  Qidanın  qəbul  edilməsini, 

mənimsənilməsini və zərərli maddələrin xaric edilməsini təmin edir. 

İfrazat  sistemi  böyrəklər,  sidik  axarları,  sidik  kisəsi,  sidik  kanalından 

ibarət  olub,  orqanizmdə  maddələr  müba¬diləsi  nəticəsində  əmələ  gələn 

zərərli maddələri xaric edir. 

Kişilərin  daxili  cinsiyyət  orqanlarına  xayalar,  prostat  vəzi  və  s.,  xarici 

cinsiyyət orqanlarına kişi cinsiyyət üzvü

qadınlarda daxili cinsiyyət orqanlarına yumurtalıqlar, uşaqlıq və s.. xarici 

cinsiyyət  orqanlarına  cinsiyyət  dodaqları,  klitor  və  s.  aiddir.  Cinsiyyət 

orqanlan nəsiltörətmə funksiyası daşıyır. 

downloaded from KitabYurdu.org




49 

 

Daxili  sekresiya  vəzilərinə  hipofız,  epifiz,  timus,  qalxanabənzər  vəzi, 



böyrəkiistü,  cinsiyyət  vəziləri  və  s.  aiddir.  Orqanizmin  böyüməsinə  və 

inkişafına, orqanların işinə təsir edir. 

Duyğu orqanlarına göz, qulaq, qoxu, dad orqanları, dəri aiddir. 

Dəri və selikli qişalar orqanizmi xarici təsirlərdən qoruyur. 

Sinir  sistemi  baş  beynindən,  onurğa  beynindən  və  sinir¬lərdən  təşkil 

olunmuşdur. Orqanizmin fəaliyyətini tənzimləyir. 

Bu  sistemlər  birləşib,  bütöv  orqanizmi  əmələ  gətir¬mişdir.  Orqan  və 

orqanlar  sistemi  arasındakı  sıx  qarşılıqlı  rabitəni  isə  sinir  sistemi 

yaratmışdır.  Onların  ahəngdar  işləməsini  sinir-humoral  sistem  tənzim 

edir.  Orqanizm  xarici  mühitlə  də  əlaqəni  sinir  sistemi  vasitəsilə  həyata 

keçirir və onun köməyilə mühit şəraitinə uyğunlaşır. 

Hüceyrə və toxumalar 

Hüceyrənin quruluşu. Hüceyrə haqqında elm sito- logiya adlanır. Bu elm 

hüceyrələrin  quruluşunu,  kimyəvi  tərkibini,  funksiyalarını,  çoxalma  və 

inkişafını, ətraf mühit şəraitinə uyğunlaşmasım öyrənir. 

XVII  əsrin  ortalarında  ilk  dəfə  ingilis  alimi  Robert  Huk  «hüceyrə» 

terminini işlətmişdir. Sonra 1680-ci ildə Anton Levenhuk mikroskopdan 

istifadə edərək, bir- hüceyrəli orqanizmləri kəşf etdi. 

XIX  əsrin  ortalarında  alman  fizioloqu  Teodor  Şvann  (1839)  hüceyrə 

nəzəriyyəsinin əsasını qoymuşdur. 

Hüceyrə bütün canlı orqanizmlərin struktur və funk¬sional vahididir. 

Bütün  birhüceyrəli 

və 

çoxhüceyrəli  orqanizmlərin 



hüceyrələri 

quruluşuna,  kimyəvi  tərkibinə,  həyat  fəaliyyə¬tinin  əsas  təzahürünə  və 

maddələr mübadiləsinə görə oxşardır (homoloqdur). 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə