S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə12/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   8   9   10   11   12   13   14   15   ...   153

39 

 

kimi işləmişlər. Səhiyyə orqan və müəssisələrinin, tədris və 



elmi-tədqiqat müəssisələrinin fəaliyyəti cəbhənin tələbatına 

müvafiq olaraq yenidən qurulmuş, bir sıra klinikalar təxliyə 

hospitalına çevrilmişdir. Amma belə ağır şəraitdə də 

 

 • 



Azərbaycan  Tibb  institutu  fəaliyyətini  davam  etdirərək,  həkimlər 

hazırlamış,  hətta  təxliyə  hospitallarında  da  elmi-  tədqiqat  işi  təşkil 

edilmiş, tanınmış tibb alimlərimiz daha səmərəli diaqnostika və müalicə 

metodları  tətbiq  etməklə  yaralı  döyüşçülərin  tez  sağalıb  cəbhəyə 

qayıtmasına nail olmuşlar. 

1990-cı  ilin  20  yanvar  faciəsi  günlərində  tibb  işçilə¬rimiz  həmin  nəcib 

ənənəni  davam  etdirərək,  xəstəxanalara  gəlib,  yaralılara  tibbi  yardım 

göstərmiş, qan vermişlər. Tibb universiteti tələbələrinin böyük bir qrupu 

öz  təşəb¬büsləri  ilə  təhsili  yarımçıq  qoyaraq,  Qarabağ  müharibə¬sində 

iştirak etmiş, onlardan bir qismi  Vətənimizin azadlığı  uğrunda həyatını 

vermişdir. 

Azərbaycanlı  alimlər  ölkəmizdən  kənarda  da  tibb  elminin  inkişafı  və 

səhiyyənin təşkili üçün böyük işlər gör¬müşlər. Bəzən onların müəyyən 

işləri başqalarına istinad edilir. Məsələn, akad. Ə.İnsanov «Azərbaycan 

səhiyyəsinin 

tarixi» kitabında qeyd edir ki, Moskvada Həkimləri  

 • 

Təkmilləşdirmə  institutunun  Anesteziologiya  və  reanimato-  logiya 



kafedrasının yaradıcısı və təşkilatçısı dərbəndli Azərbaycan alimi Nazım 

Sadıqov olub. Bütün dünyada tətbiq olunan Ilizarov aparatını isə əslində 

həmyerlimiz R.Əlizadə ixtira edib. 

downloaded from KitabYurdu.org




40 

 

Elmi  tədqiqatları  ilə  dünyada  məşhurlaşan,  dünyanın  müxtəlif  ölkə 



akademiyalarının  həqiqi və ya  müxbir üzvü seçilən alimlərin böyük bir 

ordusu hazırda Azərbaycanda tibb elminin, səhiyyənin inkişafına xidmət 

göstərir. 

Son onillərdə Azərbaycanda tibb elminin və səhiy¬yənin sürətli inkişafı 

ölkə prezidenti Heydər Əliyevin adı ilə bağlıdır. Hələ keçən əsrin 80-ci 

illərində xarici ölkə alimləri səhiyyə göstəricilərinə görə respublikamızın 

dünyanın  ən  qabaqcıl  ölkələri  ilə  müqayisə  edilməyə  layiq  olduğunu 

göstərərək, bu işdə H.Əliyevin  rolunu xüsusi qeyd edir¬dilər. Onlardan 

biri yazırdı: «Əlbəttə, bütün bunlar hamısı ölkə başçısı Heydər Əliyevin 

əhalinin  səhiyyə-sağlamlıq  işlərinə  misilsiz  qayğısının,  məqsədyönlü 

fəaliyyətinin nəticəsidir». 

Həmin  göstəricilərə  əhalinin  hər  on  min  nəfərinə  düşən  tibb  işçilərinin 

sayı,  ixtisaslı  kadrların  və  alimlərin  yetişdiril¬məsi,  yeni-yeni  səhiyyə-

sağlamlıq  ocaqlarının  yaradılması,  elmi  mərkəz  və  laboratoriyaların 

açılması və s. aiddir. 

O dövrdən keçən müddət ərzində tibb elmi sahəsində 

daha böyük nailiyyətlər əldə edilmiş, səhiyyəmiz daha da 

irəliləmişdir. Səhiyyə ocaqlarının sayı artmış, Klinik 

Uroloji Xəstəxana, bir sıra (Neyrocərrahlıq, Diaqnostika, 

Stomatoloji,  Yanıq,  QIÇS-lə  milli  mübarizə,  Əlillərin  Reabilitasiyası, 



Ailə-Sağlamlıq, Toksikoloji və s.) Mərkəzlər, 

■  müasir  tipli  digər  müəssisələr  açılmışdır.  Azərbaycan  Tibb 

Universitetinin  əzəmətli  yeni  binası  istifadəyə  verilmiş,  Oftalmologiya 

Elmi-Tədqiqat  İnstitutu,  Milli  Onkologiya  Mərkəzi  üçün  yeni  binaların 

tikintisi başlanmışdır. 

downloaded from KitabYurdu.org




41 

 

Tibb müəssisələrinin ən yeni texnologiyalarla təmin edilməsi daim diqqət 



mərkəzindədir. 

Səhiyyəmizin 

qanun¬vericilik 

bazası 


da 

təkmilləşdirilmişdir. 

Prezidentimizin  təşəbbüsü  və  yaxından  köməyi  ilə  görülən  bütün  bu 

işlərin  nəticəsidir  ki,  xarici  arenaya  çıxan  alimlərimizin  sayı  xeyli 

artmışdır.  2001-ci  ildə  respublika¬mızda  tibb  elminin  inkişafında  və 

səhiyyənin təşkilində böyük xidmətləri olan üç görkəmli alimimizin - Əli 

İnsanovun,  Əhliman  Əmiraslanovun,  Cəmil  Əliyevin  eyni  zamanda 

Rusiya  Tibb  Elmləri  Akademiyasının  akademiki  seçilməsi  Azərbaycan 

tibb elminin böyük qələbəsidir. 

Azərbaycanın səhiyyə naziri akad. Ə.B.İnsanov xeyli müddətdir ki, ali və 

orta tibb məktəblərində kadrların 

.  hazırlanmasının,  aparılan  elmi  tədqiqatların,  əhaliyə  göstərilən  tibbi 



yardımın  səviyyəsinin  yüksəldilməsi,  tibb  müəssisələrinin  ən  müasir 

avadanlıqla  təchiz  edilməsi,  başqa  ölkələrlə  elmi  əlaqələrimizin 

möhkəmləndirilib,  tibb  elmimizin  dünya  miqyasına  çıxması  üçün 

bacarıqlı  təşkilatçı  kimi  uğurla  çalışır.  Rəhbərlik  etdiyi  Ağciyər 

Xəstəlikləri İnstitutunda aparılan elmi tədqiqatlarda da böyük uğurlar əldə 

edilmişdir.  Tibb  praktikasında  ilk  dəfə  xronik  kavernanm  modeli  və 

həmin  modelin  köməyilə  müalicə  müddətini  qısaltmağa  imkan  verən 

müalicə  üsulu  işlənib  hazırlanmış,  bronxial  astmamn  müalicəsində 

yüksək  effektə  malik,  indi  xaricdə  də  istehsal  edilən  preparatlar  ixtira 

olunmuşdur. 

Uzun  müddət  Azərbaycan  Tibb  Universitetinin  rektoru  kimi  akad. 

Ə.T.Əmiraslanovun  respublikada  yüksək  ixtisaslı  tibb  kadrlarının 

hazırlanmasında  xidməti  ■  böyükdür.  İstinad-hərəkət  aparatının,  süd 

vəzisinin bədxas- səli şişlərinin müalicə üsullarının təkmilləşdirilməsinə, 

downloaded from KitabYurdu.org



42 

 

bədxassəli  şişlər  zamanı  hormonal  dəyişikliklərin,  bədxas-  səli  sümük 



şişlərinin 

proqnozunun, 

müxtəif 

lokalizasiyalı 

şişlərin 

epidemiologiyasımn  və  s.  öyrənilməsinə  həsr  etdiyi  tədqiqatları  ona 

dünya şöhrəti qazandırmışdır. 

  

elmi-praktik əhəmiyyəti 



sahəsindəki tədqiqatlarının 

Azərbaycan  Milli  Onkologiya  Mərkəzinin  direktoru  akad.  C.Ə.  Əliyev 

respublikamızda yüksək ixtisaslı onko- loqların hazırlanması işini yüksək 

səviyyədə təşkil etmişdir. Onun süd vəzisi xərçənginin diaqnostikası və 

müalicəsi  

vardır.  C.Ə.Əliyevin  süd  vəzisi  xərçənginin  inkişaf  mərhə¬lələrinin 

beynəlxalq təsnifatına etdiyi düzəliş həmin səviyyədə qəbul olunmuşdur. 

Buna  əsasən  xəstələrin  müalicə  taktikası  yenidən  qurulmuş,  onların 

operasiyadan  sonrakı  dövrdə  •  aparılmasının  optimal  rejimləri 

müəyyənləşdirilmişdir. 

Tibb elmimiz və səhiyyəmiz böyük əzmlə irəliləməkdə davam edir. Akad. 

Ə.B.Insanov  Azərbaycanda  tibb  •  elminin  və  səhiyyənin  gələcəyinə 

nikbinliklə  baxaraq  yazır  ki,  respublikamızda  səhiyyənin  XXI  əsrdə 

perspektiv  inkişafı  üçün  geniş  üfüqlər  açılacaq,  Azərbaycan  səhiyyəsi 

dünya  tibb  elmindən  bəhrələnərək,  inkişaf  etmiş  dünya  ölkələrinə 

inteqrasiya olunacaq. 

$  

II. 


İNSAN ORQANİZMİNİN İNKİŞAFI 

HAQQINDA 

İnsan orqanizminin inkişafı 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə