S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə8/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   4   5   6   7   8   9   10   11   ...   153

25 

 

L. 



Paster  öz  elmi  tədqiqatları  ilə  müasir  mikrobiologi¬yanın  və 

immunologiyanm 

əsasını  qoymuş,  C.Lister  cərrahi  praktikaya 

antiseptikanı daxil etmiş, R.Kox vərəmin törədicisini kəşf etmişdi. 

Rus bioloqu və patoloqu, müqayisəli patologiyanın, 

• • 


immunologiyanm  banilərindən  olan  I.I.Meçnikov  (1845  -  1916) 

faqositozu  kəşf  etmiş,  immunitetin  faqositar  nəzəriy¬yəsini  irəli 

sürmüşdür. Onun çoxhiiceyrəli orqanizmlərin mənşəyinə, qocalmaya dair 

də nəzəriyyələri vardır. 

XIX  əsrin  II  yarısında  Rusiyada  A.P.Dobroslavin  gigiyena  sahəsində 

eksperimental  tədqiqatlar  aparıb,  dərs¬liklər  yazmış,  eksperimental  və 

hərbi  gigiyenanın  banilə¬rindən  olmuşdur.  F.F.Erisman  isə  məktəb 

gigiyenasının əsasını qoymuşdur. 

Əsrin  sonunda  gigiyena  müstəqil  elm  kimi  forma¬laşdı,  sonra  sosial 

gigiyena  ayrıca  bir  elm  kimi  inkişaf  etməyə  başladı.  Bu  elm  əhalinin 

sağlamlığını  öyrənir,  xəstələnmənin,  ölümün  səbəblərini  aşkar  edir  və 

bunlarla mübarizə üsullarını işləyib hazırlayır. 

Tibb elminin müxtəlif sahələrinin dərin eksperimental 

və hərtərəfli klinik müşahidələrə əsaslanıb geniş surətdə 

« • 

inkişaf  etməsində  M.Y.Mudrov,  N.I.Piroqov,  I.M.Seçenov,  S.P.Botkin, 



Q.A.Zaxarin, İ.P.Pavlov, I.I.Meçnikov kimi məşhur rus alimlərinin böyük 

rolu olmuşdur. Mütərəqqi dünyagörüşünə malik olan bu alimlərin əsərləri 

tibbdə  idealist  fikirlərə  sarsıdıcı  zərbə  vurmuşdur.  Xüsusən  nervizm 

prinsipinin formalaşması tibb elminin bütün sahə¬lərinin yeni istiqamətdə 

irəliləməsinə şərait yaratmışdır. 

downloaded from KitabYurdu.org




26 

 

Nervizm  nəzəriyyəsinə  görə  orqanizmdə  gedən  bütün  proseslərin  və 



bütün fizioloji funksiyaların tənzimində əsas 

 

 • 



rol mərkəzi sinir sisteminə məxsusdur. Bu prinsip I.M. 

Seçenovun («Baş beyninin refleksləri» əsəri), S.P. Botkinin 

•  

 

və başlıca olaraq I.P.Pavlovun (ilk dəfə 1883-cü ildə «nervizm» terminini 



işlətmişdir) elmi fəaliyyətinin bəhrəsidir. 

Dahi fizioloq İ.P.Pavlov (1849-1936) ali sinir fəaliy¬yəti haqqında ardıcıl 

və mükəmməl təlim yaratmışdır. O, 

şərti refleksləri, II siqnal sistemini, daxili ləngiməni kəşf 

etmiş, eksperimentin metodlarını təkmilləşdirərək, ürək- damar, həzm və 



s.  sistemlərin  fəaliyyətini  dərindən  tədqiq  edə  bilmişdir.  İ.P.Pavlov 

patofıziologiya sahəsində də böyük işlər görmüşdür. O, pataloji refleksləri 

təsvir  etmiş,  bir  sıra  xəstəlikləri,  xüsusən  nevrozları  modelləşdirmiş, 

eksperimen¬tal  nevrozun  mərhələlərini  öyrənmişdir.  Elmi  fəaliyyətə 

S.P.Botkinin klinikasında farmakologiya laboratoriyasında 

başlayan İ.P. Pavlov bir sıra dərmanların təsirini öyrənməklə 

•  

  

 



farmakologiyanı da zənginləşdirmişdir. I.P. Pavlov təlimi tibbin sonrakı 

inkişafına yeni istiqamət vermişdir. 

XX əsrdə Rusiyada tibbin müxtəlif sahələrinin inkişafı M.P.Konçalovski, 

Q.F.Lanq,  A.A.Boqomolets,  N.N.Aniçkov,  S.S.Yudin,  A.L.Myasnikov, 

N.N.Bloxin və bir çox digər məşhur alimlərin adı ilə bağlıdır. 

downloaded from KitabYurdu.org




27 

 

O  dövrdə  tibb  elminin  bütün  sahələri  yüksək  dərəcədə  inkişaf  edərək, 



orqanizmin  bütün  orqan  və  sistemlərinin  morfologiya,  fiziologiya  və 

patologiyası daha dərindən öyrənilmiş, endokrinologiya, vitaminologiya, 

funksional  biokimya,  mediatrlar  haqqında  təlim  kimi  bir  sıra  yeni  elm 

sahələri formalaşmışdır. 

Əbu  Reyhan  Əl-Biruni  «Keçmiş  əsrlər  tarixi»  kitabında  Zərdüştün 

Azərbaycandan  olması  barədə  məlumat  verir.  Bu  fakta  əsasən 

Azərbaycanda tibbi biliklərin tarixinin «Avesta» qədər  qədim olduğunu 

söyləmək  olar.  Qobustandakı  qaya¬üstü  rəsmlərdə,  abidələrdə,  Xocalı, 

Gədəbəy  mədəniyyə¬tinin  eramızdan  əvvəlki  və  eramızdakı  qədim 

dövrləri əhatə edən zəngin nümunələrində daxili orqanlar, bədənin ayrı- 

ayrı hissələri haqqında müəyyən məlumatların olması da bunu sübut edir. 

Azərbaycan həkimlərinin Qədim Yunanıstan və Roma mütəfəkkirləri ilə 

əlaqə saxlayıb, təcrübə  mübadiləsi etməsi, Hippokrat və Alkmeon kimi 

tibb korifeylərinin Qafqaza, o cümlədən, Azərbaycan  ərazisinə səfərləri 

barədə  məlumatlar  vardır.  Hətta  güman  edilir  ki,  «Loğman»  adı 

Azərbaycanda  çox  məşhurlaşmış  Alkmeonun  adının  şərq  ölkələri 

xalqlarının dilində dəyişikliyə uğramış formasıdır. 

Midiyada  «leut»  adlanan  «ictimai  həkim»lər  olmuşdur.  Leutlar,  indiki 

sanitariya  həkimləri  kimi,  yaşayış  məntəqələ¬rinin  təmizliyinə,  bazarda 

satılan  ərzaq  məhsullarının  keyfiyyətinə,  su  mənbələrinin  təmizliyinə, 

qəbiristanlıqların vəziyyətinə, heyvan cəsədlərinin basdırılmasına nəzarət 

edirdilər. 

Atropatena  dövründə  və  orta  əsrlərdə  sanitariya  müfəttişi  funksiyasını 

yerinə yetirən «səhhətedilmə» vəzi¬fəsi təsis edilmişdi. Bu vəzifəyə tibbi 

bilikləri olan şəxslər təyin edilir və onlara dövlət məmuru kimi hüquq və 

imtiyazlar verilirdi. 

downloaded from KitabYurdu.org



28 

 

Azərbaycan  ərazisində  gedən  fasiləsiz  müharibələrdə  təbibi-cəng  (hərbi 



həkim),  dəsturi-cəng  (hərbi  təşkilatçı  həkim)  və  s.  kimi  yeni  həkim 

vəzifələri  yaranırdı.  Cərrah-  lığın  inkişafı  ilə  əlaqədar  olaraq  cərrahlar 

orijinal üsullarla şina qoyur, diş çıxarır, bəzi plastik əməliyyatlar edirdilər. 

Qədim  Azərbaycan  həkimlərinin  diaqnostikası  əsasən  duyğu  orqanları 

vasitəsilə xəstələri müayinə etməkdən ibarət idi. 

Hələ  qədimdən  Azərbaycanda  xalq  təbabəti  və  bununla  əlaqəli  surətdə 

əczaçılıq  yüksək  dərəcədə  inkişaf  etmişdi.  Xalq  təbabətinə  dair  qədim 

məxəzlərdə  bitkilərin  (yarpız,  çobanyastığı,  tut,  qarğıdalı  saçağı,  nar 

qabığı və s.), heyvan mənşəli (qaraciyər, öd, ilan dərisi və s.) və kimyəvi 

(kükürd, civə, duz və s.) maddələrin müalicəvi təsiri göstərilir, qanalma, 

masaj, isti, soyuq kompres, vannalar, süni qusdurma, arı sancması və s. 

müalicə vasitəsi kimi tövsiyə edilir. 

Eramızın X əsrində Azərbaycan alimi İsa-ur-Raqi 

«Tibb»  əsərini  yazmışdır.  Bu  kitabda  öz  dövrünü  qabaqlayan  bir  sıra 

qiymətli fikirlər vardır. Məsələn, Isa- ur-Raqi orqanizmi tam canlı varlıq 

hesab  edir  və  göstərirdi  ki,  onun  bir  hissəsinin  fəaliyyətinin  pozulması 

bütün orqanizmin funksiyalarının pozulmasına səbəb olur. Onun «Cisim 

var,  görünür  və  hiss  olunur.  Ruha  gəldikdə,  o  görünmür,  hiss  edilmir, 

deməli, yoxdur» - kimi fikri o dövr üçün çox əhəmiyyətli idi. 

Tarixi  məxəzlərdən  məlumdur  ki,  İbn  Sina  «Tibb  elmi¬nin  qanunu» 

əsərini  Həmədanda  yazmışdır.  Azərbaycanda  dünyaya  gəlmiş  bu  əsər, 

şübhəsiz,  azərbaycanlı  alimlərin  diqqətini  cəlb  etmiş,  ölkəmizdə  tibbin 

inkişafına müsbət təsir göstərmişdir. Dövrünün məşhur həkimi və filosofu 

olan  Azərbaycan  alimi  Ömər  Osmanoğlu  ilə  İbn  Sina  arasındakı  elmi 

mübahisə  və  müzakirələr  barədə  bizə  gəlib  çıxan  məlumatlar  bunu  bir 

daha sübut edir. Məşhur 

şairimiz Xaqani Şirvaninin əmişi olan Kafiəddin Ömər İbn 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə