S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə4/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   2   3   4   5   6   7   8   9   ...   153

11 

 

Dörd  bədən  mayesindən  birinin  üstünlüyünə  əsasən  Hippokrat  insan 



temperamentinin dörd tipini təsvir etmiş¬dir: sanqvinik (qan), fleqmatik 

(selik),  xolerik  (sarı  öd),  melanxolik  (qara  öd).  Onun  fikrincə,  insanın 

temperamenti fiziki-coğrafi mühitdən və cəmiyyətdən asılıdır. 

Hippokrat  bir  çox  xəstəliklərin  əlamətlərini  dəqiq  təsvir  etmişdir: 

«Hippokrat sifəti», «Hippokrat barmaqları», «Hip- pokrat çalxalanması» 

və  s.  Kəllə  yaralanmalarında  qoyduğu  «Hippokrat  papağı»,  ortopedik 

məqsədlə  istifadə  etdiyi  «Hippokrat  skamyası»  və  s.  bu  gün  də  tətbiq 

olunur. 


Həkimin yüksək mənəvi siması və etik davranışı haq¬qında təsəvvürlər 

Hippokratm adı ilə bağlıdır («Hippokrat andı»). 

Xəstəliyin mahiyyəti haqqında humoral nəzəriyyə ilə yanaşı, Hippokratm 

müasiri, materialist filosof Demokritin atomistik nəzəriyyəsinə əsaslanan 

solidar  nəzəriyyə  forma¬laşmışdı.  Humoral  nəzəriyyənin  əksinə  olaraq, 

solidar  nəzə-riyyənin  tərəfdarları  xəstəlikləri  orqanizmin  mayelərinin 

yox,  bərk  hissələrinin  dəyişiklikləri,  toxumaların  möhkəm¬liyinin 

azalması ilə izah edir, bunu isə atomların xaotik hərəkətinin və yerlərinin 

qeyri-mütənasib şəkildə dəyişilmə¬si kimi əsaslandırırdılar. 

Qədim  dövrün  məşhur  filosofu  Aristotel  (e.ə.  384  -  322)  çoxlu  heyvan 

yarıb,  orqanizmin  quruluşunu  öyrənmiş,  hər  bir  heyvanın  heyvandan 

törədiyini,  qan  cərəyanında  ürəyin  rolunu,  bioloji  məqsədəuyğunluğu 

göstərmişdir.  Aristotel  ürəyin  döyündüyünü  bilmiş,  meyitdə  əsas 

arteri¬yaları  görmüşdür.  Amma  səhvən  onların  hüceyrələrə  hava 

daşıdığını zənn etmişdir. 

Hələ  Qədim  Yunanıstan  alimləri  artıq  tibb  tarixi  ilə  maraqlanırdılar. 

Aristotelin  tələbəsi  Mekon  «Tibb  tarixi»  kitabının  müəllifi  kimi 

məşhurdur. 

downloaded from KitabYurdu.org



12 

 

Yunanıstanda xalq təbabəti ilə yanaşı, məbəd təba¬bəti də inkişaf edirdi. 



Məbədlərin  nəzdində  kahinlərin  rəhbərlik  etdiyi  müalicəxanalarla 

bərabər,  kahin  olmayan  həkimlərin  müalicəxanaları  da  fəaliyyət 

göstərirdi.  Şəhər  yoxsullarını  pulsuz  müalicə  edən  ictimai  həkimlər, 

dövlətliləri  (ailə  həkimləri),  tacir  və  sənətkarları  (səyyar  həkimlər), 

•müharibədə  iştirak  edib,  yaralananları  (kübar  həkimlər)  müalicə  edən 

həkimlər vardı. 

Yunanıstan  və  Şərq  mədəniyyətinin  qovuşması  ilə  xarakterizə  edilən 

ellinizm  dövründəki  elmi  mərkəzlərdən  ən  nəzərə  çarpanı  Iskəndəriyyə 

məktəbi  idi.  Iskəndəriyyədə  xüsusən  anatomiya  və  cərrahlıq  inkişaf 

etmişdi.  E.ə.  III  əsrdə  Iskəndəriyyə  tibb  məktəbinin  banilərindən  olan 

Herofıl  və  Erasistrat  meyit  yarmış  və  viviseksiya  (canlı  heyvanlar 

üzərində  kəskin  təcrübələr)  ilə  məşğul  olaraq,  sinir  və  ürək-damar 

sistemlərinin quruluşunu öyrənmişdilər. Iskəndəriyyədə çoxlu həkimlərin 

çalışdığı apteklər vardı. 

Qədim  Romada  tibbin  inkişafının  özünəməxsus  xüsusiyyətləri  vardı. 

Geniş  əraziləri  fəth  etmiş  Roma  imperiyasının  çox  böyük  ordusuna 

xidmət  edən  hərbi  tibb  təşkilatı  yaradılmışdı.  Hərbi  hospitallar  - 

valetudinari-  yalar,  su  kəmərləri,  kanalizasiyalar,  kloakalar  (çirkabın 

axması üçün yeraltı kanal), hamamlar vardı. Düşərgə, legion həkimləri və 

s.  fəaliyyət  göstərirdi.  E.ə.  V  əsrdə  yaradılmış  12  qanun  cədvəlində 

sanitariya xarakterli qanunlar da vardı. Bunlar ölüləri şəhərdə basdırmağa 

icazə vermir, qəbiristanlıqlara qulluq edilməsini tələb edirdi. Həkimlərin 

işinə  nəzarət  edilməsi  arxiatra  (baş  həkim)  tapşırılır.  Sağlamlaşdırıcı, 

abadlaşdırıcı,  himayəçi  kimi  dövlət  məmurları  olan  edillər  fəaliyyət 

göstərirdilər. 

Roma şairi və materialist filosofu Tit Lukresi Kar (e.ə. I əsr) «Şeylərin 

təbiəti haqqmda» poemasında göstərmişdir ki, təbiətdə xırda hissəciklər 

downloaded from KitabYurdu.org




13 

 

(toxumalar)  vardır.  Torpaq  çürüyərkən  yaranan  bu  toxumalarla  insan 



bilavasitə təmas yolu ilə və ya hava vasitəsilə yoluxur. 

Yunan  mənşəli  Qədim  Roma  həkimi  Asklepiad  (e.ə.  128-56)  solidar 

nəzəriyyəni  inkişaf  etdirmişdi.  Onun  fikrin¬cə,  orqanizmi  təşkil  edən 

atomlar  ağciyərlərdə  havadan,  mədədə  isə  qidadan  yaranır,  sonra  qana 

keçib,  toxumalara  yayılır.  Atomların  hərəkətinin  pozulması,  düzgün 

paylan-  maması,  maye  və  qazabənzər  atomların  qarışması,  durğun¬luq 

xəstəliyə  səbəb  olur.  Atomların  hərəkətinin  pozulma¬sını  kanalların 

daralmasının  və  ya  genəlməsinin  nəticəsi  hesab  edən  Asklepiad  bunu 

iqlim,  ərazi,  insanın  həyat  tərzi,  xüsusən  zərərli  vərdişlər  və  az  hərəkət 

etməklə əlaqələndirirdi. 

Dərinin  gözəgörünməz  tənəffüsünə  xüsusi  əhəmiyyət  verən  Asklepiad 

dərini təmiz saxlamağı, tez-tez yuyub ovuşdurmağı, tərləməyi və • idmanı 

vacib sayırdı. Asklepiadın tibbdə əsas tutduğu prinsip təhlükəsiz, cəld və 

xoşagələn müalicə etməkdən ibarət idi. O, dərmanlara ehtiyatla yanaşırdı. 

Belə hesab edirdi ki, xəstəliyi istənilən fazada saxlayıb, geri döndərmək 

olar. Asklepiad ilk dəfə traxeotomiya əməliyyatı aparmışdır. 

Eramızdan əvvəl doğulub, eramızın əvvəlində fəaliyyət göstərmiş Qədim 

Roma həkimi Sels ilk dəfə xəstəliklərin təsnifatını yaratmağa cəhd etmiş

qızdırmalı və qızdırmasız şəxslərdə nəbzin sürətlənməsinin fərqləndiyini 

göstərmiş, iltihabın 5  əsas əlamətindən dördünü təsvir etmişdir. Beşinci 

əlaməti  eksperimental  tibbin  banisi  sayılan  Qalen  Klavdi  (130-200) 

göstərmişdir.  Qalen  tibb  elminin  bütün  sahələrini  bilən  bir  şəxsiyyət 

olmuşdur.  O,  insanın  bədən  quruluşunu,  orqanların  funksiyalarını 

öyrənmək  üçün  çoxlu  təcrübələr  aparır,  viviseksiya  ilə  məşğul  olurdu. 

Qalen  təcrübələrini  meymunlar,  ana  bətnində  öldürülüb  atılmış  uşaqlar, 

yaralı  qladiatorlar  üzərində  aparırdı.  O,  xüsusən  sümükləri  və  əzələləri 

dərindən öyrənmiş, onları adlandırmışdır. Dərmanşünaslığın inkişafında 

Qalenin böyük xidmətləri olmuşdur. Dərman hazırlamaq üçün 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə