S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə3/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   2   3   4   5   6   7   8   9   ...   153

 

Ellinlərin  (qədim  yunanlar)  fikrincə,  təbabəti,  xüsusən  tibbidə 



profilaktikanı  misirlilər  kəşf  etmişlər.  Misir  mədə¬niyyəti  dünya  və 

Avropa  mədəniyyətinə,  eləcə  də  tibbin  inkişafına  böyük  təsir 

göstərmişdir. 

Qədim Mesopotamiyanın təbabətində e.ə. XVII – XII əsərlərdə həkimlik 

(asutu) və cadugərlik (aşiputu) sənəti kimi 2 əsas istiqamət formalaşmışdı. 

Xəstəliklərin  səbəbləri  sırasında  fövqəltəbii  qüvvələrlə  (o  cümlədən, 

icmada  qəbul  edilmiş  hüquqi,  mənəvi  və  digər  qaydaların  pozulmasına 

görə  cəza)  yanaşı,  təbii  hadisələr  və  həyat  tərzi  (sağlam  olmayan  qida, 

çirkab və natəmizliklə təmasda olma, çirkli çayda çimmə və s.) sayılırdı. 

Mesopotamiyanın qədim abidəsi olan Hammurapi qanunlarının bir neçə 

maddəsi həkimlik fəaliyyətinin hüquqi əsaslarını əks etdirirdi. 

Xalqın  kollektiv  təcrübəsinə  əsaslanan  gigiyenik  adətlərə  görə  çirkli 

qablardan  və  çirkab  axıdılan  hövzələrdən  su  içmək,  əlləri  natəmiz 

saxlamaq qadağan edildi, müəyyən qidaların yeyilməsi məhdudlaşdırıldı, 

imkanlı adamların xəstəxanalarından əlavə qullar üçün də xüsusi məbəd 

xəstəxanaları təşkil edilmişdi. 

Şumerlərin digər elmləri kimi, şumer tibbi də çox inkişaf etmiş, Babilistan 

və Assuriya xalqlarının elmlərinin inkişafına güclü təsir göstərmişdir. E.ə. 

III  minilliyə  aid  şumer  lövhələrindəki  tibbi  mətnlərdə  olan  reseptlər 

göstərir  ki,  şumer  təbibləri  ən  çox  bitki  mənşəli  dərmanlardan  istifadə 

etmiş,  dərmanların  tərkibinə  neft,  qətran,  xörək  duzu,  yun,  hətta  su 

ilanının orqanlarını və s. daxil etmişlər. 

Atəşpərəstlərin  mədəniyyəti və zərdüştliyin üç  min ilə  yaxın tarixi olan 

müqəddəs  kitablar  külliyyatı  «Avesta»  qədim  Yunanıstanda  tibbin 

inkişafında  mühüm  rol  oyna¬mışdır.  Zərdüştə  görə  dünyanı  daim 

mübarizədə olan Şər (Əhriman) və Xeyir (Hörmüz) qüvvələr idarə edir və 

qalib cələn Hörmüz olur. Tibbdə də həmin təsəvvür öz əksini tapmışdı. 

Hesab edilirdi ki. bədən əsas elementlərdən (sümük, ət, beyin, qan, damar, 

downloaded from KitabYurdu.org



 

toxuma, piy, öd) ibarətdir. Duyğu orqanları beyində yerləşir. Qan ürəkdə, 



öd qaraci¬yərdə yaranır. Damarların üç növü (al qanı daşıyan arteriyalar, 

qara  qanı  daşıyan  venalar,  ağ  damarlar  və  ya  sinirlər)  ayırd  edilirdi. 

«Avesta»da  xəstəliklərin  səbəbləri  (soyuqdəymə,  həddən  çox  və  ya 

keyfiyyətsiz  qida  qəbulu,  aclıq,  fiziki  yorğunluq)  göstərilirdi.  Midiya 

həkimləri  xəstəliklərin  orqanizmə  daxil  olduğu  yolları:  ağız,  gözlər, 

burun, qulaqlar, cinsiyyət orqanları, dəri və s. bilirdilər. 

Qədim  yunan  fəlsəfəsində  materialist  Demokrit  və  idealist  Platon 

istiqamətləri arasındakı mübarizə tibbdə də öz əksini tapmışdı. Demokritə 

(e.ə. 460 - 370) görə dünya¬nın əsasını materiya təşkil edir və həyat ilkin 

materiyadan  yaranmışdır.  Materiyanı  təşkil  edən  xırda  hissəciklər, 

atomlar  daim  hərəkətdə  (parçalanma  və  birləşmə)  oldu¬ğundan,  vahid 

olan təbiət də daim hərəkətdədir. Tibbə böyük maraq göstərən Demokrit 

nəbz, iltihab, həmçinin quduzluq haqqında əsər yazmışdır. 

Şüuru birinci, materiyanı isə ikinci, ondan törəmə hesab edənlər təbiətdəki 

hər  bir  dəyişikliyi  dünya  üzərində  duran  mistik  qüvvədə  -  mistik 

rəqəmlərdə (Pifaqor) və ya mütləq ideyada (Platon) görürdülər. Obyektiv 

idealist olan Platon (e.ə.428 - 348) «pnevma» haqqında təlim irəli sürərək, 

belə  hesab  edirdi  ki,  pnevma  hava  ilə  orqanizmə  daxil  olub,  beyinə 

yaşamaq  və  düşünmək  əmri  verir,  ürəyi  isidir,  qaraciyəri  qidalandırır. 

Göydən  göndərilən  cəza  nəticəsində  pnevmanm  dəyişilməsi  xəstəliyə 

səbəb olur. 

Qədim yunan alimlərindən Alkmeon (e.ə. VI - V 

əsrlər)  anatomik  -  fizioloji  tədqiqatlar  aparmış,  anatomi¬yaya  dair  ilk 

kitabı  yazmış,  insan  bədəninin  mikrokosm  və  fəlsəfi  əksliklərin 

müvazinətli sistemi kimi natur konsepsiyasını vermişdir. Alkmeon görmə 

sinirini,  görmə  çarpazını,  eşitmə  borusunu  kəşf  etmişdir.  O,  belə  hesab 

edirdi  ki,  beyin  insana  eşitmək,  görmək,  qoxunu  bilmək  imkanı  verir, 

nəticədə düşüncə, hafizə, fikir, təsəvvür və bunlardan da bilik yaranır. O, 

downloaded from KitabYurdu.org



10 

 

beyni, onurğa beynini və qanı xəstəlik mənbəyi hesab etmiş, bununla da 



daxili  xəstəliklərin  patogenezi  haqqında  təlimin  əsasını  qoymuş¬dur. 

Həmin təsəvvürü Knid məktəbi və sonra Hippokrat qəbul etmişdir. Digər 

yunan alimi Empedokl (e.ə. 490 - 430) hələ o vaxt hesab edirdi ki, insan 

öz inkişafında uzun bir təkamül yolu keçmişdir. 

Qədim  Yunanıstandakı  çoxlu  tibb  məktəblərindən  on  güclüləri  Knid  və 

Kos  məktəbləri  idi.  Tibb  elminin  atası  sayılan  dahi  yunan  həkimi 

Hippokrat (e.ə. 460 - 377) Kos adasındakı məktəbin yetişdirməsi idi. O, 

uzun  müddət  səyahət  edib,  Misir,  Liviya,  Kiçik  Asiya  və  s.  xalqların 

təbabəti  ilə  yaxından  tanış  olmuş  və  hərtərəfli  bilik  əldə  etmişdi.  Bizə 

gəlib çatmış «Hippokrat külliyyatı» 70-dək əsərdən ibarətdir. Hippokrat 

xəstəliyə  orqanizmin  maddi  həyat  substansiyasının  dəyişilməsi  kimi 

baxırdı. O, xəstə¬liklərin mahiyyətini izah etmək üçün Knid məktəbində 

əsası  qoyulmuş  humoral  nəzəriyyəni  inkişaf  etdirmişdir.  Həmin 

nəzəriyyəyə görə orqanizmin sağlamlığı bədəndəki dörd mayedən və ya 

şirədən (qan, selik, sarı öd, qara öd) asılıdır ki, bunların da əsasında dörd 

maddi  başlanğıc  (isti,  soyuq,  quruluq,  nəmlik)  durur.  Sağlam  şəxslərin 

bədənində bu mayelərin nisbəti sabitdir (krazis). Xarici mühit amillərinin 

təsirindən mayelərin tərkibinin və ya nisbətinin dəyişilməsi (diskraziya) 

xəstəliyə səbəb olur. 

Hippokrat  bu  pozulmuş  tarazlığı  bərpa  etmək  üçün  müxtəlif  kimyəvi, 

bitki və heyvan mənşəli dərmanlar işlətməyi təklif etmişdir. «Hippokrat 

külliyyatı»nda 250 bitki mənşəli, 50 heyvan mənşəli maddənin adı çəkilir.  

Hippokrat 

xəstəliyin 

səbəblərini 

mövsüm, 


iqlim, 

tem¬peratur 

dəyişikliklərində,  torpağın,  suyun,  yerin,  ərazinin  vəziyyətində, 

epidemiyalarda,  miazmlarda  görür,  həyat  və  məişət  şəraiti,  qidalanma, 

yaş,  irsiyyət,  meyllik,  tempera-  ment  kimi  xarici  amilləri  və  fərdi 

xüsusiyyətləri də nəzərə alırdı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə