S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə6/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   2   3   4   5   6   7   8   9   ...   153

18 

 

Antik elmin ərəblər arasında və ərəblər vasitəsilə Avropada yayılmasında 



bu  irsi  dərindən  bilən  dahi  ensiklopedist  alim  Əbu  Əli  Hüseyn  ibn 

Abdullah ibn \X Sinanın (980 - 1037) müstəsna rolu olmuşdur. İbn Sina 

''V • Buxara yaxınlığındakı Əfşan kəndində anadan olmuş, Yj Həmədanda 

vəfat etmişdir. Doğma tacik dilində yazan İbn 

Sinanın  qələmindən  çıxan  450-dək  əsərdən  200-ü  tibbə  aiddir.  Əslində 

tibb  elminin  ensiklopediyası  olan  çoxcildli  «Tibb  elminin  qanunu)) 

əsərində  anatomiya,  insanın  bütün  orqanlarının  daxili  və  cərrahi 

xəstəlikləri,  onların  səbəb  və  müalicəsi,  sadə  və  mürəkkəb  dərmanlar, 

zəhərlər, əks- zəhəıiər, gigiyena və s. haqqında məlumat verilir. Sanitariya 

maarifinə dair ilk əsəri də ibn Sina yazmışdır. 

ibn  Sina  xəstəliklərin  yaranmasında  xarici  mühit  amillərinin, 

gözəgörünməz  canlı  varlıqların  rolunu  qeyd  etməklə  materialist 

mövqedən  çıxış  edirdi.  O,  göstərirdi  ki,  xəstəliklər  su,  hava,  torpaq 

vasitəsilə  gözə  görünməyən  toxumlarla  keçir,  ibn  Sina  xəstəliklərin 

etioloji  prinsip  üzrə  təsnifatını  yaratmış,  taun,  cüzam,  meningit,  şəkərli 

diabet  •  və  s.  xəstəliklərin  əlamətlərini  təsvir  etmişdir.  Diaqnostika 

məqsədilə nəbzdən istifadə etməyi bacarmışdır. 

Ərəb-ispan  mədəniyyətinin  çiçəkləndiyi  Əndəlisdə  (İspaniyanın  cənub 

hissəsi)  IX  əsrin  sonundan  başlayaraq  ərəbdilli  alimlər  geniş  fəaliyyət 

göstərərək,  tibb  elmini  təmsil  edən  bir  sıra  alimlər  dünya  şöhrəti 

qazandılar. Əbül  

Qasım  İbn  Abbas  Əz-Zəhrəvi  (936-1013),  Əbu  Bəkr  Məhəmməd  ibn 

Bəcca  (1070-1139),  Əbu  Mərvan  İbn  Zöhr  (1070-1162),  Əbu  Bəkr 

Məhəmməd İbn Tüfeyl (1110- 1185), Əbül-Valid Məhəmməd İbn Əhməd 

İbn Rüşd (və ya ibn Röşd (1126-1198) və başqaları belələrindəndir. 

Əndəlis. alimləri Aristotel fəlsəfəsinin materialist 

ünsürlərini inkişaf etdirərək, təkamül mövqeyində durur, 

downloaded from KitabYurdu.org




19 

 

canlı təbiətin cansız materiyadan yarandığını, cansızlar 



aləmi ilə canlılar arasında keçid formasının olduğunu, 

materiyanın və hərəkətin əbədiliyini etiraf edirdilər. 

Əlbəttə, buna görə təqib edilir, çox əziyyətlərə məruz 

•  


 

qalırdılar.  Məsələn,  ibn  Bəccanı  dinsizlikdə  günahlandırıb,  həbsxanaya 

salmış, orada zəhərləyib öldürmüşlər. 

Orta  əsrlərdə  Əz-Zəhrəvinin  yazdığı  30  kitabdan  ibarət  «Ə1  Təsrif» 

toplusu  ilə  müqayisə  ediləcək  digər  güclü  əsər  olmamışdır.  Avropada 

dəfələrlə nəşr edilən bu əsərin Bakıdakı əlyazmasını mərhum akademik 

Z.Bünyadov rus dilinə tərcümə etmişdir. Əz-Zəhrəvi xüsusən cərrahiığın 

müxtəlif  sahələri  haqqında  ətraflı  məlumat  vermişdir.  Məsələn,  təkcə 

yandırmaqla müalicə ilə əlaqədar 151 aləti 

təsvir etmişdir. 

•  

 

1288) «ağciyər 



ibn Rüşdün Aristotelin əsərlərinə yazdığı şərhlər antik fəlsəfənin Avropa 

filosoflarına  tamtdırılmasmda  böyük  rol  oynamışdır.  Onun  məşhur 

ensiklopedik  əsəri  «Tibbin  ümumi  prinsipləri  kitabı»  («Kitab-əl-

külliyyət»)  idi.  İbn  Rüşd  hələ  o  dövrdə  yazırdı  ki,  materiya  daimidir, 

ölmür, yalnız bir şəkildən başqa şəklə keçir. Alim axirət dünyasını inkar 

edənlərdən biri idi. 

Ərəb  alimi  İbn  ən-Nafis  (1210  ideyası»nı  irəli  sürmüşdür.  O,  Qaleniıı 

fikrini təkzib edərək

qanın ürəyin sağ mədəciyindən sol mədəciyinə guya mədə- 

downloaded from KitabYurdu.org




20 

 

ciklərarası çəpərdə olan dəlikdən yox, əslində ağciyərlər 



vasitəsilə keçdiyini deməyə cəsarət etmişdir. Beləliklə, ibn 

ən-Nafis əslində U.Harveydən təxminən dörd əsr əvvəl 

qan dövranını təsvir edə bilmişdir. 

ismayıl Cürcani (1340 - 1413) hələ o vaxt doğuşdan 



əvvəl  uşağın  oğlan  və  ya  qız  olmasını  müəyyənləşdirən  metod  təklif 

etmişdir.  O,  infeksiyada  immunitetin  rolunu  göstərmişdir.  Cürcaninin 

bütün orqan və sistemlərin xəstə¬lənməsindən bəhs edən «Xarəzmşahlar 

zəxirəsi» əsərində mamalığa və ginekoloji xəstəliklərə dair xüsusi bölmə 

ayırmışdır. 

Orta  əsrlər  epidemiyaların,  xüsusən  taun  xəstəliyinin  («qara  ölüm») 

yayılması  ilə  xarakterizə  olunur.  Odur  ki,  Avropanın  böyük  liman 

şəhərlərində  (Venesiya,  Genuya  və  s.)  ticarət  gəmilərində  yoluxucu 

xəstəliklərə  tutulanlar  üçün  sığınacaqlar,  lazaretlər,  epidemiyalarla 

mübarizə aparan müəssisələr təşkil edilirdi. Epidemiya əleyhinə tədbirlərə 

karantinlər (40 günlüklər), şəhərlərin təmiz içməli su ilə təchiz edilməsi 

və s. işlər aid idi. 

İlk  xəstəxanalar  (Parisdə,  Londonda  və  s.)  adətən  monastırlarda 

yaradılırdı. Amma əhaliyə tibbi yardım göstərən rahiblər arasında peşəkar 

həkimlər  də  vardı.  Monastır  təbabətində  otlardan  daha  çox  istifadə 

edilirdi.  Tibbin  inkişafını  kilsə  ayinləri,  dualar,  bunların  möcüzə¬lərlə 

əlaqələndirilməsi ləngidirdi. Cərrahlıqla həkimlərdən daha çox smıqçılar 

və dəlləklər məşğul olurdular. 

Orta əsrlərdə əczaçılıq əlkimya ilə bağlı olub, orta əsr Avropa tibbi üçün 

mürəkkəb dərman reseptləri səciyyəvi 

downloaded from KitabYurdu.org



21 

 

idi. 



Tədricən  Qərbi  Avropa  universitetləri  tibbin  mərkə¬zinə  çevrilirdi.  XI 

əsrdə  Neapol  yaxınlığındakı  Salerno  tibb  məktəbində  universitet 

yaradıldı.  XÜ-XIII  əsrlərdə  Bolonya¬da,  Monpelye,  Paris,  Oksfordda, 

XIV əsrdə Praqada, Vyanada universitetlər təşkil edildi. Bunlarda, əsasən, 

Hippokratın, Qalenin, ibn Sinanın  əsərləri tədris edilirdi. Amma həmin 

universitetlərin nizamnaməsinə və tədris pla¬nına katolik kilsələr nəzarət 

edirdi.  XIII  əsrdə  Romadan  və  İspaniyadan  katolik  kilsənin  təqibindən 

qaçan  alimlər  kilsənin  nəzarətindən  kənar  Paduya  universitetini 

yarat¬mışdılar ki, bu XVI əsrdə tibb elminin mərkəzi oldu. 

VI əsrdən etibarən kütləvi qırğınlar zamanı meyit 

yarmağa  başlamışdılar.  Sonralar  bir  sıra  universitetlərdə  buna  icazə 

verilirdi. 

1231-ci ildə imperator II Fridrix 5 ildən bir insan meyiti yarmağa icazə 

vermiş, 1300-cü ildə Roma papası ' insan meyiti yarıb, skelet hazırlamağı 

qadağan etmiş, 1376- cı ildə isə Monpelye Universiteti edam edilənlərin 

meyitini yarmağa icazə ala bilmişdi. 1316-cı ildə Mondino de Luççinin 

tərtib  etdiyi  anatomiya  dərsliyindən  Qərbi  Avropa  universitetlərində  2 

əsrdən artıq müddət ərzində istifadə edilmişdir. 

Renessans  dövründə  (XIV-XVI  əsrlər)  Avropada  elm  və  texnika 

sahəsindəki  canlanma  biologiya  və  tibb  elmləri¬nin  də  inkişafını 

sürətləndirdi.  Təbiətşünaslar  əvvəlki  kor-  koranə  inamdan  qaçaraq,  hər 

şeyi  təcrübə  yolu  ilə  öyrənməyə  meyl  edirdilər.  Təcrübəni  yüksək 

qiymətlən¬dirən  ingilis  materialist  filosofu  Frensis  Bekon  (1561-1626) 

elmi  metodda  islahat  aparıb,  idrakı  aldanışlardan  («bütlər-  dən»  və  ya 

«kabuslardan»)  təmizləməyə,  eksperimentə  müraciət  etməyə  çağırırdı. 

Texniki  elmlərin  inkişafı  ilə  '  əlaqədar  olaraq,  XVI  əsrdə  tibbdə 

yatrokimya (yun. yatros - həkim), yatroriyaziyyat, yatromexanika və ya 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə