S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə5/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   2   3   4   5   6   7   8   9   ...   153

14 

 

reqlamenti  ilk  dəfə  Qalen  vermişdir.  Hazırda  tibb  prakti¬kasında  geniş 



işlədilən  dərman  bitkilərinin  spirtli  və  s.  ekstraktlarmdan  ibarət  şirə  və 

cövhərlər «Qalen ratları» adlanır. 

Orta  əsrlərdə  tibb  elminin  və  dərmanşünaslığın  inkişafında  Şərq 

alimlərinin böyük rolu olmuşdur. 

Tarixdə həkimlik fəaliyyətinə hələ islam dini yaranar¬kən başlayan Haris 

ibn  Qaladah  haqqında  məlumat  vardır.  ■Məhəmməd  peyğəmbər  ondan 

həkimlik təcrübəsini öyrənir- miş. ilk aptek 754-cü ildə Bağdadda təşkil 

edilmiş,  orada  dərman  hazırlayan  əczaçı  və  kimyaçılar  dərman 

maddələ¬rinin  təsirini  öyrənmək,  müxtəlif  xəstəliklərə  qarşı  yeni 

dərmanlar axtarmaq və tətbiq etməklə məşğul olmuşlar. 

Qədim  Bizans  həkimləri  Yunanıstanda  və  Romada  tibb  elminin 

nailiyyətləri ilə yaxşı tanış idilər. IV əsrdə Bizans imperatorunun həkimi 

Oribazi yunan tibbinə dair ədəbiyyat əsasında «Külliyyat» adlı 70 cildlik 

tibb ensiklo¬pediyası tərtib etmişdir. IX əsrdə Bizansın universitet tipli 

ali məktəblərində tibb elmi də tədris edilirdi. Bizansda 

xəstəxanaları  kilsələr  idarə  edirdi,  ilk  kilsə  xəstəxanaların¬dan  biri  IV 



əsrdə Roma imperiyasının Şərq vilayəti olan 

• • 


Kesariyada  yaradılmışdı.  Ölkələr  arasında  iqtisadi  əlaqələ¬rin 

genişlənməsi,  tacirlərin  tez-tez  müxtəlif  ölkələrə  uzun¬müddətli 

səyahətləri,  yolda  xəstələnmələrlə  bağlı  karvan¬saralarda  xəstələr  üçün 

xüsusi yer düzəldilməsinə imkan vermişdi. 

- VI əsrlərdə Yunanıstanda Edes, Afina və s. 



akademiyaları bağlandığı üçün bir çox məşhur alimlər Orta 

downloaded from KitabYurdu.org




15 

 

Şərqə gəlib, burada Cundişapur, Bağdad və s. yeni 



• • 

akademiyaların  təşkilində  iştirak  etmişlər.  Özlərindən  əvvəlki  elmi 

biliklərlə  yaxşı  tanış  olan  Qədim  Şərq  alimləri  bunları  daha  da  inkişaf 

etdirmiş, hətta Platonun və Aristotelin təliminə qarşı çıxaraq, bəzi daha 

mütərəqqi fikirlər irəli sürmüşlər. 

əsrdə  Sasani  hökmdarı  Ənuşirəvanın  köməyilə  Cundişapur 



Akademiyası təşkil edilmişdi. Bu elm ocağı 

im  yunan  elminin  və  mədəniyyətinin,  xüsusən  tibb  elminin  Şərqdə 

yayılmasında böyük rol oynamışdır. 

  

Təxminən IX əsrdən başlayaraq, tədricən «Şərq və ya 



 

 * 


müsəlman Renessansı» (intibah - oyanma və ya dirçəliş dövrü) dövrünə 

qədəm  qoyuldu.  Artıq  tibbin  inkişafı  Şərq  ölkələri  alimlərinin  adı  ilə 

bağlanırdı. Bu alimlər öz dövrünü çox qabaqlayan fikirlər söyləmişdilər. 

Ərəb xilafəti dövründə (VII - XIII əsrlər) 10 alı məktəb, 40-dək kitabxana 

olmuşdur.  Xarəzmşah  Məmunə  Akademiyasında  məşhur  ensiklopedist 

alimlər (Əl-Biruni, Abdullah İbn Sina, Əbu Səhl Məsihi və s.) fəaliyyət 

göstərirdilər. 

Qərbdə  kimya  haqqında  təsəvvür  olmadığı  bir  zamanda  Bağdad 

Akademiyasında  canlı  orqanizmdə  gedən  dəyişikliklər  öyrənilirdi. 

Əlkimya ilk dəfə burada inkişaf etməyə başlamış, toksikologiyanın əsası 

burada  qoyulmuşdur.  Kimyanı  mükəmməl  bilən  məşhur  klinisist 

Zəkəriyyə  Raziniıı  rəhbərliyi  ilə  alkaloidlərin,  qlükozidlərin  alınması, 

şəkər  məhsullarından  spirt  hazırlanması  üsulları  öyrənilmiş,  mürəkkəb 

downloaded from KitabYurdu.org




16 

 

dərmanlar hazırlanmışdır. Cabir ibn Həyyanın elmə daxil etdiyi kimyəvi 



maddələrin  dozasının  müəyyən  edilməsi,  çəki  daşlarının  ölçü  vahidləri 

anlayış¬larından  bu  gün  də  istifadə  edilir.  Maraqlıdır  ki,  hətta  Yerin 

cazibə  qüvvəsi  Nyütondan  xeyli  əvvəl  Bağdad  Akademiyasında  aşkar 

edilmişdir. 

IX - XII əsrlərdə yaşamış Ər-Razi, Əl-Biruni, İbn Sina, Əz-Zəhrəvi, İbn 

Rüşd,  İsmayıl  Cürcani  kimi  görkəmli  alimlərin  əsərləri  latın  dilinə 

tərcümə edilib,  əsrlər boyu Avropa tibb  məktəblərində  əsas dərs vəsaiti 

olmuş¬dur. Renessans dövründə mütərəqqi Avropa ölkələrinin 

•  

 

universitetlərində  tibb  təhsili  başlıca  olaraq  ibn  Sinannı  «Tibb  elminin 



qanunu»  əsərinə  istinad  edirdi.  Bu  alimlər¬dən  çoxunun  öz  adları  da 

latınlaşdırılmış  və  onlar  Qərbi  Avropada  məhz  həmin  adlarla  tanınıb 

məşhurlaşmışdılar:  Razes  (Ər-Razi),  Albukazis  və  ya  Abulkasis  (Əz-

Zəhrəvi), Aliborono (Əl-Biruni), Avisenna (İbn Sina), Avempas və 

•  

 •  


 

ya Avenpatse (ibn Bəcca), Avenzor (ibn Zöhr), Abubetser (İbn Tüfeyl), 

Averrooes (ibn Rüşd) və s. 

O  dövrün  Şərq  alimləri  orqanizmin  bütün  sistemləri¬nin  anatomiya, 

fiziologiya  və  patologiyasını  öyrənmiş,  tibb  elminin  bütün  sahələri  ilə 

məşğul  olmuş,  o  cümlədən,  müalicəvi  bədən  tərbiyəsi,  tibbi  kosmetika 

məsələlərinə toxunmuş, demək olar ki, gerentologiyanm və pediatriyanın 

əsasını  qoymuşlar.  Şərq  alimlərinin  əsərlərində  gigiyenaya  .  böyük 

əhəmiyyət  verilmişdir.  Gigiyenanın  müxtəlif  sahələrinə  dair  əsərlər 

yazılmışdır  (məsələn,  «Səfər  gigiyenası»  əsəri).  Şərqdə  geniş  yayılmış 

«Zərərvericini  zərər  verməzdən  qabaq  məhv  et»  prinsipi  profilaktika 

problemlərinin diqqət 

downloaded from KitabYurdu.org




17 

 

mərkəzində  olduğunu  göstərir.  Şərqin  ensiklopediyaçı  alimlərinin 



əsərlərində  bir  qayda  olaraq  fəlsəfi  məsələlərlə  yanaşı,  tibb  elminin  ən 

müxtəlif sahələrinə dair problemlər də öz əksini tapmışdır. 

Əbu Bəkr Məhəmməd ibn Zəkəriyya Ər-Razi (865 - 925) tarixə «Şərqin 

Qaleni» kimi daxil olmuşdur. Onun Xorasan əmiri Əl-Mənsura həsr etdiyi 

oncildli  «Tibb»  kitabının  IX  cildi  «Almansor»  əsərindən  Renessans 

dövründə  Avropa  universitetlərində  geniş  istifadə  edilmiş  və  hətta 

Vezalinin  tibbi  baxışlarının  formalaşmasında  kitabın  böyük  rolu 

olmuşdur.  Uşaq  xəstəliklərini  və  irsi  xəstəlikləri  öyrənən  Ər-Razi 

pediatriyanın  banisi  sayıla  bilər.  O,  çiçəyə  qarşı  vaksin  alıb,  ilk  dəfə 

uşaqlarda çiçəyə qarşı peyvənd tətbiq etmişdir. «Qızılca və çiçək» kitabı 

ilə  Ər-Razi  tibbdə  diferensial  diaqnostikanın  əsasını  qoymuş¬dur. 

Sağlamlıq  baxımından  müvafiq  yer  seçərək,  Bağdadda  ilk  xəstəxana 

açmışdır. 

Əbu  Nəsr  Məhəmməd  ibn  Məhəmməd  Fərabi  (870  -  950)  orta  əsr 

müsəlman Şərqində Aristoteldən sonra «İkinci müəllim» («Ə1-Müəllim 

əs-sani»)  fəxri  adını  almışdır.  Fərabi  tibb  tarixində  ilk  dəfə  anatomik 

təsnifatı vermişdir. O, belə hesab edirdi ki, idrak prosesi bədənin müvafiq 

orqanlarından  asılıdır.  Fərabiyə  görə,  şeylərin  zahiri  cəhətləri  hisslər 

vasitəsilə qavranılır, mahiyyəti isə ancaq ağıl vasitəsilə dərk edilə bilər.  

Əbu Reyhan Məhəmməd ibn Əhməd Əl-Biruni Əl- Xarəzmi (973 - 1050) 

Kopernikdən  500  il  əvvəl  Yerin  Günəş  ətrafinda  hərəkət  etdiyini 

söyləmişdir. O, sübut edirdi ki, bütün canlılar, o cümlədən, insan və onun 

psixikası təbiətin inkişafının nəticəsidir. Əl-Biruni təbiətin hiss orqanları 

və məntiq vasitəsilə dərk edilməsinin mümkün olduğunu hesab edirdi. O, 

elmi  həqiqəti  dini  ehkamlardan  ayırmağı  tələb  edirdi.  Əl-Biruni 

«Təbabətdə əczaçılıq» («Farmakoqnoziya») əsərində mindən artıq bitki, 

heyvan və mineral mənşəli dərmanın müxtəlif dillərdə adları ilə birlikdə 

elmi izahım vermişdir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə