S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə10/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   6   7   8   9   10   11   12   13   ...   153

32 

 

Yusifi Məhəmməd İbn Yusif Təbib («Came-ül-Fəvaid», 



«Fəvaid-ül-məvad» və s.), Məhəmməd Məmmin («Töhfeyi- 

• _ 


Məmmin»), Şəmsəddin ibn Kəmaləddin («Ərvah əlacaz») 

və  bir  çox  başqa  alimlər  tibb,  həmçinin  əczaçılıq  problem¬lərinə  həsr 

etdikləri sanballı əsərləri ilə tibb elmimizi zənginləşdirmişlər. 

Orta əsrlərin sonuna doğru Azərbaycanda tibb elmi 

yüksək inkişaf mərhələsinə çataraq, digər xalqların 

diqqətini cəlb etmiş, başqa ölkələrdə tibbin inkişafına təsir 

löstərmişdir. Təhsil aldıqları xarici ölkələrlə sıx əlaqələri 

olan Ağa Səid Əli Təbrizi, Əli Əkbər Təbib Salyani, Əli 

•  

 

Çələbi,  Hacı  Süleyman  Irəvani,  Qazi  Nəcməddin  Əhməd  Naxçıvani, 



Dilşad Şirvani,  Mirzə  Allahqulu Təbib Qarabaği kimi təbiblərimiz  tibb 

elminin, o cümlədən, əczaçılığın, səhiyyənin İranda, Türkiyədə, Misirdə 

və s. təbliğ edilməsində böyük rol oynamışlar. 

Müalicəvi bitkilər, həmçinin ədviyyatla əttarlar məşğul olurdular. Vaxtilə 

Şamaxıda, Naxçıvanda, Şuşada, Şəkidə və s. əttar dükanları olmuşdur. 

Dahi şairimiz Məhəmməd Füzuli «Səhhət və Mərəz», «Mətləül - etiqad», 

«Söhbətül  əsmar»  əsərlərində  təbiət¬şünaslıq  və  tibb  problemlərinə 

toxunub,  orqanizmin  inkişaf  qanunauyğunluqlarının,  quruluş  və 

funksiyalarının,  müqa-vimət  qüvvələrinin,  xəstəlik  törədən  amillərlə 

mübarizəsi¬nin, bitkilərin faydalı və zərərli xüsusiyyətlərinin bədii-elmi 

təsvirini  vermişdir.  Füzuli  həkimliklə  də  məşğul  olub  və  xüsusən  göz 

xəstəliklərinin  müalicəsi  ilə  məşğul  olmuşdur.  O.  öz  dövründə 

downloaded from KitabYurdu.org



33 

 

təbiətşünaslıqda və tibbidə hakim olan bəzi fikirləri rədd etmiş, məsələn, 



ürəyin  3  yox,  4  kameradan  ibarət  olduğunu  söyləməklə  Dekartı 

qabaqlamışdır. 

Şair və həkim Rüknəddin Məsud Məsihi (1580 - 1656) tibbə dair «Zabitət 

ül-əlac» («Müalicə qaydaları») əsərini yazmışdır. 

-  1885)  Cenııer  metodu  ilə  su  çiçəyinin  peyvəndini  tətbiq  etmiş  ilk 

həkimlərdəndir.  O,  iranda  elmi  tibbin  bünövrəsini  qoymuş,  elmi-tibbi 

təfəkkürün  inkişa¬fında  müstəsna  rol  oynamışdır.  Mirzə  Məhəmməd 

Təbrizi 1852-ci ildə öz «Üsuli - təbibiyyə» əsərində yazmışdır ki, 

Təhsilini Parisdə davam etdirmiş Mirzə Məhəmməd Təbrizi (1805 -  

beyin  və  beyincik  qabığında  orqanların  fəaliyyətini  tənzim  edən  maye 

ifraz olunur. Onun sinir şirəsi adlandırdığı bu maye hazırda elmə yaxşı 

məlum olan mediatorlardır (bioloji aktiv maddələr). 

1887-ci  ildə  azərbaycanlı  alim  Aleksey  Nikolayeviç  Kazımbəy  (1859-

1919)  «Ürəyin  innervasiyasma  dair  materiallar»  mövzusunda  doktorluq 

dissertasiyası  müdafiə  etmişdir.  A.N.Kazımbəy  Kazan  Universitetinin 

tibb  fakül¬təsini  bitirib,  orada  kafedra  müdiri  işləmişdir.  Görkəmli 

terapevt, tibb elmləri doktoru, əməkdar professor, Həkimlər Cəmiyyətinin 

sədri  olan  A.N.Kazımbəyin  tədqiqatları  ürək  və  ağciyər  xəstəliklərinə 

həsr edilmişdir. O, ürəyin sol mədəciyinin anevrizmi zamanı diaqnostik 

əlamətlər  kom¬pleksini  təsvir  etmişdir  ki,  bu  da  Kazımbəy  simptomu 

adlanır. 

XIX  -  XX  əsrlərdə  də  Azərbaycan  səhiyyəsi  qabaqcıl  ziyalılarımızın 

diqqət  mərkəzində  olmuş,  tibbi  təhsil  almış  Əlibəy  Hüseynzadə. 

Nəriman'Nərimanov, Abbas Səhhət kimi ədiblərimiz hakimliklə  məşğul 

olmuşlar. 

Şair  Seyid  Əzim  Şirvani  bütün  elmləri,  o  cümlədən,  tibb  elmini 

öyrənməyi  vacib  saymışdır.  Moskvada  təhsil  almış  mütərəqqi  meylli 

downloaded from KitabYurdu.org




34 

 

ziyalılar olan Həsən bəy Zərdabi və Nəcəfbəy Vəzirov biokimya və tibb 



elmlərində qabaqcıl ideyaları təbliğ edirdilər. 

Azərbaycanın  təbiətşünas  alimi,  maarifçi  demokrat  ictimai  xadimi 

H.B.Zərdabi (1837-1907) ilk nəşr olunan «Əkinçi» qəzetinin təsisçisi və 

redaktoru  idi.  Onun  Azərbaycanda  sanitariya  maarifinin  inkişafında 

böyük rolu olmuşdur. «Gigiyena», «Torpaq, su, hava» kimi elmi- kütləvi 

əsərlərində,  «Əkinçi»  və  «Kaspi»  qəzetlərində  dərc  etdirdiyi 

məqalələrində  tibb,  xüsusən  gigiyena,  həmçinin  biologiya  və  kənd 

təsərrüfatı  sahəsindəki  problemlərimiz¬dən  yazmış,  onların  həlli  üçün 

yollar göstərmişdir. 

Görkəmli  dövlət  xadimimiz,  yazıçı,  publisist  və  həkim  Nəriman 

Nərimanov  (1870  -  1925)  Qori  Seminariyasını,  Novorossiysk 

Universitetinin  tibb  fakültəsini  bitirmişdir.  Tiflisdə  və  Bakıda  həkimlik 

fəaliyyəti ilə yanaşı, sanitariya 

maarifi  üzrə  böyük  iş  aparmışdır  (müntəzəm  surətdə  məqalələr  dərc 

etdirmiş, mühazirə oxumuşdur). Azərbaycan SSR XKS-nin, SSRİ MİK-

in sədri işləmişdir. Azərbaycan Tibb Universiteti uzun müddət Nəriman 

Nərimanovun adını daşımışdır. 

1875-ci  ildə  Bakıda  ilk  tibb  müəssisəsi  olan  25  çarpayılıq  Mixaylov 

xəstəxanası  açılmışdı.  Xəstəxanada  yoxsullara  və  kimsəsizlərə  pulsuz 

tibbi xidmət göstərilirdi. 

1918- 

ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilk  qərarlarından 



biri  ilə  Səhiyyə  Nazirliyinin  yaradılması  ölkəmizdə  həmin  dövrdə  də 

insanların sağlamlığına olan qayğını göstərir. Həmin qərarla Rəfibəyov 

Xudadatbəy ilk səhiyyə naziri təyin edildi. 

1919- 


cu  ildə  Bakı  Dövlət  Universitetində  tibb  fa¬kültəsinin  təsis 

edilməsi və 1930-cu ildə onıın bazası 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə