S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə13/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   9   10   11   12   13   14   15   16   ...   153

43 

 

Orqanizm - üzvi aləmin müstəqil yaşaya bilən vahidi olub, xarici mühitin 



müxtəlif  dəyişikliklərinə  bir  tam  kimi  cavab  verən  özünütənzim 

sistemindən ibarətdir. 

Embrional inkişaf. İnsanın fərdi inkişafı ontogenez adlanır. Bu, insanda 

yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq orqanizm ölənədək 

davam  edir.  Onto¬genez  iki  dövrə  bölünür:  bətndaxili  dövr  (ana  bətni 

dövrü)  və  bətndən  xaric  dövr  (postembrional  dövr).  Bətndaxili  dövr 

mayalanma anından başlanaraq həmin orqanizm əsl şəklini alıb, doğulana 

qədər olan dövrə deyilir. Rüşeymin inkişafını öyrənən elm embriologiya 

adlanır. 

Cinsi hüceyrələr. Orqanizm nəsillərinin əmələ gəlmə¬sində iştirak edən 

hüceyrələrdir.  Bunlar  kişi  cinsiyyət  hüceyrəsi  spermatozoid  və  qadın 

cinsiyyət hüceyrəsi yumurta hüceyrədən ibarətdir. Kişi və qadın cinsiyyət 

hüceyrələri  mənsub  olduğu  orqanizmin  bütün  irsi  əlamət¬lərini  özündə 

gəzdirən hüceyrələrdir. 

insanlarda spermatozoidlər və yumurta hüceyrələr 

cinsiyyət vəzilərində 

müvafiq olaraq xayalarda və 

. yumurtalıqlarda inkişaf edir. Cinsiyyət hüceyrələri meyoz yolla çoxalır. 

Mayalanmış yumurtaya ziqota deyilir. Ziqota mitoz yolla bölünərək yeni 

orqanizm əmələ gətirir. 

Ana  bətni  dövrü  280  gün  və  ya  10  qəməri  ay  olur.  Bu  dövrə  hamiləlik 

dövrü deyilir. Hamiləliyin ilk günləri hamilə qadın və rüşeym üçün çox 

təhlükəlidir. Qadın çox diqqətli və məsuliyyətli olmalıdır. Həyat rejiminə, 

qidalan¬masına,  gigiyenasına  ciddi  fikir  verməlidir.  Çünki  rüşeym 

immunoloji  cəhətdən  ana  üçün  yad  cisimdir.  Odur  ki,  onun  inkişafı 

qadında ürəkbulanma, başağrısı, başgicəllənmə, halsızlıq və s. əlamətlər 

downloaded from KitabYurdu.org



44 

 

verir.  Bu  dövrdə  qadın  spirtli  içki-lərdən,  siqaretdən,  narkotik 



maddələrdən qəti çəkinməli, 

müxtəlif  kimyəvi  preparatlardan,  dərman  və  kosmetik  maddələrdən 

istifadə etməməlidir. Çünki o, rüşeymin də səhhətini qorumağa borcludur. 

Kəskin  ehtiyac  olmadıqda,  hamiləliyin  abortla  ləğv  edilməsi  çox 

zərərlidir. 

Rüşeymin  inkişaf  etdiyi  8  həftə  ərzində  əsas  orqanlar  əmələ  gəlir.  Bu 

dövrdə  yuxarıda  qeyd  etdiyimiz  zərərli  amillərin  təsiri  ilə  hamiləlik 

pozula bilər. 9-cu həftədən sonra inkişafını başa çatdırmamış orqanların 

inkişafı davam edir. Məhz həmin orqanlarda müxtəlif təsirlərdən qüsurlar 

əmələ gələ bilər. 5-6 aylığından döldə müxtəlif iltihabi xəstəliklər baş verə 

bilər.  Bu  zaman  döl  tələf  olmazsa,  vaxtında  doğulur.  Lakin  iltihabi  və 

infeksion xəstəliklər nəticəsində bir sıra orqanların eybəcərliyi müşahidə 

olunur.  Hamiləlik  pozular¬sa,  tam  yetişməmiş,  yaşamaq  iqtidarında 

olmayan uşaq doğulur. 29-cu həftədən sonra hamiləlik pozulmazsa, uşaq 

yaşamaq  iqtidarında  olur.  Bu  dövrdə  listerioz,  toksoplaz-  moz,  sifilis, 

malyariya, vərəm, irinli infeksiyalar və s. xəstəliklər baş verə bilər. Doğuş 

başlanandan uşaq doğulana qədər olan vaxt müddətində bir çox xəstəliklər 

və  ya  qüsurlar  •  törənə  bilər.  Bunlardan  asfıksiya,  doğuş  travmaları, 

infeksi-  yanııı  yoluxması,  dölyanı  suyun  udulması  nəticəsində  pnev- 

moniya,  qastroenterokolitlər,  süzənək  konyunktiviti  və  s.  xəstəlikləri 

göstərə bilərik. 

Hamiləliyin  normal  getməsinə  ananın  qeyri-normal  qidalanması, 

xəstəlikləri  ilə  yanaşı,  xarici  mühitin  çirklən¬məsi,  ekoloji  amillərin  də 

mənfi  təsiri  mane  olur.  Belə  ki,  xalq  təsərrüfatının  kimyalaşması, 

atmosferin çirklənməsi, stress reaksiyalarının baş verməsi, ananın normal 

qidalan-  maması gələcək övladda bir sıra qüsurların yaranmasına səbəb 

olur.  Bu  qüsurlara  xarici  və  daxili  eybəcərliklər,  ürək-  damar  və  sinir 

sistemində çatışmazlıqlar, ayrı-ayrı ətrafların inkişafdan qalması, bədənin 

downloaded from KitabYurdu.org



45 

 

ayrı-ayrı hissələrinin anormal inkişafı, dovşandodaqlıq, qurdağızlıq, lal-



karlıq, korluq və s. aiddir.  ; 

Postembrional inkişaf. İnsan doğulduqdan sonrakı dövrdə, yəni postnatal 

inkişaf mərhələlərində onun orqan və toxumaları böyüyür, mürəkkəbləşir 

və bədən forması inkişaf edir. İnsanın yaş dövrlərinə uyğun dəyişikliklər 

müəyyən qanunauyğunluqlara əsaslanır. 

Orqanizmin böyüməsi dedikdə, kəmiyyət dəyişiklik¬ləri nəzərdə tutulur, 

toxuma  və  orqanlarda  hüceyrələrin  sayının,  yaxud  ölçülərinin  artması 

başa  düşülür.  Orqaniz¬min  inkişafı  dedikdə  isə  kəmiyyətlə  birlikdə 

keyfiyyət  dəyişiklikləri  də  başa  düşülür,  orqanizmin  daha  mürəkkəb 

•mərhələyə  çatması anlaşılır. Böyümə  və  inkişaf vahid bir proses  olub, 

geriyəqayıtmaz  hadisədir.  Bu  zaman  uşaqlar  bir  neçə  fiziki  və  zehni 

inkişaf mərhələlərini keçirlər. 

Fizioloqlar  insanın  postnatal  ontogenezinin  aşağıdakı  yaş  dövrlərinə 

bölünməsini təklif etmişlər: yenidoğulma - 3-4 həftə; südəmər - 4 həftə - 

1 yaş; məktəbəqədərdən qabaq - 1-3 yaş; məktəbəqədər - 3-6 yaş; kiçik 

məktəbyaşı - 7 yaş; böyük məktəbyaşı - 12-18 yaş; gənclik - 18-20 yaş; 

yetkin  dövr  -  21-55  yaş;  ahıl  dövr  -  56-74  yaş;  qocalıq  -  75-90  yaş; 

uzunömürlük - 90 yaşdan sonrakı dövr. 

Hər  bir  yaş  mərhələsində  insanların  üç  istiqamətdə  inkişafı  nəzərdə 

tutulur: anatomik-fizioloji, psixoloji, intellektual-mənəvi. 

Hər  bir  yaş  dövrünün  və  mərhələsinin  özünəməxsus  fizioloji-anatomik 

xüsusiyyətləri  vardır.  Belə  ki,  insanın  fiziki  inkişaf  göstəriciləri,  bədən 

proporsiyaları əsas götürülərək, inkişafın normallığı müəyyən edilir. 

Böyüməyə  və  inkişafa  xarici  mühitin  təsiri.  Məlumdur  ki,  hər  bir 

orqanizmin  yaşaması,  böyüməsi  və  inkişafı  ətraf  mühitin  çox  müxtəlif 

şəraitindən asılıdır. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə