S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə11/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   7   8   9   10   11   12   13   14   ...   153

35 

 

əsasında  Azərbaycan  Tibb  institutunun  yaradılması  XX  əsrdə 



Azərbaycanda  tibb  elminin  inkişafı  üçün  güclü  bir  hərəkətverici  amil 

oldu. O dövrdə Rusiyadan müxtəlif sahələr üzrə görkəmli tibb alimləri və 

mütəxəssisləri  respublikamıza  gəlmiş,  tibbin,  səhiyyənin  inkişafına 

xidmət  göstərmişlər.  Onlardan  V.I.  Razumovski,  K.N.  Malinovski,  N.İ. 

Anserov,  İ.İ.  Şirokoqorov,  S.N.  Davideııkov,  F.N.  İlyin,  N.Q.  Uşinski, 

P.Y.  Rostovsev,  N.N.  Çernikov,  A.M.  Levin,  P.F.  Zdradovski,  M.S. 

Milman, B.K. Fiııkelşteyn, P.P. Popov və başqalarını göstərmək olar. 

Az  vaxtda  bütün  tibb  elmləri  üzrə  müvafiq  sahəni  irəli  aparmağa  qadir 

olan  milli  kadrlar  hazırlandı.  M.M.  Mirqa-  sımov,  M.A.  Topçubaşov, 

Ə.M. Əliyev, M.M. İsmayılzadə, 

M.M.  Məlikov,  Ü.S.  Musabəyova,  M.Ə.  Əfəndiyev,  K.Ə.  Balakişiyev, 

Ə.F.  Qarayev,  C.Y.  Hüseynov,  A.S.  Həsənov,  B.M.  Mahmudbəyov, 

M.M. Mirsəlimov, B.Ə.Eyvazov, R.Q.Əliyev, Ə.A.Əhmədov və bir çox 

başqaları yüksək səviyyəli milli tibb alim mütəxəssisləri idi. 

Böyük  alim  və  pedaqoq,  ictimai  xadim  olan  akademik  Mirəsədulla 

Mirqasımov (1883-1958) Novorossiysk Univer¬sitetinin tibb fakültəsini 

bitirmişdir. İlk azərbaycanlı tibb 

elmləri doktoru olmuş və elmi tədqiqatları ilə respublikada urologiyanın 

əsasını 

qoymuşdur. 

M.M. 

Mirqasımov 



Azərbaycan 

Elmlər 


Akademiyasının  təşkilatçılarından,  akademiyanın  həqiqi  üzvü  və  ilk 

prezidenti  olmuşdur.  Cərrahlıq  üzrə  Azərbaycan  dilində  ilk  dərsliyi 

yazmışdır. 

Görkəmli  cərrahımız,  ictimai  və  dövlət  xadimi,  akademik  Mustafabəy 

Topçubaşov  (1895-1981)  Kiyev  Universitetinin  tibb  fakültəsini 

bitirmişdir.  Nisbətən  təhlükəsiz  ağrısızlaşdırma  metodu  olan  inyeksion 

efir-yağ narkozunu (analgeziıı) təklif etmiş, cərrahlıq üzrə 5 cildlik dərslik 

yazmışdır. M.A.Topçubaşov Azərbaycan EA-nın 

downloaded from KitabYurdu.org



36 

 

m  



  

 

və SSRİ TEA-nın həqiqi üzvü olmuş, Azərbaycan EA-nın vitse-prezidenti 



və Azərbaycan SSR Ali Sovetinin sədri seçilmişdir. 

Görkəmli partiya və dövlət xadimi, səhiyyə təşkilat¬çısı, professor Əziz 

Əliyev (1897 - 1962) Petroqrad Hərbi- Tibb Akademiyasında təhsil almış, 

Bakı Dövlət Universite¬tinin tibb fakültəsini bitirmişdir. Elmi tədqiqatları 

eksperi¬mental  nefrit  zamanı  qandakı  biokimyəvi  dəyişikliklərə, 

allergiya probleminə və s. həsr edilmişdir. Respublikamızda tibb elminin 

və  səhiyyənin  inkişafı,  yüksək  ixtisaslı  tibb  kadrlarının  hazırlanması 

sahəsində Ə.M.Əliyevin böyük xidmətləri olmuşdur. Azərbaycan Klinik 

institutunun, 

 

 



Azərbaycan ET Ortopediya və Bərpa Cərrahlığı institutunun 

♦ 

direktoru, Azərbaycan Tibb institutunun, ADU-nin rektoru, 



Azərbaycan SSR Xalq Səhiyyə Komissarı, Azərbaycan KP 

MK-nın katibi, Dağıstan MSSR KP Vilayət Komitəsinin I 

katibi işləmişdir. Ömrünün sonunadək indi onun adım 

 

 • 



daşıyan  Azərbaycan  Həkimləri  Təkmilləşdirmə  İnstitutuna  başçılıq 

etmişdir. 

Azərbaycan SSR EA-nın müxbir üzvü, professor • •  

 

Umnisə  Musabəyovanm  (1902  -  1974)  elmi  tədqiqatları  traxoma, 



qlaukoma xəstəliklərinə, görmə sinirinin patolo¬giyasına həsr edilmişdir. 

Oftalmologiya üzrə Azərbaycan 

downloaded from KitabYurdu.org



37 

 

dilində ilk dərsliyi və terminologiya tərtib etmişdir. • • 



U.S.Musabəyovanm oftalmoloq kadrların hazırlanmasında 

böyük xidməti olmuşdur. O, SSRİ Ali Sovetinə deputat seçilmişdir. 

1922-ci ildə Azərbaycan tibb cəmiyyəti, sonralar tibbin 

müxtəlif sahələri üzrə (nevropatoloqlarm və psixiatrların, 

oftalmoloqların, cərrahların, patofizioloqlarm, fizioloqların, 

ftiziatrların, əczaçıların və s.) elmi cəmiyyətlər yaradıldı. Eyni 

zamanda bir sıra elmi-tədqiqat institutları (Bakteriologiya və 

•  


 • 

Gigiyena institutu. Tropik Xəstəliklər institutu, Ana və 

• 



 



 

Uşaqları Mühafizə institutu, Vərəm institutu, Eksperimental 

və Klinik Tibb institutu və s.) açıldı. 1935-ci ildə Həkimləri 

Təkmilləşdirmə institutu təşkil edildi. 



Bu elm və tədris ocaqları Azərbaycanda tibb elminin inkişafında, yüksək 

ixtisaslı tibb kadrlarının hazırlanma¬sında, tibb elmi üzrə monoqrafiya, 

dərslik və dərs vəsaitlərinin, terminologiya və lüğətlərin nəşrində böyük 

rol  oynamışdır.  Həmin  müəssisələrdə  çalışan  alimlərimiz  (C.M. 

Abdullayev,  V.Y.  Axundov,  M.M.  Nəzirov,  T.H.  Paşayev,  S.R. 

Ocaqverdizadə, Ə.Ə. Abasquliyev, M.M. 

■ Cavadzadə, T.Ə. Əliyev, A.Ə. Əliyev, Z.Ə. Əliyeva, N.M. Rzayev və 

bir  çox  başqaları)  xəstəliklərin  səbəblərinin,  inkişaf  mexanizmlərinin 

öyrənilməsi, diaqnostikası, müali- 

downloaded from KitabYurdu.org




38 

 



cəsi  sahəsində  elmimizi  zənginləşdirən  tədqiqatlar  aparmış,  yeni 

metodlar, preparatlar təklif etmişlər. 

Azərbaycanın  tibb  alimləri  həmişə  nəzəri  təfəkkürü  praktik  işlə 

əlaqələndirmişlər. Məsələn, ölkəmizin mədən sularının, Naftalan neftinin, 

dağlıq  rayonlarının  və  dənizkənarı  iqliminin  tədqiq  edilməsi 

respublikamızda  kurort  işinin  inkişafına,  yeni-yeni  sanatoriya  və 

kurortların təşkilinə şərait yaratmış, neft məhsullarının (neft qətranları, 

benzin, benzol) canlı orqanizmə təsirinin öyrənilməsi 

 • 


sahəsindəki  tədqiqatlar  keçmiş  Sovet  ittifaqında  eksperi¬mental 

onkologiyanın inkişafına təkan vermişdir. 

Hazırda  Azərbaycanda  Respublika  Dövlət  Elmi-  •  Tibbi  Kitabxanası, 

Azərbaycan "Tibb Muzeyi fəaliyyət göstərir, «Azərbaycan tibb jurnalı», 

«Təbib», «Şəfqət» qəzetləri nəşr edilir. 

Azərbaycanın ali və orta tibbi təhsil məktəblərində 

yüksək ixtisaslı həkim, əczaçı və orta tibb işçiləri yetişməklə 

bərabər, onlar vətənpərvərlik ruhunda tərbiyə edilirlər. II 

dünya müharibəsi dövründə bir çox həkimlərimiz, orta tibb 

işçilərimiz ordu sıralarında xidmət edərək, döyüşlərdə də 

iştirak etmiş,-hərbi hospitallarda çalışmışlar. Professor və 

dosentlər (B. Mahmudbəyov, N. Biinyadov, X. Hacıyev, A. 

Tahirov, Q. Səlimxanov, H. Isazadə, S. Axundov, M. 

Qarayev) döyüşən orduda, hospitallarda baş mütəxəssis 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə