S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə140/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   136   137   138   139   140   141   142   143   ...   153

456 

 

həmişə  xəstənin  müalicə  dietasma  müvafiq  olmur.  Qabaqcadan 



xəbərdarlıq  edilməyən,  yaxud  lazımi  qədər  düşüncəli  olmayan  xəstələr 

qadağan edilmiş yemək şeylərindən yeyib özünə ziyan vura bilər. Bunun 

qabağını almaq üçün bir sıra tədbirlər görmək lazımdır: 

1) 


stasionarda  olduğu  ilk  günlərdə  xəstəyə  onun  sağalması  üçün 

müalicəvi qidalanmanın əhəmiyyətini izah etmək, təyin edilmiş dietanın 

pozulmasının  ağır  nəticələr  verə  biləcəyi  barədə  onu  xəbərdar  etmək 

lazımdır; 

2) 

xəstələrin yanma gələnlərin nəzərinə çatdırmaq üçün elan lövhəsinə 



dietanın  nömrəsinə  müvafiq  olaraq  xəstəyə  icazə  verilən  ərzaqların 

siyahısını asmaq və bu ərzaqlardan hər birindən bir dəfəyə gətirilə bilən 

maksimum miqdarı göstərmək lazımdır; 

3) 


xəstələrə ərzaq və lazımlı əşyalar göndərilən və onlara baş çəkilən 

saatlarda gələnlərin özlərini necə apar¬malarına göz qoyulmalı və lazım 

gəldikdə onlarla söhbət aparılmalıdır; 

4) 


xəstələrin ərzaq məhsulları saxlanan dolabça, şkaf və soyuducuları 

hər gün yoxlamaq lazımdır. 

Süni  qidalandırma.  Bəzi  xəstəliklər  zamanı  adi  qaydada  ağızdan 

qidalandırma  qeyri-mümkün  olur,  yaxud  lazımi  qədər  olmur,  belə 

hallarda süni qidalandırma tətbiq etmək lazım gəlir; bu zaman qidanı və 

qidalı  maddələri  zond,  fistula  vasitəsilə,  düz  bağırsaqdan  və  parenteral 

yolla - dəri altına və venaya yeridirlər. 

Xəstələrin  zond  vasitəsilə  yedizdirilməsi.  Göstəriş:  1)  di¬lin,  udlağın, 

qırtlağm  və  qida  borusunun  geniş  travmatik  zədələnməsi  və  ödemi;  2) 

mərkəzi  sinir  sistemi  funksiyalarının  ağır  dərəcədə  pozulması  təzahürü 

olan  huşsuz  vəziyyət;  3)  psixi  xəstəliklərdə  yeməkdən  imtina  etmə;  4) 

çapıqlaşmayan  mədə  xorası.  Bütün  bu  hallarda  xəstəni  adi  qaydada 

yedizdirmək  ya  mümkün  olmur,  yaxud  məqsədəuyğun  deyil,  çünki  bu, 

downloaded from KitabYurdu.org




457 

 

yaraların infeksiyalaşmasına səbəb ola bilər, yaxud qida tənəffüs yollarına 



düşərək, ağciyərlərdə iltihab və 

irinləmə  törədə  bilər.  Çapıqlaşmayan  mədə  xorasında  oniki-  barmaq 

bağırsağa yeridilmiş zondla uzun müddət (18 gün) 

yedizdirmə konservativ müalicədə axırıncı tədbir kimi məsləhət görülür. 

Zond  vasitəsilə  duru  və  yarımduru  şəkildə  hər  bir  qidanı  (dərmanı) 

yeritmək olar, onu əvvəlcə sürtgəcdən keçirmək lazımdır. Qidaya mütləq 

vitaminlər  qatırlar.  Adətən  süd,  qaymaq,  çiy  yumurta,  ət  suyu,  selikli, 

yaxud sürtgəcdən keçirilmiş göyərti supu, kisel, meyvə şirələri, ərinmiş 

yağ, qəhvə, çay yeridirlər. 

Adətən zondu həkim yeridir. Əks-göstəriş yoxdursa, xəstə oturur. Burun 

yollarını əvvəlcə nəzərdən keçirdikdən sonra zondun qliserin sürtülmüş 

girdə  ucunu  nisbətən  geniş  olan  aşağı  burun  yoluna,  üzün  səthinə 

perpendikulyar istiqamətdə yeridirlər. 

Qid 


Xəstələrin cərrahı fistula vasitəsilə yedizdirilməsi. 

borusu daraldığı üçün qida oradan keçmədikdə 

Xəstənin 

qidalı 


imalələrlə yedizdirilməsi. İmalə 

cərrahi  yolla  fistula  yaradılır  ki,  buradan  zondu  yeridib  qidanı  mədəyə 

tökmək olur.  

vasitəsilə düz bağırsağa 0,85 %-li xörək duzu məhlulu, 5 %- li qlükoza 

məhlulu,  4-5  %-li  təmizlənmiş  alkohol  məh¬lulu,  aminopeptid 

(tərkibində bütün əvəzedilməz amin turşuları olan preparat) yeritmək olar. 

downloaded from KitabYurdu.org



458 

 

Orqanizmin  susuzlaşmasmda  çox  vaxt  damcı  üsulu  ilə  2  1  miqdarında 



birinci iki məhlulu yeridirlər. Həmin məh¬lulları eyni vaxtda 100-150 ml, 

gündə  2-3  dəfə  yeritmək  olar.  Yeridilən  məhlulu  saxlamaqda  xəstəyə 

kömək etmək məqsə-dilə məhlula 5 damcı opium tinkturası əlavə etmək 

olar. 


damcı 

Parenteral  yedizdirmə.  Ağır  infeksiyalar  və  intoksikasi-  yalar  zamanı, 

bağırsaq keçməməzliyində, çoxlu qan itirdikdə, yanıqlar və operasiyadan 

sonrakı dövrdə kəskin maye və qidalı maddələri mədə-bağırsaq yolu ilə 

yeritmək  mümkün  olmayan  kəskin  susuzlaşma  təsadüflərində  onları 

parenteral yolla dəri altına, venaya və əzələyə yeridirlər. 

Mayeni 5%-li qlükoza və xörək duzunun, habelə başqa duzların 

izotonik məhlulu şəklində, qlükozanı 40 %-li məhlul şəklində venaya da 

yeritmək olar. 

Xalq təbabəti 

Keçmişin  yadigarı  olan  ayrı-ayrı  təcrübi  məsələlərin  yada  salınması, 

xüsusilə, xalq təbabətinin bəzi özünü doğrultmuş üsul və vasitələrindən 

istifadə edilməsi heç də müasir elmi uğurları, sürətli elektron maşınlarım, 

kompü- terləşməni inkar etmək deyildir. 

Bəşər  övladı  hələ  lap  qədimdən  həyatda  qarşılaşdığı  müxtəlif 

nasazlıqlarla  mübarizəyə  başlamışdır.  O  yaşamaq  naminə  bir  sıra 

dərdlərin  dərmanını  tapmağa  nail  olmuş,  tədricən  öz  təcrübəsini 

genişləndirərək indiki nəzəri biliklərin özülünü qoymuşdur. 

Maraqlı haldır ki, bir müddət tamam yaddan çıxart¬dığımız xalq təbabəti 

vasitələrinin indi istifadəsinə zərurət meydana çıxmış və bir çox inkişaf 

etmiş  ölkələrlə  yanaşı,  Azərbaycanda  da  onun  tətbiqinə  başlanılmışdır. 

downloaded from KitabYurdu.org




459 

 

Müasir  elmi  tibblə  yanaşı,  xalq  təbabəti  də  tədris  olunur,  qədim 



mənbələrdən bu məqsədlə daha geniş istifadə edilir. 

Qeyd etmək lazımdır ki, müasir tibb elminin kökləri 

də hələ qədim Orta Şərq ölkələrində erkən inkişaf etmiş 

xalq təbabəti ilə bağlı olmuşdur. Orta əsrlərdə müsəlman 

Şərqinin təbabəti dünyada aparıcı bir mövqe tuta bilmiş və 

hətta Avropada tibb elminin formalaşmasına təsir göstərmiş

onun əsas qaynağına çevrilmişdir. Belə ki, eramızdan 2600 il 

əvvəl  Çində  iynədən,  iranda  və  Azərbaycanda  isə  həcəmət¬dən  (qan 



almaq  üçün  banka  və  s.)  istifadə  etmişlər.  Minillər  ərzində  təcrübi 

müşahidələrlə  yaradılan  təbabətin  inkişafı  üçün  ilkin  şərt  olan  bu  sadə 

biliklər orta əsrlərdə nəzəri biliklərlə birləşərək, elmi tibbin əsasını təşkil 

edə bilmişdir. 

İnsanların çox qədim dövrlərdən öz sağlamlıqları haqqında düşünmələri, 

bir çox dərdlərin dərmanlarının axtarılması əsatir, dastan və nağıllardan 

da  məlumdur.  Azərbaycan  nağıl,  əsatir  və  dastanlarında  kiminsə 

xəstələn¬  

məsi,  müxtəlif  dərdə  düçar  olması,  onun  dərmanının  axtarılması  və 

nəhayət,  tapılması  motivlərinə  də  rast  gəli¬rik.  Bu  da  xalq  təbabəti 

vasitələrinin axtarılmasının, tapılmasının qədim tarixini bir daha göstərir. 

Qədim  dövrün  axırlarında  və  xüsusilə  orta  əsrlərdə  artıq  xalq  təbabəti 

əsasında Şərq ölkələrində tibb elmi təşəkkül tapmış, tibbi məlumatlar xalq 

təbabəti  vasitələri  .  müəlliflər  tərəfindən  qələmə  alınmış  və  kağıza 

köçürülmüş¬dür.  Bu  sahədə  daha  çox  xidməti  olan  müəlliflərdən  Ər- 

Razi, İbn Sina, İbn ən-Nafis, İbn Baytar, İbn Kəbir və b. qeyd etmək olar. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə