S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə143/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   139   140   141   142   143   144   145   146   ...   153

467 

 

Dərman  maddələrinin  təsiri  onların  dozasından  da  çox  asılıdır.  Gözə 



çarpacaq təsir göstərən dərman  maddə¬sinin ən kiçik miqdarına hüdudi 

doza deyilir. Hər bir dərmanın minimal və maksimal dozası olur. 

Dərman maddələrinin təsir xarakteri və qüvvəsi onla¬rın orqanizmə daxil 

olma yollarından da asılı olur. 

Dərmanların  təsiri  onların  orqanizmdəki  taleyindən  də  çox  asılıdır. 

Dərmanlar orqanizmdə tərkiblərinə uyğun olaraq müxtəlif dəyişikliklərə 

uğrayır. Onların təsir qüvvəsi bu dəyişikliklərdən çox asılı olur. 

Dərmanların  təsir  qüvvəsi  və  xarakteri  onların  bədəndən  xaric  olma 

yollarından  da  çox  asılıdır.  Tez  xaric  olanlar  qısa  müddətli,  gec  xaric 

olunanlar isə uzunmüddətli təsir göstərir. 

Dərmanların  təsiri  üçün  ikinci  siqnal  sisteminin,  inamın  rolu  böyükdür. 

Dərmanların  təsiri  insanların  cinsiyyətindən  və  yaşından,  fərdi 

xüsusiyyətlərindən do çox asılı olur. 

Dərman  preparatları  eyni  aktivliyə  malik  olmalı,  standarta  uyğun 

gəlməlidir. Dərman maddələrinin aktivliyi adətən, təsir vahidləri - TV ilə 

ifadə edilir. 

Çox 

güclənməsinə 



Dərman maddələri təkrar qəbul edildikdə onların təsirinin artması və ya 

toplanması  kumulyasiya  adlanır.  Belə  maddələr  orqanizmdən  gec  xaric 

olunur və bəzən orqanizmdə yığılıb qalır. 

Bəzi  dərmanlar  orqanizmdə  sensibilizasiya  törədir.  Sensibilizasiya 

orqanizmin  ekzogen  və  ya  endogen  mənşəli  antigenlərə  (allergenlərə) 

qarşı həssaslığının yüksəlməsidir ki, bu da allergiyanın əsasını təşkil edir. 

downloaded from KitabYurdu.org



468 

 

Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında 



tam  təsəvvür  yaratmaq  üçün  dərmanları  oxşar  xüsusiyyətlərinə  görə 

qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji 

təsir  xüsusiyyətləri  və  həm  də  kimyəvi  tərkibi  əsas  götürülən  qarışıq 

təsnifatdır. Sistem prinsipinə əsaslanan təsnifata görə dərmanlar aşağıdakı 

qruplara bölünür: 

1) 


neyrotrop, yəni mərkəzi və periferik sinir siste¬minin funksiyalarını 

tənzim edən dərmanlar; 

2) 

işlək orqan və sistemlərin (qan dövranı, tənəffüs və s.) funksiyalarını 



tənzim edən dərmanlar; 

3) 


maddələr mübadiləsini tənzim edən dərmanlar. 

Bundan əlavə, ateroskleroz, iltihab, allergiya, blas- 

tomogenoz  kimi  patoloji  proseslərə  təsir  edən,  mikrob  əleyhinə  və 

parazitlərə  qarşı  dərman  qrupları  ayırd  edilir.  Bütün  bu  qruplar  bir  sıra 

yarımqruplara bölünür. 

Aşağıda bəzi dərman qrupları haqqında məlumat verilir. 

Neyrotrop dərmanlar 

Periferik  sinir  sisteminin  funksiyalarını  tənzim  edən  dərmanlar  2 

yarımqrupa bölünür: 

I. 


Afferent  innervasiyaya,  yəni  hissi  sinir  uclarına  və  sinirlərə  təsir 

edən dərmanlar. 

II. 

Efferent innervasiyaya, yəni vegetativ sinirlərə və skelet əzələlərinin 



hərəki sinirlərinə təsir edən dərmanlar. 

Yerli  anestetiklər,  yəni  hissi  sinir  uclarının  oyanma  qabiliyyətini 

zəiflətməklə və ya sinir liflərində impulslarm nəql olunmasını blokadaya 

almaqla  anesteziya  (hissiyya¬tın,  o  cümlədən,  taktil,  temperatur,  ağrı 

downloaded from KitabYurdu.org



469 

 

hissinin  olmaması)  törədən  anesteziyaedici  dərmanlar  (kokain,  dikain, 



novo- kain, lidokain, anestazin və s.) I yarımqrupa aiddir. 

II  yarımqrupdan  vegetativ  sinir  sisteminin  parasim¬patik  şöbəsinin 

mediatoru  asetilxolini  və  simpatik  mediatorlar  olan  adrenalini  və 

noradrenalini, eləcə də oyanmanın sinir ucundan əzələyə nəql olunmasını 

blokadaya alan kıırare tipli maddələri göstərmək olar. 

Mərkəzi sinir sisteminə təsir edən dərmanlara narkoz törədən dərmanlar, 

etil  spirti,  yuxu  dərmanları,  anal-  getiklər  (ağrıkəsicilər),  epilepsiya 

əleyhinə,  parkinsonizm  əleyhinə,  psixotrop  (insanın  psixi  fəaliyyəti 

pozularkən  tətbiq  edilən)  dərmanlar,  analeptiklər  (mərkəzi  sinir 

sisteminin fəaliyyətini stimulyasiya edən dərmanlar) aiddir. 

Narkoz  mərkəzi  sinir  sisteminin  (əsasən  cərrahi  əməliyyatlar  zamanı 

törədilən) müvəqqəti funksional iflici olub, dönən prosesdir, yəni cərrahi 

əməliyyatdan  sonra  xəstə  əvvəlki  vəziyyətinə  qayıdır.  Bu  adlı 

maddələrdən müasir cərrahlıqda, anesteziologiyada müvəqqəti ağrısızlıq 

yaratmaq  üçün  istifadə  edirlər.  Narkoz  özünü  huşun  itməsi,  hissiyyatın 

(ilk növbədə ağrı hissinin) və reflektor reaksiyaların, skelet  əzələlərinin 

tonusunun  zəifləməsi  ilə  büruzə  verir.  Narkoz  törədən  dərmanlara  efir, 

heksenal,  ftorotan,  ketamin,  propanidid,  natrium-oksibutirat,  azot  -  1  - 

oksid (güldüriicü / şadlandırıcı qaz) və s. aiddir. 

Etil spirti mərkəzi sinir sisteminə ümumi zəiflədici təsir göstərir və nəzərə 

çarpan  antiseptik  xassəyə  malikdir.  Odur  ki,  başlıca  olaraq,  antiseptik 

dezinfeksiyaedici  (operasiya  sahəsini,  iynə  vurulan  yeri,  cərrahi  alətləri 

və s.) 

kimi və əczaçılıqda dərman preparatları hazırlamaq üçün işlədilir. 



Yuxu dərmanları yuxu törədir və yuxunun lazımi qədər sürəkli olmasını 

təmin  edir.  Barbituratlar,  bəzi  alifatik  birləşmələr  kimi  ənənəvi  yuxu 

dərmanlarının  kiçik  dozası  sedativ  (sakitləşdirici)  təsir  göstərir,  orta 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə