S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə145/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   141   142   143   144   145   146   147   148   ...   153

474 

 

Həzm  orqanlarının  funksiyalarına  təsir  edən  dərman¬lar  qrupuna  mədə 



şirəsinin  sekresiyasını  artıran  (qastrin,  mədə  şirəsi,  pepsiıı  və  s.)  və 

azaldan  (ranitidin,  famotidin,  omeprazol,  atropiıı  -  sulfat),  qusdurucu 

(apomorfin  -  hidroxlorid  və  s.)  və  qusmaya  qarşı  (skopolamin  - 

hidrobromid,  diprazin,  metoklopramid,  aminazin  və  s.),  ödqovucu 

(xolaqon,  xolenzim,  xolosas,  oksafenamid),  işlətmə  dərmanları 

(maqnezium  -  sulfat,  gənəgərçək  yağı,  rəvənd  tableti,  izafenin  və  s.) 

daxildir. 

Diuretiklərə  (sidikqovucu  dərmanlar)  dixlotiazid,  furosemid,  klopamid, 

triamteron, amilorid, spironolakton, mannit və s. aiddir. 

Maddələr mübadiləsini tənzim edən dərmanlar 



Bunlara aşağıdakılar aiddir: 

I.  Hormon  preparatları:  somatotropin,  tireotropin,  laktin,  oksitosin, 

pituitrin, adiurekrin, insulin, hidrokorti- zon, prednizolon, deksametazon, 

estron, metiltestosteron, retabolil və s. 

II. 

Vitamin preparatları: riboflavin, nikotin turşıısu, 



nikotinamid, fol turşusu, askorbin turşusu, rutin, vikasol 

və s. 


III.  Ateroskleroz  əleyhinə  preparatlar:  hemfıbrozil,  xolestiramin, 

lovastatin, simvastatin, fluvastatin, parmidin. 

IV.  Podaqra əleyhinə preparatlar: etamid, urodan, allopıırinol və s. 

Antibiotiklər 

Antibioz  mürəkkəb  bioloji  hadisədir.  Əsas  mahiyyəti  isə  bir  sıra 

mikroorqanizmlərin  onları  əhatə  edən  mühitdə  başqa  mikroblarm 

downloaded from KitabYurdu.org



475 

 

çoxalmasım  və  inkişafını  dayandıran  xüsusi  aktiv  maddələr  ifraz 



etməsindən ibarətdir. Bu aktiv maddələr antibiotiklər adlanır. 

Elm tarixində antibioz hadisəsinin böyük əhəmiyyə- 

• t 

• 

tini ilk dəfə I.I. Meçnikov qeyd etmişdir, ilk antibiotik olan penisillini isə 



1929-cu ildə məşhur ingilis bioloqu, Nobel mükafatı laureatı Aleksandr 

Fleminq  kif  göbələk¬lərindən  almışdır.  O  vaxtdan  antibiotiklər  tibbdə 

getdikcə  daha  geniş  tətbiq  edilir.  Hazırda  antibiotiklər  əsasən  bioloji 

metodla alınır. 

Antibiotiklərin  təsir  mexanizmi  hələ  lazımi  dərəcədə  öyrənilməmişdir. 

Antibiotiklərin dozasını təsir vahidləri ilə (TV) təyin edirlər, indiyə qədər 

bir çox antibiotiklər alınmışdır. 

Tibbi  praktikada  geniş  işlədilə  bilən  antibiotiklər  aşağıdakı  tələbatı 

ödəməlidir: 

1. 


yüksək antimikrob aktivliyə malik olmalı; 

2. 


orqanizmdə antimikrob effekti uzun müddət sax¬lanmalı; 

3. 


az zəhərli olub, lazımi terapevtik təsirə malik olmalıdır. 

Antibiotiklərin kimyəvi quruluşu çox müxtəlifdir. . Lakin onların hamısı 

mikroblarm həyat fəaliyyəti məhsul¬ları olduğu üçün ümumi antibiotiklər 

qrupunda birləşir. 

Hazırda antibiotiklər o qədər çoxdur ki, artıq onlar təsir mexanizminə görə 

bir sıra qruplara bölünür: 

I. Strukturunda J3- laktam halqası olan antibiotiklər 

- penisillinlər, sefalosporinlər, karbanenemlər, monobak- tamlar. 

downloaded from KitabYurdu.org



476 

 

Penisillinlər  geniş  təsir  dairəsinə  malik  olub,  ən  müx¬təlif  xəstəliklər 



zamanı  işlədilir.  Onların  təsnifatı  alınması  üsullarmdakı  fərqlərə  və  bir 

sıra digər əlamətlərə əsaslanır: 

1. 

Biosintetik (bioloji sintez yolu ilə alman) peni¬sillinlər. 



Mədənin turş mühitində parçalandığı üçün parenteral yolla yeridilənlər: 

a) 


qısamüddətli təsirə malik olanlar: benzilpenisillinin natrium duzu, 

benzilpensillinin kalium duzu; 

b) 

uzunmüddətli  təsirə  malik  olanlar:  benzilpenisil¬linin  novokain 



duzu (bisillin - 1, bisillin - 3, bisillin - 5). 

Turşuya  qarşı  davamlı  olub,  enteral  yolla  yeritmək  üçün: 

fenoksimetilpenisillin. 

2. 


Yarımsintetik penisillinlər. 

Parenteral və enteral yolla yeritmək üçün: 

a) 

penisillinazanm təsirinə qarşı davamlı olanlar: oksasillinin natrium 



duzu, nafsillin; 

b) 


geniş təsir dairəsinə malik olanlar: ampisillin, amoksisillin. 

Parenteral yolla yeritmək üçün (göy-yaşıl irin çöpü də daxil olmaqla geniş 

təsir dairəsinə malik olanlar): karbeni- sillinin dinatrium duzu, tikarissilin, 

azlosillin. 

Enteral yolla yeritmək üçün: karbenisillin indianil 

natrium, karfesillin. 



Penisillinlər bakterisid təsirə malikdir. Onların toksik- liyi az, terapevtik 

təsir  dairəsi  genişdir.  Əlavə  təsirlərinə  əsasən  allergik  reaksiyalar 

(xəstələrin 1 - 10%-də) aiddir. 

downloaded from KitabYurdu.org




477 

 

Sefalosporinlər yeridilmə yoluna görə 2 qrupa bölünür: 



1. 

Parenteral  yolla  yeritmək  üçün:  sefalotin,  sefuroksim,  sefotaksim, 

sefenim və s. 

2. 


Enteral yolla yeritmək üçün: sefaleksin, sefaklor, sefiksim və s. 

Karbanenemlərə  imipenom,  ticnam,  meropenem;  monobaktamlara  - 

aztreopam aiddir. 

II. 


Mikrolidlər 

(eritromisin, 

oleandomisin, 

roksitro- 

misin, 

klaritromisin) və azalidlər (azitromisin) - atipik pnevmoniya törədə bilən 



xlamidiyalara, mikoplazmalara, legionellalara qarşı effektlidir. 

III.  Tetrasiklinlər  -  geniş  təsir  dairəsinə  malik  olub,  həmçinin 

mikroorqanizmlərin penisillinlərə və streptomi- sinə qarşı davamlılığı və 

ya xəstələrin onlara qarşı sensi- bilizasiyası zamanı tətbiq edilir. Bunlar 

allergik  reaksiya  törədə  bilər.  Biosintetik  (terramisin,  tetran,  tarxosin, 

demeklosiklin)  və  yarımsintetik  (rondomisin,  vibramisin,  minosiklin  və 

s.) növləri ayırd edilir. 

IV.  Levomisetin  qrupu  -  həm  qram-müsbət,  həm  də  qram-mənfi,  o 

cümlədən,  bağırsaq  bakteriyalarma,  inflüensa  çöpünə,  həmçinin 

rikketsiyalara, 

xlamidiyalara, 

brusellyo- 

zun, 

tulyaremiyanın 



törədicilərinə təsir edir. Turşuya davamlı mikobakteriyalar, göy-yaşıl irin 

çöpü,  protey,  ibtidailər  levomisetinə  qarşı  az  həssasdır  və  ya  qətiyyən 

həssas  deyil.  Qanyaranma  prosesini  zəiflədib,  qanazlığı  törədə  bilər. 

Levomisetin daxilə qəbul edilir; emulsiya və məlhəmləri xaricə işlədilir. 

V. 

Aminoqlikozidlər - streptomisin, gentomisin, neomisin, kanamisin, 



amikasin,  tobramisin,  sizomisin,  menomisin  və  s.  Streptomisin  geniş 

antimikrob  təsirə  malik  olub,  xüsusən  vərəm  mikobakteriyalarma, 

tulyaremiya, taun, brusellyoz törədicilərinə, patogen kokklara və s. təsir 

edir.  Anaerob  mikroorqanizmlər,  spiroxetlər,  rikketsiya-  lar,  viruslar, 

patogen  göbələklər  buna  qarşı  həssas  deyil.  İnyeksiyası  ağrılıdır. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə