S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə147/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   143   144   145   146   147   148   149   150   ...   153

482 

 

bilmir. Çünki yeri bəlli olan konkret obyekt^ haqqında fikirləşmədikdə, 



ideomotor hərəkətlər törənmir. İkincisi, hətta göz qabağında olan bir şey 

haqqında fikirləşən şəxs başını mümkün qədər arxaya əysə, telepat yenə 

də  heç  nə  tapmaz.  Çünki  bu  halda  əzələlərin  yığılmasında  dəyişiklik 

törəndiyindən, ideomotor hərəkətlər təhrif olunur. Üçüncüsü, ilk baxışda 

təəccüblü  görünsə  də,  telepatın  yox,  fikirləşən  adamın  gözlərini 

bağladıqda,  telepat  onun  fikrini  tapa  bilmir.  Çünki  gözü  bağlı  adam 

obyektin  olduğu  istiqaməti  itirir  və  telepata  «kömək  edə»  bilmir. 

Dünyanın  məşhur  telepatlarmdan  Volf  Messinqin  vaxtilə  mətbuat 

səhifələrində etiraf etdiyi kimi, əksinə, telepatın gözləri bağlandıqda, işi 

daha  da  asanlaşır:  fikrini  yayındıra  biləcək  bütün  qıcıqlardan  təcrid 

olunub, fikrini daha yaxşı cəmləşdirir. 

Yerli telepatımız Tofiq Dadaşovun da seanslarında həmin üsullarla onun 

heç bir fikri tapmadığı sübut edilib. O indi adını dəyişib, ekstrasens qoyub 

və  Cuna  Davitaşvili  kimi  «müalicə  edir».  Bir  vaxt  A.Kaşpirovski, 

V.Çumak  və  başqaları  məşhur  ekstrasenslər  idilər.  Vanqa,  Məlahət 

Nəzərova  tipli  ekstrasenslər  müalicə  etməkdən  daha  çox,  keçmiş 

hadisələri  tapıb  söyləmək  və  gələcək  haqqında  proqnozlar  verməklə, 

özləri  dedikləri  kimi,  görücülük  və  biliciliklə,  sadə  desək,  falçılıqla 

məşğuldurlar. 

Əvvələn,  bir  daha  xatırladaq  ki,  ekstrasens  sözü  telepat  sözünün 

sinonimidir,  yəni  ekstrasens  ilk  növbədə  fikri  tapa  bilməlidir.  Bunu 

bacarmırsa, deməli, ekstrasens deyil, ikincisi, ən məşhur ekstrasensləri ən 

müasir aparat¬larla təchiz edilmiş elmi-tədqiqat institutlarında on illərlə 

beyin  fəaliyyətini,  beyində  bioloji  elektrik  hadisəni  öyrənən  təcrübəli 

mütəxəssislər  dəfələrlə  yoxlamışlar.  Heç  bir  «bioloji  sahə»,  «altmcı 

kanal» yoxdur. 

downloaded from KitabYurdu.org



483 

 

Bir  vaxt  Cuna  səs-küy  salmışdı  ki,  SSRİ  EA-nm  Radiotexnika  və 



Elektronika  İnstitutunda  ekstrasens  kimi  onun  qabiliyyətlərini  yoxlayıb 

tədqiq etmişlər. Amma 

yoxlayanlar  özləri  -  akad.  Y.V.  Qulyayev  və  fizika-riyaziyyat  elmləri 

doktoru E.E.Qodik mətbuatda bildirmişdilər ki, Cunada heç bir fövqəladə 

qabiliyyət  aşkar  edilməyib  və  ümumiyyətlə,  heç  bir  «bioloji  sahə» 

mövcud  deyil.  Onlar  bunu  qəti  söyləyirlər,  çünki  müasir  texnikanın 

köməyilə  insanın  ətrafında  törənən  bütün  sahələri  müşahidə  etmək 

imkanına malikdirlər. 

Cunanın  fəaliyyətini  bundan  əvvəl  də  Gürcüstanda  təşkil  edilmiş 

komissiya  respublika  onkoloji  mərkəzində  yoxlamış  və  gözə  çarpan  bir 

nəticə alınmamışdır. 

Bəzən deyənlər olur ki, axı, ekstrasenslərdən dövlət səviyyəsində məxfi 

işlərdə  istifadə  edilir.  Tutduğu  yüksək  vəzifəyə  layiq  olmayan  bəzi 

cahillərin böyük biabırçılıqla 

qurtaran  belə  cəhdləri  olub.  SSRİ  Ali  Sovetinin  Elm  və  texnologiyalar 



üzrə  komitəsinin  «Yalan  elmi  tədqiqatların  dövlət  mənbələrindən 

maliyyələşdirilməsinin  nöqsanlı  üsulları  haqqmda»  4  iyul  1991-ci  il 

tarixli  qərarında  deyilir  ki,  ölkənin  bir  neçə  nazirliyi  (SSRİ  Müdafiə 

Nazirliyi,  SSRİ  DTK,  SSRİ  Nazirlər  Kabinetinin  Hərbi  Sənaye 

Komissiyasi və  s.) lazımi elmi ekspertiza olmadan  «spinar»  («torsion») 

və ya «mikrolepton» sahələr üzrə «yalan və elmə zidd tədqiqatlara» yarım 

milyard xərcləmişlər. 

Bəs  ekstrasenslər  hansı  üsullarla  camaatda  inam  yaradıb,  onları  ələ 

alırlar? 

Parapsixologiya,  telepat,  ekstrasens  kimi  sözlər  nisbətən  yenidirsə  də, 

mahiyyətcə  bu  növ  uydurmalar  qədimdən  olub.  Ekstrasenslərin 

downloaded from KitabYurdu.org




484 

 

Svedenborq,  Sen-Jermen,  Kazanova,  Kaliostro  kimi  sələfləri  haqqında 



tarixdən yaxşı məlumdur ki, dələduzlar həmişə heç bir müntəzəm təhsili 

və savadı olmasa da, gözüaçıq, hazırcavab, hər şeydən xəbərdar, ən vacibi 

isə, həyasızlıq dərəcəsində cəsarətli şəxslər olmuşlar. Qədimdən bu növ 

adamların bəlağətli və fəsahətli danışığı, hər cür yalan və uydurmanı, boş 

və mənasız fikirləri özünə inamla ciddi elmi konsepsiya şəklində təqdim 

etmək bacarığı avamları ələ almaqda onlara kömək edir. Ekstrasensin əsas 

silahı psixoloji təsirdən, təlqindən ibarətdir ki, bu da həm 

ayıq halda, həm də hipnoz altında edilə bilər. İnam böyük rol oynayır və 

əsas işi özünətəlqin görür. 

Ürəyimiz  ağrıyanda,  əlimizi  döşümüzə  qoyuruq,  anası  ya  nənəsi  əlini 

uşağın  ağrıyan  yerinə  sürtüb,  onu  ovundurur,  ağrı  bir  az  yüngülləşir. 

Ekstrasenslər də mahiyyətcə eyni işi görürlər. Xəstəyə ürək-dirək verib, 

hökmən  sağalacağına  inandırır,  masaj  edərək  (Cunanın  əsl  sənəti  elə 

masaj  eləmək¬dir),  refleksoterapiyada,  iynəbatırma  metodunda,  Şərq 

təbabətində  məlum  olan  bədənin  müəyyən  müalicəvi  nöqtə¬lərini 

barmaqları ilə sıxırlar. Əlbəttə, bütün bunlar müvəq¬qəti olaraq, xəstənin 

vəziyyətini  bir  qədər  yüngülləşdirir,  ağrını  sakitləşdirir;  qan  təzyiqi  və 

qanda şəkərin səviyyəsi də enə bilər. 

Amma ekstrasens belə real metodlarla bir şeyə nail olursa da, bunu mifik 

«bioloji sahə» ilə izah edir. Həm də ciddi xəstəlikləri olanlar arxayınlaşıb, 

daha  həkimə  müra¬ciət  etmirlər.  Ekstrasensin  müalicə  edə  bilmədiyini 

başa düşdükdə isə xəstəlik o qədər inkişaf etmiş olur ki, çox vaxt həkim 

də bir iş görə bilmir. 

Ekstrasenslər  başqa  kələklərə  də  əl  atırlar.  Cərrah  prof.N.Rzayev 

ekstrasenslərin  öd  daşlarını  «əritməsiniıı»  sirrini  belə  izah  edir:  «... 

xəstələrə  verilən  «dərmanlar»  bağır¬saq  möhtəviyyatmda  yumru,  ödlə 

rənglənmiş,  daşaoxşar  bərk  hissələr  əmələ  gətirir».  Ekstrasensin 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə