S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə148/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   145   146   147   148   149   150   151   152   153

485 

 

«möcüzə»sindən sonra xəstələrin bir qismi əslində olmayan «xəstəlik»dən 



sağalır, bir qismi isə ağır halda həkimin yanına gətirilir. 

Məşhur  Rasputin  də  bu  növ  fokuslar  göstərməkdə  mahir  imiş.  Onun 

vəliəhd Alekseyi hemofiliyadan «müalicə etməsi» barədə nəql edirlər ki, 

Çin təbabəti reseptləri üzrə şiddətli qanaxma törədən dərman hazırlayır və 

vaxtaşırı Rasputinin göstərişi ilə vəliəhdin xörəyinə qatırmışlar. 

Məşhur ekstrasens, astroloq, görücü, bilici və falçılar çox vaxt müəyyən 

dairələrə  xidmət  edirlər.  Rusiya  hərbi  əks-kəşfiyyatının  arxivindəki 

sənədlər sübut edir ki, vaxtilə Almaniyanın Rusiyadakı nüfuzunu artırmaq 

və ölkənin siyasətinə müdaxilə etmək məqsədilə Rasputini qəsdən mistik 

meylli II Nikolaya və çariçaya yaxınlaşdırıbmışlar. 

Dünyada məşhur olmuş savadsız kor qadm Vanqaya Bolqarıstanın xüsusi 

xidmət  orqanları  kömək  edirdilər.  Onun  yanma  bütün  dünyadan  dəstə-

dəstə  turistlər,  məşhur  adamlar  axışıb  gəlirdilər.  Gələcəyi  qabaqcadan 

görüb  xəbər  verənin  olması  ölkənin  nüfuzunu  artırırdı.  Vanqa  yanma 

gələnlər  barədə  inandırıcı  fikirlər  söyləyib,  onları  heyrətləndirdiyi 

məlumatları da müxtəlif orqanlar, meh¬manxana işçiləri, taksi sürücüləri 

və b. alırdı. 

V. 


Yusifimin  Məlahət  Nəzərova  haqqında  yazdığı  «Fenomen» 

(«Sumqayıt» nəşriyyatı, 1999) kitabından məlum olur ki, Məlahət də ən 

müxtəlif  vəzifə  və  peşə  sahibləri  ilə  (yazıçı  və  jurnalistlər,  artist  və 

müğənnilər, milli məclis üzvləri və prezident aparatının işçiləri, partiya 

sədri  və  prokurorlar,  Bakı  Şəhər  İcra  Hakimiyyətinin  işçiləri,  tibb  və 

biologiya alimləri və b.) sıx əlaqə saxlayır, hətta xaricdən telefon zəngləri 

qəbul edir. 

Əlbəttə, bunların hamısı M.Nəzərovanm xəbərgəti- rənləri deyil. Amma 

«görücü və bilici ekstrasens»in qabiliyyəti də məhz elə müxtəlif adamlarla 

söhbətlərindən keçmişə və gələcəyə dair lazım ola biləcək informasiyanı 

downloaded from KitabYurdu.org



486 

 

toplayıb,  lazımi  adamlara  çatdıraraq,  onları  heyrətləndir¬məkdən 



ibarətdir. Belə geniş informasiya mənbəyindən məharətlə istifadə edərək, 

M.Nəzərova  öz  siyasi-ictimai-  iqtisadi-meteoroloji  proqnozlarını  qurur. 

Bəzən dedikləri¬nə təsadüfən doğru çıxan ümumi sözlər də artırır. 

Telepat və ekstrasenslərin, görücü, bilici və falaba- xanların fəaliyyətində 

daha  bir  paradoksal  cəhət  vardır.  Parapsixoloji  uydurmalara  dair  elmi 

dəlilləri  və  izahatları  qəbul  etməyənlər  onları  «allah  vergisi»  hesab 

edirlər.  Halbuki  bütün  dinlər  və  xüsusən  islam  dini  belə  uydurma¬larla 

həmişə  qəti  mübarizə  aparmışdır.  Möminlərimizin  yadına  salaq  ki,  bu, 

Bibliyada, Quranda, Məhəmməd peyğəmbərin hədislərində və s. öz əksini 

tapmışdır. 

Telepat  iddia-edir  ki,  beyindəki  fikirləri  tapır,  ürəkləri  oxuyur. 

Məhəmməd  peyğəmbərin  kəlamında  isə  deyilir:  «İnsanların  ürəklərinə 

girib qəlblərindən keçənləri araşdırıb oxumağa, sirlərini öyrənib bilməyə 

vəkil edilməmişəm».  

Son  zamanlar  tibbdən  başı  çıxmayan  müxtəlif  peşə  sahibləri  mühəndis, 

idmançı, əmək müəllimi, fəhlə adını ekstrasens qoyub, «xəstələri müalicə 

edirlər». Peyğəmbər isə hələ o vaxt özünəməxsus uzaqgörənliklə demişdi: 

«Kim  hakimliyi  və  təcrübəsi  məlum  olmadığı  halda  müalicə  etməyə 

başlarsa, təqsirkar olur». 

Özünə  görücii,  bilici  və  s.  adlar  qoyanlar  hamısı  mahiyyətcə  falçılıqla 

məşğuldurlar. Tövratda isə yazılıb: «Falçım sağ qoyma». 

Məhəmməd  peyğəmbər  nəinki  falçıları,  gələcəyi  xəbər  verənləri,  hətta 

onlara  müraciət  edənləri  də  cəzaya  layiq  hesab  edir:  «Falçmm  cəzası 

qılıncla öldürüiməsindədir». «Quşların uçuşundan məna çıxaran, yaxud 

çıxarılan  mənaya  inanan,  gələcəkdən  xəbər  verən,  yaxud  belə 

xəbərvericilərə inanan, fala baxan və baxdıran bizdən deyildir». 

downloaded from KitabYurdu.org



487 

 

Peyğəmbərin  aşağıdakı  kəlamı  elə  bil  birbaşa  bugünkü  horoskop 



həvəskarlarına ünvanlanıb: «Ulduza baxıb fikir söyləyən, qaibdən xəbər 

verən və belə xəbər verənə baş vurub ondan bir şey soruşan adamın qırx 

gecəlik namazı qəbul edilməz». 

Məhəmməd  peyğəmbər  gözmuncuğu  taxmağın,  dua  yazdırmağın  da 

mənasız  və  günah  olduğunu  göstərmişdir:  «Şübhə  yoxdur  ki,  mənasız 

sözlərlə  cadu  etmək  və  etdirmək,  bəd  nəzərlərdən  qorunsun  deyə 

uşaqların  orasına,  burasına  bir  şey  tikmək,  başqasının  məhəbbətini 

qazansın  deyə  dua  yazmaq  və  yazdırmaq  Tanrıya  hörmətsizlikdir)). 

«Bədnəzər- dən qorunsun deyə üstünə bir şey taxanı Tanrı qorumaz)). 

Parapsixoloji  uydurmaların,  telepat  və  ekstrasenslərin  fəaliyyətinin 

mahiyyətinin,  bunların  nəinki  elmi  cəhətdən  əsassız,  hətta  dinin  də 

mübarizə obyekti olmasının geniş xalq kütlələrinə izah edilməsi sanitariya 

maarifi işinin mühüm bir hissəsi, təkcə tibb işçilərinin vəzifəsi deyil, həm 

də hər bir ziyalının borcudur.  

Qanın ümumi həcmi - 5-6 1 (bədən kütləsinin 6-8 faizi). 

Hematokrit ədədi (qan hüceyrələrinin faizlə miqdarı) - 42-48. 

Qanın xüsusi çəkisi - 1,050-1,060. 

Plazmanm xüsusi çəkisi - 1,025-1,034. 

Eritrositlərin xüsusi çəkisi - 1,090. 

Qanın suvaşqanlığı - 4,5-5. 

Plazmanm suvaşqanlığı - 1,8-2,2. 

_ % 


Qanın osmotik (mineral maddələrin yaratdığı) təzyiqi - 7,6-8,1 atım. 

Qanın onkotik (zülalların yaratdığı) təzyiqi - 25-30 mm c.s. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə