470
dozası yuxu gətirir, böyük dozası isə narkotik təsir göstərir. Yuxu
dərmanlarına nozepam, fenazepaın, fenobarbital, natrium- etaminal,
xloralhidrat və s. aiddir.
Aııalgetiklər seçici surətdə ağrı hissini zəiflədən maddə¬lərdir. Bunlar
hissiyyatın digər növlərinə təsir etmir və huşun itməsinə səbəb olmur.
Analgetiklər iki qrupa bölünür:
I.
Narkotik (opioid) analgetiklər, analgetik aktivliyə malik qeyri-
opioid preparatlar və qarışıq (opioid və qeyri- opioid) təsir mexanizminə
malik analgetiklər.
II.
Qeyri-narkotik analgetiklər.
Narkotik analgetiklərdən ilk işlodiləni xaşxaşın sütül qozalarından alınan
morfindir. Tiryəkin kimyəvi struktu¬runa görə fenantren törəmələrinə aid
olan preparatları (morfin, kodein və s.) əsasən mərkəzi sinir sisteminin
fəaliyyətini zəiflədir, analgetik və öskürək əleyhinə təsirə malikdir,
izoxinolinin törəmələri (papaverin və s.) isə saya əzələlərə spazmolitik
təsir göstərir.
Morfin - hidroxlorid suda asan həll olan ağ rəngli kristal maddədir. Beyin
qabığının hissi zonalarının (ağrını azaldır), tənəffüs, öskürək
mərkəzlərinin fəaliyyətini zəiflə¬dir, qusma mərkəzini oyadır, maddələr
mübadiləsini zəiflə¬dir, temperaturu salır. Şiddətli ağrı, sancı, öskürək,
həmçi¬nin şok, infarkt zamanı, cərrahi əməliyyatlardan əvvəl və sonra
tətbiq edilir.
Təkrar işlədildikdə, orqanizm buna vərdiş edir. Tiryə¬kin tozu, quru
ekstraktı, tinkturası qarın damcısı kimi və s. işlədilir.
Promedol da narkotik analgetiklər qrupundandır.
downloaded from KitabYurdu.org
471
Qeyri-narkotik analgetiklərə salisil turşusunun (aspirin və s.), pirazolonun
(butadion, analgin, amidopirin), para- aminofenolun (parasetamol,
fenasetin) törəmələri aiddir.
Bütün bu preparatlar ağrıkəsici, iltihab əleyhinə və temperaturu salıcı təsir
göstərir.
Salisil turşusunun preparatları güclü qıcıqlandırıcı, yandırıcı, antiseptik,
keratolitik təsirə malik olduğundan, bunları seboreya, ekzema,
piodermiya, dermatit, dərinin qaşınması, döyənək, ziyil və s. zamanı
xaricə işlədirlər.
Aspirin ağrıkəsici, temperaturu salıcı təsirlə yanaşı, iltihab və revmatizm
əleyhinə təsir göstərir, tər ifrazını ärtırır; endokardit, miokardit, artrit,
nevralgiya, miqren, baş və diş ağrısı zamanı işlədilir. Qanı durulaşdırdığı
üçün qanın laxtalanmasını azaltmaq lazım gələn xəstəliklərdə (məsələn,
miokard infarktında) təyin edilir. Preparatın təsirindən itrəkbulanma,
qusma, qarında ağrı, tərləmə, ümumi zəiflik, allergiya, qanaxma müşahidə
edilə bilər.
Sedativ (sakitləşdirici) təsirə malik preparatlar psixo- trop dərmanlar
qrupuna daxildir. Bunlara brom duzlan, pişikotu (valerian) tinkturası,
diamotu tinkturası və s. aiddir.
İşlək orqan və sistemlərin funksiyalarını
tənzim edən dərmanlar
Tənəffüs orqanlarına təsir edən preparatlara tənəffüsü stimulyasiya edən
(kofein, etimizol, kordiamin və s.), öskürək əleyhinə (etilmorfın -
hidroxlorid, qlausin - hidroxlorid, tusupreks, libeksin və s.),
bəlğəmgətirici
(ipekauananın - qusdurucu kökün, termopsisin
preparatları, bromheksin və s.) dərmanlar aiddir.
1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ET Ağciyər
downloaded from KitabYurdu.org
472
_ # "
xəstəlikləri institutunda akademik Ə.Insanovun aldığı ilk
ofısinal vətən preparatı olan «Insanovin» bronxial astma-
nm müalicəsində təkcə respublikamızda deyil, Rusiyada,
Türkiyədə, Hindistanda, Ukraynada, Gürcüstanda, Türk-
»
mənistanda da klinikada uğurla tətbiq edilir. Insanovinin oxşar təsirli
digər preparatlardan bir sıra üstünlükləri vardır.
Məlumdur
ki,
əvəzsiz
müalicə
vasitəsi
olmaqla
bərabər,
qlükokortikoidlərin bəzi zərərli təsirləri də vardır.
Əvvələn, bunları uzun müddət işlətdikdə, əks əlaqə prinsipi üzrə vəzidə
həmin hormonların sekresiyası zəifləyir, qəbulunu kəsdikdən sonra isə
vəzi özü kifayət qədər hormon hasil edə bilir. İkincisi, qlükokortikoidlərin
kiçik dozaları iltihabın qarşısını aldığı halda, böyük dozaları əksinə,
həmin prosesi ağırlaşdırır. Üçüncüsü, qlükokorti¬koidlərin uzun müddət
qəbulu orqanizmdə elektrolil balansını pozur, ürək çatışmazlığına şərait
yaradır.
İnsanovin preparatının isə belə ciddi əlavə təsirləri yoxdur. Birdəfəlik
təyinatda tərkibinə komponentlərinin minimal dozaları (150 mq teofillin,
40 mq xloroxin-fosfat, 25 mq efedrin - hidroxlorid, 1 mq prednizolon)
daxil olan bu preparat daha effektlidir və daha yüksək farmakoloji
aktivliyə malikdir.
m
Insanovinin bronxları genəldici təsiri tez və ağırlaş- masız başlanır
(dozasından asılı olmayaraq, «boğulma» simptomu kimi əlavə effekt
törətmir), tədricən inkişaf edir və uzun müddət davam edir, illərlə
downloaded from KitabYurdu.org
473
işlədildikdə belə müalicəvi təsiri zəifləmir və dozasını yüksəltmək lazım
gəlmir; astmalı xəstələrdə mənfi emosional halları da aradan qaldırır.
Insanovinin
yerli
təsirindən
stomatologiyada
paro-
dontozun
müalicəsində istifadə edilməsinin də ilkin klinik sınaqları uğurlu olub.
Ürək-damar sisteminə təsir edən dərmanlar aşağıdakı yarımqruplara
bölünür:
I.
Kardiotonik (ürək fəaliyyətini stimulyasiya edən) dərmanlar. -
Əsasən üskükotunun, xoruzgülünün, inciçiçə- yinin və s. preparatları olan
ürək qlükozidləri (digitoksin, diqoksin, selanid, strofantin, korqlikon) və
qeyri-qlükozid strukturlu preparatlar (dofamin, dobutamin, amrinon,
milrinon və s.).
II.
Antiaritmik (ürək fəaliyyətinin ritmi pozularkən tətbiq edilən)
dərmanlar - dizopiramid, novokainamid, aymalin, difenin, etmozin,
amiodaron, ornid, anaprilin, xinidin - sulfat, kalium preparatları
(panangin, kalium - orotat, asparkom və s.), izadrin, mezaton və s.
III. Koronar qan dövranının çatışmazlığı zamanı işlədilən dərmanlar -
nitroqliserin, sustak, nitronq, erinit, nitrosorbid, fenigidin, verapamil,
amiodaron, anaprilin, talinolol, validol, mibefradil və s.
IV. Beyin qan dövranı pozularkən tətbiq edilən dərmanlar -- tiklopidin,
sinkumar, fenilin, sinnarizin, flunarizin, vinposetin, niserqolin, aminalon,
pentoksifillin, papaverin - hidroxlorid, amitriptilin və s.
V.
Hipotenziv və ya antihipertenziv (arterial qan təzyiqini aşağı salan)
dərmanlar - klofelin, rezerpin, apressin, fentolamin, prazozin, talinolol,
kaptopril, lozartan, dibazol
və s.
VI. Hipertenziv (qan təzyiqini yüksəldən) dərmanlar - adrenalin -
hidroxlorid, noradrenalin - hidrotartarat, mezatoıı, angioteıızinamid və s.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |