467
Dərman maddələrinin təsiri onların dozasından da çox asılıdır. Gözə
çarpacaq təsir göstərən dərman maddə¬sinin ən kiçik miqdarına hüdudi
doza deyilir. Hər bir dərmanın minimal və maksimal dozası olur.
Dərman maddələrinin təsir xarakteri və qüvvəsi onla¬rın orqanizmə daxil
olma yollarından da asılı olur.
Dərmanların təsiri onların orqanizmdəki taleyindən də çox asılıdır.
Dərmanlar orqanizmdə tərkiblərinə uyğun olaraq müxtəlif dəyişikliklərə
uğrayır. Onların təsir qüvvəsi bu dəyişikliklərdən çox asılı olur.
Dərmanların təsir qüvvəsi və xarakteri onların bədəndən xaric olma
yollarından da çox asılıdır. Tez xaric olanlar qısa müddətli, gec xaric
olunanlar isə uzunmüddətli təsir göstərir.
Dərmanların təsiri üçün ikinci siqnal sisteminin, inamın rolu böyükdür.
Dərmanların təsiri insanların cinsiyyətindən və yaşından, fərdi
xüsusiyyətlərindən do çox asılı olur.
Dərman preparatları eyni aktivliyə malik olmalı, standarta uyğun
gəlməlidir. Dərman maddələrinin aktivliyi adətən, təsir vahidləri - TV ilə
ifadə edilir.
Çox
güclənməsinə
Dərman maddələri təkrar qəbul edildikdə onların təsirinin artması və ya
toplanması kumulyasiya adlanır. Belə maddələr orqanizmdən gec xaric
olunur və bəzən orqanizmdə yığılıb qalır.
Bəzi dərmanlar orqanizmdə sensibilizasiya törədir. Sensibilizasiya
orqanizmin ekzogen və ya endogen mənşəli antigenlərə (allergenlərə)
qarşı həssaslığının yüksəlməsidir ki, bu da allergiyanın əsasını təşkil edir.
downloaded from KitabYurdu.org
468
Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında
tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə
qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji
təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq
təsnifatdır. Sistem prinsipinə əsaslanan təsnifata görə dərmanlar aşağıdakı
qruplara bölünür:
1)
neyrotrop, yəni mərkəzi və periferik sinir siste¬minin funksiyalarını
tənzim edən dərmanlar;
2)
işlək orqan və sistemlərin (qan dövranı, tənəffüs və s.) funksiyalarını
tənzim edən dərmanlar;
3)
maddələr mübadiləsini tənzim edən dərmanlar.
Bundan əlavə, ateroskleroz, iltihab, allergiya, blas-
tomogenoz kimi patoloji proseslərə təsir edən, mikrob əleyhinə və
parazitlərə qarşı dərman qrupları ayırd edilir. Bütün bu qruplar bir sıra
yarımqruplara bölünür.
Aşağıda bəzi dərman qrupları haqqında məlumat verilir.
Neyrotrop dərmanlar
Periferik sinir sisteminin funksiyalarını tənzim edən dərmanlar 2
yarımqrupa bölünür:
I.
Afferent innervasiyaya, yəni hissi sinir uclarına və sinirlərə təsir
edən dərmanlar.
II.
Efferent innervasiyaya, yəni vegetativ sinirlərə və skelet əzələlərinin
hərəki sinirlərinə təsir edən dərmanlar.
Yerli anestetiklər, yəni hissi sinir uclarının oyanma qabiliyyətini
zəiflətməklə və ya sinir liflərində impulslarm nəql olunmasını blokadaya
almaqla anesteziya (hissiyya¬tın, o cümlədən, taktil, temperatur, ağrı
downloaded from KitabYurdu.org
469
hissinin olmaması) törədən anesteziyaedici dərmanlar (kokain, dikain,
novo- kain, lidokain, anestazin və s.) I yarımqrupa aiddir.
II yarımqrupdan vegetativ sinir sisteminin parasim¬patik şöbəsinin
mediatoru asetilxolini və simpatik mediatorlar olan adrenalini və
noradrenalini, eləcə də oyanmanın sinir ucundan əzələyə nəql olunmasını
blokadaya alan kıırare tipli maddələri göstərmək olar.
Mərkəzi sinir sisteminə təsir edən dərmanlara narkoz törədən dərmanlar,
etil spirti, yuxu dərmanları, anal- getiklər (ağrıkəsicilər), epilepsiya
əleyhinə, parkinsonizm əleyhinə, psixotrop (insanın psixi fəaliyyəti
pozularkən tətbiq edilən) dərmanlar, analeptiklər (mərkəzi sinir
sisteminin fəaliyyətini stimulyasiya edən dərmanlar) aiddir.
Narkoz mərkəzi sinir sisteminin (əsasən cərrahi əməliyyatlar zamanı
törədilən) müvəqqəti funksional iflici olub, dönən prosesdir, yəni cərrahi
əməliyyatdan sonra xəstə əvvəlki vəziyyətinə qayıdır. Bu adlı
maddələrdən müasir cərrahlıqda, anesteziologiyada müvəqqəti ağrısızlıq
yaratmaq üçün istifadə edirlər. Narkoz özünü huşun itməsi, hissiyyatın
(ilk növbədə ağrı hissinin) və reflektor reaksiyaların, skelet əzələlərinin
tonusunun zəifləməsi ilə büruzə verir. Narkoz törədən dərmanlara efir,
heksenal, ftorotan, ketamin, propanidid, natrium-oksibutirat, azot - 1 -
oksid (güldüriicü / şadlandırıcı qaz) və s. aiddir.
Etil spirti mərkəzi sinir sisteminə ümumi zəiflədici təsir göstərir və nəzərə
çarpan antiseptik xassəyə malikdir. Odur ki, başlıca olaraq, antiseptik
dezinfeksiyaedici (operasiya sahəsini, iynə vurulan yeri, cərrahi alətləri
və s.)
kimi və əczaçılıqda dərman preparatları hazırlamaq üçün işlədilir.
Yuxu dərmanları yuxu törədir və yuxunun lazımi qədər sürəkli olmasını
təmin edir. Barbituratlar, bəzi alifatik birləşmələr kimi ənənəvi yuxu
dərmanlarının kiçik dozası sedativ (sakitləşdirici) təsir göstərir, orta
downloaded from KitabYurdu.org