456
həmişə xəstənin müalicə dietasma müvafiq olmur. Qabaqcadan
xəbərdarlıq edilməyən, yaxud lazımi qədər düşüncəli olmayan xəstələr
qadağan edilmiş yemək şeylərindən yeyib özünə ziyan vura bilər. Bunun
qabağını almaq üçün bir sıra tədbirlər görmək lazımdır:
1)
stasionarda olduğu ilk günlərdə xəstəyə onun sağalması üçün
müalicəvi qidalanmanın əhəmiyyətini izah etmək, təyin edilmiş dietanın
pozulmasının ağır nəticələr verə biləcəyi barədə onu xəbərdar etmək
lazımdır;
2)
xəstələrin yanma gələnlərin nəzərinə çatdırmaq üçün elan lövhəsinə
dietanın nömrəsinə müvafiq olaraq xəstəyə icazə verilən ərzaqların
siyahısını asmaq və bu ərzaqlardan hər birindən bir dəfəyə gətirilə bilən
maksimum miqdarı göstərmək lazımdır;
3)
xəstələrə ərzaq və lazımlı əşyalar göndərilən və onlara baş çəkilən
saatlarda gələnlərin özlərini necə apar¬malarına göz qoyulmalı və lazım
gəldikdə onlarla söhbət aparılmalıdır;
4)
xəstələrin ərzaq məhsulları saxlanan dolabça, şkaf və soyuducuları
hər gün yoxlamaq lazımdır.
Süni qidalandırma. Bəzi xəstəliklər zamanı adi qaydada ağızdan
qidalandırma qeyri-mümkün olur, yaxud lazımi qədər olmur, belə
hallarda süni qidalandırma tətbiq etmək lazım gəlir; bu zaman qidanı və
qidalı maddələri zond, fistula vasitəsilə, düz bağırsaqdan və parenteral
yolla - dəri altına və venaya yeridirlər.
Xəstələrin zond vasitəsilə yedizdirilməsi. Göstəriş: 1) di¬lin, udlağın,
qırtlağm və qida borusunun geniş travmatik zədələnməsi və ödemi; 2)
mərkəzi sinir sistemi funksiyalarının ağır dərəcədə pozulması təzahürü
olan huşsuz vəziyyət; 3) psixi xəstəliklərdə yeməkdən imtina etmə; 4)
çapıqlaşmayan mədə xorası. Bütün bu hallarda xəstəni adi qaydada
yedizdirmək ya mümkün olmur, yaxud məqsədəuyğun deyil, çünki bu,
downloaded from KitabYurdu.org
457
yaraların infeksiyalaşmasına səbəb ola bilər, yaxud qida tənəffüs yollarına
düşərək, ağciyərlərdə iltihab və
irinləmə törədə bilər. Çapıqlaşmayan mədə xorasında oniki- barmaq
bağırsağa yeridilmiş zondla uzun müddət (18 gün)
yedizdirmə konservativ müalicədə axırıncı tədbir kimi məsləhət görülür.
Zond vasitəsilə duru və yarımduru şəkildə hər bir qidanı (dərmanı)
yeritmək olar, onu əvvəlcə sürtgəcdən keçirmək lazımdır. Qidaya mütləq
vitaminlər qatırlar. Adətən süd, qaymaq, çiy yumurta, ət suyu, selikli,
yaxud sürtgəcdən keçirilmiş göyərti supu, kisel, meyvə şirələri, ərinmiş
yağ, qəhvə, çay yeridirlər.
Adətən zondu həkim yeridir. Əks-göstəriş yoxdursa, xəstə oturur. Burun
yollarını əvvəlcə nəzərdən keçirdikdən sonra zondun qliserin sürtülmüş
girdə ucunu nisbətən geniş olan aşağı burun yoluna, üzün səthinə
perpendikulyar istiqamətdə yeridirlər.
Qid
Xəstələrin cərrahı fistula vasitəsilə yedizdirilməsi.
borusu daraldığı üçün qida oradan keçmədikdə
Xəstənin
qidalı
imalələrlə yedizdirilməsi. İmalə
cərrahi yolla fistula yaradılır ki, buradan zondu yeridib qidanı mədəyə
tökmək olur.
vasitəsilə düz bağırsağa 0,85 %-li xörək duzu məhlulu, 5 %- li qlükoza
məhlulu, 4-5 %-li təmizlənmiş alkohol məh¬lulu, aminopeptid
(tərkibində bütün əvəzedilməz amin turşuları olan preparat) yeritmək olar.
downloaded from KitabYurdu.org
458
Orqanizmin susuzlaşmasmda çox vaxt damcı üsulu ilə 2 1 miqdarında
birinci iki məhlulu yeridirlər. Həmin məh¬lulları eyni vaxtda 100-150 ml,
gündə 2-3 dəfə yeritmək olar. Yeridilən məhlulu saxlamaqda xəstəyə
kömək etmək məqsə-dilə məhlula 5 damcı opium tinkturası əlavə etmək
olar.
damcı
Parenteral yedizdirmə. Ağır infeksiyalar və intoksikasi- yalar zamanı,
bağırsaq keçməməzliyində, çoxlu qan itirdikdə, yanıqlar və operasiyadan
sonrakı dövrdə kəskin maye və qidalı maddələri mədə-bağırsaq yolu ilə
yeritmək mümkün olmayan kəskin susuzlaşma təsadüflərində onları
parenteral yolla dəri altına, venaya və əzələyə yeridirlər.
Mayeni 5%-li qlükoza və xörək duzunun, habelə başqa duzların
izotonik məhlulu şəklində, qlükozanı 40 %-li məhlul şəklində venaya da
yeritmək olar.
Xalq təbabəti
Keçmişin yadigarı olan ayrı-ayrı təcrübi məsələlərin yada salınması,
xüsusilə, xalq təbabətinin bəzi özünü doğrultmuş üsul və vasitələrindən
istifadə edilməsi heç də müasir elmi uğurları, sürətli elektron maşınlarım,
kompü- terləşməni inkar etmək deyildir.
Bəşər övladı hələ lap qədimdən həyatda qarşılaşdığı müxtəlif
nasazlıqlarla mübarizəyə başlamışdır. O yaşamaq naminə bir sıra
dərdlərin dərmanını tapmağa nail olmuş, tədricən öz təcrübəsini
genişləndirərək indiki nəzəri biliklərin özülünü qoymuşdur.
Maraqlı haldır ki, bir müddət tamam yaddan çıxart¬dığımız xalq təbabəti
vasitələrinin indi istifadəsinə zərurət meydana çıxmış və bir çox inkişaf
etmiş ölkələrlə yanaşı, Azərbaycanda da onun tətbiqinə başlanılmışdır.
downloaded from KitabYurdu.org
459
Müasir elmi tibblə yanaşı, xalq təbabəti də tədris olunur, qədim
mənbələrdən bu məqsədlə daha geniş istifadə edilir.
Qeyd etmək lazımdır ki, müasir tibb elminin kökləri
də hələ qədim Orta Şərq ölkələrində erkən inkişaf etmiş
xalq təbabəti ilə bağlı olmuşdur. Orta əsrlərdə müsəlman
Şərqinin təbabəti dünyada aparıcı bir mövqe tuta bilmiş və
hətta Avropada tibb elminin formalaşmasına təsir göstərmiş,
onun əsas qaynağına çevrilmişdir. Belə ki, eramızdan 2600 il
*
əvvəl Çində iynədən, iranda və Azərbaycanda isə həcəmət¬dən (qan
almaq üçün banka və s.) istifadə etmişlər. Minillər ərzində təcrübi
müşahidələrlə yaradılan təbabətin inkişafı üçün ilkin şərt olan bu sadə
biliklər orta əsrlərdə nəzəri biliklərlə birləşərək, elmi tibbin əsasını təşkil
edə bilmişdir.
İnsanların çox qədim dövrlərdən öz sağlamlıqları haqqında düşünmələri,
bir çox dərdlərin dərmanlarının axtarılması əsatir, dastan və nağıllardan
da məlumdur. Azərbaycan nağıl, əsatir və dastanlarında kiminsə
xəstələn¬
məsi, müxtəlif dərdə düçar olması, onun dərmanının axtarılması və
nəhayət, tapılması motivlərinə də rast gəli¬rik. Bu da xalq təbabəti
vasitələrinin axtarılmasının, tapılmasının qədim tarixini bir daha göstərir.
Qədim dövrün axırlarında və xüsusilə orta əsrlərdə artıq xalq təbabəti
əsasında Şərq ölkələrində tibb elmi təşəkkül tapmış, tibbi məlumatlar xalq
təbabəti vasitələri . müəlliflər tərəfindən qələmə alınmış və kağıza
köçürülmüş¬dür. Bu sahədə daha çox xidməti olan müəlliflərdən Ər-
Razi, İbn Sina, İbn ən-Nafis, İbn Baytar, İbn Kəbir və b. qeyd etmək olar.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |