453
sümüklərində bunların yığılmasında iştirak edir. Onun çatışmazlığı raxit
xəstəliyi törədir. Mənbəyi: balıq yağı, mayalar, üzlü süd, kərə yağı,
yumurtadır.
Dictoterapiyanın əsas qaydaları. Sağlam adamın dietası heç də həmişə
xəstə üçün münasib və faydalı olmur, buna görə də: 1) xəstə orqanizmin
tələbatının dəyişməsinə uyğun dietanm kəmiyyət və keyfiyyət tərkibini
dəyişdir¬mək; 2) bişirməklə qidanın mənimsənilməsini asanlaşdırmaq və
3) qida qəbulunun sayını dəyişmək lazımdır. Biz maddələr mübadiləsində
xəstəliklərin törətdiyi pozulmaların xarakte¬rini öyrənməklə yalnız
dietanı xəstə orqanizmin tələblərinə uyğunlaşdırmırıq, onun köməyilə
həmin pozulmaları kənar etmək üçün maddələr mübadiləsinə də təsir
göstərə bilirik.
Dietanm xarakterini dəyişərək, bəzən xəstəliyi törə¬dən səbəbə təsir
göstərmək olar, çox vaxt isə dietanm köməyilə xəstəliyin inkişaf
mexanizmində xəstə üçün xeyirli olan dəyişikliklər etmək mümkün olur.
Ərzaqları müvafiq surətdə seçməklə müxtəlif müalicə vasitələrinin
təsirini gücləndirmək olar.
Qüvvətli yeməklər ümumi arıqlamada, həmçinin xəstə-
431
nin orqanizmində oksidləşmə prosesləri artdıqda qəbul edilməlidir.
Vitamin çatışmazlığı ilə əlaqədar xəstəliklər zamanı dietada vitaminlərin
artırılması məqsədəuyğundur. Zülalların həddindən çox itirilməsi ilə
əlaqədar xəstəliklərdə bu itkini tərkibində normadan artıq zülallar olan
dieta vasitəsilə əvəz-etmək tələb olunur.
Qoruyucu dietanı xəstənin bu və ya digər orqanla¬rında qıcıqlanma və ya
iltihab olduqda, məsələn, mədədə (qastrit), bağırsaqlarda (dizenteriya)
patologiya zamanı, öd kisəsinin iltihabında təyin edirlər.
downloaded from KitabYurdu.org
454
Qoruma kimyəvi (ədviyyat, şor, turş qida, alkohol, nikotin), mexaniki
(çoxlu və bərk qida) və termik (isti və soyuq qida, yaxud maye)
qıcıqlandırıcıları dietadan çıxarmaqdan ibarətdir. Qoruma prinsipi
dietanm keyfiyyə¬tinə təsir etməməlidir. Məsələn, qidanı çox
xırdaladıqda və çox bişirdikdə ona C vitamini əlavə etmək lazımdır, çünki
çox bişirmək vitamini parçalayır.
yaxud
C vitaminini itburnu dəmləməsi şəklində, askorbin turşusunu kompotda
həll edərək bütün dietalara əlavə etmək lazımdır; bunu yalnız qida
əzildikdə vitaminlər parçalandığı üçün deyil, həm də xəstələrin sağlam
adamlara nisbətən C vitamininə tələbatı artıq olduğuna görə edirlər.
Uzun müddət qoruyucu dietanm gözlənilməsi orqanın funksional
qabiliyyətini azalda bilər. Odur ki, qoruyucu dietanı yalnız xəstəliyin
kəskin dövründə və xronik xəstəliyin kəskinləşdiyi dövrdə təyin etmək
olar. Qoruyucu dietadan rasional (səmərəli) qidalanmaya bu və ya digər
məhdudlaşmanı götürərək tədricən keçmək lazımdır.
Bəzi xəstəliklərin müalicəsində pozulmuş maddələr mübadiləsinə
dietanm köməyilə düzəlişlər etmək olar. Məsələn, şəkər xəstəliyinin bəzi
təsadüflərində karbohidrat- larm qəbulunu məhdudlaşdırmaq, qaraciyərin
iltihabında isə bunları artırmaq faydalı olur; hər hansı mənşəli ödemlərdə
xörək duzunun qəbulunu məhdudlaşdırmaq, böyrəküstü vəzilərin
funksiyası azaldıqda isə artırmaq lazımdır.
Səmərəli və müalicəvi qidalanma rejimi. Müəyyən edilmişdir ki, sağlam
adam üçün dörd dəfə yemək daha
432
ıkıncı sənər yeməyi, 40 %-m nahar, 20 %-nı axşam yeməyi təşkil
etməlidir. Zülallı yeməklər səhər, günorta və nahar vaxtı yeyilir,
yatmazdan əvvəl isə onlar verilmir, çünki belə yeməklər sinir sistemini
downloaded from KitabYurdu.org
455
oyadaraq yuxunu pozur. 3-4 saat fasilə verməklə, hər gün eyni saatda
yemək lazımdır, çünki bu zaman vaxta görə şərti refleks əmələ gəlir,
iştaha, həzmetmənin reflektor fazası hesabına qidanın həzm olun¬ması və
mənimsənilməsi yaxşılaşır. Vaxtlı-vaxtsız yeməklə mədəni xeyli
yükləmək (iki dəfə yemək) qidanın mənimsə¬nilməsini azaldır və mədə
xəstəliklərinə səbəb olur.
Fərdi dietalar. Pəhriz xörəkləri (stollar) əksər xəstələri onların xəstəliyinə
müvafiq qida ilə təmin etməyə imkan yaradır. Lakin bir şəxsdə bir neçə
xəstəlik olduqda və ya əsas stolun bəzi yeməklərini xəstənin bədəni
götürmədikdə, yaxud iştahasızlıqla əlaqədar olaraq son dərəcə arıqla-
dıqda dietanı fərdiləşdirmək lazım gəlir.
Fərdi stol çox vaxt əsas stoldan bəzi yeməkləri çıxarmaq və ona
başqalarını əlavə etməklə standart stollar əsasında düzəldilir. Hədsiz
arıqlamış xəstələr üçün standart stola bu və ya digər əlavələr edilir. Yalnız
son dərəcə nadir hallarda xəstənin zövqünə uyğunlaşaraq ona fərdi yemək
təyin etmək lazım gəlir. Bu halda həkim hər gün tibbi göstərişləri və
xəstənin zövqünü nəzərə alaraq, sabah üçün menyu tərtib edir.
Yüngül dieta günləri. Yüngül dieta günlərini, qismən acqalmanm xüsusi
rasionunu,
müxtəlif
xəstəliklər
zamanı zədələnmiş orqanların
funksiyasını yüngülləşdirmək, diure- zi yüksəltmək, xolesterini və
maddələr mübadiləsinin digər məhsullarının orqanizmdən çıxarılmasını
artırmaq, həmçi¬nin mübadilə proseslərini fəallaşdırmaq və orqanizmin
reaktivliyinə təsir göstərmək üçün təyin edirlər. Podaqra, piylənmə,
kəskin qastrit, intoksikasiyalar zamanı mayeni məhdudlaşdırmadan təyin
olunan acqalma günləri və uremiya zamanı tətbiq olunan acqalma və
susuzqalma günləri də yüngül dieta günlərinə aid edilir. Yüngül dieta
günləri hər 7-10 gündən bir 1-3 gün müddətinə təyin edilir.
Xəstələrə gətirilən yeməklərin yoxlanması. Qohumların və iş
yoldaşlarının xəstənin qayğısına qalaraq gətirdikləri yemək şeyləri heç də
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |