439
nəfəs alıb öz dodaqlarını xəstənin dodaqlarına yapışdırır və tez-tez
nəfəsini buraxır, sonra özünün başını yana əyir. Xəstənin nəfəsalınası
onun nəfəs verməsindən 2 dəfə qısa olmalıdır. Süni tənəffüsü və ürəyin
masajını birlikdə tətbiq etdikdə, xəstəyə 850 - 1000 ml hava üfürülür.
Buruna hava üfürdükdə xəstənin ağzını örtürlər. Xəstənin ağzını və
burnunu tənzif salfet, yaxud burun yaylığı ilə örtmək məsləhət görülür.
Ağızdan-ağıza süni tənəffüsü asanlaşdırmaq üçün bərk rezindən
düzəldilmiş S- şəkilli xüsusi boru vardır, onu xəstənin ağzına salıb hava
üfürürlər. Vərəmli, poliomielitli və trixloretilenlə zəhərlənmiş xəstələrə
bu metodun tətbiq edilməsi əks-göstərişdir; çünki bu, yardım göstərən
şəxsin özü üçün qorxuludur.
Dərmanların işlədilməsi
Xəstə dərmanı mütləq tibb bacısının yanında qəbul etməlidir. Xəstənin
tibb bacısının gətirdiyi dərmanları qəbul etməməsinə və ya bir neçə
dozanı yığıb, birdən qəbul etməsinə qətiyyən yol vermək olmaz. Belə
hallarda zəhərlənmə baş verə bilər.
Dərmanların yazılıb alınması və saxlanması. Həkimlər xəstələri gündəlik
yoxlayarkən xəstəlik tarixində dərmanla¬rın təyinatında müxtəlif
dəyişikliklər edirlər. Yoxlamadan sonra palata tibb bacısı bu
dəyişikliklərlə tanış olur və onları öz sənədlərinə qeyd edir: 1) daxilə
verilən, iynə ilə yeridilən dərmanlar və digər təyinatlar xəstələrin qovluğa
yığılmış təyinat vərəqəsinin müvafiq qrafasında; 2) yuxu- qabağı verilən
birdəfəlik dərman təyinatları axşam təyinatları jurnalında (gecə tibb bacısı
üçün).
Tibb bacısı aptekdən dərmanları alarkən üzərindəki yazını (hamısında
dərmanın dəqiq və aydın adı, dozası, hazırlanma tarixi və hazırlayanın
imzası olan etiketi olmasını) diqqətlə yoxlayır və etiketlərdəki
məlumatları
reseptlərlə tutuşdurur; o, həmçinin qablamanm
düzgünlü¬yünü yoxlayır və dərmanın xarici görünüşünə (rənginə,
downloaded from KitabYurdu.org
440
şəffaflığına, iyinə və i. a.) nəzər yetirir. Etiketsiz dərman saxlamaq olmaz!
Azca şübhə oyadan bütün dərmanlan yenidən aptekə qaytarırlar.
Dərmanlar müvafiq qablarda saxlanmalıdır: məhlul¬lar, infuziyalar və
miksturalar (xörək qaşığı ilə qəbul olunanlar) litrlik və yarımlitrlik
şüşələrdə, damcı ilə qəbul olunan dərmanlar - kiçik flakonlarda,
məlhəmlər - kiçik bankalarda və s. olmalıdır.
Xaricə işlədilən dərmanlar üçün sarı etiket, daxilə işlədilənlər üçün ağ
etiket, iynə ilə yeridilən (inyeksiyalar) steril dərmanlar üçün göy etiket
qəbul edilmişdir.
Alınmış dərmanları xüsusi şkafda müvafiq göstəricisi olan ayrı-ayrı
rəflərdə saxlayırlar: xaricə işlədilən dərman¬ları bir rəfə, daxilə işlədilən
dərmanları digərinə, inyeksiya üçün steril dərmanları üçüncü rəfə yığırlar.
Dərmanların xaricə tətbiqi. 1. Dəriyə dərmanı məlhəm, emulsiya, məhlul,
toz, dəmləmə, suspenziya və s. formada tətbiq edirlər.
Dərmanların işlədilməsi, əsasən, yerli, xeyli dərəcədə reflektor və az
dərəcədə rezorbtiv təsirə əsaslanır.
2.
Göz xəstəliklərini müalicə etdikdə müxtəlif dərman maddələri və
məlhəmlər işlədirlər.
Dərmanları işlətməkdə məqsəd onların yerli təsiridir,
lakin yadda saxlamaq lazımdır ki, konyımktiva yaxşı sorma qabiliyyətinə
malikdir və dərmanları dozalara böləndə bunu nəzərə almaq lazımdır.
3.
Dərmanı buruna toz, buxar (amilnitrit, naşatır . spirti buxarları),
məhlul və məlhəm şəklində rezorbtiv və
reflektor təsir məqsədilə vururlar. Dərman burunun selikli qişasından çox
sürətlə sorulur.
downloaded from KitabYurdu.org
441
4.
Dərmanı qulaqlara da pipetlə tökürlər. Yağlı dərman məhlullarını
azca qızdırmaq lazımdır. Sağ xarici qulaq keçəcəyinə dərman tökdükdə
xəstə sol böyrü üstə uzanır, yaxud başını sola tərəf əyir və əksinə. Dərmanı
tökdükdən sonra xarici qulaq keçəcəyinə pambıq tampon tıxayırlar.
5.
Qadın cinsiyyət orqanlarına təsir etmək üçün dərmanları kakao
yağında hazırlanmış kürəciklər, müxtəlif maye və yağlar hopdurulmuş
pambıq-tənzif tamponlar, tozlar (səpmə dərmanları), sürtmək və şırmqa
etmək üçün məhlullar şəklində uşaqlıq yoluna yeridirlər. Dərmanların
təsiri əsasən yerli olur, çünki uşaqlıq yolunun zədələnmiş selikli
qişasından sorulma cüzi olur.
Dərmanların enteral (mədə-bağırsaq yolu ilə) yeridilməsi. Dərmanları
daxilə: ağızdan, düz bağırsaqdan yeridir və ya dilin altına qoyurlar.
Bütün bu üsullarla yerli, rezorbtiv və reflektor təsir almaq olar:
1.
Dərmanın ağızdan yeridilməsi daha çox yayılmış¬dır. Bu üsulun
müsbət cəhəti dərmanların ən müxtəlif şəkildə və qeyri-steril halda
yeridilə bilməsidir.
2.
Dərmanın düz bağırsaqdan yeridilməsinin üstün¬lüyü tez
sorulmasından və dozanın dəqiq olmasından ibarətdir. Düz bağırsaqda
fermentlər olmadığına görə dərman bunların təsirinə məruz qalmır və
sorularaq aşağı babasil venaları vasitəsilə qaraciyərə düşmədən bilavasitə
aşağı boş venaya keçir.
3.
Dərmanı dilin altma qoyduqda tez sorulur, həzm . fermentlərinin
təsirindən parçalanmır, qaraciyərə düşmədən
ümumi qan dövranına keçir. Lakin bu üsuldan yalnız az
dozada işlənən dərmanları (nitroqliserini, validolu və s.) yeritmək üçün
istifadə etmək olar.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |