432
Mədə xəstəlikləri zamanı qusuntu kütləsi mədənin selikli qişasının
müxtəlif kimyəvi maddələr və dərmanlarla, yaxud pis keyfiyyətli qida ilə
qıcıqlanması nəticəsində əmələ gəlir. Bu cür qusma yemək yeyən kimi ola
bilər və xəstənin vəziyyətini yüngülləşdirər.
Mərkəzi sinir sistemi mənşəli qusma ürəkbulanma olmadan birdən-birə
əmələ gəlib uzun sürür və xəstənin halını yüngülləşdirmir.
Qusmanm əmələgəlməsi vaxtının, qusuntu kütlələ¬rinin miqdarının,
qusuntuda olan qarışıqların diaqnoz üçün əhəmiyyəti vardır. Səhər,
acqarına qusma alkohol qastritində və hipersekresiyada, yeməkdən 2-3
saat sonra - mədə xorası, xərçəng və qastritdə, 4-6 saat sonra - mədə
çıxacağının, yaxud onikibarmaq bağırsağın xorasında və xronik qastritdə,
yeməkdən 6-12 saat sonra baş verən qusma isə mədə çıxacağı daraldıqda
olur.
Qusma zamanı xəstələrə mütləq kömək etmək lazım¬dır, çünki bu vaxt
onların vəziyyəti çox ağırlaşır: tənəffüs yavaşıyır, qan dövranı pozulur
(ürəkdöyünmə, arterial təzyiq düşür), sinir sistemi oyanmış olur.
Xəstənin vəziyyəti imkan verərsə, oturub qusması yaxşı
olar: onun başını və çiynini tutmaq, ləyən qoymaq, ağzını silmək və ağzını
yaxalaması üçün su vermək lazımdır.
Xəstə hər hansı bir səbəbə görə otura bilmirsə, başının altından yastığı
götürüb, başını yana çevirmək lazımdır ki, qusuntu kütlələri tənəffüs
yollarına düşüb ağciyər iltihabı törətməsin. Ağız bucağına balaca qab,
yaxud dəsmal qoyurlar.
Qanqusma zamanı xəstəyə qulluq xüsusilə vacibdir. Mədədən çoxlu qan
axdıqda, xəstə çox qan itirdiyi üçün vəziyyəti ağır olur. Zəiflik,
başgicəllənmə olur, gözlərinin qabağı qaralır, təngnəfəslik, ürəkbulanma,
təşnə, ürəkget¬mə qeyd edilir. Xəstənin rəngi avazıinış, ətrafları soyuq
olur, nəbzi tez-tez vurur, arterial təzyiqi aşağı olur.
downloaded from KitabYurdu.org
433
Mədənin yuyulması. Mədəni müalicə və diaqnostika məqsədilə yuyurlar.
Mədəni yumaq üçün göstərişlər: 1) zəhərdən, yaxud keyfiyyətsiz qidadan
zəhərlənmə; 2) mədənin xəstəlikləri (çoxlu selik ifraz olunan xronik
qastrit, mədə çıxacağının daralması); 3) bağırsaq keçməməzliyi.
Mədəni aşağıdakı hallarda yumaq olmaz: 1) qida borusundan və mədədən
qan axdıqda (xora, xərçəng, qida borusunun və mədənin venalarının
varikoz genəlməsi zamanı); 2) ağız boşluğunda və udlaqda yaraya
çevrilən iltihab xəstəlikləri zamanı; 3) aşkar ürək-damar xəstəlikləri.
Mədəni yumaq üçün işlədilən cihaz tutumu 0,5 - 1 1 olan şüşə qıfdaıı
ibarət olub, diametri 1 sm və uzunluğu 1 m olan rezin boruya, bu boru da
öz növbəsində şüşə boru vasitəsilə yoğun mədə zonduna birləşdirilmişdir.
Yoğun mədə zondu - diametri 1 sm və uzunluğu 70 sm olan rezin boru
olub, bir ucu kəsik, o biri ucu isə dəyirmidir və yanlarda iki deşiyi vardır;
rezin borunun dəyirmi ucundan 40 sm aralı nişan vardır. Təmiz zondu
qabaqcadan qaynadır və soyutmaq üçün qaynanmış soyuq suya salırlır.
Mədəni otaq temperaturunda və ya bir qədər ilıq su ilə yuyurlar. Bunun
üçün qabaqcadan 5-10 1 su, onu tökmək üçün dolça və ləyən hazırlayırlar.
Xəstə arxasını stula söykəyir və başını azca qabağa əyib oturur; onun
əyninə uzun müşəm bə önlük taxır, ayaqlarının arasına isə ləyən qoyurlar.
Çıxan süni dişləri çıxarmaq lazımdır.
Mədəni yuyan adam xəstənin sağ tərəfində durur. O, sağ əlinə yaş zondu
götürür və onu dəyirmi ucundan 10-15 sm aralı tutur. Sol əli ilə xəstənin
boynunu qucaqlayır və həmin əli ilə zondu ağıza yaxın tutur. Xəstə ağzını
açır, zondun ucunu dilin dibinə qoyurlar, xəstədən udqunmasmı xahiş edir
və bu vaxt xəstənin reflektor hərəkətinə baxmayaraq, zondu tez içəri
yeridirlər. Zond qida borusuna çatdıqda, xəstəyə təklif edirlər ki, bir neçə
dəfə dərindən nəfəs alsın və bundan sonra zondu üzərindəki nişana qədər
yeritməyi davam etdirirlər.
downloaded from KitabYurdu.org
434
İçəri salınmış zondun bayır ucunu mədə yuyulan cihazla birləşdirib, bir-
birilə əlaqəsi olan iki qabdan - mədə və qıfdan ibarət sistem alırlar. Su ilə
dolu qıfı mədədən yuxarıda tutsaq, içərisindəki su mədəyə, mədədən aşağı
saxladıqda isə mədə şirəsi qıfa axacaqdır.
Bu əməliyyatı «təmiz su» axanadək, yəni mədə möhtəviyyatmm hamısı
su ilə çıxarılana qədər davam etdirirlər.
Mədəni yuyub qurtardıqdan sonra cihazı zonddan ayırır və zondu cəld
çıxarırlar. Borudan güclü su şırnağı buraxıb, cihazı və zondu yaxşı-yaxşı
yumaq lazımdır.
Zondu yeritmək və mədəni yuxarıdakı qaydada yumaq mümkün
olmadıqda, xəstəyə 10-15 dəqiqə müddətində 5-6 stəkan ilıq su içirdib,
udlağı qıcıqlandırmaqla xəstəni dərhal qusdurmaq olar.
Yoğun və nazik zond vasitəsilə mədə möhtəviyyatının alınması. Mədə
möhtəviyyatmı acqarına və «sınaq qəlyanaltısmdan» sonra yoğun zondla
bir dəfəyə və nazik zondla hissə-hissə alırlar.
Xəstə zondu uda bilmirsə, onu burundan yeritmək lazımdır. Sonra zondun
bayır ucuna şpris taxır, acqarına mədə şirəsi çəkib çıxarır və stəkana
tökürlər.
Mədənin və nazik bağırsağın rentgenoloji müayinəsi
üçün xəstənin hazırlanması. Mədənin və nazik bağırsağın
rentgenoloji müayinəsinə xəstəni üç gün qabaq hazırlamağa
başlayırlar. Xəstə üç gün asan həzm olunan və tərkibində
mümkün qədər az karbohidrat olan qida yeməlidir. Xəstənin
qarnı köpürsə,'çox qaz əmələ gəlməsinin qarşısını almaq üçün
qidada karbohidratları azaldırlar; habelə həmin üç gündə
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |