423
xəstələrin orqanizminə çoxlu maye yeritməklə qanda zərərli maddələrin
miqdarı azaldıl¬mış olur və beləliklə, xəstənin halı yaxşılaşır. Çoxlu maye
yeritmək zərərli maddələrin xaric olunmasını yaxşılaşdırır və onlar yalnız
böyrəklər vasitəsilə deyil, dəri və selikli qişalarla da xaric olur.
Qızdırmalı xəstənin dietasmda xörək duzunun azaldıl¬ması sidiyin xaric
olmasının artması və iltihabi prosesin azalması üçün şərait yaradır.
Qızdırma
zamanı
ürək-damar
və
tənəffüs
sistemləri¬nin
funksiyalarındakı pozulma arterial təzyiqin enməsi, nəbzin və tənəffüsün
temperatura mütənasib olaraq tezləşməsi şəklində təzahür edir. Belə hesab
edilir ki, bəzi istisnalarla temperaturun 1° yüksəlməsi orta hesabla nəbzin
dəqiqədə 8-10 vurğu artmasına səbəb olur.
Temperaturun düşməsi dövründə bədəndə istiliyin əmələ gəlməsi azalmış,
istiliyin verilməsi isə artmış olur. Temperaturun tez, bir neçə saat ərzində
düşməsinə kritik, yavaş-yavaş, bir neçə gün ərzində düşməsinə isə litik
enmə deyilir.
Bədən çox zəifləyir, xəstə susuzluqdan, üşütmədən, titrətmədən şikayət
edir; bəzən elə olur kj, şikayət etməyə halı olmur və o, ətrafdakılara laqeyd
qalır. Xəstənin dərisi avazıyır, sonra göyərir, onu soyuq tər basır, ətrafları
soyu¬yur. Arterial təzyiq kəskin sıırətdə düşür, nəbz tezləşmiş, kiçik və
yumşaq, tənəffüs tezləşmiş və səthi olur. Bəbəklər genəlir. Kəskin damar
çatışmazlığı - kollaps baş verə bilər.
Kollaps vəziyyətində olan xəstəyə təcili tibbi yardım göstərmək lazımdır,
yoxsa o, ölə bilər. Tibb bacısı xəstənin zahiri görünüşünə, nəbzinə,
tənəffüsünə, davranışına görə vəziyyəti təyin etməyi bacarmalı və dərhal
bu barədə həkimə xəbər verməlidir; həkimin təyinatı ilə xəstəyə kofein,
kamfora, strixinin, mezaton, adrenalin vururlar. Beyinə qanın yaxşı
gəlməsi üçün xəstənin başı gövdəsindən aşağı olmalıdır, bunun üçün
balışı götürür və çarpayının ayaq tərəfini 30 - 40 sm qaldırırlar. 'Xəstəni
downloaded from KitabYurdu.org
424
isitqaclarla qızdırmaq və ona isti çay, qəhvə vermək lazımdır. Bütün
bunları etdikdən və xəstənin halı yaxşılaşmağa başladıq¬dan sonra
xəstəni qurulamaq və dəyişəyini dəyişdirmək lazımdır. Halı
yaxşılaşmırsa, təkrar inyeksiyalar edir və damcı üsulu ilə venaya qliikoza
ilə noradrenalin yeridirlər.
Qan dövranına təsir edən tədbirlər. Dəri geniş reseptor
sahəsidir. Onun səthinin böyük və ya kiçik hissəsinə
gücünə, xarakterinə və müddətinə görə müxtəlif qıcıqlar
verməklə həm bütün orqanizmə, həm də əsasən ayrı-ayrı
w ♦
daxili orqanlara reflektor təsir göstərmək olar, isti və soyuğun tətbiqi, su
və işıqla müalicə, xardal, banka, zəli qoymaq və s. buna əsaslanır.
Su müalicəsinin əsaslan. Suyun istilik tutumu və istiliyi keçirmə
qabiliyyəti yüksək olduğuna görə o, dəriyə termik qıcıq vermək üçün ən
yaxşı mühitdir. Bundan əlavə, su ilə mexaniki və kimyəvi- - onda əriyən
duzlar və maddələrlə, o cümlədən dərman maddələri ilə qıcıqlar vermək
olar.
Müalicə vannaları. Müalicə vannaları ümumi, yarıya qədər, çanaq-ayaqlar
üçün, yerli olur.
Bədəni möhkəmlətmək məqsədilə sərin suda isladılmış dəsmalla bədəni
silmək, bədənin üzərinə su tökmək, duş, vannalar və açıq’ su hovuzlarında
çimmə təyin edilir. Ümumi sərinlədici proseduralar sinir sistemini oyadır,
dəriyə qan gəlməsinə kömək edir, əzələlərin tonusunu artırır, maddələr
mübadiləsini yaxşılaşdırır.
Oturaq vannalardan qarın boşluğu, kiçik çanaq orqanları və bu nahiyələrin
yumşaq toxumaları xəstələn¬dikdə istifadə edilir: sərin və soyuq vannalar
downloaded from KitabYurdu.org
425
- babasildə, bağırsaq süstlüyündə, yuxusuzluqda, ilıq vannalar isə
müxtəlif iltihabi proseslərdə ağrıları kəsmək məqsədilə tətbiq edilir.
Bədəni yaş dəsmalla silməyi qızdırma zamanı, sağalma dövründə
gigiyena və müalicə məqsədilə və nevrozlu xəstələrə orqanizmi
möhkəmlətmək üçün təyin edirlər.
Duş - su müalicəsidir, bu zaman suyun temperaturu və mexaniki təsiri
birləşir. Duşlar temperaturuna, təzyiqinə, su şırnağının formasına və
istiqamətinə görə fərqlənir. Duşun təsiri temperaturdan, suyun
təzyiqindən və proseduranın müddətindən asılıdır.
Kompreslər və təpitmələr. Kompreslər ümumi və yerli
olur.
Yerli qızdırıcı kompresi yaymdırıcı və sorucu vasitə kimi tətbiq edirlər.
Sarğı altında əmələ gələn istinin yerli və reflektor təsiri nəticəsində həmin
yerə çoxlu qan axıb gəlməyə başlayır, mübadilə prosesləri yüksəlir, dəri
hissiy¬yatı azalır.
Kompres üç qatdan ibarətdir: 1) bir neçə dəfə qatlanmış parçanı soyuq
suda isladır (10 - 14°C) və sıxıb dəriyə qoyurlar; 2) birinci qatın üstündən
müşəmbə, yaxud mumlu kağız qoyurlar (nəm qatdan 2-3 sm böyük); 3)
müşəmbənin üzərinə daha böyük və kifayət qədər qalın pambıq qatı
qoyurlar. Hər üç qatı bintlə bədənə elə sarıyırlar ki, kompres sürüşməsin
və damarları sıxmasın.
Yerli isti kompres müəyyən bir nahiyəyə çoxlu qanın axıb gəlməsinə
səbəb olur, reflektor olaraq ağrıkəsici təsir göstərə bilər. Bir neçə dəfə
qatlanmış salfeti isti suda isladır, sıxıb bədənə qoyur, sonra isə üstündən
müşəmbə və qalın parça, daha yaxşısı, yun parça ilə örtürlər. Kompresi
bintlə yüngülcə sarımaq olar, çünki hər 5-10 dəqiqədən
bir dəyişmək lazımdır.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |