S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə128/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   124   125   126   127   128   129   130   131   ...   153

417 

 

rezin dairələr qoymaq (dairəni elə qoyurlar ki, oma onun deşiyi üzərinə 



düşsün); 5) sutka ərzində xəstəni gah bir, gah o biri böyrü, gah da arxası 

üstə çevirərək, ona bədəninin vəziyyətini dəyişməkdə kömək etmək. 

Ağız boşluğuna qulluq. Sağlam adamlarda gecə ərzində ağız boşluğunun 

selikli qişasının və dişlərin üzəri üstü qabıqlaşmış yumşaq ərplə örtülür. 

Gündüz bərk, yaxud yarımbərk qidaları çeynədikdə, habelə udduqda ağız 

boşluğu öz-özünü təmizləmiş olur. Yemək vaxtı qida hissəcikləri dişlərin 

arasında; xarab dişlərin boşluğunda ilişib qalır və mikroorqanizmlər üçün 

qidalı mühitə çevrilir. 

Ərpi və qida qalıqlarını yatmazdan əvvəl və səhər diş fırçası ilə mexaniki 

üsulla təmizləyirlər. 

Qulaqlara  qulluq.  Qulaqdakı  kir  tıxaclarını  rezin  balondan,  yaxud 

şprisdən  verilən  su  şırnağı  ilə  çıxarırlar.  Bu  zaman  xəstə  oturur  və 

böyrəyəbənzər ləyəni qulağının altına tutur. Tibb bacısı bir əli ilə qulaq 

seyvanını  dartaraq  qulaq  keçəcəyini  düzləndirir,  digər  əli  ilə  güclü  su 

şırnağını oraya buraxır. 

Gözlərə  qulluq.  Bunu,  xüsusilə  uşaqlarda,  kirpikləri  və  göz  qapaqlarını 

yapışdıran  ifrazat  olduqda  etmək  lazımdır.  Belə  hallarda  adicə  yumaq 

kifayət etmir, qabıqları yumşalt¬maq və kənar etmək üçün 2 %-li boraks 

məhlulunda isladıl¬mış pambıq tamponla gözləri ehtiyatla yumaq lazım 

gəlir. 


Buruna  qulluq.  Burun  boşluğunda  ifrazat  olduqda  nəfəs  almağı 

çətinləşdirən  qartmaqlar  əmələ  gələ  bilər.  Bu  qartmaqları  əvvəlcədən 

vazelin, yaxud qliserinlə yumşal¬dıb, sonra çıxarmaq lazımdır. Südəmər 

uşaqlarda  burunla  tənəffüsün  pozulması  əmməyə  mane  olur.  Onların 

burnunu kiçik pambıq fitillə təmizləmək lazımdır. 

Xəstələrin  qidalanması.  Müasir  dietetika  (qidalanma  haqqında  elm) 

prinsipləri  əsasında  qurulmuş  səmərəli  qidalanma  sağlamlığı  qoruyaraq 

downloaded from KitabYurdu.org




418 

 

və  əmək  qabiliyyətini  artıraraq  ömrün  uzadılmasına  kömək  edir.  O 



profilaktika¬nın əsas tərkib hissəsidir. 

+ • 


Öskürək  zamanı  xəstəyə  qulluq  və  müalicə  -xəstəliyə  müvafiq  şəkildə 

aparılır  və  ilk  növbədə  öskürəyi  doğuran  səbəbi  aradan  qaldırmağa 

yönəldilir. Yuxarı tənəffüs yollarının katan zamanı xəstəyə əziyyət verən 

quru  öskürəyi  azaltmağa,  həm  ağızdan,  həm  də  inhalyasiya  yolu  ilə 

ağrıkəsici dərmanlar yeritməklə öskürəyi yumşaltmağa çalışırlar; dərmanı 

inhalyasiya  yolu  ilə  isti  buxarla  yeritdikdə,  yuxarı  tənəffüs  yollarının 

selikli qişasının vəziyyəti yaxşılaşır. Öskürək zamanı yaymdırıcı vasitələr 

kimi döşə xardal kağızı, banka, qızdırıcı kompres qoyulur, ayaqlar xardal 

vannasına  salınır  və  s.  Bəlğəm  özlü  olub  çətin  çıxdıqda,  onu  durulaş- 

dırmağa çalışır, bəlğəmgətirici qələvi inhalyasiyalan və başqa vasitələrlə 

onun asan çıxmasına çalışırlar. Belə hallarda öskürəyə qarşı dərmanları 

gecə verirlər ki, öskürək xəstənin yuxusuna mane olmasın. 

ürək  çatışmazlığı  olan  xəstələrə  qulluğu  aşağıdakı  kimi  təşkil  etmək 

lazımdır: 

1. 

Ürək  xəstəliyinin  müalicəsi  üçün  vacib  şərtlərdən  biri  yataq 



rejimidir, çox vaxt xəstə uzun müddət yataq rejimini gözləməli olur; belə 

xəstənin yeri rahat olmalıdır. Xəstənin gövdəsinin yuxarı hissəsi bir qədər 

yuxarıda  və  qıçları  aşağı  sallanmış  olsa  yaxşıdır  (funksional  çarpayı). 

Belə  çarpayı  yoxsa,  adi  çarpayının  toruna  başaltı  qoymaq  və  ayaqları 

çarpayıya söykəmək olar. 

2. 


Dəriyə  yaxşı  qulluq  etmək  və  yataq  yaralarının  qarşısını  almaq 

lazımdır. 

3. 

Xəstə yataqda uzun müddət hərəkətsiz uzanma¬lıdır. Xəstəliyin ilk 



günlərindən  başlayaraq,  yataqda  xəstənin  vəziyyətini  tez-tez  dəyişmək 

lazımdır. 

downloaded from KitabYurdu.org



419 

 

• • 



4. 

Urək çatışmazlığı zamanı oksigen inhalyasiyasmm yaxşı təsiri olur. 

Həmçinin çalışmaq lazımdır ki, palatanın havası həmişə təmiz, nəmliyi və 

temperaturu normal olsun. 

5. 

Xəstəyə  az  kalorili  (2500-2800  kkal)  yüngül  yeməklər  verməli, 



dietada zülal (65 - 70g), maye və duzlar az. A, C və B qrupu vitaminləri 

çox olmalıdır. Birinci 3-7 günlər xəstəyə hər şeyi əzilmiş halda gündə 7 

dəfə,  sonra  isə  6  dəfə  verirlər.  Yeməyə  duz  qatılmır,  lakin  həkimin 

göstərişi ilə xəstənin özünə 3 - 5 q duz verirlər. 

Xəstənin yeməyi tərkibində çoxlu kalium duzları olan 

ərzaq məhsullarından (kartof, kələm, ərik, əncir, itburnu) 

və sidikqovucu təsiri olan kalsiumlu məhsullardan 

hazırlanmalıdır. Həmin məqsədlə xəstəyə bir neçə günlüyə 

Karrel dietası (gündə 6 dəfə 100 q süd), yaxud ancaq 

kaliumlu yemək (500 q pörtlədilmiş ərik) təyin edirlər. 

• « 

6. 


Urək çatışmazlığı olan xəstəyə qulluq etdikdə tibb bacısı diurezə və 

xəstənin qəbql etdiyi mayenin miqdarına diqqət yetirməlidir. 

Həkim  gələnə  qədər  xəstəni  yatağa  uzatmaq  lazımdır.  Ona 

damargenəldici  dərmanlar  vermək  olar  (bir  parça  şə¬kərin  üzərinə  1-2 

damcı  1  %-li  nitroqliserin  məhlulu  töküb,  dilin  altına  qoymalı); 

pambıqdan  amilnitrit  buxarları  iyləməyi,  bir  parça  şəkərə  3-6  damcı 

validol töküb, dilin 

altına qoymağı təklif etmək lazımdır (validolu və nitroqli- 

• • 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə