S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə125/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   121   122   123   124   125   126   127   128   ...   153

408 

 

yaxşıdırsa  və  bədəncə  dolğun-  dursa,  bu  onun  hörmətini  artırır,  çünki 



camaat  arasında  belə  hesab  edirlər  ki,  yaxşı  görkəmi  olmayanlar 

başqala¬rına  da  düzgün  qayğı  göstərə  bilməzlər.  Sonra,  həkim  özünü 

təmiz  saxlamalıdır,  yaxşı  geyinməli  və  ətirli  yağlar  sürtməlidir.  Çünki 

bunların hamısı xəstələrin xoşuna gəlir». 

Müasir tibb etikası tibb işçisindən yalnız şəxsi gigiyena qaydalarını deyil, 

ədəb qaydalarını da gözləməyi tələb edir. Geyim yalnız təmiz, işin icrası 

üçün rahat olmalıdır. Paltar həddindən artıq parlaq, yaxud qəribə biçimi 

ilə  xəstələri  əsəbiləşdirməməlidir.  Ətiri  az  vurmalı,  həm  də  xoşagələn, 

zərif ətirlərdən istifadə etməli. Tibb işçisinin işinin xüsusiyyəti elədir ki, 

o, kosmetikadan və müxtəlif bəzək şeylərindən az istifadə etməlidir. 

Tibb  bacısının  mənəvi  siması.  Tibb  bacısının  mənəvi  simasının  əsasını 

humanizm (insanpərvərlik) təşkil edir. 

Tibb bacısı xəstələrlə münasibətində son dərəcə səbirli olmalıdır. Bir çox 

hallarda  xəstələrin'  hərəkətləri  xəstəlik  nəticəsində  mərkəzi  sinir 

sistemində  baş  vermiş  dəyişik¬liklərlə  izah  olunur.  Bir  tərəfdən,  bunu 

başa düşmək, digər tərəfdən isə xəstəyə mehriban yanaşmaq tibb bacısının 

səbirli olmasını daha artıq tələb edir. Həyəcanlı halda olan xəstəyə səbirli 

və mehriban münasibət ona sakitləşdirici 

təsir göstərir. 

Xəstəyə  münasibətdə  tibb  bacısı  nəzakətli  olmalıdır.  O,  xəstəyə  elə 

yanaşmalıdır ki, onun halını pozmasın, xoşa¬gəlməz təsir bağışlamasın, 

onda  sağalacağına  şübhə  yarat¬masın.  Bunun  üçün  xəstə  ilə  ünsiyyət 

zamanı yalnız onun barəsində düşünərək, fikrini və arzusunu, qorxu və 

kədərini başa düşməyə çalışmaq lazımdır. Xəstə ilə təmasda olmaq, ona 

uyğunlaşaraq, xasiyyətini öyrənib başa düşərək məhz ya¬xın adamı kimi 

münasibət göstərilməlidir. 

downloaded from KitabYurdu.org



409 

 

Tibb  bacısı  sirr  saxlamağı  bacarmalıdır  və  tutduğu vəzifəsinə  görə  ona 



göstərilən xüsusi etimaddan sui-istifadə etməməlidir. Həkimlərin və orta 

tibb işçilərinin müzakirə etdiyi və xəstələrə aid olmayan hər bir məsələ 

xəstələrdən  gizli  saxlanılmalıdır.  Bu  da  vacibdir  ki,  xəstənin  özü 

barəsində dediyi hər bir məlumatı o biri xəstələr bilməsin. 

Tibb  bacısı  yüksək  dərəcədə  inkişaf  etmiş  məsuliy¬yət  hissinə  malik 

olmalıdır. Özünün üzərinə düşən vəzifə¬ni yaxşı yerinə yetirmə səyi onun 

bütün hərəkətlərinin əsası olmalıdır.  

Xəstələrlə  həssas,  nəzakətli  və  diqqətli  olmaqla  bərabər,  tibb  bacısı  öz 

ləyaqətini  saxlamalı  və  xəstələrin  onunla  açıq-saçıq  olmalarına  yol 

verməməlidir.  Tibb  bacı¬sının  düzgün  davranışı,  yüksək  mənəvi 

keyfiyyətləri  və  peşə  ustalığı  ona  xəstələr  və  yoldaşları  arasında  nüfuz 

qazan¬dırır, hamının hörmət və məhəbbətinə imkan yaradır. 

Tibb  bacısı  intizamlı  olmalıdır.  O,  müalicə  müəssisə¬sində  qoyulmuş 

qaydalara  möhkəm  əməl etməli və  bu qaydaların onun tabeliyində olan 

kiçik tibb işçilərinin, sanitarların gözləməsini tələb etməlidir. Sanitarların 

tibbi  təhsili  olmadığından,  tibb  bacıları  iş  prosesində  onları  öyrədir, 

gördükləri  hər  bir  işi  yoxlayırlar.  Tibb  bacısı  özü¬nün  şəxsi  nümunəsi, 

nəzakəti və vaxtında etdiyi tənbehləri ilə sanitarların işinə istiqamət verir, 

onlara tapşırılmış işə vicdanla yanaşmağı öyrədir. 

Böyük  tibb  bacısı  şöbədəki  tibb  bacılarının  işinə  rəhbərlik  edir,  işin 

keyfiyyətini yoxlayır, onları öyrədir və tərbiyə edir. Çətin anlarda o özü 

birinci olaraq tibb bacı¬sının köməyinə gəlir. Böyük tibb bacısının bir sıra 

vəzifələri vardır: sənədlərin tərtibi, bütün şöbə üçün dərmanların yazılıb 

alınması və i.a. Tibb bacıları hər bir məsələ üçün, şübhəli bir iş olduqda 

və çətinlik çəkdikdə, böyük tibb bacısına müraciət edir, ondan kömək və 

göstəriş alırlar. 

Xəstələrin qəbul edilməsi və şəxsi gigiyenası 

downloaded from KitabYurdu.org




410 

 

Qəbul şöbəsinin quruluşu. Qəbul şöbəsinin böyük¬lüyündən asılı olaraq, 



orada  iş  ciddi  ardıcıllıqla  gedir:  xəstələrin  qeydə  alınması,  həkimin 

müayinəsi  və  sanitariya  təmizliyi  aparılır.  Otaqlar  da  həmin  ardıcıllıqla 

qurulur. Otaqların birinci qrupunu qarderobla vestibül  -  gözləmə  otağı, 

məlumat bürosu ilə qeydiyyat otağı təşkil edir. Bun¬lardan sonra bir neçə 

boks,  bir,  yaxud  bir  neçə  müayinə  otağı  yerləşir.  Sanitariya  buraxılışı 

soyunma,  vanna-duş  və  geyinmə  otaqlarından  ibarətdir.  Tibbi 

manipulyasiyalar, kiçik cərrahi əməliyyatlar və sarğı qoymaq üçün bir-iki 

otaq  olmalıdır.  Burada,  həmçinin  fotolaboratoriya  ilə  rentgen  kabineti, 

növbətçi  həkimin  kabineti,  əlüzyuyan  yerdə  ayaqyolu  olur.  Xəstələrin 

paltarları  (boğçaları)  saxlanan  otaq  bilavasitə  qəbul  şöbəsinin 

yaxınlığında ola bilər. 

Qəbul  şöbəsinin  bütün  otaqlarına  birbaşa  təbii  işıq  düşməlidir.  Süni 

işıqlandırma həm ümumi, həm də yerli olur. Xəstələrin geyinib - soyunma 

otağında temperatur 22°C, vanna otağında 25°C olmalıdır. Hava gündə 

iki dəfə dəyişdirilməlidir. 

Müayinə  kabinetləri  ağ  rəngdə  boyanmış  çarpayılarla  təmin  olunur. 

Müşəmbəli balışları və müşəmbələri hər bir xəstədən sonra zəif xloramin 

məhlulunda isladılmış əsgi ilə silmək, növbənin işi qurtardıqdan sonra isti 

su və sabunla yumaq lazımdır. Mələfə hər bir xəstədən sonra dəyişdirilir. 

Xəstənin qəbul edilməsi. Əgər xəstənin halı yaxşıdırsa və təxirəsalınmaz 

yardıma  ehtiyacı  yoxdursa,  qəbulu  qeydə  almaqdan  başlamaq  olar: 

xəstəlik tarixinin pasport hissə¬sinə xəstənin soyadı, adı, atasının adı, ev 

ünvanı  və  telefo¬nu,  işlədiyi  yer  və  vəzifəsi,  habelə  hansı  diaqnozla 

göndə¬rildiyi yazılır. Eyni zamanda əsas məlumatlar daxil olan xəstələr 

haqqındakı qeyd kitabına köçürülür. 

Əgər xəstənin sənədləri yoxdursa və müşayiət edən şəxs xəstə haqqında 

heç  nə  bilmirsə,  xəstənin  nişanələri  haqqında  polis  şöbəsinə  məlumat 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə