S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə124/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   120   121   122   123   124   125   126   127   ...   153

405 

 

manipulyasiyadan  əvvəl  və  sonra  da  yu¬yur.  Tibb  işçiləri,  xüsusilə 



cərrahlıqla əlaqəsi olanlar (cərrahi şöbənin tibb bacıları, mamalar və i.a.) 

öz  əllərini  çirklənmədən  səylə  qorumalıdırlar.  İşləri  görərkən  (döşəmə 

yumaq,  mənzildə sanitariya şəbəkəsini yığışdırmaq, tərəvəz təmizləmək 

və  i.a.)  əlcək  geyməli,  dırnaqları  qısa  tutub  hamarlamalıdır.  Dırnaq 

yatağının  kənarındakı  dərini  kəsmək  məsləhət  görülmür,  çünki  bu  çox 

vaxt rişələrin, sonra da irinliklərin əmələ gəlməsinə səbəb olur. Dırnaqları 

lakla rəngləmək məsləhət görülmür. Əlləri şotka ilə yumaq lazımdır. Bu 

onun  üçün  lazımdır  ki,  dırnaqyanı  və  dırnaqaltı  nahiyələr  təmizlənsin. 

Əllərin tez-tez yuyulması dərinin qurumasına səbəb olur, buna görə onlara 

hər  gün  axşam¬lar  və  işdən  sonra  hər  hansı  bir  yağ,  yaxud  qliserinlə 

naşatır spirtinin qarışığını sürtərək hopdurmaq lazımdır. 

Saçlara da qulluq etmək vacibdir. Saçları 1 - 4 gündən bir qaynanmış su 

və  uşaq  sabunu  ilə  yumaq  məsləhət  görülür.  Yağlı  saçlar  isə  ilıq  su  ilə 

yuyulur. Əgər qabıqvermə varsa, həkimə müraciət etmək lazımdır. Saçlar 

həmişə səliqə ilə daranmış olmalıdır, saçları cürbəcür formalara salmaq 

lazım deyil, çünki bunlar iş vaxtı qalpaq, yaxud ləçək altından çıxa bilər. 

Tibb işçisi üçün ağız boşluğuna qulluğun böyük əhəmiyyəti vardır, çünki 

saymaz  münasibət  və  lazımi  dərəcədə  olmayan  qulluq  dişlərin  xarab 

olmasına və ağızdan pis iy gəlməsinə səbəb olur. Dişləri gündə iki dəfə 

yumaq və hər dəfə qida qəbul etdikdən sonra ağızı yaxalamaq lazımdır. 

Özünü vaxtaşırı olaraq, diş həkiminə göstərməlidir ki, lazım 

389  


gəldikdə  müalicə  aparsın.  Gigiyena  tələblərini  saymayan,  öz  ağız 

boşluğuna  saymaz  münasibət  göstərən,  onu  öz  xəstəliyinin  mənbəyinə 

çevirən  adamı  mədəni  adam  hesab  etmək  olmaz.  Ağızdan  gələn  pis  iy 

başqa  səbəblərdən  də  ola  bilər;  adamlarla  ünsiyyəti  çətinləşdirən  bu 

qüsurdan  yaxa  qurtarmaq  üçün  onu  törədən  səbəbi  aydınlaşdırmaq 

downloaded from KitabYurdu.org




406 

 

lazımdır. Bundan əlavə, işə getməzdən əvvəl kəskin iyli şeylər - sarımsaq, 



soğan və s. yemək olmaz. 

Hər bir mədəni adam, xüsusilə tibb işçisi geyim gigiyenasını gözləməlidir. 

Geyim ilin fəslinə və iqlim  şəraitinə uyğun, ölçüsü isə elə olmalıdır ki, 

bədənin 


ayrı-ayrı  hissələrinin  və  orqanlarının  qan  dövranını 

çətinləşdirməsin. 

İş paltarı üçün parça seçdikdə, görüləcək işin xarakte¬rini nəzərə almaq 

lazımdır.  İnfeksion  xəstəxanaların,  doğum  evlərinin  əksəriyyətində,  bir 

sıra cərrahlıq şöbələ¬rində işçilər üçün fərdi şkaflar vardır; bunlar həm 

xüsusi  iş  paltarı,  həm  də  işyolu  paltar  və  ayaqqabıları  üçündür.  Belə 

hallarda işdənkənar vaxtlarda geymək üçün istənilən parçadan, iş üçün isə 

asan yuyulan sadə iplik parçadan tikilmiş paltar almaq olar. Bu, mümkün 

deyilsə, işyolu 

paltar üçün elə parça seçmək lazımdır ki, tez-tez yuyulduq- 

da  xarab  olmasın,  işyolu  paltar  yun  paltara  nisbətən  gec-  gec 



yuyulduğuna,  yaxud  kimyəvi  üsulla  təmizləndiyinə  görə  onu  qatlanan 

yaxalıqlı, manjetli, asan yuyulan parçadan olan koftanın üstündən geymək 

lazımdır. Ümumiyyətlə, iş üçün yubka və kofta daha əlverişlidir. 

Üst  paltarı  və  yun  geyimləri  tez-tez  şotka  ilə  təmiz¬ləmək,  tozunu 

çırpmaq, yaxud tozsoranla təmizləmək, çirkli yerləri benzinlə təmizləyib 

ütüləmək lazımdır. 

Alt  paltarlar  həftədə  bir  dəfədən  az  olmayaraq  də¬yişdirilməlidir;  bu 

tələblər  qadın  tualetində  büsthalterə  və  çılpaq  bədənə  geyilən  rezin 

kəmərə də aiddir; yatanda əyinə gecə köynəyi geyməli və heç vaxt bütün 

gün əyində olan dəyişəklə yatağa uzanmamalı. 

Corabları yayda hər gün, qışda isə həftədə 2-3 dəfə yumaq lazımdır. 

downloaded from KitabYurdu.org




407 

 

Ayaqqabı rahat olub, ayağı sıxmamalı, dabanı çox da 



hündür  olmamalıdır.  Tibb  işçiləri  qışda  tufli,  yaxııd  çəkmə  geyməli. 

Məsaməli  və  kauçuk  altlıqlı  ayaqqabılar  geymək  məsləhət  görülmür, 

çünki  belə  ayaqqabılarla  küçənin  palçığı  müalicə  müəssisəsinə  və 

xəstənin mənzilinə gətirilir. 

doğum 

Tibb  işçisinin  iş  paltarı  xələtdən,  baş  geyimindən  və  ayaqqabıdan 



ibarətdir.  Cərrahlıq  şöbələrində,  evlərində,  İnfeksion  və  bir  sıra  başqa 

şöbələrdə üst paltarı da iş paltarına aid edilir. 

Həkimlərin  başa  qoyduğu  geyim  forması  papaqdan,  tibb  bacısı  üçün 

ləçək, yaxud papaqdan, sanitarlar üçün ləçəkdən ibarətdir. Baş geyimi ağ 

kətandan,  yaxud  iplikdən  ibarət  olub,  asan  yuyulmalıdır.  Hər  bir  baş 

geyimi saçları tam örtməlidir. Baş geyimi üçün tənzif işlətmək məsləhət 

görülmür, çünki o ancaq tibbi məqsədlər üçün işlədilməlidir. 

Xələti tez-tez yuyulmağa, qaynadılmağa, dezinfeksi- yaedici maddələrlə 

işləməyə  davamlı  ağ  iplik,  yaxud  kətan  parçadan  tikirlər.  Xələt  paltarı 

tamamilə örtməlidir. Bütün ' tibb işçiləri üçün  əsasən arxadan bağlanan 

xələt  geymək  qəbul  edilmişdir,  bəzi  şöbələrdə  iki  tərəfdən  düymələnən 

xələt  də  geymək  olar.  Xələt  və  baş  geyimi  sadəcə  təmiz  yox,  qar  kimi 

ağappaq olmalıdır. 

Stasionarda işləyən tibb işçisi başmaq geyməlidir. Bu, bir tərəfdən, işçinin 

özü  üçün  rahatdır,  digər  tərəfdən,  bunlarda  gəzdikdə  səs  az  əmələ 

gəldiyinə görə xəstələri narahat etmir. Başmaqların dəri və ya rezin altlığı 

olmalıdır; altı keçə, yaxud xəzli başmaq qəti yaramaz, çünki bunlar çirk 

yığır və onları təmizləmək çətin olur. 

Tibb  işçisinin  xarici  görünüşünün  əhəmiyyəti  haqqın¬da  qədim 

Yunanıstanın böyük həkimi, tibbin atası sayılan . Hippokrat (bizim e.ə. 

460-377)  demişdir:  «Əgər  təbiətinə  uyğun  olaraq  həkimin  rəngi 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə