S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə120/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   116   117   118   119   120   121   122   123   ...   153

392 

 

Tibbi yardım zamanı, ilk növbədə, təsir edən amili kənar etmək lazımdır. 



Belə  ki,  zədələnmiş  adamı  isti  yerdə  yerləşdirmək,  bu  mümkün 

olmadıqda, onu qalın paltarla təmin etmək vacibdir. Əynində yaş paltar 

varsa, dəyişmək, quruları ilə əvəz etmək lazımdır. Əgər toxumalarda heç 

bir  dəyişiklik  yoxdursa,  zədələnmiş  nahiyəyə  spirt  və  ya  odekolon 

çəkərək sürtülür. Xəstəni qızdırmaq üçün 

tədbirlər həyata keçirilir, imkan olduqda, xəstəni isti su vannasına salırlar. 



Dərinin zədələnmiş səthinə spirt sürtüb steril sarğı qoyulur. 

Elektrik zədələnmələri 

Bunlar  mərkəzi  sinir  sisteminə  elektrik  cərəyanı  təsir  etdikdə  baş  verir. 



Yüngül  zədələnmədə  qısamüddətli  Özündəngetmə  halı  olur.  Ağır 

zədələnmədə  adam  huşunu  itirir,  nəfəsi  və  ürək  fəaliyyəti  zəifləyir. 

Zədələnmiş adam cərəyan vuran anda, bəzən isə ondan bir neçə saat və ya 

bir neçə gün sonra ölə bilər. 

İlk tibbi yardım kimi elektrik cərəyanı amilini aradan qaldırmaq, kəsmək 

lazımdır.  Bu  çox  ehtiyatla  görülməlidir  ki,  yardım  göstərənin  özü  də 

elektrik zədələnməsinə məruz qalmasın. Buna görə hər bir şəxs, elektrik 

haqqında bəzi məsələləri bilməlidir. O, bilməlidir ki, zədələnmiş adama 

əl  ilə  toxunmaq  olmaz.  Ələ  ya  rezin  əlcək  geyməli,  ya  da  quru  parça 

sarınmalıdır. Quru taxta parçasından istifadə olunmalıdır. Taxtanı ya öz 

ayağının, ya da zədələnmiş şəxsin ayağı altına yerləşdirə bilər. Elektrik 

məftilinə toxunmaq olmaz. Bunun üçün cərəyan mənbəyini şəbəkə¬dən 

açmaq lazımdır. Elektriki kənarlaşdırdıqdan sonra şəxsi uzandırıb, əgər 

tənəffüsü  pozulubsa,  süni  tənəffüs  verilir,  ürək  nahiyəsi  masaj  edilir. 

Naşatır  spirti  iylədirlər.  Bədənin  zədələnmiş  nahiyəsinə  steril  sarğı 

qoyurlar. 

downloaded from KitabYurdu.org



393 

 

İstivurma və günvurma 



isti sexlərdə işləyən şəxslərdə, həmçinin isti otaqda gər¬gin fiziki iş, isti 

havada  inşaat  işləri,  yayda  uzunmüddətli  hərbi  yürüşlər  zamanı 

orqanizmin həddən artıq qızması istivurmaya səbəb olur. Günəş şüalarının 

örtüksüz başa bilavasitə təsiri nəticəsində günvurma törənir. 

Bunların əsas əlamətləri oxşardır: temperaturun 40-41 dərəcəyə çatması, 

tənəffüsün 2 dəfə, nəbzin 2-3 dəfə artması   

və  s.  Sifətin  qızarması,  güclü  tərləmə,  səndələmə,  başgicəl¬lənməsi, 

başağrıları, halsızlıq və s. müşahidə edilir. 

İlk tibbi yardım göstərərkən, xəstəni sərin yerdə yerləşdirmək, bədənini 

yaş  dəsmalla  silmək,  su  içirtmək  lazımdır.  Adam  huşunu  itirdikdə 

gicgahlarına  naşatır  spirti  sürtür,  nəfəsi  kəsilərsə,  süni  tənəffüs  verilir, 

ürək xaricdən masaj edilir. 

Süd vəzilərinin xəstəlikləri 

Süd  vəzilərinin  geniş  yayılmış  xəstəliklərindən  süd  vəzilərinin  iltihabı 

(mastit) və şişləri, əsasən, qadınlarda olur. Mastitin əsas əlamətləri: süd 

vəziləri şişir, qızarır, yerli temperatur qalxır, xəstə özünü narahat hiss edir. 

Müalicə, əsasən, cərrahi yolla aparılır. İrin çıxarılır, sarğı qoyulur. 

Süd vəzisinin şişi xoşxassəli və bədxassəli ola bilər. Hər ikisi vaxtında və 

düzgün diaqnoz qoyulduqdan sonra cərrahi yolla müalicə edilir, yəni şiş 

və  ya  vəzi  kəsilib  çıxarılır.  Müali¬cənin  nəticələri  onun  başlanması 

vaxtından çox asılıdır. 

Appendisit 

Nazik  bağırsağın  yoğun  bağırsağa  keçdiyi  yerdə  kor  bağırsaqdan 

soxulcanabənzər  çıxıntı  (appendiks)  başlanır  ki,  bunun  da  iltihabına 

downloaded from KitabYurdu.org




394 

 

appendisit  deyilir.  Səbəbi  appendiks  çıxıntısı  içərisinə  iltihabtörədici 



mikrobun düşməsidir. Əsas simptomu ağrıdır. Ağrı sağ qalça və ya göbək 

nahiyəsində olur. Temperatur bir qədər qalxır, qusma və ürəkbulanma baş 

verir.  Müalicəsi  operativdir.  Cərrahi  əməliyyat  düzgün  aparıldıqda,  3-4 

günə xəstə sağalır və 7-ci gün tikiş sökülür. 

Diş xəstəlikləri 

Dişlər  müxtəlif  vəzifə  yerinə  yetirir  və  həmin  vəzifədən  asılı  olaraq 

dişlərin formaları da müxtəlifdir. 

Kəsici  dişlər  paz,  köpək  dişləri  romb,  azı  dişləri  dəyirmiləşmiş 

düzbucaqlı, kub və digər formalarda olur. 

379  


Forma və vəzifəsinə görə süd dişləri üç, daimi dişlər dörd qrupa bölünür. 

Süd dişləri kəsici, köpək və azı dişlərə ayrılır. Hər çənənin yarısında 5 süd 

dişi: 2 kəsici, 1 köpək və 2 azı dişi olur. Daimi dişlərdən fərqli olaraq süd 

dişlərində kiçik azı və ağıl dişləri olmur. 

Mina  təbəqəsinin  keçiricilik  qabiliyyəti  vardır.  Odur  ki,  ağız  suyunun 

tərkibində olan qeyri-üzvi və üzvi maddələr minaya daxil olub ona nüfuz 

edə bilir. Yadda saxlamaq lazımdır ki, dişin minası regenerasiya (yenidən 

bərpaolma) qabiliyyətinə malik deyildir, onun zədələnmiş hissəsi yenidən 

bərpa  olunmur.  Mina  təbəqəsi  dişi  xarici  mühitin  müxtəlif  təsirlərindən 

qoruyur. Odur ki, dişin mina təbəqəsinin qorunmasına xüsusi fikir vermək 

lazımdır.  Mina  təbəqəsinin  altında  dentin  maddəsi  yerləşir.  Dentin 

maddəsi  dişin  əsas  kütləsini  təşkil  edir.  O,  dişin  həm  tac,  həm  də  kök 

hissəsində olub, dişin mina maddəsinə nisbətən az minerallaşdığmdan, bir 

qədər yumşaq olur. 

Dişin  minasından  fərqli  olaraq,  dentin  regenerasiya  qabiliyyətinə 

malikdir. Dentin dişin sərt toxumalarının qidalanmasında, dişin inkişaf və 

mühafizə olunmasında iştirak edir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə