S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə118/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   114   115   116   117   118   119   120   121   ...   153

386 

 

Müalicə.  Mədəyə  ehtiyatla  zond  yeridilərək  0,5-1  %-li  tanin  məhlulu, 



yaxud  su  ilə  yuyulur.  Mədəni  yumaq  mümkün  olmadıqda  apomorfinlə 

(0,5 - 1 ml dəri altına yeritmə) xəstə qusdurulur, daxilə aktivləşdirilmiş 

kömür və işlətmə duzu verilir, başa buz qoyulur. Vəziyyət ağır¬laşdıqda 

əzələyə  vəziyyət  yaxşılaşana  qədər  hər  saatdan  bir  prozerin  məhlulu 

(0,05%-li  0,5  -  1  ml),  eləcə  də  gündə  bir  neçə  dəfə  asetilxolin-xloridin 

məhlulu (0,1 q 1 - 2 ml steril suda həll edilir) vurulur. 

Amidopirin  və  onun  qrupunun  nümayəndələri  (analgin,  antipirin, 

butadion,  reopirin  və  s.).  Amidopirin  qrupu  preparatları  ilə  zəhərlənmə 

tez-tez  baş  verir.  Amidopirin  mədə-bağırsaq  yolundan  çox,  tez  sorulur, 

orqanizmdə uzun müddət qalır, onun 3 %-ə qədəri sidiklə xaric olur, qalan 

hissəsi 

orqanizmdə 

kimyəvi 

dəyişikliklərə 

uğrayır.  Buta¬dion 

orqanizmdə daha çox müddət ərzində qalır. 

Zəhərlənmənin  əlamətləri.  Yüngül  formalı  zəhərlənmə  zamanı  ümumi 

zəiflik, temperaturun düşməsi, qulaqlarda küy, ürəkbulanma, qusma (bu 

vaxt  huş  itmir)  və  təng¬nəfəslik  olur.  Ağır  formalı  zəhərlənmə 

preparatların  qəbulundan  bir  neçə  dəqiqə  sonra  başlanır.  Bu  zaman 

qusma, klonik və tonik qıcolmalar, yuxuya meyllik, sayıqlama, ağızdan 

su  axma,  huşun  itməsi  və  koma  meydana  çıxır.  Bəbəklər  genəlir,  qan 

təzyiqi  düşür,  nəbz  zəif  və  səthi  olur,  göyərmə,  hipoksiya  və  asidoz 

vəziyyəti  əmələ  gəlir,  qan  dövranının  dinamikası  pozulur.  Ağır 

zəhərlənmələrdə  hepatit,  nefrit,  mədə  xorası,  stomatit,  dermatit  və  s. 

ağırlaşmalara təsadüf edilir. 

Müalicə.  Mədə  natrium-xloridin  izotonik  məhlulu,  yaxud  soyuq  su  ilə 

yuyulur,  həmin  zondla  işlədici  duzların  məhlulu  yeridilir,  təmizləyici 

imalə  edilir.  Müalicə  əsasən  simptomatik  aparılır.  Bədən  isidilir,  dəri 

altına  kofein,  kamfora,  korazol,  lobelin  məhlulları  yeridilir,  qıdıq 

başla¬dıqda venaya strofantin, korqlikon məhlulları vurulur. 

Xəstəyə naşatır spirti iylədilir, daxilə sidikqovucu dərmanlar 

downloaded from KitabYurdu.org



387 

 

təyin edilir. Qan təzyiqini qaldırmaq üçün venaya mezaton, 



yaxud noradrenalin məhlulları yeridilir. Qıcolmalara qarşı 

# • 


tiopental-natrium, xloralhidrat təyin edilir. Odem zamanı kalium-xlorid, 

Bı, B6, B12 vitaminləri məsləhət görülür. 

Histamin  əleyhinə  maddələr  (dimedrol,  diprazin,  pipolfen,  suprastin, 

diazolin  və  s.).  Zəhərlənmə  bunları  yüksək  dozada  qəbul  etdikdə  və 

orqanizmin  bunlara  qarşı  həssaslığının  artması  nəticəsində  baş  verir. 

Uşaqlar bu preparatlara daha həssas olurlar. Bunlar mədə-bağır¬saqlardan 

tez  sorulub,  qanda  uzun  müddət  (18-24  saat)  qalır  və  böyrəklərlə 

orqanizmdən  xaric  olur.  Orqanizmdə  əsasən  qaraciyərdə,  qismən 

böyrəklərdə və ağciyərlərdə dəyişikliyə uğrayır. 

Zəhərlənmə  əlamətləri.  Zəhərlənmə  zamanı  səndələyi-  ci  hərəkət  baş 

verir.  Zəhərlənmənin  sonrakı  gedişi  oyanma  və  süstləşmə  formasında 

meydana  çıxır.  Oyanma  forması  danışqanlıq,  reflekslərin  güclənməsi, 

əzələlərin əsməsi, klonik-tonik qıcolmalar, tremor, bəzən sayıqlamalarla 

aşkar  olur.  Zəhərlənmənin  süstləşmə  formasında  depres¬siya  yaranır, 

zəiflik, üzgünlük, yuxuya meyllik, hipo- refleksiya, narkolepsiya, bəzən 

sayıqlamalar  müşahidə  olunur.  Bəbəklər  genəlir,  nəbz  sürətlənir,  qan 

təzyiqinin  səviyyəsi  tərəddüd  edir,  üz  və  peysərin  yuxarı  hissəsi 

hiperemiyalaşır.  Xəstə  sağalandan  sonra  başağrısı,  hafizə  zəifliyi, 

əzələlərin parezi bir neçə ay qala bilər. 

Müalicə. Mədə yuyulur, işlətmə duzu verilir, imalə edilir və süni tənəffüs 

təyin  edilir.  Venaya  natrium-xloridiıı  izotonik  məhlulu  (1,5-2,5  1)  ilə 

qlükoza  məhlulunun  (5%-  300  ml)  qarışığı,  şiddətli  süstləşmə  zamanı 

əzələyə fenamin (5-10 mq), ya da dəri altına kofein məhlulu (10 % - 18 

ml) yeridilir. Qıcolmalarda, əzələ titrəməsində xloralhidratla imalə edilir, 

yaxud əzələyə barbituratlar yeridilir, ağır 

downloaded from KitabYurdu.org




388 

 

m • 



hallarda  venaya  2-3  ml  qammaqlobulin  vurulur.  Odem  əmələ  gəldikdə, 

xüsusi müalicə aparılır. 

Qida  zəhərlənmələri.  Məişətdə  törənən  zəhərlənmələr  arasında  qidadan 

zəhərlənməyə daha çox rast gəlinir. Belə zəhərlənmələrin səbəbi qida ilə 

orqanizmə  mikroblarm,  zəhərli  maddələrin,  zəhərli  bitkilərin  daxil 

olmasıdır.  Qida  zəhərlənmələri,  eləcə  də  qidaların  düzgün  bişirilib-

hazırlanma-  ması  nəticəsində  (məsələn,  paxlanın  kifayət  qədər 

bişməməsi) və yaxud əlverişli şəraitdə saxlanmaması (məsələn, kartofun 

göyərib cücərməsi və s.) nəticəsində baş verir. 

Qida  zəhərlənmələrinin  90  %-ni  bakterial  təbiətli  zəhərlənmələr  təşkil 

edir  ki,  bunlar  da  toksikoinfeksiyalar  və  bakteriotoksikozlar 

(intoksikasiya)  şəklində  meydana  çıxır.  Toksikoinfeksiyaya  qida 

maddələrinə 

(məsələn, 

ətə)  bağırsaq  mikroblarmm  keçməsi, 

intoksikasiyalara  isə  qidaların  (süd  məmulatı,  konservlər)  mikrob 

(stafilokokk, botulizm çöpləri) toksini ilə zəhərlənməsi aiddir. 

Zəhərlənmənin  klinikası.  Salmonellalarla  qida  zəhər¬lənmələrinin  əsas 

əlamətləri 6 - 36 saatlıq gizli dövrdən sonra başlanır. Bu zaman kəskin 

qastroenterit əlamətləri meydana çıxır. Qarm nahiyəsində ağrılar, şiddətli 

ishal (nəcis göyümtül və pis iyli olur), ürəkbulanması, qusma baş verir. 

Temperatur 2-4 gün ərzində 38 - 39 dərəcəyə qalxır, xəstəlik 7 günə qədər 

çəkə bilər. Bəzən xəstəlik ağır for¬mada keçərək öz əlamətləri ilə vəba 

xəstəliyini xatırladır. Uşaqlar bu xəstəliyə daha çox tutulur, xəstəliyi ağır 

keçirir, hətta ölürlər. 

İlk  yardım.  Mədə-bağırsaqdan  zəhərli  qidanı  və  ya  onun  qalıqlarını 

təmizləmək  üçün  mədə  adi  qaydada  yuyulur,  təmizləyici  imalə  edilir, 

venaya  5  %-li  qlükoza  məhlulu  yeridilir,  antibiotiklərdən  levomisetin, 

streptomisin və s. təyin edilir. Müalicə üçün həkimə müraciət edilir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə