S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə121/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   117   118   119   120   121   122   123   124   ...   153

395 

 

Sement  maddəsi  yalnız  dişin  kökünün  dentin  maddə¬sini  nazik  təbəqə 



kimi xaricdən örtür. Sement maddəsi quruluşca sümük toxumasına oxşasa 

da,  tərkibində  qan  damarlarının  olmaması  ilə  ondan  fərqlənir.  Sement 

maddəsi dişin çənə sümüyünə birləşməsində iştirak edir. 

Dişin  yumşaq  toxumaları  dişin  özəyindən  (pulpa),  diş  ətindən  və 

periodontdan ibarətdir. Dişin özəyi (pulpası) dişin daxilindəki boşluqda 

yerləşir. Diş tacı daxilindəki boşluq diş tacının formasına oxşayır, ancaq 

ölçüsü  kiçik  olur  və  dişin  kökündəki  kanala  keçir.  Bu  kanal  isə  diş 

kökünün zirvəsində olan dəliklə qurtarır. Həmin dəlikdən dişin daxilinə 

sinir, arteriya damarları keçir, vena və limfa damarları xaric olur. Dişin 

pulpası  birləşdirici  toxumadan  ibarətdir.  O,  sinir  ucları,  arteriya,  vena, 

limfa damarları ilə zəngindir. Pulpa dişin inkişafında, formalaşmasında, 

qida¬lanmasında, mühafizə olunmasında mühüm rol oynayır. 

insanın həyatında dişlərin rolu çox böyükdür. Onlar sağlamlıq və gözəllik 

rəmzidir. Dişlərin əsas vəzifəsi, hər şeydən əvvəl, qida maddələrini mədə-

bağırsaq  sistemində  mənimsənilməyə  yararlı  hala  salmaq,  yəni 

xırdalamaqdır.  Sağlam  dişlər  mədə-bağırsaq  sisteminin  müxtəlif 

xəstəliklə¬rinin  qarşısının  alınmasında  iştirak  edir.  Dişlərin  vəzifəsi 

qidanı çeynəməklə bitmir. İnsan dişlərin köməyilə qidanı hiss edir, onun 

bərkliyini, ölçüsünü müəyyən edir, zərərli yad cisimlərin qida borusuna 

düşməsinə  imkan  vermir.  Dişlər  nitqdə  də  iştirak  edir.  Ön  dişlər 

olmadıqda, ya çox qısaldıqda sözlərin tələffüzü çətinləşir və danışıq aydın 

olmur. Dişlər töküldükdə yanaqlar batır, dodaqlar sallanır, alt çənə irəli 

çıxır. Belə şəxslər yaşlarına nisbətən çox qoca görünürlər. 

Dişlər orqanizmin bir hissəsi kimi onunla vəhdət təşkil edir. Dişlərin digər 

orqanlarla sıx əlaqəsi, əsasən sinir, qan və limfa vasitəsilə həyata keçirilir. 

Odur  ki,  bir  sıra  sistem  və  orqanların  xəstəlikləri  müxtəlif  diş 

xəstəlik¬lərinin  əmələ  gəlməsinə  və  ya  onların  daha  kəskin  cərəyan 

downloaded from KitabYurdu.org




396 

 

etməsinə  səbəb  olur.  Daxili  sekresiya  vəzilərinin  (endokrin  sisteminin) 



fəaliyyətinin pozulması diş-çənə sistemində dəyişikliklər törədir. 

Qalxanabənzərətraf  (paratiroid)  vəzinin  xəstəliyi  zama¬nı  orqanizmdə 

kalsium  mübadiləsi  pozulduğu  üçün  dişlər  tez  çürüyür.  Orqanizmdə  D 

vitamini çatışmadıqda, raxit xəstəliyi baş verir. Bu zaman orqanizmdə duz 

mübadiləsi,  xüsusən  fosfor  və  kalsium  mübadiləsi  pozulduğu  üçün 

sümüklər yumşalır, çənə və dişlərin normal inkişafı pozulur. 

Ümumi orqanizmin xəstəlikləri müxtəlif diş xəstəliklə¬rinin yaranmasına 

səbəb  olduğu  kimi,  orqanizmin  ayrılmaz  hissəsi  olan  dişlərin  də 

xəstəlikləri bir sıra ümumi xəstəliklərin törənməsinə zəmin yaradır. Dişin, 

dişətrafı toxumaların xəstəlikləri qastrit, mədə və onikibarmaq bağırsaq 

xorası,  qaraciyər,  ürək,  böyrək  xəstəlikləri,  poliartrit  və  digər  ümumi 

xəstəliklərin əmələ gəlməsinə təsir göstərir. 

Uşaqların  diş-çənə  sistemindəki  patoloji  dəyişikliklər  arasında,  diş 

sıralarının və dişlərin anomaliyaları, defor- 

masiyaları mühüm yer tutur. Diş-çənə sisteminin qeyri- normal inkişafı 

uşaq ana bətnində olarkən baş verirsə - anomaliya, uşaq anadan olduqdan 

sonra  əmələ  gəlirsə  -  deformasiya  adlanır.  Başqa  sözlə,  anomaliya 

anadangəlmə, deformasiya isə qazanılma olur. 

Uşaq böyüdükcə anomaliya və deformasiyalar da inkişaf edir ki, bu da 

çeynəmə aparatının funksiyasını pozur, uşağın xarici görünüşünü dəyişir, 

funksional və estetik dəyişikliklər baş verir. 

Uşaqda  anomaliya  və  deformasiyaların  əmələ  gəlməsi  valideynlərin, 

körpələr  evi,  uşaq  bağçası  tərbiyəçilərinin,  tibb  işçilərinin  nəzərindən 

qaçdıqda, 

qeyri-normal 

inkişaf 


dərinləşərək, 

uşağın 


sifətini 

eybəcərləşdirir, 

çeynəmə  apara¬tının,  mədə-bağırsaq  sisteminin 

fəaliyyətini  pozur.  Bütün  bunlar  isə  uşağın  normal  fiziki  və  mənəvi 

inkişafına mənfi təsir göstərir. 

downloaded from KitabYurdu.org




397 

 

Ana  bətnində  diş-çənə  ariomaliyalarma  səbəb  olan  amillərdən  biri 



irsiyyətdir.  Bundan  başqa,  ananın  hamiləlik  dövründə  keçirdiyi 

xəstəliklər, hamilə qadının ağır fiziki işlər görməsi, dar, uyğun olmayan 

geyimlərdən  istifadə  etməsi  də  ana  bətnində  diş-çənə  anomaliyaları 

törədən amillərdən hesab edilməlidir. 

Raxit xəstəliyində dişlərin sərt toxumaları tam inkişaf etmir. Belə dişlər 

kələ-kötür,  ləkəli  olur,  tez  sürtülür,  kariyes  xəstəliyi  ilə  tez  zədələnir. 

Müəyyən  edilmişdir  ki,  raxitli  uşaqların  67,1%-də  çeynəmə  aparatının 

deformasiyaları olur. 

Diş-çənə  sisteminin  patologiyası.  Diş-çənə  deforma¬siyalarını  törədən 

əsas amillərdən biri erkən yaşlarda uşağın diş-çənə sistemində baş verən 

patoloji prosesdir. 

Diş-çənə  anomaliya  və  deformasiyaları  3  qrupa  bölü¬nür:  dişlərin 

anomaliyaları;  diş  sıralarının  anomaliya  və  deformasiyaları;  dişləmin 

anomaliyaları. 

Kariyes xəstəliyi və onun profilaktikası. Kariyes sözü¬nün hərfi mənası 

dişin  çürüməsi  deməkdir.  Hazırda  kariyes  dedikdə  dişin  sərt 

toxumalarının ocaqlı, məhdud demine- rallaşması nəticəsində dişdə qüsur 

əmələ  gəlməsi  ilə  nəticə-lənən  patoloji  proses  başa  düşülür.  Diş 

xəstəliklərinin  düzgün  və  səmərəli  profilaktikasını  aparmaq  üçün  onu 

törədən səbəbləri bilmək lazımdır. 

Dişlərin kariyesi dişin mina təbəqəsində ləkə əmələ gəlməsi ilə başlanır. 

Ləkə  əvvəlcə  təbaşirəbənzər  rəngdə  olur.  Ləkə  sahəsində  mineral 

maddələr  azalır  (deminerali-  zasiya).  Ləkə  mərhələsində  dişin  mina 

təbəqəsinin tamlığı pozulmur. Dişdə ağrı olmur. Lakin həmin mərhələdə 

kariyesin qarşısı alınmadıqda və əlverişli şərait olduqda proses dərinləşir. 

Dişin mina təbəqəsinin tamlığı və möhkəmliyi pozulur. Onun səthi kələ-

köti'ırləşir,  yumşalır,  qüsur  əmələ  gəlir.  Qüsur  konusabənzər  formada, 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə