S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə117/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   113   114   115   116   117   118   119   120   ...   153

383 

 

Güclü  təsirli  kimyəvi  zəhərli  maddələrə  ammonium,  xlor,  hidrogen-



sulfid, kükürd qazı, azot oksidləri və digər maddələr aiddir. 

Zəhərli maddələr zəhərləyici təsirlərinə görə aşağıdakı qruplara bölünür: 

Neyroparalitik təsirli zəhərləyici maddələr. Bu qrupa ən güclü təsir edən 

fosforlu  üzvi  maddələr  -  zarin,  zoman  və  başqaları  aiddir.  Bunlar 

orqanizmə  dəri  və  selikli  qişa¬lardan,  tənəffüs,  mədə-bağırsaq 

yollarından, yaralardan və zədəli nahiyələrdən keçir. Onlar buxar, qaz və 

maye halında ola bilər. 

Dəridə irinli yara əmələ gətirən zəhərləyici maddələr 

• 

qrupuna əsasən iprit kimi maddələr daxildir. 



Ümumi zəhərləyici təsirli maddələr. Bunlara sianid tur¬şusu və xlorsian 

aiddir.  Sianid  turşusu  ilə  zəhərlənmədə  ölüm  dərhal  baş  verə  bilər. 

Tədricən  zəhərlənmə  hallarında  ağız  acı,  sonra  keyləşmiş  olur, 

ürəkbulanma,  başağrısı,  halsızlıq,  təng-nəfəslik,  qıclıq  baş  verə  bilər. 

Sonra keyləşmə olur. 

Boğucu  təsirli  zəhərləyici  maddələr.  Bunlara  fosgen  aiddir.  Boğazda 

göynəmə,  başgicəllənməsi,  ümumi  halsızlıq,  tənəffüsün  çətinləşməsi, 

güclü ürəkdöyüıımə baş verir. 

Gözyaşardıcı  və  qıcıqlandırıcı  təsirli  zəhərli  maddələr.  Gözlərin 

reseptorlarıııa  təsir  edən  maddələr  olub,  bunlara  xlorpikrin  və 

xlorasetofenon aiddir. 

Qıcıqlandırıcı zəhərli maddələr yuxarı tənəffüs yollarını qıcıqlandıraraq 

asqırmaya, öskürməyə və qusmaya səbəb 'olur. Difenilxlorarsin, adamsit 

və s. belə maddələrdir. 

Zəhərləyici  maddələrlə  zəhərlənərkən  ilk  tibbi  yardım.  Kimyəvi 

maddələrlə  zəhərləndikdə  insanın  həyatını  xilas  etmək  üçün  bir  sıra 

downloaded from KitabYurdu.org



384 

 

antidotlardan  -  zəhər  əleyhinə  maddələrdən  istifadə  etmək  lazımdır.  Bu 



maddələr dərhal orqanizmə yeridilməlidir. 

Zəhərlənmə  ocağında  aşağıdakı  tədbirlər  həyata  keçirilməlidir:  ilk 

növbədəs  zədələnmiş  adamı  ocaqdan  kənar  etmək,  paltarına  və  dərisi 

üzərinə hər haıısı kimyəvi zəhərli maddə düşübsə, təmizləmək lazımdır. 

Sonra  zəhər  əleyhinə  maddə  vurulur.  Lazım  gəldikdə,  süni  tənəffüs 

verilir. Boğucu qazlarla zəhərlənmə zamanı süni tənəffüs vermək olmaz. 

Ağız  boşluğu,  burun  boşluğu,  gözlər  yuyulur  və  s.  Xəstə  təmiz  və  isti 

havalı yerə aparılmalıdır. 

Zəhərli  heyvanlar  dişləyərkən  ilk  tibbi  yardım.  Zəhərli  ilan  adamı 

sancdıqda onun zəhəri yara yerindən orqaniz¬mə keçir. Bir sıra ilanların 

zəhəri insan üçün qorxulu və öldürücüdür. 

İlk  tibbi yardım zamanı ilanın dişlədiyi yerdən yuxarıda turna  qoyulur. 

Sonra yara yerinə qansoran banka qoymaqla və ya sormaqla zəhər kənar 

edilir, ilan sancmış yeri 1 faizli kalium-permanqanat məhlulu ilə yuyur, 

buraya soyuq kompres qoyurlar. Belə şəxs tezliklə həkimə çatdırılmalıdır. 

İlan zəhəri əleyhinə serum vurmaq zəruridir. 

Arı,  eşşəkarısı  və  at  qarışqası  sancarkən  dəri  bir  qədər  şişir,  bərkiyir, 

cücünün tikanı orada qalır. Bu cücülər bəzən dəstə ilə adama hücum edir; 

ağır zəhərlənmə, hətta ölüm baş verə bilər. 

Zəhərli hörümçəklər, əqrəb dişləyərkən onlar neyrotok- 

sik zəhər ifraz edir ki, bu da tənəffüs mərkəzini iflic edir

qıclığa  səbəb  olur,  ilk  tibbi  yardım  zamanı  həşəratın  neştəri  çıxarılır, 



yerinə buz qoyulur. Tibb müəssisəsinə çatdırılır. 

Zəhərli göbələk və digər bitkilərin yeyilməsi zəhərlən¬məyə və bir sıra 

hallarda  ölümə  səbəb  olur.  Bu  zaman  ilk  tibbi  yardım  göstərərkən 

downloaded from KitabYurdu.org




385 

 

zərərçəkmiş adamın mədə- bağırsağı yuyulur, təmizlənir, işlətmə dərmanı 



verilir.  Zəhərlənmə  vermiş  qida  müəyyənləşdirilir  və  ona  qarşı  maddə 

yeridilir. 

Ona görə də zəhərli göbələkləri tanımaq, onları yemə¬mək məsləhətdir. 

Zəhərli  göbələklərə  milçəkqıranı,  solğun  əzvay,  yalançı  kötük,  yalançı 

tülküqulağmı və s. misal göstərə bilərik. 

Bir sıra zəhərli bitkiləri: oleandr, bat-bat, dəlibəng və s., insanlar yedikdə, 

hətta  əllə  qırdıqdan,  əzdikdən  sonra  əli  yumadan  qida  qəbul  etdikdə  də 

zəhərlənmə törədə bilər. 

Dərmanlardan  zəhərlənmələr.  Dərmanların  təsirindən  baş  verən  kəskin 

zəhərlənmələr bir çox hallarda onlardan səhvən istifadə edilərkən, yaxud 

təyin edilmiş dozadan artıq miqdarda qəbul etdikdə və bəzən orqanizmin 

həmin dərma¬na qarşı həssaslığının artması nəticəsində meydana çıxır. 

Atropin  və  atropin  qrupunun  nümayəndələri  (belloid,  bellospan, 

skopolamin,  bellataminal,  dəlibəng,  bat-bat,  hiossiamin  və  s.)  ilə 

zəhərlənmə  həm  dərman  preparatla¬rının  təsirindən,  həm  də  həmin 

alkaloidlər olan bitkiləri yedikdə baş verir. 

Zəhərlənmənin əlamətləri. Zəhərlənmənin yüngül forma¬sında bəbəklər 

genəlir,  işığa  reaksiya  vermir,  akkomodasiya  pozulur.  Orta  formalı 

zəhərlənmədə  ağızda,  burun-udlaqda  susuzluq,  udma  prosesinin 

pozulması,  səsin  kallaşması,  dərinin  diffuz  hiperemiyası,  nəbzin 

sürətlənməsi, qəbizlik, bəzən ishal, öyümə-qusma törənir, zəhərlənmənin 

ağır  formasında  ümumi  narahatlıq,  temperaturun  yüksəlməsi  (xüsusilə 

uşaqlarda), taxikardiya, tənəffüsün sürətlənməsi, qıcolmalar baş verir. Bir 

neçə saatdan sonra mərkəzi sinir sisteminin oyanma vəziyyəti süstləşmə 

(depressiya)  ilə  əvəz  edilir,  əzələlər  tonusdan  düşür,  koma  törənir, 

tənəffüs mər¬kəzinin iflici nəticəsində ölüm baş verir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə