S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə116/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   112   113   114   115   116   117   118   119   ...   153

379 

 

yolla sərxoş şəxsin qəbul etdiyi alkoholun yalnız 5 %-i bədəndən kənar 



oluna  bilir.  Məhz  bütün  bunlara  görə  də  içki  içmiş  şəxslərin  nəfəsi  son 

dərəcə pis qoxuyur. Alkoholun qalan 95 %-i qaraciyərdə oksidləşir. Bu 

zaman  xeyli  istilik  ayrılır.  Bununla  bərabər,  unutmaq  olmaz  ki,  insan 

orqanizminə içkilər qədər kalori verə bilən və orqanizm üçün faydalı olan 

qida maddələri həm də daha ucuzdur. 

İçkinin 


adı  Bir stəkan miqdarında içkinin verdiyi kalori  Uyğun gələn qida 

! maddəsi 

• 

Konyak 


75 

Bir stəkan limonad 

Şərab 

75 


Bir ədəd suda bişmiş yumurta 

Rakı  75  iki ədəd kəsmə qənd 

Şampan  N 

İki ədəd qoz və ya bir 

şərabı 

85 


ədəd portağal 

Pivə  92 

Beş ədəd biskvit və ya beş ədəd armud 

Kokteyl 


175  Bir stəkan süd və ya bir 

(qarışıq)   

dondurma 

Viski 400  Altı dilim çörək 

«Mən özüm üçün içirəm, kimə nə zərəri var?»- deyən 

içki düşkünləri məgər özlərindən sonra gələn nəsillərə içki 

vasitəsilə zərər verdiklərini bilmirlər?! 

Uşaqların istər zehni, istərsə də fiziki cəhətdən 

downloaded from KitabYurdu.org



380 

 

inkişafına həm atanın və həm də ananın spirtli içkilər 



içməsi mənfi təsir göstərir. Belə halda uşaqların anadan 

şikəst doğulması ehtimalı xeyli artır. 

Avtomobil qəzaları və içki. Avtomobil qəzalarının 

böyük bir qismi spirtli içki içərək, sükan arxasına keçməkdən 

irəli  gəlir,  içki  içib,  avtomobil  idarə  edərkən  qəzaya  səbəb  olan  başlıca 



amillər aşağıdakılardan ibarətdir: 

1. Yalançı özünə güvənmə hissi. 

2. 

Təhlükəni dərk edə bilməmək. 



3. 

Vaxtında reaksiya göstərmək qabiliyyətinin azalması. 

4. 

Görmə qabiliyyətinin zəifləməsi. Əşyam iki görmə 



və s. 

Alkohollu  içkilər  və  cinayət.  Törədilən  cinayətlərin  yarısından  çoxıı 

adətən insanların sərxoş vəziyyətdə oldu¬ğu vaxtlarda baş verir. İçki ilə 

cinayət əkiz qardaş kimidir. Birinin olduğu yerdə digəri də özünü göstərir. 

Narkomaniya 

Heroin.  Bu  narkotik  maddə  morfinin  ikinci  dəfə  tək¬rar  emal 

edilməsindən  əldə  edilir.  Göstərilən  maddədən  tibbi  məqsədlər  üçün 

istifadə  olunmur.  Heroinin  hər  hansı  bir  şəkildə  əldə  olunaraq,  ondan 

istifadə  edilməsi  qəti  qadağandır.  Heroin  bütün  narkotik  maddə 

istehlakmm 90 %-ni təşkil edir. Göstərilən maddə çox az miqdarda belə 

qəbul olunsa, qısa bir müddətdə zərərli vərdiş (asılılıq) yaradır. Heroin toz 

şəklində  buruna  çəkilir,  dəri  altına  və  damara  iynə  ilə  yeridilir. 

Mütəxəssislər damara bir dəfə yeridildikdə belə, heroinin asılılıq yarada 

downloaded from KitabYurdu.org




381 

 

biləcəyini təsdiq edirlər. Bir dəfə qəbul etməklə vərdiş etdikdən sonra, hər 



hansı bir şəxsin heroinin əlindən qurtarması çətin olur. Belə bir şəxs artıq 

vərdiş etdiyinə görə, xumarlanma halının yaranması üçün hər dəfə qəbul 

olunan  heroinin  dozasını  bir  qədər  artırmalı  olur.  Nəticədə  günlərin 

birində həmin şəxsin qəbul etdiyi ekstra doza tənəffüs mərkəzini iflic edir 

və olduğu yerdə ölüsü tapılır. 

Həşiş.  Türkiyədə  ən  çox  yayılan  və  istifadə  edilən  zərərli  maddələrdən 

biridir. Həşiş dünyanın bütün coğrafi bölgələrində yetişdirilə bilən çətənə 

bitkisindən əldə edilir. 

Kokain.  Cənubi  Amerikada  yetişən  koka  bitkisinin  yarpaqlarından  əldə 

edilir.  Ağ,  kristal,  duz  kimi  tozdur.  200  kq.  koka  yarpağından  yarım 

kiloqram  kokain  hasil  olur.  Kokainin  düşkünləri  həmin  maddəni  toz 

halında buruna çəkirlər və ya suda əridib, iynə ilə damarlarına vururlar. 

Krak.  Kokainin  daha  ucuz,  güclü  təsir  edən  yoğunlaş-  dırılmış  bir 

növüdür. Kokain heroindən daha təhlükəlidir. Krak isə ondan da üç dəfə 

daha artıq zərərlidir. Bu narko¬tik maddəni daha çox siqaretlə çəkirlər. 

Təsiri  isə  daha  kəskin  və  öldürücü  olur.  Həmin  maddəni  uzun  müddət 

qəbul edənlərdə psixi pozulmalar və hətta dəlilik müşahidə edilir. 

LSD (Lizergin turşusunun dietiüamidi). Bu maddə buğdada əmələ gələn 

bir  göbələkdən  əldə  edilir.  Rəngsiz,  dadsız,  qoxusuz  bir  maddə  kimi 

tanmır və çox təsirli olduğu göstərilir. LSD-ni qəbul edən şəxsin gözünə 

gözəl  xəyalların  və  parıldayan  işıqların  göründüyü  bildirilir.  Bununla 

belə,  aparılan  təcrübələr  nəticəsində  LSD-nin  az  miqdarda  qəbul  edilən 

dozalarının belə, insanın irsi xromosomlarını dağıtdığı sübut olunmuşdur. 

Alkoholiklərin  və  narkomanların  müalicəsi.  Alkoholiz-  min  müalicəsi 

üçün  indi  ən  çox  istifadə  olunan  dərman  antabus  preparatıdır.  Həmin 

dərman  alkohol  qəbul  edən  şəxsə  verildiyi  zaman,  alkoholun 

metabolizmini  aset-  aldehid  səviyyəsində  dayandırır,  xüsusilə  də  bu 

downloaded from KitabYurdu.org




382 

 

vəziyyətdə şəxs spirtli içkiləri içməyi davam etdirirsə, ürəkbulanması və 



qusma  törənir.  Məhz  buna  görə  içki  düşkünü  olan  hər  hansı  bir  şəxs 

göstərilən dərmanı qəbul etdikdən sonra spirtli içkiləri artıq içmək istəmir, 

bir növ onlardan diksinir və bu vəziyyətin davam etməsi arzu olunur. 

Yuxarıda göstərilən müalicə üsulu bəzən bir ilə qədər davam edə bilər. 

Disulfiram (antabus) dərmanının ilk dozası xəstəyə həkmı nəzarəti altında 

verilir.  Bundan  sonra  da  xəstə  nəzarət  altında  olmaq  şərtilə  bir  il 

müddətində,  müəyyən  dozada  müntəzəm  olaraq  həmin  dərmanı  qəbul 

edir. Onun qanında, sidiyində və qaraciyərinin funksiyasında bir pozulma 

olarsa, müalicə dərhal dayandırılmalıdır. 

Heroin, morfin, həşiş kimi narkotik maddə mübtəla¬larının müalicəsində 

həmin  maddələrdən  istifadə  etməyi  tərgitmək  üçün,  başqa  sakitləşdirici 

dərmanlar  da  qəbul  edilir.  Məsələn,  morfin  qəbul  etməyə  vərdiş  eləmiş 

şəxsin müalicəsində morfin kəsildiyi zaman meydana çıxan 

• 

ağrıların qarşısını almaq üçün metadon adlı başqa bir sakitləşdirici 



maddədən istifadə olunur. 

Yuxarıda  göstərilən  dərmanla  müalicələrin  arası  kəsilmədən,  istər 

alkoholiklərin,  istərsə  də  narkomanların  yenidən  o  maddələri  qəbul 

etməsinin  qarşısını  almaq  üçün  xəstələr  psixi  cəhətdən  də  müalicə 

edilməlidirlər. 

Zəhərlənmələr 

Zəhərləyici  maddələr kimyəvi, bioloji ola bilər. Bunlar qısa bir  müddət 

ərzində  adamları  və  heyvanları  güclü  surətdə  zəhərləyir,  müxtəlif 

orqanlarını zədələyir. Zəhərli maddələr tənəffüs orqanlarından, dərinin və 

selikli qişaların səthindən,həzm yollarından orqanizmə daxil olaraq daxili 

orqanları da zədələyir. 

Zədələnmə  dərəcəsi  zəhərlənmənin  sürətindən,  ağırlı¬ğından,  hansı 

yollarla keçməsindən, orqanizmin öz vəziy¬yətindən asılıdır. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə