S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə119/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   115   116   117   118   119   120   121   122   ...   153

389 

 

Profilaktika. 1. Yeməkdən qabaq əllər sabunla təmiz yuyulmalı. 



2. 

İstifadə  ediləcək  bütün  qida  maddələri  müsbət  5°C-  dən  aşağı 

temperaturda saxlanmalı. 

3. 


Qida maddələrinin tam bişirilməsinə xüsusi diqqət verilməli. Ətdən 

(balıqdan) hazırlanmış kotletləri, tikə 

ətləri,  kababı  alov  üzərində  deyil,  asta  yanan  od  üzərində  elə  bişirmək 

lazımdır ki, ətin səthi yanmasın, tamam bişsin. Bu zaman qidaya keçmiş 

mikroblar məhv olur. 

4. 


Qaz  və  ördək  yumurtalarına  əl  vurduqdan  sonra  əlləri  sabunla 

yuyub,  1  %-li  xloramin  məhlulu  ilə  təmiz¬ləməli,  həmin  yumurtaları 

yemək məqsədilə 15 dəqiqədən az olmayaraq bişirməli. 

5. 


Tərəvəzi axar su altında bir neçə dəfə diqqətlə yumalı. 

6. 


Qida  maddələrinə  itin,  pişiyin,  donuzun,  siçan  və  siçovulların 

toxunmasına imkan verməməli. 

7. 

Qida  maddələrinin  daşınması  zamanı  sanitariya-  gigiyenik 



qaydalara əməl etməli. 

Botulizmlə qida zəhərlənmələri. Bu növ zəhərlənmələrə ilin hər fəslində 

təsadüf etmək olar. Zəhərlənmənin gedişi adətən ağır olur və qarşısı gec 

alındığından,  yüksək  ölüm  faizi  (20  %)  verir.  Mikroblar  uzun  müddət 

torpağın üzvi maddə¬lərində oksigensiz (anaerob) mühitdə inkişaf edir və 

buradan  da  qidaya  keçirlər.  Botulizm  mikroblarınm  cavan  formaları 

sporlu olur, xörək bişirilən temperatur belə onlara təsir göstərmir və qida 

bişdikdən  sonra  yenə  də  onlar  öz  inkişafını  davam  etdirərək  böyüyüb 

toksin ifraz edir. 

Botulizm qida zəhərlənmələri əsasən ət, balıq, kolbasa məmulatı, göbələk 

və bəzən tərəvəz konservlərini yedikdə baş verir. Zəhərlənmələr ən çox 

kolbasa və balıq məmulat¬larından törənir. Botulizm mikroblarınm ifraz 

downloaded from KitabYurdu.org



390 

 

etdiyi  toksin  bütün  mikroblarm  zəhərindən  güclüdür,  odur  ki,  botulizm 



zəhərlənmələri  olduqca  ağır  keçir.  Belə  zəhərlənmə  zamanı  xüsusilə 

hərəki sinir lifləri, tənəffüs və ürək fəaliyyəti iflic olur. 

Zəhərlənmənin klinikası. Zəhərlənmənin gizli dövrü 3- 24 saat və bəzən 

daha  çox  -  2-8  sutka  davam  edir.  Zəhər¬lənmə  zamanı  ürəkbulanma, 

qusma,  qarm  nahiyəsində  ağrılar,  ishal,  bəzən  qəbizlik,  görmə 

qabiliyyətinin  zəiflə¬məsi,  bəbəklərin  genişlənməsi,  diplopiya  (iki 

görmə), əvvəlcə oyanma, sonra isə süstləşmə baş verir. Udma aktı 

çətinləşir,  səs  tutulur  (afoniya),  temperatur  bir  qədər  yüksəlir.  Ağır 

hallarda  bağırsaqların  və  sidik  kisəsinin  atoniyası,  nəhayət,  tənəffüs  və 

ürək fəaliyyətinin iflici törənir, bu da ölümə səbəb olur. 

Müalicə.  Təcili  mədə  yuyulur,  imalə  edilir,  işlətmə  duzu  və 

aktivləşdirilmiş kömür verilir, xəstəyə botulizm əleyhinə serum vurulur. 

Profilaktika. 

Salmonella 

zəhərlənmələrində 

görülən 


'profilaktik 

tədbirlərin  əksəriyyəti  botulizm  zəhərlənməsinə  də  aiddir.  Burada  əsas 

diqqəti  ev  şəraitində  hazırlanmış  konservlərə,  qurudulmuş,  duzlanmış 

balıqlara, qaxac edilmiş ətə vermək lazımdır. Balıq yaxşı duzlanarsa (8-

10%  duz  vurulduqda),  təhlükə  törənmir.  Konservlər,  kolbasalar,  qaxac 

hazırlayarkən sanitariya-gigiyenik qaydalara tam riayət edilməlidir. 

Yanıqlar 

Yüksək  temperaturun  (qızdırılmış  əşya  və  ya  maye¬lərin,  qazların) 

təsirindən  insanın  bədənində  yanıqlar  baş  verir.  İşıq  şüasının,  alovun, 

qaynar  suyun  və  buxarın  təsirindən  baş  verən  yanıqlar  termik  yanıq 

adlanır.  Dərinin  səthinə  və  selikli  qişalara  qatı  turşuların  və  qələvi 

maddələrin  təsiri  nəticəsində  kimyəvi  yanıqlar  baş  verir.  Turşu  və 

qələvilər  nəinki  düşdüyü  yeri  zədələyir,  həm  də  orqanizmin  ümumi 

zəhərlənməsinə  səbəb  olur.  Radioaktiv  maddələrin  təsirindən  olan 

yanıqlara  radiasiya  yanıqları  deyilir.  Yanıqların  ağırlıq  dərəcəsi 

downloaded from KitabYurdu.org




391 

 

toxumaların  zədələnmə  dərəcəsindən,  həm  də  yanığın  əhatə  elədiyi 



sahədən  asılı  olur.  Dərinin  və  toxumaların  nə  dərəcədə  dərin  zədələn- 

məsindən asılı olaraq yanıqları dörd dərəcəyə ayırırlar: yüngül I dərəcəli, 

orta ağırlıqlı II dərəcəli, ağır III dərəcəli və çox ağır IV dərəcəli yanıqlar. 

Yanıq səthinin ölçüləri bədənin bütün ümumi dəri səthinin nisbətinə faizlə 

ifadə  edilir.  Bədən  səthində  10-15  faizi  əhatə  edən  yanıq  II-III  dərəcəli 

hesab olunur. Bu zaman orqanizmin ağır zədələn- məsi - yanıq xəstəliyi 

baş  verir.  Çox  vaxt  yanıq  şokla  ağırlaşır.  Yanıq  xəstəliyi  orqanizmin 

kəskin  zəhərlənməsi,  orqanizmdə  su-duz  mübadiləsinin  pozulması  ilə 

xarakte¬rizə olunur. 

Yanıqlar zamanı tibbi yardım nə qədər tez göstə¬rilərsə, ağırlaşma halları 

bir o qədər az baş verər. 

İlk növbədə yanıq amilini, səbəbi aradan qaldırmaq lazımdır. Yəni yanığı 

söndürmək  vacibdir.  Yanmış  sahə  paltardan,  tükdən  azad  edilir.  Yanıq 

yerinə  steril  sarğı  qoyulur.  Bunun  üçün  xüsusi  konturlu  sarğılar  olur, 

onlardan  istifadə  etmək  olar.  Gövdədə  geniş  sahə  yanmışsa,  onu  ağ 

mələfəyə büküb şoka qarşı tədbirlər görmək lazımdır. Zərərçəkən dərhal 

tibb müəssisəsinə çatdırılmalıdır. 

Donma 


Aşağı temperaturun təsirindən orqanizm toxumala¬rının zədələnməsinə 

donma  deyilir.  Donma  ən  çox  ətraflarda,  xüsusilə  aşağı  ətraflarda  baş 

verir. Yaş və dar ayaqqabı, soyuq havada, qarda, yağışda, uzun müddət 

hərəkətsiz  qalmaq,  habelə  fiziki  və  psixoloji  yorğunluq,  orqanizmin 

zəifləməsi, qanitirmə, donmaya səbəb olan amillərdəndir. Donma zamanı 

toxumalar dərhal zədələn¬mir. Əvvəlcə soyuğun təsirindən dəri avazıyır, 

həssaslığını  itirir,  keyləşir.  Bir  neçə  gün  sonra  donvurmanm  dərəcəsini 

müəyyənləşdirmək  olur.  Donma  da  yanıqlar  kimi  dərinli¬yindən  asılı 

olaraq  4  dərəcəyə  ayrılır.  Domnanın  qarşısını  almaq  üçün  dərinin  açıq 

sahələrinə müxtəlif məlhəmlər yaxmağın heç bir əhəmiyyəti yoxdur. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə