S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə115/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   111   112   113   114   115   116   117   118   ...   153

375 

 

pozur.  Sərxoş  olan  insanlar,  ümumiyyətlə,  qaba,  ölçüsüz,  lüzumsuz  və 



ətrafdakıları  bezdirincəyə  qədər  çox  danışırlar.  Nəhayət,  alkohol 

əzələlərin  normal  fəaliy¬yətini  və  eşitmə  qabiliyyətini  pozur.  Sərxoş 

şəxslər səndə- ləyərək yeriyir və ayaq üstə güclə dururlar. 

Bir sözlə, sərxoş - düşünməyən, ağlını işlətməyən, xarici aləmlə əlaqəsi 

azalan,  utanma  hissi  zəifləmiş  olan,  sadəcə  olaraq  tənəffüs  etməsi,  qan 

dövranı və həzm qabiliyyəti ilə yaşayan bir şəxsdir. Ancaq daha çox qəbul 

edilən  içki  bu  fəaliyyətləri  də  dayandırır.  Yəni  belə  vəziy¬yətlərdə 

sərxoşun ürəyi dayanır və iflic olur. 

İlk  dəfə  bir  qədəh  içki  ilə  sərxoş  olan  bir  şəxsin  bundan  sonrakı  dəfə 

sərxoş ola bilməsi üçün eyni içkidən daha çox miqdarda içməsi lazımdır. 

Üçüncü dəfə isə, ikincisindən daha çox miqdarda içməsi ehtiyacı ortaya 

çıxır. Bu vəziyyət içki içən şəxsi  yavaş-yavaş pis bir aqibətə, yəni içki 

düşkünlüyünə doğru aparır. İlk dəfə içki məclislərində içən şəxs tez-tez 

içməyə başlayır. Bir müddətdən sonra isə xəlvət-xəlvət içir. Belə gizlicə 

içməkdə məqsədi ətrafdakılara guya az içdiyini göstərməkdir. Bu isə artıq 

həmin  şəxsin  bir  alkoholik  olduğuna  dəlalət  edir.  Bundan  sonra  belə 

şəxslərdə davamlı içki içmək arzusu əmələ gəlir. Belələri artıq az içki ilə 

qənaətlənməzlər, yəni 

artıq  az  miqdardakı  içki  onlar  üçün  içki  deyildir.  Bu  cür  şəxslər  çox 

miqdarda və tez-tez içki içməyə başlayırlar, alkoholikə çevrilirlər. 

Bunların  aqibəti,  yəni  sonu  ya  xəstəxanada,  ya  həbs¬xanada,  ya  da 

vaxtından çox əvvəl qəbiristanda bitir. 

Alkohollu  içkilər  əvvəlcə  birbaşa  təmas  etdiyi  orqan¬lara  zərər  verir. 

Məsələn, ağızda xərçəngin, qida boru¬sunda iltihabın, hətta qida borusu 

xərçənginin,  mədədə  əvvəlcə  qastritin,  sonra  isə  mədə  xorasının  əmələ 

gəlməsinə  səbəb  olur.  Hətta  mədənin  deşilməsi  dərəcəsinə  çatan  pis 

nəticələr  törədir.  Bundan  'başqa,  alkohollu  içkilər  qida¬lanmanı  pozur, 

downloaded from KitabYurdu.org




376 

 

mədəaltı  vəzidə  iltihab  yarada  bilir.  Orqanizmin  adətən  kimya 



laboratoriyası  rolunu  oynayan  qaraciyərə  də  alkoholun  zərəri  çoxdur. 

Alkohollu  içkilər  qaraciyərdə  müxtəlif  patologiyaya,  xüsusən  sirroza, 

hətta qaraciyər xərçənginin əmələ gəlməsinə səbəb ola bilər. Sirroz uzun 

müddət içki içənlərdə daha çox təsadüf edilən və ölümlə nəticələnən bir 

xəstəlikdir. 

Alkohol  sinir  sisteminə,  xüsusilə  də  beyinə  zərərli  təsir  edir.  İçki  içən 

şəxsin beyin hüceyrələri pozulur, hətta ölüm səviyyəsinə düşür. Bir qədəh 

içkinin  1000-2000  sinir  hüceyrəsinin  ölümünə  səbəb  olduğu 

hesablanmışdır.  Sağlam  .  şəxsin  beynində  milyardlarca  sinir  hüceyrəsi 

vardır. Ancaq hər dəfə min və ya iki min miqdarında ölən sinir hüceyrələri 

zaman keçdikcə milyonlara çatan sinir hüceyrəsinin ölümünə səbəb olur. 

Bununla da alkohol beyin toxumasının bərpa edilməyən məhvinə gətirib 

çıxarır. Belə bir nəticə gənc yaşlarda içki içməyə vərdiş edən şəxslərdə 

orta yaşlarda özünü göstərməyə başlayır. 

Alkohollu  içkilər  sinirlərdə  iltihaba,  ürək  əzələlərinin  pozulmalarına 

səbəb olub, qanazlığma, şəkər xəstəliyinə də gətirib çıxarır. 

İçki təkcə içən şəxslərin özünə deyil, içki düşkün¬lərinin uşaqlarına da 

zərər  verir.  Məsələn,  alkoholik  atanın  uşaqları  arasında  kəmağıllığa  və 

şizofreniyaya daha çox təsadüf edilir.  

Ana alkohol qəbul edirsə, vəziyyət daha acınacaqlı olur. Daha doğrusu, 

ana  hamilə  ikən  alkohollu  içki  qəbul  edirsə,  alkohol  uşağa  da  keçir  və 

uşaqda böyük çatışmaz¬lıqlar, eybəcərliklər meydana gəlir. 

Alkoholun növlərindən biri də izopropildir. Alkoho- lun bu növü'də sözün 

tam mənasında zəhərlidir. Bütün bunlarla birlikdə, alkohol dedikdə, göz 

önündə  ilk  növbədə  canlanan  etil  alkoholu,  yəni  etil  spirtidir.  Çaxır  isə 

üzüm Suyunun fermentasiya olunmuş (mayalanmış və ya qıcqır- dılmış) 

downloaded from KitabYurdu.org



377 

 

şəklidir.  Tünd  içkilər  və  ya  alkohol  faizi  aşağı  olan  içkilərin  distillə 



edilməsi ilə əldə edilir. 

Alkohollu içkilərin tərkibində minerallar, vitaminlər, proteinlər və yağlar 

kimi  insan  orqanizmi  üçün  faydalı  olan  maddələr  yoxdur.  Odur  ki, 

bunlardan müsbət bir şey gözləmək əbəsdir. 

Alkohollu içkilərə dair ümumi məlumat 

İçkinin adı Mayalanan maddə 

Alkoholun 

O » 


faizi 

Pivə  çimlənmiş arpa  4-7 % 

Çaxır üzüm suyu 15-20% 

Konyak 


konyak 

40-50 % 


Likörlər 

müxtəlif meyvələr 

40-50 % 

Rakı  üzüm, əncir əzməsi  40-50 % 

Cin (arağın 

 

 



bir növü)  ardıc otu  • 40-50 % 

Araq kartof və digər   

 

vasitələr  67 % 



Viski çimlənmiş taxıl  65-70 % 

Alkohol  qəbul  edən  şəxsdə  dəri  damarlarının  genəl-  məsi  alkoholun 

orqanizmdən  kənar  edilməsi  üçün  mey¬dana  gələn  bir  reaksiyadır, 

uyğunlaşmadır. Dəri damarla¬rının bu cür genəlməsi ürəyi qanla təchiz 

edən damarlarda müşahidə edilmədiyi üçün, alkohol qəbul edən şəxsdə 

downloaded from KitabYurdu.org




378 

 

hüceyrələrin  oksigen  alması  təhlükəli  şəkildə  azalır  və  bu  da  infarktın 



əmələ gəlməsi ehtimalını artırır. 

Alkohol orqanizmin temperaturunu yüksəltmir,  əksinə,  aşağı salır. Belə 

ki, alkoholu qəbul edən şəxsin dəri damarları genəlir. Bu isə orqanizmdəki 

hərarətin itməsinə səbəb olur. Hətta sərxoş bir adamın hissiyyatı zəiflədiyi 

üçün, şiddətli soyuqlarda küçədə olduğunu belə hiss etmir. Belə hallarda 

donma təhlükəsi də ola bilir. 

Məlum  olduğu  kimi,  alkohollu  içki  içən  şəxsin  qanm-  dakı  alkoholun 

səviyyəsi  müəyyən  miqdardan  -  400-700  mq/ml-dən  yüksək  olarsa, 

zəhərlənmə baş verir. Bu isə şəx¬sin tənəffüs iflicindən ölümünə səbəb 

olur. Alkoholdan birbaşa zəhərlənmə nəticəsində ölüm alkoholdan olan 

bütün ölümlərin 1/3-ni təşkil edir. 

Bir qurtum pivə və ya şərab içən şəxsə ən çox təsir göstərən amil içkidə 

olan  və  suda  sürətlə  əriyən  alkohol,  daha  doğrusu,  etil  spirtidir.  Etil 

alkoholu o qədər sürətlə əriyir ki, sərxoş hər udum alkoholun bir hissəsini 

hələ  udmamış,  digər  hissəsi  dil  və  diş  ətləri  arasından  birbaşa  qana 

sorulur. Alkoholun qalan hissəsi də nə parçalanır, nə də normal qida kimi 

həzm olunur. O da mədədə və nazik bağırsaqlarda sürətlə sorulub, qana 

keçir.  İçki  içən  şəxsin  qəbul  etdiyi  alkoholun  yoğun  bağırsaqlarda 

sorulması  prosesi  o  qədər  sürətlə  gedir  ki,  onun  90  %-i  bir  saat 

müddətində  qana  keçmiş  olur.  Qana  qarışmış  alkohol  qısa  bir  zamanda 

qan dövranı vasitəsilə bədəndəki bütün orqanlara, bilavasitə beyin kimi su 

və  qanla  dolu  olan  bir  orqana  keçir.  Alkohol  bədəndəki  sayı  100 

trilyondan çox olan bütün hüceyrələrə istisnasız olaraq bir-bir təsir edir, 

yəni bir qədəh içki içən şəxsin bədənindəki bütün hüceyrələrə zərər dəyir. 

Alkohol  insan  orqanizminə  qəbul  edilən  zəhər  olduğundan,  orqanizm 

özünün  bütün  mövcud  imkanları  ilə  bu  zəhəri  aradan  qaldırmağa  səy 

göstərir.  Bu  baxımdan  qana  keçən  alkoholun  bir  hissəsi  birbaşa 

ağciyərlərdən, böyrəklərdən və tərləmə yolu ilə dəridən kənar edilir. Bu 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə