S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə111/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   107   108   109   110   111   112   113   114   ...   153

362 

 



 

 

təsirə  malikdir,  insanın  bağırsaq  mikroflorası  kifayət  qədər  K  vitamini 



sintez etdiyindən, qida məhsullarında K vitamininin olmaması insanlarda 

avitaminoza səbəb olmur. Antibiotiklərlə müalicə, öd yolunun tutulması 

və ishal zamanı bağırsaq mikroflorası zərər çəkdiyindən, K avitaminozu 

təhlükəsi  yaranır.  Südəmər  uşaqların  K  vitamininə  tələbatı  yüksəkdir. 

Onlarda vitamin çatışma- . dıqda, hemorragik diatez əmələ gələ bilər. Bu 

zaman  1  mq  K  vitamini  parenteral  yeridilməlidir.  Qida  məhsullarından 

kələm, ispanaq, kök, göy noxud, qabaq, yumurta, qaraci- 

' yər, süd və digər məhsullar bu vitaminlə zəngindir. 

Şəkərli diabet 



Hazırda  maddələr  mübadiləsinin  pozulması  ilə  əlaqə¬dar  xəstəliklərə 

olduqca  çox  təsadüf  edilir.  Bu  xəstəliklərin  müalicəsi  də  bir  qədər 

çətindir. 

Həmin  xəstəliklərdən  ən  geniş  yayılanı  şəkərli  diabet  və  ya  şəkər 

xəstəliyidir. Diabet iki cür olur: şəkərli və şəkərsiz diabet. 

Bunlar səbəbləri, inkişaf mexanizmləri, klinikası müxtəlif, bir-biri ilə heç 

bir əlaqəsi olmayan tamamilə ayrı-  

ayrı  xəstəliklərdir.  Şəkərli  diabet  mədəaltı  vəzinin  Langerhans 

adacıqlarınm beta hüceyrələrinin hormonu olan insulinin, şəkərsiz diabet 

isə  hipofızin  arxa  payında  hasil  olan  antidiııretik  hormonun 

çatışmazlığının nəticə¬sidir. Hər iki xəstəliyin yeganə oxşar əlaməti olan 

şiddətli  susuzluq  hissinə  (polidipsiya)  və  sidik  ifrazının  artmasına 

(poliuriya)  görə  ikisinə  də  diabet  (yun.  diabeno  -  keçmək,  axmaq,  axıb 

getmək) adı verilmişdir. 

downloaded from KitabYurdu.org



363 

 

İnsulin  əzələ  və  piy  hüceyrələrinin  qlükoza  və  aminturşular  üçün 



keçiriciliyini  artırır,  qlikogenin  sintezinə  və  hüceyrələrdə  toplanmasına 

səbəb olur. Membranı qliikozam  insulinsiz də sərbəst  keçirən qaraciyər 

hüceyrə¬lərində  insulin  bilavasitə  karbohidrat  mübadiləsinə  təsir  edib, 

qlikogenin  sintezini  aktivləşdirir.  Beləliklə,  insulin  qanda  şəkərin 

miqdarının azalmasına səbəb olur. 

insulin çatışmadıqda, qanda şəkərin səviyyəsi yüksəlir (hiperqlikemiya) 

və  şəkər  sidiklə  xaric  olmağa  başlayır  (qlükozuriya).  Şəkəıii  diabetin 

digər əlamətlərinə ağızda quruluq, iştahanın artması (polifagiya), ümumi 

zəiflik, dəridə qaşınma, irinli səpgilər və s. aiddir. 

Şəkərli  diabetin  etiologiyasmda  sinir  -  psixi  gərginlik  və  mexaniki 

travmalar böyük rol oynayır. Xüsusən həmin xəstəliyə irsi meylliyi olan 

şəxslərdə, həmçinin uzun müddət şəkər və yağlarla zəngin qida qəbulu, 

piylənmə, infeksiya və intoksikasiyalar, patoloji hamiləlik, digər endokrin 

vəzilərin 

funksiyasının  pozulması  (Bazedov  və  Itseııko-Kuşinq  xəstəlikləri, 



akrorneqaliya  və  s.),  ateroskleroz,  hipertoniya  xəstəliyi,  pankreatitlər 

(mədəaltı vəzinin iltihabı) və s. şəkərli diabetin inkişafına səbəb ola bilər. 

Uşaqlarda şəkərli diabet əksərən qızılcadan, skarlati- nadan, su çiçəyindən 

və göyöskürəkdən sonra başlanır. 

Sonradan aparılan müşahidələr göstərir ki, şəkərli diabetin patogenezində 

təkcə insulinin azlığı yox, həm də digər amillər rol oynayır. 

Şəkərli  diabet  zamanı  insulin  çatışmazlığı  yağ  müba¬diləsinin  də 

pozulmasına səbəb olur. Orqanizmin immuno-  

downloaded from KitabYurdu.org



364 

 

bioloji  gücü  azalır.  İnsulin  çatışmazlığından  zülalların  sintezinin 



zəifləməsi nəticəsində uşaqların və yeniyetmə- lərin boyu artmır, insulin 

çatışmadıqda, həmçinin su və mineral mübadiləsi pozulur. 

Şəkərli  diabetli  xəstələrdə  orqanizmin  immunoreaktiv  qüvvəsinin  aşağı 

düşməsi  nəticəsində  ikincili  infeksiyalar  (piodermiya,  çiban,  kor  çiban, 

hidradenit, kandidamikoz) və digər dermatomikozlar (epidermofitiya və 

rubrofitiya) əmələ gələ bilər. 

Şəkərli  diabet  zamanı  beyin  arteriyalarının  ateroskle-  rozu  da  çox  rast 

gəlir  ki,  bu  da  beyində  qansızmaya  və  tromboza  səbəb  olur.  Kəskin 

koronar  çatışmazlığı  və  ya  beyin  qan  dövranının  pozulması  xəstəliyin 

gedişini xeyli ağırlaşdırır. Şəkərli diabet zamanı qaraciyərin fəaliyyəti də 

pozulur. 

İnsulin çatışmazlığı şəraitində lipid mübadiləsinin pozulması nəticəsində 

qanda keton cisimciklərinin miqdarı kəskin surətdə artır. Bunlar mərkəzi 

sinir sisteminə toksik təsir göstərərək, diabetik və ya hiperqlikemik koma 

törədir (xəstənin huşu itir, nəbzi zəif və tezləşmiş olur, patoloji tənəffüs 

müşahidə edilir və s.). 

Bəzən xəstəyə səhvən insulinin həddən artıq yüksək dozası yeridildikdə 

və ya digər səbəblərdən qanda şəkər səviyyəsinin kəskin surətdə enməsi 

nəticəsində hipoqlike- mik koma törənir (huşun itməsi, qıclıq, tərləmə və 

s.).  Hipoqlikemik  komanın  bilavasitə  səbəbi  beynin  qidalan-  masının 

pozulmasıdır. 

Xəstəni  xilas  etmək  üçün  hiperqlikemik  koma  zamanı  dərhal  venaya 

insulin, hipoqlikemik koma zamanı isə qlükoza yeritmək lazımdır. 

Şəkərli  diabetin  müalicəsində  aparılan  əsas  tədbirlər  diabet  zamanı 

müşahidə olunan pozulmuş mübadilə proses¬lərini normallaşdırmaqdan, 

klinik  əlamətləri  aradan  qaldır¬maqdan  və  əmək  qabiliyyətini  bərpa 

downloaded from KitabYurdu.org



365 

 

etməkdən 



ibarətdir. 

Müalicə 


xəstəliyin 

ağırlıq  dərəcəsindən, 

ağırlaşmasından, xəs¬tənin yaşından və s. asılı olmaqla fərdi aparılır.  

Pəhriz  müalicəsi  -  şəkərli  diabetin  bütün  formalarında  əsas  yer  tutur. 

Adətən  fizioloji  pəhriz  50-60  faiz  karbohidratlardan,  16-20  faiz 

zülallardan  və  24-30  faiz  yağlardan  ibarət  olmalıdır.  Fizioloji  pəhrizi 

hesablamaq üçün xəstənin çəkisini bilmək lazımdır, bu da Brok formulu 

üzrə  müəyyən  edilir.  Xəstənin  boyunun  santimetrlə  ölçüsündən  100 

rəqəmini  çıxarkən  alman  göstərici  kiloqram  hesabı  ilə  bədənin  normal 

çəkisi  hesab  edilir.  Məsələn,  fiziki  iş  görən,  170  santimetr  boyu  olan 

adamın hər kiloqram çəkisinə 50 kilokalori istilik sərf edildikdə, pəhrizin 

ümumi kalorisi 70 x 50 = 3500 kilokalori olur. 

Şəkərli  diabetli  xəstə  arıq  olduqda  pəhrizin  ümumi  kalorisi  10-15  faiz 

artırılır,  əksinə,  kök  xəstələr  üçün  15-20  faiz  azaldılır.  Pəhriz  zamanı 

verilən qida məhsullarının tərkibindəki zülallar, karbohidratlar və yağlar, 

lazım olduqda, qısa müddət ərzində biri digəri ilə əvəz edilə bilər. 

Şəkərli diabetli xəstələrə gündə 4-5 dəfə yemək məsləhət görülür. 

Adətən, xəstəxana şəraitində sutkalıq kalorinin 25 faizini səhər yeməyi, 

10 faizini ikinci səhər yeməyi, 35 faizini nahar, 10 faizini ikinci nahar və 

20 faizini isə axşam yeməyi təşkil edir. 

İnsulin müalicəsi əvəzedici müalicə olub, 1922-ci ildən şəkərli diabetin 

orta  və  ağır  dərəcəsində  tətbiq  edilir.  İnsulin  5  millilitrlik  flakonlarda 

buraxılır  və  onun  hər  mil  1  ilitrində  40  təsir  vahidi  olur.  Qısamüddətli 

təsirə malik adi insulinin təsiri onu dəri altına yeritdikdən 20-40 dəqiqə 

sonra başlanır. 

İnsulinin  uzunmüddətli  təsirə  malik  preparatlarının  hamısı  ancaq  dəri 

altına və əzələyə yeridilir, bunları venaya yeritmək olmaz. 

Hazırda  şəkərli  diabetin  müalicəsində  daxilə  əsasən  2  qrup  dərman 

preparatı təyin edilir:  1) sulfanilamid 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə